FHN şefinin biznesində `YARPAQ TÖKÜMÜ`... - Daha bir şirkəti...
Tarix: 14-12-2024, 09:49 |
Çap et
“Gilan Tea” MMC (VÖEN: 2600765481) fəaliyyətinə xitam verilir.
"DİA-AZ" xəbər verir ki, şirkət “Green Plant” MMC-yə (VÖEN: 3700333471) qoşulduğunu və “Green Plant” Məhdud Məsuliyyətli Cəmiyyəti “Gilan Tea” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir
Xatırladaq ki, “Gilan Tea” MMC 2010-cu ildə yaradılıb. Şirkət 3 milyon 337 min 928.60 manat nizmanmaə kapitalına malikdir. Qanuni təmsilçisi Kamil Seyfullayevdir.
Amma yerli KİV-də dəfələrlə qeyd olunub ki, sözügedən GİLAN şəbəkəsi Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova məxsusdur və hazırda barəsində danıışılan şirkət heç də FHN şefinin son illərdəki itkilərindən yeganəsi deyil və buna qədər də intensiv olaraq iqtisadi rıçaqlardan imtina prosesi davam etməkdədir.