"Elə bilirsiniz ki boşananların hamısı ərlə arvadın yola getməməsi səbəbindən olur? Xeyir. Şahidi olduğum bəzi boşanmaları sizlərində diqqətinizə çatdırım..." "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında ekspert Elnur Fərzəliyev qeyd edib.
O daha sonra fikrini belə davam etdirib: "İpoteka krediti ilə ev alan zaman əmək haqqından ailə üzvlərinin adambaşına yaşam xərci çıxıldıqda ümumi məbləğ az olduğuna görə kreditin ayrılmaması səbəbindən çox hallarda süni boşanma edirlər və bu zaman qarşı tərəf heç bir aliment tələbi etmədən uşaqları özündə saxlayır və ər rahat şəkildə ipoteka krediti ilə ev alır. Daha sonra isə barışırlar. Evləri sökülən şəxslər tikinti şirkətlərindən əlavə ev almaq üçün süni boşanma edib evi ikiyə bölərək iki çıxarış əldə edirlər. Söküntü zamanı isə hər ikisi evlə təmin olunurlar. Borclu olan şəxslər həmin borcun əmlaka yönəlməməsi üçün süni boşanma edərək ər evi arvadın adına keçirir və evin borc əvəzinə müsadirə edilməsinin qarşısını alır. Dövlətdən sosial müavinət almaq üçün saysız hesabsız boşananlar da var. Və buna bənzər çox sayda problemlərin həlli üçün əksər insanlar çıxış yolunu boşanmalarda görürlər. Təbii ki əksər hallarda bu tip boşanmalar problemlərin həlli üçün effektiv olur...."