Sülh sazişi 2026-cı ildən sonraya qalır? .....                     Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi .....                     Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə .....                     “27 ildə ilk dəfədir mükafat alıram” .....                     Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur .....                     Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü” .....                     “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? .....                     "Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının .....                     “O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” .....                     Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI .....                     Vaşinqton-Moskva münasibətlərində gərginlik: .....                     Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır .....                     AYNA indi də marketlərin qabağında BƏND alıb... .....                     Paşinyan Moskvaya gedib .....                     Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? .....                     Bakıda sevgilisini daşla vurub öldürən oğlanın .....                     “Malibo” MTK vətəndaşı belə incidir... .....                     Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək .....                     Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT .....                     Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü .....                     Balakəndə kanat yolunun tikintisinə .....                     Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək .....                     Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək .....                     Şuşada yaşayış binaları ilə bağlı .....                     Azərbaycan əsgəri bizi kəklik kimi ovlayacaq .....                     Lerikin icra başçısının müavini bu dövlət qurumundan GİLEYLƏNDİ... .....                     Çin və Rusiya liderləri iqtisadiyyat, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib .....                     `Şərurlu` gedir... `Kristal Abşeronlu` qalır axı... .....                     Ukrayna Ali Radası ABŞ-la faydalı qazıntılara dair sazişi .....                     Toğrul Məmmədov “Pro Leasing” şirkətinin Baş direktoru təyin olundu .....                     “AFB Bank”da yüksək posta TƏYİNAT .....                     Hindistan Azərbaycandan idxala qadağa qoyub, bu, çox yanlış qərardır .....                     “Sülh müqaviləsi ilə bağlı irəliləyiş yoxdur” .....                     Ermənilər pakistanlıların deportasiyasını tələb edir .....                     "Şərurlu İsfəndiyar"ın ölkədən çıxışına qadağa qoyulması və məhkəməyə məcburi gətirilməsi üçün vəsatət verilib .....                     "Evdə yeməyə heç nəyim yoxdur..." .....                     “Köçəryan və Sərkisyan bizə kömək edəcək” .....                 

Moskva-Bakı “xəttində” Badamov qalmaqalı – Qara qüvvələr iş başında
Tarix: Dünən, 10:35 | Çap et
Moskva-Bakı “xəttində” Badamov qalmaqalı
Ötən həftənin sonunda Rusiya tərəfinin dəvəti və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb. Amma nümayəndə heyətinin tərkibinə daxil olan Milli Məclisin deputatı Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.

İddialara görə, bu qərar Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlamalarına cavab olaraq səsləndirilən tənqidlər fonunda qəbul edilib. Belə ki, Valuyevə qarşı sərt mövqe nümayiş etdirən Badamovun Rusiya tərəfindən “qara siyahıya” salındığı ehtimal olunur.

Azərbaycanlı deputatın Rusiyaya buraxılmaması siyasi dairələrdə ciddi rezonansa səbəb olub. Məlumata görə, Rusiya tərəfi bu qərarı deputatın “anti-Rusiya və rusofob xarakterli fikirlər” səsləndirməsi ilə əsaslandırıb. TASS-a danışan mənbənin sözlərinə görə, Badamova Rusiyaya giriş və çıxış qaydaları haqqında Federal Qanunun 26 və 27-ci maddələrinə əsasən qadağa qoyulub.

“Qadağanın səbəbi onun dəfələrlə səsləndirdiyi anti-Rusiya və rusofob yönlü açıqlamalardır,” – deyə mənbə vurğulayıb.

Qeyd edib ki, bu qərar fərdi xarakter daşıyır və Rusiyanın Azərbaycanla münasibətlərindəki strateji tərəfdaşlıq və müttəfiqlik kursuna təsir göstərmir.

Mənbənin iddiasına görə, Rusiya tərəfi, dost ölkələrlə münasibətlərdə “stop-list” praktikasının tərəfdarı deyil. Onu da bildirib ki, Moskva bu kimi məsələlərin diplomatik kanallar vasitəsilə həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb və mediada qarşılıqlı iddialarla vəziyyətin gərginləşdirilməsinin düzgün olmadığını bildirib.

Azərbaycan ictimaiyyəti isə məsələyə fərqli yanaşır. Mövzu ilə bağlı AYNA.AZ-a danışan Milli Məclisin deputatı Azər Allahverənov qeyd edib ki, belə səfərlər adətən qabaqcadan razılaşdırılır:

- Müəyyən protokol qaydaları var ki, bu qaydalara uyğun addımlar əvvəldən atılır. Nəzərə almaq lazımdır ki, deputatların xarici ölkələrə səfərlərdə diplomatik pasportlardan istifadə edirlər. Diplomatik pasportu olan şəxslərin səfərlərinin protokol qaydaları var ki, bunlar qabaqcadan razılaşdırılır, ondan sonra səfər baş tutur. Biz xaricə səfər edərkən əvvəldən atacağımız addımlar, hava limanlarında bizi qarşılayacaq şəxslər razılaşdırılır, yekun qərar əsasında səfər baş tutur. Yəni demək istəyirəm ki, həmkarımızın “qara siyahı”ya salınması ilə bağlı əvvvəlcədən Rusiya tərəfinin məlumatsız olması iddiası inandırıcı deyil. Ola bilsin ki, bu qərar son anda qəbul edilib.

Mənim diqqətimi çəkən odur ki, bu ilin aprel ayının 17-də Azər müəllim Dağıstana səfər etmişdi və digər həmkarımızla birlikdə Dağıstanın 30 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmişdi. Yəni bundan təxminən iki həftə sonra Azər müəllim Rusiyaya buraxılmadı. Sual olunur: iki həftə ərzində nə baş verdi ki, azərbaycanlı deputatın Rusiyaya girişinə qadağa qoyuldu?

- Sizcə, niyə Moskva belə bir qərar verib?

- Rusiyada müəyyən qüvvələr var ki, onlar zaman-zaman Azərbaycan-Rusiya münasibətlərində gərginliyin yaranmasında maraqlıdırlar. İki ölkə arasında münasibətlərdə pozitiv məqamlar yaranan kimi, həmin qüvvələr fəaliyyətə keçirlər, hansısa xoşagəlməz addımlar atırlar. Onlar çalışırlar ki, münasibətlərin gərginləşməsinə səbəb ola biləcək situasiya yaransın. Məncə, Azər Badamovla bağlı məsələ də bu qəbildəndir. Nəzərə alaq ki, söhbət Milli Məclisin deputatından, diplomatik pasporta malik şəxsin Rusiyaya buraxılmamasından gedir. Bu qüvvələr Rusiyanın daxilində də, xaricində də ola bilər. Hər halda, məsələ ilə bağlı araşdırma aparılır və nəticəsi yaxınlarda bəlli olacaq. Bütün hallarda, Rusiya tərəfi məsələyə aydınlıq gətirməlidir. Təəssüf ki, indiyədək Rusiyanın Xarici İşlər Nazirliyindən Azər müəllimin ölkəyə buraxılmamasının səbəbi barədə məntiqli izah verilməyib. Biz bilməliyik ki, niyə azərbaycanlı deputatın aprelin 17-də Rusiyaya girişinə icazə verilir, ondan iki həftə sonra icazə verilmir? Buna rəsmi Moskva tərəfindən aydınlıq gətirilməsi mütləqdir.

- Qeyri-rəsmi məlumatlara görə, Badamov rəsmi Bakı tərəfindən rus deputat Valuyevin “qara siyahı”ya salınmasına cavab olaraq Rusiyaya buraxılmayıb. Bu fikirlə razısınızmı?

- Dediyim kimi, bu məsələyə Rusiya tərəfi rəsmi münasibət bildirməlidir, səbəb aydınlaşmalıdır. Valuyevlə bağlı Azərbaycan tərəfinin qərarı bir neçə ay əvvəl verilib. Yəni bu qədər müddət keçəndən sonra belə bir qərarın məhz ona görə verildiyi inandırıcı görünmür. Eyni zamanda, Valuyevlə bağlı qərarın səbəbi izah olunub, niyə rusiyalı deputatın “qara siyahı”ya salındığı aydınlaşıb. Valuyev Azərbaycan dövlətinə həqarətlər səsləndirdiyi üçün, azərbaycanlıları təhqir etdiyi üçün rəsmi Bakı bu addımı atıb. Bizim deputat isə Rusiya dövlətini və rusları təhqir etməyib. Ümumiyyətlə, Milli Məclis üzvlərinin heç biri Rusiya ilə münasibətlərin korlanmasında maraqlı deyil. Amma rusiyalı həmkarlarımız ölkəmizə qarşı həqarət səsləndirirsə, bunun cavabı da verilməlidir və verilir. Yenə deyirəm, Rusiya XİN məsələyə reaksiya verməlidir.

- Dediniz ki, Rusiyada iki ölkə münasibətlərinin pozulmasını istəyən qüvvələr var. Maraqlıdır ki, Azər Badamov Rusiyaya buraxılmadığı gün Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə Bakıya gəldi, Azərbaycan rəhbərliyi ilə görüşdü. Görüşlərdə iki ölkə münasibətləri barədə müsbət mesajlar verildi. O zaman maraqlıdır, Rusiyanın rəsmi siyasətinə zidd addım atan hansı qüvvələrdir?

- Şübhəsiz ki, dövlət içərisində dövlət, müəyyən güc strukturları, xüsusilə də həmin dairələrlə bağlı olan kiberhücumların təşkilatçıları, müəyyən qurumlar, siyasi mərkəzlər var ki, onlar münasibətlərə xələl gətirən addımlar atırlar. Söhbət təkcə Rusiya daxilindəki qüvvələrdən getmir, xaricdə də belə qüvvələr mövcuddur. Fransanın xüsusi xidmət orqanları bu proseslərdə sözünü deyə bilir. Nəzərə almalıyıq ki, Fransa və Rusiya xüsusi xidmət orqanları arasında müəyyən əməkdaşlıq da mövcuddur. Digər dövlətlər də bu prosesdə iştirak edə bilər. Amma Azərbaycan tək deyil. Bizim də yaxın tərəfdaşımız olan dövlətlər var ki, kiberhücumlara, siyasi addımlara cavab vermək iqtidarındadır. Biz Azər Badamovun Rusiyaya buraxılmaması məsələsinin texniki səhv olmasını istərdik. Çox istərdik ki, bu hadisə hansısa məmurun səhlənkarlığı səbəbindən olsun. Lakin onu da müşahidə edirik ki, Azərbaycan tərəfindən hadisə ilə bağlı verilən suallara cavab verilməməsini istəyən, münasibətlərin daha da korlanmasını arzulayan qüvvələr mövcuddur. Bu gün Rusiyanın informasiya məkanında Azərbaycan əleyhinə narrativlər üzərində qurulan çoxsaylı videolar paylaşılır, sosial şəbəkələrdə danışılır. Eyni zamandA, ekspertlər, müəyyən siyasi dairələrin təmsilçiləri də ölkəmiz əleyhinə telekanallarda açıqlamalar verirlər. Maraqlı odur ki, baş verənlər Azərbaycana qarşıdır, amma ittiham olunan da Azərbaycandır. Hesab edirəm ki, bu, təsadüf deyil. Hətta tək Rusiyanın yox, digər ölkələrin də informasiya məkanında anti-Azərbaycan təbliğatı müşahidə olunur. Bu onu göstərir ki, 9 May – Böyük Vətən müharibəsindəki Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək parad öncəsi Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaratmaq istəyirlər. Maraqlı qüvvələr istəyirlər ki, Azərbaycan da adekvat addım atsın. Amma onlar istəklərinə çatmayacaqlar. Azərbaycan tərəfi doğru olaraq soyuqqanlılıq nümayiş etdirir. Lakin deputatımızla bağlı olayın da səbəblərinin açıqlanmasını gözləyirik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Bu gün, 19:00
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 18:58
“27 ildə ilk dəfədir mükafat alıram”
Bu gün, 18:02
Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Bu gün, 18:00
Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Bu gün, 17:54
“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
"Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 17:47
“O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” - “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ
Bu gün, 17:42
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
Bu gün, 17:39
Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
Bu gün, 17:36
Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:35
Həbsdə olan sayt rəhbərinə hökm oxunub
Bu gün, 17:32
Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır - ONA GÖRƏ DƏ...
Bu gün, 17:06
AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
Bu gün, 17:02
Paşinyan Moskvaya gedib - "Sputnik Armenia"
Bu gün, 16:54
Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? - Nazirlikdən CAVAB
Bu gün, 16:52
Bakıda sevgilisini daşla vurub öldürən oğlanın MƏHKƏMƏDƏN VİDEOSU
Bu gün, 16:45
“Malibo” MTK vətəndaşı belə incidir... - NARAZILIQ VAR...
Bu gün, 16:40
Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək - Ermənistan mətbuatı
Bu gün, 16:37
Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT - Düşmən olduqlarını İNDİMİ BİLİRLƏR?
Bu gün, 16:35
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü – 7 uşaq isə...
Bu gün, 16:34
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb
Bu gün, 16:32
Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - SƏRƏNCAM
Bu gün, 16:31
Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
Bu gün, 16:30
Şuşada yaşayış binaları ilə bağlı 17 milyon manatlıq LAYİHƏ
Bu gün, 16:21
Azərbaycan əsgəri bizi kəklik kimi ovlayacaq – Ekspert
Bu gün, 16:01
Lerikin icra başçısının müavini bu dövlət qurumundan GİLEYLƏNDİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:59
Çin və Rusiya liderləri iqtisadiyyat, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər
Bu gün, 15:52
Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib - FOTO
Bu gün, 15:49
`Şərurlu` gedir... `Kristal Abşeronlu` qalır axı... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:47
Ukrayna Ali Radası ABŞ-la faydalı qazıntılara dair sazişi ratifikasiya edib
Bu gün, 15:37
Toğrul Məmmədov “Pro Leasing” şirkətinin Baş direktoru təyin olundu - ƏMR
Bu gün, 15:34
“AFB Bank”da yüksək posta TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 15:30
Hindistan Azərbaycandan idxala qadağa qoyub, bu, çox yanlış qərardır - Pakistan səfiri
Bu gün, 15:25
“Sülh müqaviləsi ilə bağlı irəliləyiş yoxdur” – Armen Qriqoryan
Bu gün, 15:23
Ermənilər pakistanlıların deportasiyasını tələb edir - KİV
Bu gün, 15:17
"Şərurlu İsfəndiyar"ın ölkədən çıxışına qadağa qoyulması və məhkəməyə məcburi gətirilməsi üçün vəsatət verilib - TƏFƏRRÜAT
Bu gün, 15:13
"Evdə yeməyə heç nəyim yoxdur..." - Neft ölkəsində neftçi FƏRYAD EDİR...
Bu gün, 15:11
“Köçəryan və Sərkisyan bizə kömək edəcək” - KİV
Bu gün, 14:53
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib - FOTO
Bu gün, 14:50
Dünya fəlakətin bir addımlığında: müharibədə kim maraqlıdır? - Görünəni odur ki...
Bu gün, 14:00
“Moskviçtexxidmət” ASC səhmdarlarına - DİVİDİEND ÖDƏYƏCƏK
Bu gün, 13:58
AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb - DİQQƏT
Bu gün, 13:22
“Xalq Həyat”ın İdarə Heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 13:00
Hindlilər Azərbaycan əleyhinə boykot çağırışı etdilər - FOTO
Bu gün, 12:55
Məhkəmə “Azərsu”nun şadlıq sarayına yazdığı əsassız borcu sildi
Bu gün, 12:48
Həkimlərin “limit”i niyə tez bitir? – Şikayətlər çoxalır
Bu gün, 12:45
“Kontakt Home” vətəndaşa qüsurlu notbuk satdı, indi də... - 380 manatlıq “xidmət haqqı” yazır
Bu gün, 12:36
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - AKTUAL
Bu gün, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru