"Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm" .....                     "Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... .....                     İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır .....                     Gömrük Komitəsinin inspektoruna hökm oxundu .....                     “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı .....                     Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir .....                     Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? .....                     Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər .....                     Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi .....                     Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək .....                     Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı .....                     `KONTAKT HOME` yenə də narazılıq yaradır .....                     Neftçilərin bu əmək hüququ POZULARSA... .....                     AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI .....                     İsrail sərt şəkildə cəzalandırılacaq .....                     TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb .....                     İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb .....                     Daha bir vəzifəli şəxs yeyintidə ittiham olunur .....                     Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb .....                     “Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib .....                     "Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" .....                     Pensiyalarla bağlı YENİLİK: ikiqat gəlir olacaq .....                     SEPAH komandanı Hüseyin Salami və İranın nüvə alimləri öldürülüb .....                     İranın Natanz şəhərində nüvə obyektində partlayış baş verib .....                     "Şimal qonşumuzun şovinist dairələri 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə düşünürlər" .....                     KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! .....                     "Nəticələr açıqlandıqdan sonra DİM-in iddialarının cəfəngiyyat olduğunu gördük" .....                     Netanyahu iranlıları zülmdən qurtulacağını vəd etdi .....                     Hücumda İranın Baş Qərargah rəisi həlak olub? .....                     İran tərəfi ölkə ərazisinə zərbələr endirildiyini təsdiqləyib .....                     Kreml Bakıya ağlasığmaz şərt qoyur .....                     Rusiyanın hədəfindəki nöqtələr: Avropada eskalasiya gözləntisi .....                     İsrail İrandakı hədəflərə zərbələr endirib .....                     Azərbaycana heç bir "dostcasına təzyiq" göstərməyə ehtiyac yoxdur .....                     "Mənə deyirdilər ki, qəliz mahnılar oxuyursan" .....                     Sahil Tahirli GÖRƏVDƏN ALINDI .....                     Zaxarovanın primitiv yalanı .....                     AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək .....                     AZCON Holdinqdə yeni təyinat .....                     “Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var .....                 

Ənənəvi “sığınacaq” aktivlərinə çevrilən qiymətli metallar: - Tramp-Mask qarşıdurması bu bazarı sarsıdacaq?
Tarix: Dünən, 08:29 | Çap et

Son günlər Donald Tramp və İlon Mask arasındakı mübahisələr investorların risk görgüsünü gücləndirib və bu, xüsusilə texnologiya sektorunda və qlobal indekslərdə gözə görünən dalğalanmalara səbəb olub. Belə ki, Tramp–Mask münaqişəsi nəticəsində Tesla payları bir gün ərzində təxminən 14% ucuzlaşaraq 150 milyard dollarlıq bazar dəyəri itirdi. ABŞ-Çin ticarət danışıqları ilə bağlı nikbinlik fonunda Avropa və Asiya bazarlarında yüngül dirçəlmə müşahidə olunsa da, Tramp və Mask arasında gərginlik əhval-ruhiyyəni həssas saxlayır. Eyni zamanda, belə gərginlik şəraitində investorlar riski azaltmaq üçün ənənəvi “sığınacaq” aktivlərinə, yəni qiymətli metallara yönəlirlər.

Mütəxəssislər hesab edirlər ki, Tramp–Mask gərginliyi qısa müddətli dalğalanmaları şiddətləndirsə də, risk həssaslığı yüksək qalır və buna paralel olaraq qiymətli metallara olan təlabat artır.

İqtisadçı-ekspert Eldəniz Əmirov Trend-ə açıqlamasında hazırda Donald Tramp və İlon Mask arasında yaşanan gərginliyin planlaşdırılmış bir ssenari üzrə davam etdiyini bildirib.

Onun sözlərinə görə, bu məsələdə ABŞ-nin məqsədləri mərkəzdə dayanır: “Yəni təkcə Trampın və ya Maskın deyil, eyni zamanda ABŞ hökümətinin məqsədləri əsas mövqedə durur. Biz bir müddət sonra birjalarda baş verənlərə, kapital axınlarına, səhmlərin qiymətinin dəyişməsinə nəzər salsaq və təhlil etsək, görərik ki, ABŞ bu məsələdən birmənalı olaraq qazanmış tərəf olaraq çıxacaq”.

“Bu səbəbdən Tramp və Mask arasında olan gərginliyin uzun müddət davam edəcəyini düşünmürəm. Hesab edirəm ki, bir müddət sonra bu məsələ öz həllini tapacaq. Hətta ola bilər ki, İlon Mask ümumiyyətlə ABŞ-dəki vəzifəsindən istefa versin. Çünki onun məmur kimi fəaliyyətindənsə, yaxşı biznesmen kimi çalışması ABŞ üçün daha effektiv ola bilər. Tramp yaxın müddətdə bunun da fərqinə varacaq”, - deyə E. Əmirov qeyd edib.

“Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri, Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov isə Trend-ə açıqlamasında deyib ki, ABŞ-dəki zəif əmək göstəriciləri və ticarət siyasətindəki qeyri müəyyənlik qızılın qiymətini yüksək səviyyədə saxlayır. O bildirib ki, bununla yanaşı, dolların zəifləməsi və FED-in faiz endirimi ilə bağlı gözləntilər bu qiymətli metalın mövqeyini dəstəkləyir.

Mütəxəssis vurğulayıb ki, bu dövrdə qızıl qiymətlərindəki dəyişkənlik, əsasən, ABŞ-nin ticarət siyasəti və beynəlxalq geosiyasi gərginliklər ilə birbaşa əlaqədardır: “Aprel və mayın əvvəlində qızıl qiymətlərində azalma baş verib. Çünki ABŞ-Çin münasibətlərində müsbət siqnallar və tarif endirimi qeyri-müəyyənliyi azaltmışdı. Bu isə investorların qızıl kimi təhlükəsiz aktivlərə marağını zəiflətmişdi.

2025-ci ilin aprel ayında qızılın bir unsiya üzrə qiyməti tarixi maksimum olan 3500 ABŞ dollarına çatıb. Daha sonrakı dövr ərzində qiymətlərdə qısamüddətli eniş müşahidə olunsa da, sonradan artım bərpa olunub və hal-hazırda qızılın bir unsiyası təxminən 3350 dollar səviyyəsində ticarət olunur. Spot bazarda bu il ərzində artıq 25 faizdən çox dəyər artımı müşahidə edilib”.

R. Əmircanov xatırladıb ki, mayın ikinci yarısında isə Tramp administrasiyasının Avropa ölkələrinə və texnologiya sektoruna qarşı sərt iqtisadi bəyanatları yeni risklər yaradıb: “Trampın Ağ Ev rəhbəri olaraq vergi endirimi islahatı ilə bağlı səsləndirdiyi fikirlər isə daxildə müəyyən fikir ayrılıqları doğurub. Bu fonda qızıl etibarlı investisiya aləti funksiyasını yenidən bərpa edib və qiymət artımı baş verib. May ayında qiymət artımı xüsusilə ABŞ-nin inflyasiya göstəricilərinin açıqlanması ərəfəsində investor davranışları ilə bağlı olub. Aşağı borcalma faizləri stabil, lakin az gəlirli maliyyə alətlərindən vəsait axınını qızıla yönəldib. Bura geosiyasi risklər, inflyasiya təzyiqləri və qlobal iqtisadi qeyri-müəyyənlik də əlavə olunduqda, qiymət artımı qaçılmaz görünür.

İyun ayının əvvəlində isə geosiyasi risklərin artması və iqtisadi qeyri-müəyyənlik qızılın mövqeyini gücləndirib, nəticədə qiymətlər yüksəlməkdə davam edib.

Qızıl qiymətləri qısa müddətli geosiyasi və iqtisadi siqnallara həssasdır. Bu daha çox ABŞ-nin proteksionist siyasətindən asılı olaraq qiymət dəyişkənliyi yaranır. Bu dövr ərzində müşahidə olunan dinamika, qızılın rolunu bir daha təsdiqləyir”.

Mütəxəssisin sözlərinə görə, qızılın qiymət səviyyəsinin yüksək olaraq qalmasına həm iqtisadi, həm də geosiyasi amillər ciddi təsir göstərir: “ABŞ-də əmək bazarındakı zəiflik və ticarət siyasətindəki qeyri-müəyyənliklər qızılı risklərə qarşı etibarlı investisiya kimi ön plana çıxarır. Eyni zamanda, ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) mümkün faiz endirimləri fonunda investorların qızıla marağı artır.

Qiymət artımında mərkəzi bankların rolu xüsusilə vurğulanmalıdır. Hal-hazırda dünya üzrə mərkəzi banklar hər ay təxminən 80 ton qızıl alır ki, bu da cari qiymətlərlə 8,5 milyard dollara yaxındır. Üstəlik, bu alışların əksəriyyəti şəffaf şəkildə açıqlanmasa da, ticarət statistikaları xüsusilə Çinin İsveçrə üzərindən böyük həcmdə qızıl aldığına işarə edir”.

“Ümumdünya Qızıl Şurasının məlumatına əsasən, mərkəzi banklar və suveren investisiya fondları hər il təxminən 1000 ton qızıl alır. Bu, dünya üzrə illik hasilatın ən azı dörddə birini təşkil edir. 2025-ci il üzrə sorğular isə bankların üçdə birindən çoxunun qızıl alışlarını davam etdirməyi planlaşdırdığını, satış etməyi düşünmədiklərini göstərir”, - deyə R. Əmircanov bildirib.

O, qızılın qiymətinin yüksək səviyyədə qalmasına təsir edən digər mühüm amilləri sadalayıb:

Geosiyasi risklər və münaqişələr – Ukrayna-Rusiya müharibəsi, Yaxın Şərqdəki qeyri-sabitlik, Çin-ABŞ münasibətlərində gərginlik qızılı daha etibarlı aktiv kimi önə çıxarır.

Dünya üzrə artan tələb – Qızılın qlobal tələbi rekord səviyyəyə – 4974,5 tona çatıb. Mərkəzi banklar 2024-cü ildə 1045 ton qızıl alıblar və bu artım 2025-ci ildə də davam edir.

Regional alışlar – Azərbaycan, Polşa, Çexiya, Türkiyə, Çin və Hindistan kimi ölkələr qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıblar.

“Təhlillər göstərir ki, qızılın qiyməti yaxın gələcəkdə artmaqda davam edə bilər. Proqnozlara əsasən, bir unsiya qızılın qiymətinin 3500–3800 ABŞ dolları intervalında olması gözlənilir. Digər tərəfdən, gümüşə olan tələbatın artması da davam edəcək. Bu artım xüsusilə sənaye və maliyyə sektorlarında gümüşün geniş tətbiqi ilə əlaqələndirilir. Hazırda gümüş qiymətləri bir unsiya üçün 36,40–36,70 ABŞ dolları intervalında ticarət olunur. Qeyd edilməlidir ki, gümüş son bir il ərzində 45 faizdən çox bahalaşıb”, - deyə R. Əmircanov fikirlərini yekunlaşdırıb.

Nəticə olaraq qeyd edə bilərik ki, Tramp–Mask gərginliyi qısa müddətli dalğalanmaları şiddətləndirsə də, risk həssaslığı yüksək olaraq qalmaqdadır. Buna paralel olaraq da qiymətli metallara olan təlabat artır. Belə olan halda investorlar balanslı yanaşma və portfel diversifikasiyası məsləhət görülən strategiya olaraq qalır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm"
Bu gün, 09:53
"Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... - NARAZILIQ VAR...
Bu gün, 09:49
İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
Bu gün, 09:36
Gömrük Komitəsinin inspektoruna hökm oxundu
Bu gün, 09:33
“Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı - BU NƏDİ BELƏ?
Bu gün, 09:24
Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:18
Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? - İLGİNC
Bu gün, 09:16
Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:02
Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək - TENDER
Bu gün, 08:56
Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
Bu gün, 08:45
`KONTAKT HOME` yenə də narazılıq yaradır - GİLEY
Bu gün, 08:36
Neftçilərin bu əmək hüququ POZULARSA... - Ekspert danışır
Bu gün, 08:27
AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI - DİQQƏT!
Bu gün, 08:19
İsrail sərt şəkildə cəzalandırılacaq - Xameneidən REAKSİYA
Bu gün, 08:11
TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb - "Fars" xəbər agentliyi
Bu gün, 07:34
İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
Bu gün, 07:05
Daha bir vəzifəli şəxs yeyintidə ittiham olunur - ARAŞDIRMA BAŞLADI
Bu gün, 07:03
Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb - "Mehr"
Bu gün, 06:57
“Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib - TƏFƏRRÜAT
Bu gün, 06:44
"Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - FAKT BUDUR!
Bu gün, 06:41
Pensiyalarla bağlı YENİLİK: ikiqat gəlir olacaq – Gələn ildən…
Bu gün, 06:35
SEPAH komandanı Hüseyin Salami və İranın nüvə alimləri öldürülüb - "Tasnim"
Bu gün, 06:30
İranın Natanz şəhərində nüvə obyektində partlayış baş verib - "IRNA"
Bu gün, 06:27
"Şimal qonşumuzun şovinist dairələri 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə düşünürlər" - Sovet "arzu"su...
Bu gün, 06:24
KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...
Bu gün, 06:18
"Nəticələr açıqlandıqdan sonra DİM-in iddialarının cəfəngiyyat olduğunu gördük" - Ramin Nurəliyev
Bu gün, 06:02
Netanyahu iranlıları zülmdən qurtulacağını vəd etdi - MÜRACİƏT
Bu gün, 06:00
Hücumda İranın Baş Qərargah rəisi həlak olub? - İDDİA
Bu gün, 05:56
İran tərəfi ölkə ərazisinə zərbələr endirildiyini təsdiqləyib - KİV
Bu gün, 05:53
Kreml Bakıya ağlasığmaz şərt qoyur – Moskva başını tamamilə itirib?
Bu gün, 05:51
Rusiyanın hədəfindəki nöqtələr: Avropada eskalasiya gözləntisi - GƏLİŞMƏ
Bu gün, 05:41
İsrail İrandakı hədəflərə zərbələr endirib - KİV
Bu gün, 05:38
Azərbaycana heç bir "dostcasına təzyiq" göstərməyə ehtiyac yoxdur - ŞƏRH
Bu gün, 00:21
"Mənə deyirdilər ki, qəliz mahnılar oxuyursan"
Bu gün, 00:17
Sahil Tahirli GÖRƏVDƏN ALINDI - ƏMR
Bu gün, 00:14
Zaxarovanın primitiv yalanı
Dünən, 18:16
AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək - BU NƏDİ BELƏ?
Dünən, 18:10
AZCON Holdinqdə yeni təyinat - ƏMR
Dünən, 18:08
“Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var
Dünən, 18:06
“Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır
Dünən, 17:58
Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı - FOTO
Dünən, 17:53
Azərbaycanda 600 manat dəfn pulu veriləcək
Dünən, 17:43
Azərbaycanda sosial müavinətlər artırılır
Dünən, 17:11
Bakıda qrup halında adam öldürənlər HAKİM QARŞISINDA
Dünən, 16:14
“Məni hədələyərək işdən çıxardılar” - Qadın cərrah
Dünən, 16:09
"İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər"
Dünən, 16:05
"Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" - Əlikram Bayramov
Dünən, 16:00
Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? – Özü AÇIQLADI
Dünən, 15:37
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru