“TƏRBİYƏLİ" MƏMURLARIN “TƏRBİYƏSİZ” ÖVLADLARI... - Və ya Azərbaycanda vəzifə tutanların övladlarının niyə əksəriyyəti xaricdədir?
 Hüquq müdafiəçisi Novella Cəfəroğlu MSK sədri Məzahir Pənahovun “çox tərbiyəsiz oğul böyütdüyünü” deyib. Bunu ona görə deyib ki, Pənahovun ABŞ-də yaşayan oğlu öz arvadını döyüb, o da Bakıya qayıdaraq, boşanma üçün məhkəməyə müraciət edib. Buna adi ailə-məişət hadisəsi kimi baxanlar var və Azərbaycan reallığında belə hallara tez-tez rast gəlinir. Lakin söhbət Azərbaycanda seçkilərin etibar edildiyi ən yüksək qurumun başçısının oğlundan gedərkən, məsələ bir qədər fərqli görkəm alır və belə görünür ki, Azərbaycanda “nümunəvi seçki keçirən” Pənahov öz evində nümunəvi övlad böyüdə bilməyib...
Əlbəttə, haramçılıqla, saxtakarlıqla, talançılıqla, rüşvətlə “dolanan” ailələrdə tərbiyəli övlad ərsəyə gətirmək çətin işdir və görünür, Məzahir Pənahovda da bu, bir çox iri məmurlarda olduğu kimi, alınmayıb. Onun oğlu isə bir növ Azərbaycanda öyrəşdiyi cəzasızlıq mühitini özü ilə birgə ABŞ-yə daşıyıb...
Ancaq məsələnin məişət, tərbiyə, ailədaxili münasibətlər və s. tərəfini bir kənara qoysaq, maraqlı olan həm də kütləvi olaraq Azərbaycan məmurlarının öz ailə üzvlərini, yaxınlarını, övladlarını illərdir xaricə ötürməsi, orada milyonlarla dəyəri olan mülklər alması, bizneslər qurması və bütün bunlara adi hal, sanki “belə də olmalıdır” kimi baxılmasıdır. Bu hadisədən bəlli oldu ki, Pənahovun oğlu ABŞ-də azı 2 milyon dollar dəyəri olan villada yaşayır.
Bəs, Rusiyaya alma satan azərbaycanlı fermerdən satdığı malın puluna dair qəpiyinədək hesabat istəyən, halal pulunu ölkəyə qaytarıb gətirmədiyi üçün onu həbs edən, kiçik və orta sahibkarı addımbaşı vergilərlə, cərimələrlə “boğazını üzməyə” hazır olan, sıravi vətəndaşı xırda qanun pozuntusuna görə “divara dirəyən” müvafiq hakimiyyət orqanları məzahirlərin, hacıbalaların, ziyaların, eldarların, yaqubların və digər sabiq və indiki iri məmurların bu ölkədən talayıb xaricə qaçırdıqları milyonları, yüzmilyonları, milyardları, onların həmin pulla lyuks həyat sürən övladlarını niyə görmür?
Allah Şükür Paşazadədən Yaqub Eyyubova, Hacıbala Abutalıbovdan Elman Rüstəmova, Eldar Mahmudovdan Elmar Məmmədyarova, Ziya Məmmədovdan İsmət Abbasova, Əli Həsənova, Oktay Şirəliyevə qədər və saydıqca bitməyən digərlərinin övladları Azərbaycandan oğurlanan milyonları, milyardları ilə birgə xaricdədirlər. Nəinki bunlar, üstəlik icra başçılarının, polis rəislərinin, məhkəmə sədrlərinin, bir sözlə, məmur elitasının böyük hissəsinin bir gözü, bəlkə də hər iki gözü xaricdə, Qərbdədir.
O da maraqlıdır ki, bu məmur övladlarının çoxu Məzahir Pənahovun oğlundan nə tərbiyəsinə, nə yaşam tərzinə, nə də digər “fərasətlərinə” görə nə artıqdır, nə də əskik. Sadəcə, səsləri Pənahovun oğlu qədər çıxmayıb. Demək olar böyük əksəriyyəti də uğurlu iş adamı, biznesmen ola bilməyiblər və həmişəki kimi, dədələrinin xarici bank hesablarındakı və Azərbaycandan göndərdiyi pullarla yaşayırlar.
Məsələn, son məlum hadisədən belə aydın olur ki, ABŞ-nin Los-Anceles şəhərində Hollivud ulduzlarının yaşadığı ərazidə 2 milyon dollardan artıq dəyəri olan lüks villada yaşayan Məzahir Pənahovun oğlunun bank hesabı mütəmadi olaraq atasının Azərbaycandan göndərdiyi pulla doldurulur ki, oğlu “qürbətdə korluq çəkməsin”. Ötən illər ərzində Hesablama Palatası Məzahir Pənahovun 25 ildir(!) sədrlik etdiyi MSK-da dəfələrlə böyük maliyyə çatışmazlıqları aşkarlayıb, amma heç bir tədbir görülməyib. İndi də bu pulların bir hissəsinin hara getdiyi məlum olur...
Özü də yuxarıda adını çəkdiyimiz və çəkmədiyimiz bu adamların demək olar hamısı oturub-durub rəsmi çıxışlarında Qərbi, Avropanı, Amerikanı pisləyənlər, onları başıpozuqluqda, ailə dəyərlərini, əxlaqı məhv etməkdə, pozğunluqda ittiham edənlərdir. Bir tərəfdən “Almaniya dağılır” deyib, digər yandan öz övladlarını Qərbə lyuks həyat sürməyə göndərənlərdir.
Bir sözlə, öz əməlləri ilə Azərbaycanda xalqın övladlarının gününü qara edənlər Qərbdə öz övladlarını ağ günə çıxarmaqla məşğuldurlar. Məzahir Pənahovun oğlu ilə bağlı olan və digər bu kimi hadisələr sabah yaddan çıxıb gedəcək, lakin belələrinin Azərbaycanı talayıb xaricə daşıması isə deyəsən, qaldıqca qalacaq...
“AzPolitika.info”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:02 |
|
|
|
• Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 18:58 |
|
|
|
• “27 ildə ilk dəfədir mükafat alıram”
Bu gün, 18:02 |
|
|
|
• Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Bu gün, 18:00 |
|
|
|
• Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Bu gün, 17:54 |
|
|
|
• “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Bu gün, 17:50 |
|
|
|
• "Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 17:47 |
|
|
|
• “O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” - “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ
Bu gün, 17:42 |
|
|
|
• Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
Bu gün, 17:39 |
|
|
|
• Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
Bu gün, 17:36 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:35 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub
Bu gün, 17:32 |
|
|
|
• Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır - ONA GÖRƏ DƏ...
Bu gün, 17:06 |
|
|
|
• AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
Bu gün, 17:02 |
|
|
|
• Paşinyan Moskvaya gedib - "Sputnik Armenia"
Bu gün, 16:54 |
|
|
|
• Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? - Nazirlikdən CAVAB
Bu gün, 16:52 |
|
|
|
• Bakıda sevgilisini daşla vurub öldürən oğlanın MƏHKƏMƏDƏN VİDEOSU
Bu gün, 16:45 |
|
|
|
• “Malibo” MTK vətəndaşı belə incidir... - NARAZILIQ VAR...
Bu gün, 16:40 |
|
|
|
• Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək - Ermənistan mətbuatı
Bu gün, 16:37 |
|
|
|
• Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT - Düşmən olduqlarını İNDİMİ BİLİRLƏR?
Bu gün, 16:35 |
|
|
|
• Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü – 7 uşaq isə...
Bu gün, 16:34 |
|
|
|
• Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb
Bu gün, 16:32 |
|
|
|
• Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - SƏRƏNCAM
Bu gün, 16:31 |
|
|
|
• Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
Bu gün, 16:30 |
|
|
|
• Şuşada yaşayış binaları ilə bağlı 17 milyon manatlıq LAYİHƏ
Bu gün, 16:21 |
|
|
|
• Azərbaycan əsgəri bizi kəklik kimi ovlayacaq – Ekspert
Bu gün, 16:01 |
|
|
|
• Lerikin icra başçısının müavini bu dövlət qurumundan GİLEYLƏNDİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:59 |
|
|
|
• Çin və Rusiya liderləri iqtisadiyyat, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər
Bu gün, 15:52 |
|
|
|
• Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib - FOTO
Bu gün, 15:49 |
|
|
|
• `Şərurlu` gedir... `Kristal Abşeronlu` qalır axı... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:47 |
|
|
|
• Ukrayna Ali Radası ABŞ-la faydalı qazıntılara dair sazişi ratifikasiya edib
Bu gün, 15:37 |
|
|
|
• Toğrul Məmmədov “Pro Leasing” şirkətinin Baş direktoru təyin olundu - ƏMR
Bu gün, 15:34 |
|
|
|
• “AFB Bank”da yüksək posta TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 15:30 |
|
|
|
• Hindistan Azərbaycandan idxala qadağa qoyub, bu, çox yanlış qərardır - Pakistan səfiri
Bu gün, 15:25 |
|
|
|
• “Sülh müqaviləsi ilə bağlı irəliləyiş yoxdur” – Armen Qriqoryan
Bu gün, 15:23 |
|
|
|
• Ermənilər pakistanlıların deportasiyasını tələb edir - KİV
Bu gün, 15:17 |
|
|
|
• "Şərurlu İsfəndiyar"ın ölkədən çıxışına qadağa qoyulması və məhkəməyə məcburi gətirilməsi üçün vəsatət verilib - TƏFƏRRÜAT
Bu gün, 15:13 |
|
|
|
• "Evdə yeməyə heç nəyim yoxdur..." - Neft ölkəsində neftçi FƏRYAD EDİR...
Bu gün, 15:11 |
|
|
|
• “Köçəryan və Sərkisyan bizə kömək edəcək” - KİV
Bu gün, 14:53 |
|
|
|
• “Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib - FOTO
Bu gün, 14:50 |
|
|
|
• Dünya fəlakətin bir addımlığında: müharibədə kim maraqlıdır? - Görünəni odur ki...
Bu gün, 14:00 |
|
|
|
• “Moskviçtexxidmət” ASC səhmdarlarına - DİVİDİEND ÖDƏYƏCƏK
Bu gün, 13:58 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb - DİQQƏT
Bu gün, 13:22 |
|
|
|
• “Xalq Həyat”ın İdarə Heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 13:00 |
|
|
|
• Hindlilər Azərbaycan əleyhinə boykot çağırışı etdilər - FOTO
Bu gün, 12:55 |
|
|
|
• Məhkəmə “Azərsu”nun şadlıq sarayına yazdığı əsassız borcu sildi
Bu gün, 12:48 |
|
|
|
• Həkimlərin “limit”i niyə tez bitir? – Şikayətlər çoxalır
Bu gün, 12:45 |
|
|
|
• “Kontakt Home” vətəndaşa qüsurlu notbuk satdı, indi də... - 380 manatlıq “xidmət haqqı” yazır
Bu gün, 12:36 |
|
|
|
• Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - AKTUAL
Bu gün, 12:31 |
|
|
|
|