“Bəziləri Erməni Apostol Kilsəsinin ikiüzlülərin və fariseylərin əsarətindən azad edilməsi prosesində türk və ya azərbaycanlı izi görməyə çalışır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində yazıb.
Ermənistan hökumətinin rəhbəri bu yanaşmanın doğru olmadığını bildirib:
“Bəziləri Erməni Apostol Kilsəsinin ikiüzlülərin və fariseylərin əsarətindən azad edilməsi prosesində türk və ya azərbaycanlı izi görməyə çalışır. Bu, öz çirkinliklərini erməni ictimaiyyətindən gizlətmək üçün “azərbaycanlı” və ya “türk” arqumentlərindən istifadə edəndə ikiüzlülüyün ən birbaşa ifadəsidir. Bu üsuldan istifadə edənlər, o cümlədən xarici qüvvələr onlara istənilən sağlam diskursu pozmağa, istənilən islahatı dayandırmağa və Erməni Apostol Kilsəsini indiki kimi çıxılmaz vəziyyətdə saxlamağa imkan verir”.