Adil Kərimlidən yeni təyinat .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                     Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır .....                     Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib .....                     Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                     Azərbaycanlılar Tiflis vağzalında qalıb .....                     Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? .....                     Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı .....                     Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... .....                     Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq .....                     Bu icra başçıları yola salına bilər, yerinə isə... .....                     Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş .....                     Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır .....                     "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     CERT göstərişlərinə əməl etməyən .....                     "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb .....                     “Jurnalist-bloger” həbs edildi .....                     ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? .....                     Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun .....                 

İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Tarix: 16-01-2025, 09:06 | Çap et
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aqil Aslanov və Azərbaycan vətəndaşı Ceyhun İsmayılov saxlanılıblar. Onlar xarici xüsusi xidmət orqanının təlimatına əsasən və 200 min dollar pul müqabilində bu cinayəti törətmək istəyiblər.

Vaxtaşırı bu cür məlumatlar açıqlanır. Hətta Bakıdakı İsrail səfirliyinə qarşı terror aksiyalarının da qarşısı son illər bir neçə dəfə alınıb. Mövzu ilə əlaqədar məlumat paylaşan İsrailin nüfuzlu “Kan” telekanalı hadisənin bəzi detallarına aydınlıq gətirib. Telekanal öldürülməsi planlaşdırılan şəxsin yəhudi icmasının üzvü olduğunu bildirib. İddiaya görə, sifarişçi İran xüsusi xidmət orqanıdır.

“Hədəf əsasən müsəlman ölkəsi ilə İsrail arasında əməkdaşlığı fəal şəkildə təşviq edən tanınmış bir şəxs olub”, – “Kan” qeyd edib.

“Kan”ın bu iddiasının nə qədər əsaslı olub-olmadığı yəqin ki, Azərbaycanın müvafiq orqanlarının növbəti açıqlamalarında ortaya çıxacaq. Amma bilinən bir həqiqət var ki, İrana bağlı terrorçu qrupların bu cür terror hadisəsi ilə Azərbaycanda qan tökməyə çalışması ilk belə təşəbbüs deyil. Təxminən 10-12 il öncə Bakıda yəhudi din xadiminə qarşı terror hazırlığı ifşa edilmişdi. Belə çıxır, Azərbaycanı terrorla “vurmaq” üçün xarici güclər fürsət gözləyir. 2023-cü ilin mart ayında isə deputat Fazil Mustafaya qarşı da sui-qəsd cəhdi olmuşdu. O, hücum nəticəsində ağır yaralanmışdı. Bu terror aksiyasının sifarişinin İrandan verildiyi deyilir.

İran Azərbaycanda terror törətməklə nəyə nail olmaq istəyir?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, İranın geosiyasi mübarizədə terrordan dövlətlərə və güc mərkəzlərinə qarşı təzyiq vasitəsi kimi istifadə etməsinin tarixi çox qədimdir.

O deyib ki, hələ 11-12-ci əsrlərdə Səlcuqilər hakimiyyəti dövründə indiki İran ərazisində qurulan Türk hegemoniyasına qarşı fars şovinistləri məhz terror vasitəsilə mübarizə aparırdılar:

“Bunun üçün isə insanların dini dəyərlərini istismar edib “Haşhaşilər” adlanan terror dəstələri yaratmışdılar. Həmin dəstələr vasitəsilə bir çox türk hökmdarlarını, siyasi xadimlərini ortadan qaldırırdılar. 50-dən çox “Haşhaşi” qurbanlarının ən məşhuru isə Nizamül-mülk idi. Daha sonra İran ərazilərinin Hülakilər tərəfindən işğal olunması ilə bu dəstənin varlığına son qoyuldu. Təəssüf ki, üzərindən min il keçəndən sonra qurulan İran İslam rejimi də yenidən “Haşhaşilər”in metodunu mənimsədi. İran rejiminin sahibləri də sələfləri kimi din adı altında müxtəlif İslam ölkələrinin məşhurlarını qətlə yetirdilər. İran rejiminin motivasiya qaynağı kimi əldə etmək istədikləri məqsədlər də eynidir: islam coğrafiyasında dini təfriqələr çıxarmaq, məzhəb müharibələrini alovlandırmaq və zəif düşürdükləri ölkələri öz iradələrinə tabe etdirmək. Maraqlı burasındadır ki, İran rejiminin poliqona çevridiyi coğrafiya da eynidir – Türk dünyası.

Amerikanın məşhur “Wall Street Journal” nəşrinin 8 avqust 1996-cı il tarixli buraxılışında dərc olunan bir məlumata görə, terrorizm İran üçün dövlət siyasətinin bir vasitəsidir və terror fəaliyyətləri İran hökumətindən asılı olmayaraq onun nəzarətindən kənarda həyata keçirilməyib. Terror əməliyyatları kəşfiyyat xidmətləri tərəfindən planlaşdırılıb və sonra rəhbərliyə tövsiyə edilib. Planlar prezident Haşimi Rəfsəncani və ali dini lider Ayətullah Əli Xamenei tərəfindən təsdiqlənirdi. Görünür, məhz bu səbəbdən də İran İslam rejimi qurulduğu gündən etibarən Türkiyədə və digər müsəlman ölkələrində bir çox ziyalılar və dövlət xadimləri İran tərəfindən dəstəklənən qruplar tərəfindən qətlə yetirilməyə başlandı”.

Heydər Oğuzun fikrincə, müxtəlif zamanlarda bəzi türk ziyalılarının öldürülməsində İrana bağlı qrupların adı tez-tez hallansa da, İran əsasən müxtəlif terror təşkilatları yaradaraq və ya onları dəstəkləyərək türk və islam dünyasında öz təxribatlarını davam etdirib:

“Məsələn, PKK-ya ən çox dəstək verən dövlətlər arasında İranın da adı hallanır. Eyni zamanda Livanda, Suriyada fəaliyyət göstərən Hizbullah, İraqdakı Həşdi-Şabi, Yəməndəki Husilər, Əfqanıstan şiələri tərəfindən formalaşdırılan Fatimiyyun, pakistanlılardan təşəkkül tapan Zeynəbiyyun təşkilatları İrana bağlı terror dəstələrinin başında gəlir. Azərbaycanda iranqafalılardan təşəkkül tapan Hüseyniyyunçular da İrana bağlı terror təşkilatının üzvləridir. Bilirsiniz ki, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd də İranda təlim keçmiş Yunis Səfərov adlı şəxs tərəfindən həyata keçirilmişdi. Eynilə millət vəkili Fazil Mustafaya qarşı da sui-qəsd törədilmiş və bir xoş təsadüf nəticəsində deputat salamat qurtulmuşdu. Hardasa 15 il əvvəl yolda bıçaqlanan yazıçı Rafiq Tağının öldürülməsində də İranın adı hallanırdı”.

Siyasi şərhçi hesab edir ki, son zamanlar Yaxın Şərqdə böyük məğlubiyyətlə qarşılaşan İranın özünü toparlamaq və tərəfdarlarının rəğbətini qazanmaq üçün də yenidən terror aktlarına ehtiyacı var:

“Məsələ burasındadır ki, bu cür qanla bəslənən təşkilatlar ən kritik anlarda sakit dayana bilməzlər. Əks halda tərəfdarları onun zəiflədiyini düşünüb yanından ayrılarlar. Bununla da öz qınına çəkilib yoxoluş prosesinə qədəm qoyarlar. Görünür, bu səbəbdən də İran Azərbaycanda belə terror hadisəsi törətməklə həm tərəfdarlarını yanında saxlamaqla həyata tutunmağa, həm də ölkəmizin beynəlxalq əlaqələrinə zərbə vurmağa çalışır. Xüsusilə yəhudi əsilli icmanın hədəf seçilməsi də təsadüfi deyil. Azərbaycanı sionizmlə bağlamağa çalışan İran bu terror aktını planlaşdırmaqla həm də sui-qəsdi İsraillə yaxın münasibətlərin doğurduğu reaksiya kimi təqdim edərək bizi müsəlman dünyasının gözündən salacağına ümid edir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adil Kərimlidən yeni təyinat - ƏMR
Dünən, 18:03
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Dünən, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Dünən, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Dünən, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Dünən, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Dünən, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Dünən, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Dünən, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Dünən, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Dünən, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Dünən, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Dünən, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Dünən, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Dünən, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Dünən, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Dünən, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Dünən, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Dünən, 10:59
“Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Dünən, 10:54
ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Dünən, 10:18
Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Dünən, 10:10
“TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Dünən, 10:05
Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Dünən, 09:59
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Dünən, 09:48
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Dünən, 09:45
”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Dünən, 09:33
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Dünən, 09:28
400 illik pivə şirkəti müflis oldu - «Bild»
Dünən, 09:20
ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Dünən, 09:10
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Dünən, 09:05
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Dünən, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru