Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU .....                     Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur .....                     "Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." .....                     Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR .....                     Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir .....                     Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb .....                     Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb .....                     Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir .....                     “Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır” .....                     "Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" .....                     Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” .....                     Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? .....                     "Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." .....                     Ermənistanın 40 faizi sülh sazişi istəmir .....                     Camış qatığında camış südü YOXDUR .....                     TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... .....                     Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir .....                     ""Bakı Abadlıq" bizə təzyiq göstərir" .....                     Bu məsələ Mikayılovun umrunda da deyil .....                     Zəngəzur dəhlizi açılarsa... .....                     Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? .....                     Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib .....                     Paşinyan bir anda planını həyata keçirəcək .....                     Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... .....                     Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? .....                     "Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" .....                     Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? .....                     Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir .....                     Allahverdi Yolçuyev işlə təmin olundu .....                     Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb .....                     İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi .....                     Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda .....                     AKP-nin deputatı öldürülüb .....                     “Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda .....                     “Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi .....                     Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım .....                     Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb .....                     Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... .....                     AZAL təyyarəsinin vurulma əmrini verən generalın .....                     Yazıçı Turgenyev və pozucu Putin .....                 

100 min evə “kupça” veriləcək: - Bəs qalan 400 min?
Tarix: Dünən, 15:18 | Çap et

Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi prosesində yeni mərhələ başlayır.

Prezident İlham Əliyevin Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı iyulun 16-da imzaladığı fərmana əsasən, 100 minə yaxın vətəndaşın hüquqi qeydiyyatdan kənarda qalan əmlaklarının rəsmiləşdirilməsi mümkün olacaq.

Bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, fərman 2015-ci ildə qəbul edilmiş 439 nömrəli sənədə əlavə və dəyişiklikləri nəzərdə tutur:

“Bu sənəd əslində amnistiya xarakteri daşıyır. Əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə bu status verilməklə, vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradılır. Proqnozlara əsasən, bu dəyişikliklər 100 minə yaxın ailəyə hüquqi qeydiyyatla bağlı imkanlar təqdim edəcək”.

O əlavə edib ki, keçmiş kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin əmrləri ilə vətəndaşlara verilmiş torpaq sahələri də hüquqi qeydiyyata alınacaq:

"Bu tip sənədlər torpaq mülkiyyətinin tanınması üçün hüquqi əsas hesab olunacaq. Əgər vətəndaşın əlində bu cür əmr varsa, o, müvafiq qurumlara müraciət edərək torpaq sahəsinin mülkiyyət hüququnu rəsmiləşdirə bilər”.

Xatırladaq ki, ölkə başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edib.

Fərmana əsasən, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə səlahiyyətli orqanların yaşayış və bağ evi tikintisi üçün ayırdığı torpaq sahələrinin qeydiyyatına dair tələblər yumşaldılıb.

Belə ki, həmin əmlaklar üzərində hüquqların təmin edilməsi zamanı şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı tələb edilməyəcək.

Bundan başqa, qeydiyyat zamanı sovxoz və yaxud dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış da nəzərə alınacaq.

Məlumata görə, Azərbaycanda 500 minə yaxın sənədsiz ev var. Bəs geridə qalan 400 min evin aqibəti necə olacaq?

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, Prezidentin fərmanına edilən dəyişiklik artıq fərdi yaşayış evlərinin və torpaq sahələrinin çıxarışla təmin olunmasına şamil edilir. Əmlak ekspertinin sözlərinə görə, amma hələ də çıxarışsız qalan kifayət qədər əmlak var ki, onların da mərhələli şəkildə sənədləşdirilməsi nəzərdə tutulur:

“Prezidentin fərmanına edilən dəyişiklik artıq fərdi yaşayış evləri və torpaq sahələrinin çıxarışla təmin olunmasına şamil edilir. Lakin hələ də çıxarışsız qalan kifayət qədər əmlak var və onların da mərhələli şəkildə sənədləşdirilməsi nəzərdə tutulur.

Bu əmlakların bir hissəsi qadağan olunmuş ərazilərdə inşa olunmuş evlərdir. Belə ki, yüksək gərginlikli elektrik naqilləri, qaz, su və digər kommunikasiya xətlərinin üzərində və ya yaxınlığında, eləcə də dəmir yolu xətləri və dəniz mühafizə zolağını keçən ərazilərdə tikilmiş evlərə mövcud qanunvericiliyə əsasən çıxarış verilə bilməz.

Bəs bu əmlaklar hansı halda çıxarışla təmin oluna bilər? Əgər onların üzərindəki “qadağan olunmuş ərazi” statusu aradan qaldırılarsa, bu mümkündür. Yəni həmin evlərin üzərindən keçən elektrik naqilləri, qaz, su və işıq xətləri sökülüb başqa yerə köçürülərsə, bu halda həmin tikililər çıxarışla təmin oluna bilər”.

Elnur Fərzəliyev qeyd edib ki, əsas problem Bakı və Abşeron rayonundadır:

“Çıxarış alına bilməyən evlərin çoxu bələdiyyələrin sərəncam və qərarları ilə verilmiş torpaq sahələrində yerləşir. Əsas problem isə bələdiyyə sənədləri ilə bağlıdır və bu, əsasən Bakı şəhərində müşahidə olunur. Bakı və Abşeron bələdiyyələrində torpaq xəritələri olmadığı üçün bu torpaqlar sənədləşdirilərkən tez-tez başqa bir qurumun balansında olan əraziyə və ya fərdi mülkiyyətə düşür.

Yəni əgər Bakı və Abşeronda bələdiyyə torpaqlarının xəritəsi tərtib və təsdiq olunarsa, bu zaman çıxarışsız əmlakların böyük bir qismi də rəsmi sənədlərlə təmin oluna bilər. Təbii ki, bəzi hallarda yasaq ərazilərdə bələdiyyələr hərrac yolu ilə torpaq sata bilirlər.

Məsələn, Bakı-Abşeron ərazisində yalnız Xırdalan bələdiyyəsidir ki, hərracla torpaq sata bilir. Amma Bakı və Abşeronun digər yerlərində bu xəritələr olmadığından, yəni bələdiyyə torpaqlarının dəqiq sərhədləri müəyyənləşdirilmədiyindən, bu mümkün deyil. Nəticədə, bu səbəbdən də həmin ərazilərdəki evlər çıxarışla təmin oluna bilmir. Düşünürəm ki, yaxın zamanda, artıq bu proses bitəndən sonra bələdiyyələrlə bağlı da eyni hal yaşanacaq”.

E. Fərzəliyev bildirib ki, ilkin sənədləşmə mərhələsi əsasən Sovet dövründə verilmiş torpaq sahələrinə, o cümlədən kolxoz, sovxoz və bağ sahələrinə aiddir:

“İlkin mərhələ, yəni Sovetlər dövründə verilmiş torpaq sahələrinin sənədləşdirilməsi başa çatdıqdan sonra növbəti mərhələyə keçiləcək. Bu mərhələyə bələdiyyə torpaqları və digər ərazilərdə inşa olunmuş evlərin sənədləşdirilməsi daxil olacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU - “Əməkdar” və “Xalq” fəxri adları
Bu gün, 10:39
Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur - Rusiya ermənilərinin rəhbəri
Bu gün, 10:37
"Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." - MÜRACİƏT...
Bu gün, 10:31
Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR - TƏFƏRRÜAT
Bu gün, 10:20
Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:17
Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb - FOTO
Bu gün, 10:13
Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb - GƏLİŞMƏ
Bu gün, 10:11
Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:57
“Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır” – Milyarder Fərhad Əhmədov
Bu gün, 09:54
"Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" - QALMAQAL
Bu gün, 09:51
Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” - TƏFƏRRÜAT
Bu gün, 09:46
Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? - AKTUAL
Bu gün, 09:12
"Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." - NARAZILIQ VAR...
Bu gün, 09:06
Ermənistanın 40 faizi sülh sazişi istəmir - FAKT BUDUR
Bu gün, 09:01
Camış qatığında camış südü YOXDUR - GİLEY
Bu gün, 08:58
TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... - Beyləqan sakini məhəkəmlərdən şikayətçidir
Bu gün, 07:06
Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:04
""Bakı Abadlıq" bizə təzyiq göstərir" - NARAZILIQ VAR...
Bu gün, 07:00
Bu məsələ Mikayılovun umrunda da deyil - FAKT BUDUR!
Bu gün, 06:53
Zəngəzur dəhlizi açılarsa... - Ermənistan-Türkiyə sərhəd qapılarının açılması mövzusu gündəmə gələcək
Bu gün, 06:48
Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib - TƏFƏRRÜAT
Bu gün, 06:44
Paşinyan bir anda planını həyata keçirəcək - GƏLİŞMƏ
Bu gün, 06:42
Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... - AKTUAL
Bu gün, 06:40
Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? - Qanun-qayda hamı üçün deyilmiş...
Bu gün, 06:37
"Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:34
Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? - Tevanyan
Bu gün, 06:26
Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir - NƏ ETMƏLİ?
Bu gün, 00:10
Allahverdi Yolçuyev işlə təmin olundu - VİDEO
Bu gün, 00:06
Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb – Hakan Fidan
Bu gün, 00:04
İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi - TƏFƏRRÜAT
Bu gün, 00:02
Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda - GƏLİŞMƏ
Bu gün, 00:01
AKP-nin deputatı öldürülüb - KİV
Dünən, 23:57
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTO
Dünən, 18:10
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
Dünən, 18:05
Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım - FOTO
Dünən, 18:01
Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... - BELƏDƏ ÖZBAŞINALIQDIR...
Dünən, 17:46
AZAL təyyarəsinin vurulma əmrini verən generalın YENİ FOTOSU
Dünən, 17:33
Yazıçı Turgenyev və pozucu Putin - REPLİKA
Dünən, 17:18
Fermerin məhsulu sahədə ÇÜRÜYÜR - Şəhərdə isə qiymət cib “yandırır”
Dünən, 17:13
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO
Dünən, 17:09
Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:02
Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi – SƏBƏB
Dünən, 16:59
“Zəngəzur sadəcə yol deyil” – Paşinyanın çıxışının arxasındakı GİZLİN SƏBƏBLƏR
Dünən, 16:56
"Qlisin" apteklərdə yoxa çıxıb - AEM mövqe bildirdi
Dünən, 16:54
"Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib
Dünən, 16:48
Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir - deputat
Dünən, 16:45
Paşinyan Putinlə siyasi “bazarlıq”da - İNCƏLƏMƏ
Dünən, 16:42
Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir - TƏFƏRRÜAT
Dünən, 16:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru