Rusiyada cinayətkar qrupun azərbaycanlı üzvü saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, irimiqyaslı istintaq çərçivəsində əsl adı Sənan İsmayılov saxlanılıb.
Məlumata görə, o, mütəşəkkil cinayətkar qrupun koordinatoru Konstantin Vladimiroviç Andryuşkinin yaxın dostu və silahdaşıdır. İstintaq məlumatlarına əsasən, onlara qarşı qəsdən adam öldürməyə cəhd və xüsusilə böyük miqdarda dələduzluq maddələri üzrə ittihamlar irəli sürülüb.
İsmayılov bir neçə il ərzində qanunsuz pul əldə etmə və zərərçəkənlərin qorxudulması ilə bağlı mürəkkəb sxemlərdə iştirak edən cinayətkar qrupun əsas üzvlərindən biri hesab olunur. Hazırda o, istintaq təcridxanasında saxlanılır və onunla hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
Mütəşəkkil cinayətkar qrupun digər üzvləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.