AFFA tərəfindən hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyev feysbuk hesabındakı paylaşımı ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, o, Hakimlər Komitəsini tənqid edib:
“İlk növbədə hakim yoldaşlarıma bildirmək istəyirəm ki, sağolsunlar mənimlə sona qədər bir yerdə “vuruşdular”.
Amma Hakimlər Komitəsi olaraq siz qorxaq çıxdınız. Nüfuzlu olaraq başlamışdınız, amma nüfuzsuz oldunuz. AFFA-ya da sonsuz təşəkkür edirəm. Bu vaxta kimi bir qabdan yemək yedik. Hakimlər Komitəsi biləsiniz ki, hakimlər sizin nağıllarınıza inanmayacaq bundan sonra”.