İsrail İranın hərbi obyektlərini belə vurub .....                     Bakıda 44 nəfərə məcburi ərizə yazdırıb işdən çıxartdılar .....                     Keçmiş bankir özünə yeni şirkət yaratdı .....                     Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..." .....                     Rəsmi Bakı İsrailin İrana hücumuna .....                     İsrail İranı BOMBALADI: Tehran yəhudiləri qoyub yenədəmi zəif düşmən axtaracaq? .....                     Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib... .....                     İçində azərbaycanlıların olduğu təyyarə İrəvana eniş etdi .....                     “Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...” .....                     “Olympus” MTK kütləvi narazılıq yaradır... .....                     Almaz Ələsgərovadan ETİRAZ: .....                     Fəlsəfə doktorundan sosioloqa sərt reaksiya: kişilər divanda əlinə… .....                     “Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR? .....                     Yeddi uşağın ölüm işi: bu ilk yanğın deyildi, əvvəllərdə iki dəfə yanğın olub .....                     Bakıda kişi yola benzin tökdü, özü də yandı .....                     Əmrullayevin yarıtmaz KADR SİYASƏTİ... .....                     “Əhməd kimi bütün ailəni öldürəcəm...” .....                     Azər Qasımlının istintaqı başa çatdı .....                     MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan .....                     Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar .....                     DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib .....                     Avropa onu Azərbaycana təhvil verdi .....                     Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu .....                     Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? .....                     Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır .....                     "Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm" .....                     "Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... .....                     İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır .....                     Gömrük Komitəsinin inspektoruna hökm oxundu .....                     “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı .....                     Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir .....                     Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? .....                     Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər .....                     Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi .....                     Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək .....                     Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı .....                     `KONTAKT HOME` yenə də narazılıq yaradır .....                     Neftçilərin bu əmək hüququ POZULARSA... .....                     AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI .....                     İsrail sərt şəkildə cəzalandırılacaq .....                 

Amerikada siyasi böhranın başlanğıcı: - texnoloji oliqarxiya hərəkətə keçib
Tarix: Dünən, 11:08 | Çap et

Kaliforniyanın Los-Anceles şəhərində kütləvi etiraz aksiyaları günlərdir davam edir. Qeyri-qanuni miqrantların saxlanmasına qarşı keçirilən nümayişlər polislə toqquşmalara və yerli hakimiyyət orqanlarının qarşısını ala bilmədiyi iğtişaşlara çevrilib. Belə bir şəraitdə ABŞ Prezidenti Donald Tramp Milli Qvardiya qoşunlarının şəhərə yeridildiyini elan edərək, baş verənləri qanuna və suverenliyə zidd iğtişaş adlandırıb. Kaliforniya qubernatoru, demokrat Qavin Neusom federal hakimiyyətin hərəkətlərini “təxribat” adlandırıb və yalnız böhranı daha da ağırlaşdıran dövlət başçısını məhkəməyə vermək niyyətində olduğunu bəyan edib.

Kaliforniya ştatında kütləvi etirazlara səbəb immiqrasiya siyasətinin sərtləşdirilməsi olub. İyunun 6-da ABŞ-ın Federal İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) Los-Ancelesdə qeyri-qanuni mühacirlərin genişmiqyaslı saxlanmasına başlayıb. ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatına görə, saxlanılanlar arasında cinayətkar dəstələrin üzvləri, həmçinin əvvəllər zorlama, quldurluq və narkotik alverinə görə məhkum olunmuş şəxslər də var. Buna cavab dərhal dinc xarakterini itirən kütləvi etirazlar olub. İştirakçılar polislə toqquşub, çoxsaylı vandalizm və talan aktları qeydə alınıb. Etirazçılar avtomobilləri yandırıb, polisə fişəng və daş atıb, yolları bağlayıb.

Ağ Ev administrasiyası rəhbərinin müavini və immiqrasiya siyasətinin baş ideoloqu Stiven Miller deyib ki, etirazları milli təhlükəsizliyə təhdid hesab edir: “Bu, Birləşmiş Ştatların qanunlarına və suverenliyinə qarşı üsyandır”. Bundan əlavə, Miller hətta Kaliforniya hakimiyyətini sərt tədbirlər görməkdən imtina edərək qanunu pozanların tərəfində olmaqda ittiham edib.

Prezident Donald Tramp da vurğulayıb ki, əsas təhlükə miqrantların özləri deyil, iğtişaşları təşkil edən radikal sol qruplardır: “Təhrikçilər tərəfindən təşkil edilən və tez-tez fitnəkarlar tərəfindən həyata keçirilən bu cür solçu radikal etirazlara icazə verilməyəcək”. Tramp mövcud problemi ilk növbədə yerli rəhbərliyi - Kaliforniya qubernatorunu günahlandırıb: “Əgər Kaliforniya qubernatoru, və Los-Anceles bələdiyyə başçısı öz işlərini görə bilmirlərsə və hamı bilir ki, bu, tam olaraq belədir, o zaman federal hökumət işə qarışıb problemini həll edilməli olduğu kimi həll edəcək!”.

"Bir vaxtlar Amerikanın böyük şəhəri Los-Anceles qeyri-qanuni immiqrantlar və cinayətkarlar tərəfindən zəbt edilib. Mən göstəriş verirəm, Los-Ancelesi miqrant işğalından azad etmək və bu miqrant iğtişaşlarını dayandırmaq üçün bütün lazımi tədbirləri görsün", - Tramp bildirib.

Milli Qvardiya şəhərə yerləşdirildikdən sonra iğtişaşlar daha da genişlənib. “Sky News”un məlumatına görə, bundan sonra Los-Anceles "xaos və qanunsuzluq" məkanına dönüb və dinc etirazlar "çirkin iğtişaşlara" çevrilib.

Baş verənlərlə bağlı AYNA.AZ-ın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Amerikada yaşayan azərbaycanlı politoloq Ərəstun Oruclu deyib ki, Kaliforniyada baş verənlərin səbəbi odur ki, Trampın deportasiya siyasəti çox eybəcər formada həyata keçirilir:

- Faktiki olaraq, insanları maskalı adamlar heç bir xəbərdarlıq etmədən, hətta bəzən özünü təqdim etmədən saxlayırlar və hara gəldi aparırlar – müxtəlif ölkələrə, o cümlədən, El-Salvadorda qatı cinayətkarların, terrorçuların, narkomanların saxlanılması üçün nəzərdə tutulmuş həbsxanaya. Bu, dünyanın ən böyük və ən amansız qaydaları olan həbsxanasıdır. Təbii ki, buna insanlar etiraz edirlər, xüsusilə də cənub ştatlarda. Məsələ burasındadır ki, ABŞ-ın cənub ştatları əvvəllər Meksikanın tərkibində olub. Kaliforniya da, Texas da, Florida da tarixən Meksikaya aid olub və oranın əhalisinin böyük hissəsi Meksika əsillidir. Bu ştatlara gələn mühacirlərin bir hissəsi də artıq illərdir ABŞ vətəndaşı olan insanların qohumlarıdır. Belə şəraitdə əlbəttə, Trampın eybəcər formada həyata keçirdiyi deportasiya siyasətinə etirazlar olmalı idi və başladı. O başqa məsələdir ki, etirazlar təbii yolla baş verdi, yoxsa hökumət davranışları ilə insanları buna sövq etdi? Burada amerikalı, britaniyalı ekspertlərin, tanınmış siyasətçilərin, hətta hakim Respublikaçılar Partiyasının üzvü olmuş keçmiş konqresmenlərin çox maraqlı mövqeləri var. Məlumdur ki, Kaliforniya ABŞ-ın ən böyük ştatıdır. Dünya iqtisadiyyatında öz iqtisadiyyatının həcminə görə Kaliforniya altıncı yeri tutur. Bu, ciddi göstəricidir. Və ənənəvi olaraq, Kaliforniya hər zaman demokrat ştat olub. Hətta son prezident seçkilərində demokratların düşərgəsindən bir çoxları bildirirdilər ki, məhz indiki qubernator Qevin Neusomun namizədliyini irəli sürmək lazımdır. Çünki kifayət qədər populyar şəxsdir və Kaliforniyada qubernator seçilmiş şəxsin prezident seçkilərində şansları kifayət qədər yüksəkdir. Ekspertlərin bir hissəsi hesab edir ki, Tramp Neusomu gələcək seçkilərdə sıradan çıxarmaq üçün belə təxribatçı addım atdı. Digər kəsimin versiyası ondan ibarətdir ki, əslində bunu edən Tramp deyil, Trampın komandasında arxasında böyük şirkətlərin sahiblərinin, milyarderlərin durduğu şəxslərdir. Məqsəd də ABŞ-da real iqtisadi hakimiyyətin həmin böyük texnoloji şirkətlərin əlinə keçməsi üçün qurulan plandır. Əlbəttə, bu iddialar bir qədər konspiroloji görünə bilər, amma hər halda bu variantların hər birinin öz izahı var.

Trampın immiqrasiya ilə bağlı siyasətinə gəlincə, bu siyasət əslində həmişə olub. Demokratlar da eyni addımları atırdılar. Məsələn, Barak Obama ABŞ Prezidenti olarkən Trampdan daha çox insan deportasiya edib. Amma bunu elə şəkildə edib ki, etirazlara səbəb olmayıb. Tramp deportasiyanı respublikaçıların daha çox olduğu ştatlarda, məsələn, Arizonada, Yeni Meksikada, Texasda etsəydi, bəlkə də bu effekt olmazdı. Amma məhz demokrat ştatda bu addımları atmaq qıcıq yaratdı. Hər halda, hazırda prosesin arxasındakı əsl səbəb görünmür.

- İddialara görə, baş verənlər Trampla milyarder İlon Mask arasındakı qarşıdurma ilə əlaqədardır. Bu ehtimal nə qədər güclüdür?

- Bunun Tramp-Mask qarşıdurması ilə əlaqəsinin olub-olmadığını söyləmək çətindir. Əlbəttə, bəzi iddialara görə bütün bu təxribatların arxasında dediyim kimi, ABŞ-ı dövlət olaraq ələ keçirmək istəyən texnoloji oliqarxların əli var. Bu versiyanın nə qədər doğru olduğunu demək mümkünsüzdür. Burada ola bilsin ki, hansısa dövlət orqanı rol oynayıb. Həmin orqanlara oliqarxların təsirlərinin olub-olmamasını söyləmək çətindir. Bütün hallarda, heç bir variant istisna olunmur. Vəziyyət hələ kifayət qədər mürəkkəbdir və proses təkcə Kaliforniya ilə məhdudlaşmır, iğtişaşlar başqa ştatlara da keçib. Tramp artıq Prezident səlahiyyətini aşaraq qanuna zidd addım atıb. Məsələn, Prezidentin Milli Qvardiyanın Los-Ancelesə yeridilməsi əmrini vermək səlahiyyəti yoxdur. Qanuna görə, buna mütləq qubernator icazə verməlidir. İkincisi, şəhərə 700-ə yaxın dəniz piyadası göndərib ki, bu, ümumiyyətlə, ABŞ Konstitusiyası ilə qadağandır. Çünki Milli Qvardiyadan fərqli olaraq, Dəniz Piyadaları Pentaqonun qurumudur və Pentaqon daxili siyasi məsələlərə cəlb edilə bilməz. Amma məsələ göründüyü qədər sadə deyil. Bu etiraz dalğasının hazırkı vəziyyətə gətirilməsi, təhrik olunmasında üçüncü tərəfin təşəbbüsünün olub-olmadığını demək hələlik çətindir.

- Üçüncü qüvvə demiş, baş verənlərin arxasında Rusiya izi axtaranlar da var. Burada Rusiyanın rolunun olması mümkündürmü?

- Rusiya izi məsələsinə spektik yanaşıram. Əlbəttə, Rusiyanın proseslərdə müəyyən iştirakı ola bilər. Lakin hər bir halda Rusiya bu prosesləri Amerika daxilindəki hansısa siyasi qrupun, oliqarxiyanın vasitəsi ilə edə bilər. Yəni Rusiyanın birbaşa Amerika daxilində belə geniş prosesə başlaması inandırıcı deyil. Birincisi, bunun üçün Rusiyanın resursları yetərli deyil. İkincisi, Trampın Rusiyaya loyal münasibətinə baxmayaraq, ABŞ-ın istər təhlükəsizlik, istərsə də hüquq-mühafizə orqanları olsun, onlar Rusiyanın əsas rəqib olduğunu bilirlər. Ona görə də Moskvanın addımlarını zərərsizləşdirmək istiqamətində ayıq xidmət göstərirlər. Bu mənada, Rusiya ABŞ daxilində belə bir prosesi başlada bilməz. Təbii ki, müəyyən məsələlərə Rusiya kimlərinsə vasitəsilə təsir göstərə bilər ki, bu da həlledici deyil.

- Los-Ancelesdəki etirazların sonu nə olacaq və bu, ABŞ-da hansı prosesin başlanğıcı sayıla bilər?

- Əslində yaranan vəziyyət ABŞ daxilində siyasi böhrandır. Bu böhranın dərinləşəcəyi də istisna edilmir. Çünki Trampın addımları göstərir ki, onun geri çəkilmək fikri yoxdur. Etirazçılar da geri çəkilmək niyyətində görünmürlər. Nəzərə almaq lazımdır ki, Amerika cəmiyyəti kifayət qədər aktiv cəmiyyətdir. Cəmiyyət özünə qarşı zorakılığı qəbul etmir, zorakılığa müqavimət potensialı yetərincədir. Ona görə də demək olar ki, bu, böhranın başlanğıcıdır. Demək olmaz ki, proses indiki kimi irəliləyəcək. Proses mərhələ-mərhələ, bu fazadan digərinə keçməklə, fasilələrlə davam edəcək. Bu, ciddi siyasi böhrandır. Bu gün ABŞ-da elə hadisələr baş verir ki, belə hadisələr son 50-60 ildə olmayıb. Siyasi böhran demokratlarla respublikaçılar, Trampla onun rəqibləri arasında deyil. Baş verənlər Trampın öz komandası daxilində də ciddi ziddiyyətlər yaradıb. Məsələn, Trampdan ayrılan, ona qarşı çıxan, təhdid edən İlon Mask bu gün israrla təklif edir ki, Tramp impiçment edilməlidir və vitse-prezident J.D.Vens Prezident səlahiyyətlərini götürməlidir. Bu fikirdə olan daha kimlər var, demək çətindir. Amma belə bir ideyanın arxasında dayanan təkcə Mask deyil. Nəzərə almaq lazımdır ki, texnoloji oliqarxların əlində yetərincə resurslar var. İstər ictimai rəyə təsir baxımından, istərsə də proseslərə maliyyə dəstəyi baxımından olsun, oliqarxların resursları kifayət qədərdir. Proses ABŞ-da ənənəvi kapitalla yeni kapitalın konfliktinə banzəyir və Tramp, onun komandası, siyasətçilər bu konfliktdə görünən iştirakçılardır. Görünməyən iştirakçılar arasından görünən hələlik Maskdır. Bir çox ekspertlər də iddia edirlər ki, Mask tək deyil, hələlik görünən aysberqin bir hissəsidir. Demək ki, böhran hələ indi başlayır. Bunun davamı da əlbəttə, olacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İranın hərbi obyektlərini belə vurub - DRON ÇƏKİLİŞİ
Bu gün, 12:04
Bakıda 44 nəfərə məcburi ərizə yazdırıb işdən çıxartdılar - NARAZILIQ VAR...
Bu gün, 12:01
Keçmiş bankir özünə yeni şirkət yaratdı
Bu gün, 11:52
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..." - TƏFƏRRÜAT
Bu gün, 11:49
Rəsmi Bakı İsrailin İrana hücumuna belə REAKSİYA VERDİ
Bu gün, 11:45
İsrail İranı BOMBALADI: Tehran yəhudiləri qoyub yenədəmi zəif düşmən axtaracaq? - AKTUAL
Bu gün, 11:35
Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib... - Azad Məlikov bizi təhqir etdi, dedi ki...
Bu gün, 11:20
İçində azərbaycanlıların olduğu təyyarə İrəvana eniş etdi - Erməni nəşri
Bu gün, 11:17
“Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...” - ŞƏRH
Bu gün, 11:15
“Olympus” MTK kütləvi narazılıq yaradır... - Biz nə vaxta qədər küçələrdə qalacağıq?
Bu gün, 11:12
Almaz Ələsgərovadan ETİRAZ: - “Mənasız mahnılar gic edib bizi”
Bu gün, 11:07
Fəlsəfə doktorundan sosioloqa sərt reaksiya: kişilər divanda əlinə… - QALMAQAL
Bu gün, 11:06
“Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR? - vətəndaş canı ilə risqə gedir...
Bu gün, 11:02
Yeddi uşağın ölüm işi: bu ilk yanğın deyildi, əvvəllərdə iki dəfə yanğın olub - MƏHKƏMƏ
Bu gün, 11:01
Bakıda kişi yola benzin tökdü, özü də yandı - TƏFƏRRÜAT
Bu gün, 10:54
Əmrullayevin yarıtmaz KADR SİYASƏTİ... - NƏ ETMƏLİ?
Bu gün, 10:50
“Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
Bu gün, 10:46
Azər Qasımlının istintaqı başa çatdı
Bu gün, 10:37
MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan həbsin götürülməsi istənilib
Bu gün, 10:26
Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar - FOTO
Bu gün, 10:21
DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib
Bu gün, 10:19
Avropa onu Azərbaycana təhvil verdi - TƏFƏRRÜAT
Bu gün, 10:13
Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu - FOTO
Bu gün, 10:05
Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? - Görünəni odur ki...
Bu gün, 10:00
Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır -ŞƏRH
Bu gün, 09:59
"Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm"
Bu gün, 09:53
"Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... - NARAZILIQ VAR...
Bu gün, 09:49
İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
Bu gün, 09:36
Gömrük Komitəsinin inspektoruna hökm oxundu
Bu gün, 09:33
“Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı - BU NƏDİ BELƏ?
Bu gün, 09:24
Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:18
Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? - İLGİNC
Bu gün, 09:16
Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:02
Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək - TENDER
Bu gün, 08:56
Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
Bu gün, 08:45
`KONTAKT HOME` yenə də narazılıq yaradır - GİLEY
Bu gün, 08:36
Neftçilərin bu əmək hüququ POZULARSA... - Ekspert danışır
Bu gün, 08:27
AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI - DİQQƏT!
Bu gün, 08:19
İsrail sərt şəkildə cəzalandırılacaq - Xameneidən REAKSİYA
Bu gün, 08:11
TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb - "Fars" xəbər agentliyi
Bu gün, 07:34
İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
Bu gün, 07:05
Daha bir vəzifəli şəxs yeyintidə ittiham olunur - ARAŞDIRMA BAŞLADI
Bu gün, 07:03
Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb - "Mehr"
Bu gün, 06:57
“Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib - TƏFƏRRÜAT
Bu gün, 06:44
"Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - FAKT BUDUR!
Bu gün, 06:41
Pensiyalarla bağlı YENİLİK: ikiqat gəlir olacaq – Gələn ildən…
Bu gün, 06:35
SEPAH komandanı Hüseyin Salami və İranın nüvə alimləri öldürülüb - "Tasnim"
Bu gün, 06:30
İranın Natanz şəhərində nüvə obyektində partlayış baş verib - "IRNA"
Bu gün, 06:27
"Şimal qonşumuzun şovinist dairələri 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə düşünürlər" - Sovet "arzu"su...
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru