Bakıda 44 nəfərə məcburi ərizə yazdırıb işdən çıxartdılar .....                     Keçmiş bankir özünə yeni şirkət yaratdı .....                     Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..." .....                     Rəsmi Bakı İsrailin İrana hücumuna .....                     İsrail İranı BOMBALADI: Tehran yəhudiləri qoyub yenədəmi zəif düşmən axtaracaq? .....                     Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib... .....                     İçində azərbaycanlıların olduğu təyyarə İrəvana eniş etdi .....                     “Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...” .....                     “Olympus” MTK kütləvi narazılıq yaradır... .....                     Almaz Ələsgərovadan ETİRAZ: .....                     Fəlsəfə doktorundan sosioloqa sərt reaksiya: kişilər divanda əlinə… .....                     “Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR? .....                     Yeddi uşağın ölüm işi: bu ilk yanğın deyildi, əvvəllərdə iki dəfə yanğın olub .....                     Bakıda kişi yola benzin tökdü, özü də yandı .....                     Əmrullayevin yarıtmaz KADR SİYASƏTİ... .....                     “Əhməd kimi bütün ailəni öldürəcəm...” .....                     Azər Qasımlının istintaqı başa çatdı .....                     MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan .....                     Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar .....                     DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib .....                     Avropa onu Azərbaycana təhvil verdi .....                     Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu .....                     Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? .....                     Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır .....                     "Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm" .....                     "Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... .....                     İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır .....                     Gömrük Komitəsinin inspektoruna hökm oxundu .....                     “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı .....                     Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir .....                     Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? .....                     Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər .....                     Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi .....                     Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək .....                     Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı .....                     `KONTAKT HOME` yenə də narazılıq yaradır .....                     Neftçilərin bu əmək hüququ POZULARSA... .....                     AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI .....                     İsrail sərt şəkildə cəzalandırılacaq .....                     TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb .....                 

İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
Tarix: Dünən, 11:14 | Çap et

İranın dini lideri Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib ki, İran Zəngəzur dəhlizi yaratmaq cəhdinin qarşısını alıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Onun iddiasına görə, İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb: “Bu gücün bariz əlamətlərindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana tez və qətiyyətlə reaksiya verməsi idi”.

Vilayəti həmçinin bildirib: “Bəzi ölkələr Zəngəzur dəhlizinin yaradılması bəhanəsi ilə Naxçıvanı Azərbaycanla Ermənistan ərazisi ilə birləşdirməyə cəhd edəndə - mahiyyətcə bu layihə İran dəhlizinin Avropaya bağlanmasının qarşısını almaq idi - İran İslam Respublikası bu plana qarşı çıxdı və onun həyata keçirilməsinə mane oldu".

Onun sözlərinə görə, Cozef Baydenin özü də guya ABŞ prezidenti vəzifəsində olarkən dəhlizin işə salınması üçün hər şeyin hazır olduğunu etiraf edib, lakin bu layihənin həyata keçirilməsinə mane İran olub.

Vilayəti daha sonra vurğulayıb ki, Zəngəzur dəhlizinin son məqsədi təkcə İranı şimal istiqamətindən kəsmək deyil, həm də cənubdan Rusiya ətrafındakı halqanı mühasirəyə alıb bağlamaqdır.

Xamneyinin müşavirinin lovğalıqla dolu açıqlamasından belə qənaətə gəlmək olarmı ki, Zəngəzur dəhlizi məsələsi artıq bitib? Pekindən Londonadək uzanacaq Orta dəhliz layihəsinin bir hissəsi sayılan Zəngəzur dəhlizinin açılmasının birdəfəlik qarşısını almaq İranın gücündə olan bir məsələdirmi?

Bəllidir ki, Ermənistan Azərbaycandan-Azərbaycana keçidə razı olduğunu bəyan edir, sadəcə, yola nəzarət üstündə mübahisə qalmaqdadır, o halda İran liderinin müşaviri o nəticəyə necə gəlib ki, Zəngəzur dəhlizinin açılması mümkün olmayacaq? Madam ki, İran açıq mövqe sərgiləyir, bundan sonra Azərbaycanın diplomatik addımları necə olmalıdır?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”da qeyd etdi ki, İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı verdikləri bəyanatlar siyasi sərsəmləmədir: “Görünən budur ki, molla rejimi hakimiyyətdə rəsmilərin fəaliyyətini normal əlaqələndirə bilmir. Adamdan soruşarlar, sizin "Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir" dediyiniz nədir, Araz çayı üzərindən Zəngəzur dəhlizinin bir qanadının çəkilməsinə dair Azərbaycanın təklifini bəh-bəhlə qəbul etməyiniz nə? Bu razılaşma təşəbbüsü ortaya çıxan kimi iç üzünüz açıldı - qırmızı xəttiniz yadınızdan çıxdı. Zəngəzur dəhlizi ətrafında yol verdiyiniz sərsəmləmələr bir daha onu sübut edir ki, qonşularınızla münasibətlərdə səmimi ola bilmirsiniz. Əgər səmimi olsaydınız, dəhlizlə bağlı razılaşma əldə edildikdən sonra dilinizə belə sözlər gətirməzdiniz. Bir sözlə, sizin ipinizin üzərinə odun yığmaq çox riskli və təhlükəlidir. Bilin və agah olun, nə qədər çaba göstərsəniz də Zəngəzur dəhlizi mütləq açılacaq. Bir qədər də yanlışlara yol versəniz, dəhlizin İran üzərindən gedəcək xəttini təhlükəyə atmış olacaqsınız. İndi guya Zəngəzura Avropaya çıxış ərazisi kimi baxırsınız və oradan keçəcək dəhlizin sizin yolunuzu kəsəcəyini iddia edirsiniz. Bəs əgər keçən əsrin iyirminci illərində Sovet İttifaqının axmaq idarəçilərinin sərsəm qərarı ilə Zəngəzur Ermənistana verilməsəydi, onda Avropaya yolunuz haradan olacaqdı? Təbii ki, Azərbaycandan. O səbəbdən ağıllı olun! Sizinlə səmimi davranan qonşunuzla kirli oyunlar oynamağa qalxmayın. Onsuz da sivil dünya sizi təkləyib. Bu sıxıntılar içində özünüzə yeni bir quyu da qazmayın".

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bu dəhlizin açıqlamasında iki tərəfin daha maraqlı olduğunu bildirdi: “Zəngəzur dəhlizinin açılmasının uzanmasının səbəbi İran rəsmisinin dediyi kimi, onlar deyil. Ümumiyyətlə, bu dəhlizin açılmasında maraqlı olan əsas iki tərəf var: Rusiya və Qərb. Amma hər ikisi bu dəhlizə nəzarəti özü həyata keçirmək istəyir. İran isə ilk gündən bu dəhlizin açılmasını istəməyib. Amma onun istəyib-istəməməsindən asılı olmayaraq, dəhlizin açılması məsələsi reallaşanda hər hansı təsir imkanları olmayacaq. Necə ki, bu günə qədər olmayıb. İran rəsmisi verdiyi bəyanatla demək istəyib ki, regionun əsas söz sahibi İrandır və onun razılığı olmadan regionda hər hansı böyük lahiyələr həyata keçirilə bilməz. Bu isə əslində İranın Cənubi Qafqazda baş verən proseslərə, ümumiyyətlə, təsir imkanlarının olmamasını gizlətməyə hesablanmış bəyanatdır. Dediyim kimi, Rusiya və Qərb arasında bu məsələ ətrafında fikir ayrılığı mövcuddur. Ermənistan isə bundan istifadə etməklə dəhlizin açılmasını uzadır. Çünki prosesin bu şəkildə olması rəsmi İrəvana hələlik sərf edir. Düşünür ki, hadisələrin bu cür inkişafı Azərbaycanın daha çox güzəştlər əldə etməsinə gətirib çıxara bilər. Yəni əslində Ermənistanı dəhlizin açılmasına inandırsaq, yaxud buna məcbur etsək, rahatlıqla bu kommunikasiya xəttini açacaq. Nəinki İran, digər maraqlı dövlətlərin fikirlərinə də əhəmiyyət verməyəcək. Düşünürəm ki, gec-tez Azərbaycan Ermənistanı bu addımı atmağa məcbur edəcək. Çünki ikitərəfli razılaşmalara görə, bu dəhlizin açılmasından Ermənistanın qazanacağı vasitəçilərlə qazanacağından istər siyasi, istərsə də maddi cəhətdən daha çoxdur. Odur ki, İrandan verilən bəyanatı regionda özünü təsdiq cəhdi kimi dəyərləndirirəm. Hesab edirəm ki, bu da çox uğursuzdur. Amma eyni zamanda onun dəhlizlə bağlı bu fikirdə olmasını da ciddi qəbul etmək lazımdır. Bu bir daha təsdiq edir ki, İranın Azərbaycana olan münasibəti heç zaman səmimi olmayıb. Hazırda sanksiyalardan dolayı əziyyət çəkən, son vaxtlar uranın zənginləşdirilməsi ilə bağlı yenidən hədəfdə olan İranın qonşuları ilə daha səmimi münasibət saxlaması lazım idi. Amma seçimi İran edib. Azərbaycan bir daha əmin olmalıdır ki, İranla münasibətlərimizdə bəzi hallarda vitrində olan "səmimi" münasibətlərin arxasında tamam fərqli münasibət dayanır. O səbəbdən dövlətlərarası əlaqələrdə bu faktoru açıq şəkildə qarşı tərəfə demək lazımdır və Azərbaycan da öz növbəsində münasibətləri qonşuluq prinsipindən daha çox dövlətimizə olan münasibətə görə qurmalıdır".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 44 nəfərə məcburi ərizə yazdırıb işdən çıxartdılar - NARAZILIQ VAR...
Bu gün, 12:01
Keçmiş bankir özünə yeni şirkət yaratdı
Bu gün, 11:52
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..." - TƏFƏRRÜAT
Bu gün, 11:49
Rəsmi Bakı İsrailin İrana hücumuna belə REAKSİYA VERDİ
Bu gün, 11:45
İsrail İranı BOMBALADI: Tehran yəhudiləri qoyub yenədəmi zəif düşmən axtaracaq? - AKTUAL
Bu gün, 11:35
Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib... - Azad Məlikov bizi təhqir etdi, dedi ki...
Bu gün, 11:20
İçində azərbaycanlıların olduğu təyyarə İrəvana eniş etdi - Erməni nəşri
Bu gün, 11:17
“Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...” - ŞƏRH
Bu gün, 11:15
“Olympus” MTK kütləvi narazılıq yaradır... - Biz nə vaxta qədər küçələrdə qalacağıq?
Bu gün, 11:12
Almaz Ələsgərovadan ETİRAZ: - “Mənasız mahnılar gic edib bizi”
Bu gün, 11:07
Fəlsəfə doktorundan sosioloqa sərt reaksiya: kişilər divanda əlinə… - QALMAQAL
Bu gün, 11:06
“Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR? - vətəndaş canı ilə risqə gedir...
Bu gün, 11:02
Yeddi uşağın ölüm işi: bu ilk yanğın deyildi, əvvəllərdə iki dəfə yanğın olub - MƏHKƏMƏ
Bu gün, 11:01
Bakıda kişi yola benzin tökdü, özü də yandı - TƏFƏRRÜAT
Bu gün, 10:54
Əmrullayevin yarıtmaz KADR SİYASƏTİ... - NƏ ETMƏLİ?
Bu gün, 10:50
“Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
Bu gün, 10:46
Azər Qasımlının istintaqı başa çatdı
Bu gün, 10:37
MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan həbsin götürülməsi istənilib
Bu gün, 10:26
Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar - FOTO
Bu gün, 10:21
DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib
Bu gün, 10:19
Avropa onu Azərbaycana təhvil verdi - TƏFƏRRÜAT
Bu gün, 10:13
Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu - FOTO
Bu gün, 10:05
Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? - Görünəni odur ki...
Bu gün, 10:00
Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır -ŞƏRH
Bu gün, 09:59
"Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm"
Bu gün, 09:53
"Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... - NARAZILIQ VAR...
Bu gün, 09:49
İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
Bu gün, 09:36
Gömrük Komitəsinin inspektoruna hökm oxundu
Bu gün, 09:33
“Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı - BU NƏDİ BELƏ?
Bu gün, 09:24
Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:18
Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? - İLGİNC
Bu gün, 09:16
Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:02
Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək - TENDER
Bu gün, 08:56
Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
Bu gün, 08:45
`KONTAKT HOME` yenə də narazılıq yaradır - GİLEY
Bu gün, 08:36
Neftçilərin bu əmək hüququ POZULARSA... - Ekspert danışır
Bu gün, 08:27
AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI - DİQQƏT!
Bu gün, 08:19
İsrail sərt şəkildə cəzalandırılacaq - Xameneidən REAKSİYA
Bu gün, 08:11
TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb - "Fars" xəbər agentliyi
Bu gün, 07:34
İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
Bu gün, 07:05
Daha bir vəzifəli şəxs yeyintidə ittiham olunur - ARAŞDIRMA BAŞLADI
Bu gün, 07:03
Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb - "Mehr"
Bu gün, 06:57
“Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib - TƏFƏRRÜAT
Bu gün, 06:44
"Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - FAKT BUDUR!
Bu gün, 06:41
Pensiyalarla bağlı YENİLİK: ikiqat gəlir olacaq – Gələn ildən…
Bu gün, 06:35
SEPAH komandanı Hüseyin Salami və İranın nüvə alimləri öldürülüb - "Tasnim"
Bu gün, 06:30
İranın Natanz şəhərində nüvə obyektində partlayış baş verib - "IRNA"
Bu gün, 06:27
"Şimal qonşumuzun şovinist dairələri 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə düşünürlər" - Sovet "arzu"su...
Bu gün, 06:24
KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...
Bu gün, 06:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru