Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi "Azercell Telekom" MMC-dən ümumilikdə 84.612,8 manat dəyərində telekommunikasiya xidmətləri alıb.
32gun.az-ın məlumatına görə, qurum 24.480 manat məbləğində telekommunikasiya xidmətlərinin satın alınması, əlavə olaraq isə 60.132,8 manat dəyərində 4G rabitə ilə əlaqədar MPLS şəbəkəsi üzrə xidmətlərin satın alınması üçün Azercell-lə müqavilə imzalayıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırovdur.