"200 manat verib özümə ayaqqabı sifariş etmişəm və bütün çevrəsi "kley"dir ayaqqabının..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Mələk Qasımova adlı istfiadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Bunu da kobud yox, normal şəkildə bildirdim ki, ayaqqabı geyiniləsi deyil. Rəngi də sapsarı. Başqasına satın, mənə fərqli rəngini vuraq. Yola verdilər.
Yenə yazdıqda isə başlarından elədilər. Vergi ödəməyib, evdə oturub qazan doldurmağınız azmış kimi, haram pul da yeyirlər... Hərçənd, bu malı başqasına satmaq və ya qaytarmaq bunlar üçün 2x2dir.
Daha dərs oldu mənə... Ki özüm vururam, adətən, xarici saytlardan. Bəzən belə səhvlər edirəm. Tanıyın və ümumən instaqram səhifələrindən nəsə almayın. Arada 200 manat zibil oldu..."