“Əhməd kimi bütün ailəni öldürəcəm...” .....                     Azər Qasımlının istintaqı başa çatdı .....                     MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan .....                     Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar .....                     DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib .....                     Avropa onu Azərbaycana təhvil verdi .....                     Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu .....                     Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? .....                     Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır .....                     "Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm" .....                     "Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... .....                     İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır .....                     Gömrük Komitəsinin inspektoruna hökm oxundu .....                     “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı .....                     Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir .....                     Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? .....                     Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər .....                     Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi .....                     Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək .....                     Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı .....                     `KONTAKT HOME` yenə də narazılıq yaradır .....                     Neftçilərin bu əmək hüququ POZULARSA... .....                     AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI .....                     İsrail sərt şəkildə cəzalandırılacaq .....                     TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb .....                     İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb .....                     Daha bir vəzifəli şəxs yeyintidə ittiham olunur .....                     Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb .....                     “Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib .....                     "Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" .....                     Pensiyalarla bağlı YENİLİK: ikiqat gəlir olacaq .....                     SEPAH komandanı Hüseyin Salami və İranın nüvə alimləri öldürülüb .....                     İranın Natanz şəhərində nüvə obyektində partlayış baş verib .....                     "Şimal qonşumuzun şovinist dairələri 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə düşünürlər" .....                     KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! .....                     "Nəticələr açıqlandıqdan sonra DİM-in iddialarının cəfəngiyyat olduğunu gördük" .....                     Netanyahu iranlıları zülmdən qurtulacağını vəd etdi .....                     Hücumda İranın Baş Qərargah rəisi həlak olub? .....                     İran tərəfi ölkə ərazisinə zərbələr endirildiyini təsdiqləyib .....                     Kreml Bakıya ağlasığmaz şərt qoyur .....                 

QHT sədrinin şok əməli: yas məclisində qadınla tanış oldu, pulunu alıb vəd verdi ki... - TƏFƏRRÜAT
Tarix: Dünən, 09:27 | Çap et

Ali Məhkəmədə “Yeni Baxış” İctimai Nəzarət Təşkilatının sədri Şahvələd Əsgərovun barəsində olan cinayət işinə baxılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Şəki sektorunda metodist vəzifəsində işləyən Ülviyyə İslamovadan 20 min manat alıb.

O, Ülviyyə İslamovanı vəzifəyə təyin etdirəcəyinə söz verib.

Təşkilat sədri 2022-ci ildə qadından 200 min manat istəyib, 20 min manat beh alıb, iş düzələndən sonra isə ondan daha 180 min alacağı barədə razılaşıb. Bu pulun müqabilində onu Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri təyin etdirəcəyinə vəd edib.

İstintaq orqanı tərəfindən Şahvələd Əsgərovun barəsində Cinayət Məcəlləsinin 29,178.3.2-ci (külli miqdarda dələduzluq törətməyə cəhd) maddəsi ilə ittiham verilib.

“Bu işin imtahanla həll olduğunu söylədim”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şahvələd Əsgərov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, zərərçəkmiş Ülviyyə ilə Şəki şəhərində restoranların birində keçirilən iclas zamanı tanış olub:

“Ülviyyə orada öz əri ilə iştirak edirdi. Arvadım onkoloji xəstəydi, onun əməliyyatı üçün pul lazım olduğuna görə Qazax rayonunda yaşayan qayınatamgilə pul istəməyə getməyi nəzərdə tutmuşdum.

Ülviyyə də ona pul lazım olduğunu bildirdi. Evini girov qoyaraq təhsil şöbəsinə müdir keçmək üçün bankdan pul götürmək istədiyini dedi. Ona heç kimə pul verməməyi məsləhət gördüm, bu işin imtahanla həll olduğunu söylədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, o, Ülviyyədən 20 min manat borc alıb: “Daha sonra getdiyim rayondan 10 min manat tapdığıma görə onun 10 minini geri qaytardım. Qalan hissəni qaytara bilmədiyimə görə məndən şikayət etdi”.

“Müdir keçmək üçün yüksək məbləğ lazımdır”

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq ifadəsi elan olunub. O, ifadəsində göstərib ki, 2022-ci ilin təxminən aprel-may ayında dostları Aydın və Əlimirzə ilə birlikdə Nərminə Hacızəkəryəyevanın qohumunun yas mərasimində iştirak etmək üçün Şəki şəhərinə gedib:

“Nərminə Hacızəkəryəyevanın evində qonaq qaldığımız zaman onun rəfiqəsi Ülviyyə Şəki Zaqatala Regional Təhsil İdarəsinə müdir keçmək istədiyini bildirdi. Ona hazırkı işində qalmağı məsləhət görsəm də təkidlə həmin vəzifəyə keçmək istədiyinə dedi. Ona bu məsələylə maraqlanıb bir cavab verəcyimi söylədim.

Bildirdim ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir keçmək üçün yüksək məbləğ lazımdır və bu məbləğə gücü çatmayaq. Ülviyyə isə nə qədər pul lazım olsa, düzəldəcəyini dedi, mobil telefon nömrəmi götürdü”.

“10.000 manatı ərinə qaytardım”

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün Ülviyyə Nərminə müəllimənin evinə gəlib və onu çölə çağırıb: “Mənə 20.000 manat pul verdi. Pulu götürdüm, istədiyi işi düzüb-qoşmağa çalışacağımı bildirdim.

Pulu alanda yanımızda heç kim yoxuydu. Dostlarım Aydın və Əlimirzə ilə birlikdə Nərminə müəllimənin qohumunun yas mərasimində iştirak etdikdən sonra birlikdə Tovuz rayonuna getdik.

Tovuzda olarkən Ülviyyə zəng etdi, verdiyi pulun 10.000 manatını qaytarmağımı xahiş etdi. Mən də etiraz etmədim. Tovuz rayonundan qayıdan zaman Yevlax rayonu ərazisində yolüstü 10.000 manatı Ülviyyənin ərinə qaytardım”.

“Məndən pulu geri istədi”

Şahvələd Əsgərovun sözlərinə görə, Bakıya qayıdandan sonra Ülviyyənin iş məsələsi ilə maraqlanıb: “Yaxın adam tapa bilmədiyimə görə işi həll edə bilmədim. Pula ehdiyacım olduğu üçün Ülviyyədən aldığım pulu xərclədim.

Bir müddət sonra Ülviyyə zəng etdi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinə yeni müdir təyin olunduğunu bildirdi. Bu səbəbdən mənə verdiyi pulu geri istədi. Xərclədiyim üçün onun pulunu qaytara bilmədim.

Ülviyyəyə pulun məndə qalmasını, onu Şəki Təhsil Şöbəsinə müdir keçməsinə kömək edəcəyimi dedim. Onun işini yenə həll edə bilmədim. Aldığım pulu da geri qaytara bilmədim.

Bir neçə aydan sonra Ülviyyə zəng etdi, Şəki Təhsil Şöbəsinə yeni müdir təyin olunduğını bildirdi, pulu geri istədi. Pulu qaytara bilmədim. Ülviyyə barəmdə şikayət ərizəsi yazdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Ülviyyədən aldığı 20.000 manat puldan təxminən iki gün sonra 10.000 manatı onun ərinə qaytarıb: “Bundan başqa ayrı-ayrı vaxtlarda 2000 manat, daha sonra isə 3 dəfəyə də 400 manat zərərçəkmişin kartına göndərmişəm”.

“Müdir keçmək istəmişəm”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ülviyyənin sözlərinə görə, ibtidai sinif müəlliməsi üzrə təhsil alıb: “2007-ci ildən müəllim kimi işləmişəm, 2017-ci ildən isə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektorunda metodist vəzifəsində işləmişəm. 2022-ci ildə yaradılmış Şəki Zaqatala Regional Təhsil İdarəsinə müdir keçmək istəmişəm. Həmin idarəyə müdir təyin olunmaq üçün Təhsil Nazirliyində rəhbər vəzifədə işləyən tanış lazım olduğunu və həmin şəxsin namizədi irəli sürməsini eşitmişdim”.

“Xəbərin doğru olduğunu dedi”

Ülviyyə bildirib ki, 2022-ci ilin may ayının əvvəllərində yaxın rəfiqəsi Nərminə Hacızəkəriyyəyeva vasitəsi ilə Şəki şəhərində Şahvələd Əsgərovla görüşüb: “Şahvələd hansısa şirinlik müqabilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir vəzifəsinə təyin olunmağıma köməklik edəcəyini, müdir keçməm üçün əvvəl 200000, sonra 70000, daha sonra 50000 manat lazım olacağını bildirdi. Şahvələdə o qədər pulum olmadığını dedim. Sonra 20000 manata razılaşdıq. Mayın 17-də banka evimi girov qoydum və 30000 min manat götürdüm. Ertəsi gün bu pulun 20 min manatını Nərminə Hacızəkəriyyəyevanın evində Şahvələdə verdim. Şahvələd pulu aldıqdan sonra narahat olmamağı, tezliklə işi həll edəcəyini dedi. Pulu verdikdən təxminən iki gün sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunması barədə xəbər çıxdı. Bundan sonra Şahvələdə zəng etdim və Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunduğunu, nə üçün məni aldatdığını soruşdum. Həmin vaxt Şahvələd hələ müdir təyin olunmadığını, həmin vəzifənin mənə aid olduğunu dedi. Bu zaman ona saytlara
baxmasını dedim. Sonra o, saytlara baxdı, xəbərin doğru olduğunu dedi”.

“Əmrimin hazır olduğunu dedi”

Zərərçəkmişin sözlərinə görə, daha sonra Şahvələd Əsgərovdan pulunu istəyib: “Şahvələd pulun qalmasını, məni Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektoruna müdir təyin etdirəcəyini bildirdi. Şahvələdə bankdan kredit götürərək ona verdiyimi, hazırda krediti ödəyə bilmədiyimi və kreditin bir hissəsini ödəmək üçün pulun 10000 manatını qaytarmasını bildirdim. Şahvələd bununla razılaşdı. Qazax rayonundan gəldiyini, Yevlax rayonunda görüşərək pulu verəcəyini bildirdi. Ərim qeyd edilən vaxtda Yevlax rayonuna getdik Şahvələddən 10000 manatı götürdü. Təxminən 6-7 ay sonra Şəki sektoruna müdir təyin olundu. Həmin müddət ərzində Şahvələd hər dəfə narahat olmamağı, işinin düzülməsi üçün söz verildiyini bildirdi. Mən də Şahvələdə inandım, onu gözlədim. Artıq sektor müdiri təyin olunduğundan Şahvələdin məni aldatdığını, pulumu ələ keçirdiyini başa düşdüm. Bundan sonra ona zəng etdim, qalan 10000 manatımı istədim. Şahvələd narahat olmamağımı, sektora müdirin müvəqqəti təyin olunduğunu, həmin şəxsi qısa müddətdə nazirlikdə vəzifəyə qoyacaqlarını, sonra mənim müdir qoyulacağımı bildirdi. Mən də ona yenə də inandım. Hər dəfə Şahvələdə zəng edəndə isə əmrimin hazır olduğunu, qısa müddətə təsdiq olunacağımı dedi”.

“Şikayətim olmayacaq”

Ülviyyə qeyd edib ki, daha sonra Şahvələd Əsgərovun barəsində ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət edib: “Mənə dəymiş ziyandan 3450 manat qalınb. Həmin məbləği də ödədikdən sonra təqsirləndirilən şəxsə qarşı şikayətim olmayacaq”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əsgərovun əməli Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsinə tövsif edilib. Ona 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası verilib.

Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək vəzifəsi qoyulub.

Onun elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. Habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi, eyni zamanda stasionar qaydada müalicəyə başladıqda bu barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Hökmdən narazı qalan dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 29,178.2.3-cü maddəsi ilə təqsirli bilinməsini, həmin maddədə nəzərdə tutulmuş cəza təyin olunmasını istəyib.

Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də apellyasiya şikayəti verilib. Müdafiəçi onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hər iki şikayətə Şəki Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə həm dövlət ittihamçısının protestini, həm də təqsirləndirilən şəxsin müdafiəçisinin şikayətini təmin etməyib.

Bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti və protesti verilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, həm dövlət ittihamçısının kasasiya protesti, həmdə təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti təmin olunmayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
Bu gün, 10:46
Azər Qasımlının istintaqı başa çatdı
Bu gün, 10:37
MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan həbsin götürülməsi istənilib
Bu gün, 10:26
Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar - FOTO
Bu gün, 10:21
DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib
Bu gün, 10:19
Avropa onu Azərbaycana təhvil verdi - TƏFƏRRÜAT
Bu gün, 10:13
Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu - FOTO
Bu gün, 10:05
Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? - Görünəni odur ki...
Bu gün, 10:00
Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır -ŞƏRH
Bu gün, 09:59
"Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm"
Bu gün, 09:53
"Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... - NARAZILIQ VAR...
Bu gün, 09:49
İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
Bu gün, 09:36
Gömrük Komitəsinin inspektoruna hökm oxundu
Bu gün, 09:33
“Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı - BU NƏDİ BELƏ?
Bu gün, 09:24
Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:18
Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? - İLGİNC
Bu gün, 09:16
Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:02
Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək - TENDER
Bu gün, 08:56
Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
Bu gün, 08:45
`KONTAKT HOME` yenə də narazılıq yaradır - GİLEY
Bu gün, 08:36
Neftçilərin bu əmək hüququ POZULARSA... - Ekspert danışır
Bu gün, 08:27
AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI - DİQQƏT!
Bu gün, 08:19
İsrail sərt şəkildə cəzalandırılacaq - Xameneidən REAKSİYA
Bu gün, 08:11
TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb - "Fars" xəbər agentliyi
Bu gün, 07:34
İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
Bu gün, 07:05
Daha bir vəzifəli şəxs yeyintidə ittiham olunur - ARAŞDIRMA BAŞLADI
Bu gün, 07:03
Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb - "Mehr"
Bu gün, 06:57
“Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib - TƏFƏRRÜAT
Bu gün, 06:44
"Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - FAKT BUDUR!
Bu gün, 06:41
Pensiyalarla bağlı YENİLİK: ikiqat gəlir olacaq – Gələn ildən…
Bu gün, 06:35
SEPAH komandanı Hüseyin Salami və İranın nüvə alimləri öldürülüb - "Tasnim"
Bu gün, 06:30
İranın Natanz şəhərində nüvə obyektində partlayış baş verib - "IRNA"
Bu gün, 06:27
"Şimal qonşumuzun şovinist dairələri 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə düşünürlər" - Sovet "arzu"su...
Bu gün, 06:24
KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...
Bu gün, 06:18
"Nəticələr açıqlandıqdan sonra DİM-in iddialarının cəfəngiyyat olduğunu gördük" - Ramin Nurəliyev
Bu gün, 06:02
Netanyahu iranlıları zülmdən qurtulacağını vəd etdi - MÜRACİƏT
Bu gün, 06:00
Hücumda İranın Baş Qərargah rəisi həlak olub? - İDDİA
Bu gün, 05:56
İran tərəfi ölkə ərazisinə zərbələr endirildiyini təsdiqləyib - KİV
Bu gün, 05:53
Kreml Bakıya ağlasığmaz şərt qoyur – Moskva başını tamamilə itirib?
Bu gün, 05:51
Rusiyanın hədəfindəki nöqtələr: Avropada eskalasiya gözləntisi - GƏLİŞMƏ
Bu gün, 05:41
İsrail İrandakı hədəflərə zərbələr endirib - KİV
Bu gün, 05:38
Azərbaycana heç bir "dostcasına təzyiq" göstərməyə ehtiyac yoxdur - ŞƏRH
Bu gün, 00:21
"Mənə deyirdilər ki, qəliz mahnılar oxuyursan"
Bu gün, 00:17
Sahil Tahirli GÖRƏVDƏN ALINDI - ƏMR
Bu gün, 00:14
Zaxarovanın primitiv yalanı
Dünən, 18:16
AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək - BU NƏDİ BELƏ?
Dünən, 18:10
AZCON Holdinqdə yeni təyinat - ƏMR
Dünən, 18:08
“Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var
Dünən, 18:06
“Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru