Hakimiyyətin başlatdığı kadr dəyişiklikləri mütəmadi davam edir.
Ötən dövrlərdə pensiya yaşı çatmış məmurlardan öz ərizəsi ilə işdən ayrılanlarda oldu. Lakin pensiya yaşı çatmış məmurlar vəzifədə olmanın son yaş hədddini keçənlərdə var. Son vaxtlar bir neçə rayonun rəhbərliyinə daha gənc n kadrlar gətirilib. Həmçinin nazir və müavinləri postlarına da yeni kadrların təyinatı davam edir.
XALQ-ın araşdırmalarına görə pensiya yaşını keçmiş və vəzifədə olan bir çox məmur işini davam etdirir.
Bu məmurlar barədə araşdırmalarımızı təqdim edirik.
1994-cü ildən icra hakimiyyəti başçısı olan 73 yaşlı Adil Məmmədov 31 ildir ki, vəzifədədir.
Məmmədov Adil Məcnun oğlu 15 aprel 1952-ci ildə Vartaşen (Oğuz) rayonunun Xaçmaz kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub, 1975-ci ildə həmin İnstitutu “Baytarlıq” ixtisası üzrə bitirmişdir. 15.10.1975-ci il tarixdən 04.09.1981-ci il tarixədək Oğuz rayonu Padar kəndində “Pravda” kolxozunda baytar həkim, 04.09.1981-ci il tarixdən 10.02.1982-ci il tarixədək isə həmin kolxozda sədr müavini işləmişdir.10.02.1982-ci il tarixdən 10.02.1988-ci il tarixədək Xaçmaz kəndində kolxozun idarə heyətinin sədri, 10.02.1988-ci il tarixdən 01.02.1990-cı il tarixədək Xaçmaz kəndi “Komsomol” kolxozu idarə heyətinin sədri, 01.02.1990-cı il tarixdən 28.01.1993-cü il tarixədək Oğuz rayonu Aqrokombinatında baş direktor, 28.01.1993-cü il tarixdən 03.09.1994-cü il tarixədək Oğuz rayonu İcra Hakimiyyətində Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi işləmişdir.
03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı, 26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Adil Məmmədov YAP-üzvüdür,ailəlidir 3 övladı var. Bir neçə kitab və elmi məqalənin müəllifidir.