Suriyadakı dəyişiklər İrəvanı NİYƏ NARAHAT EDİR? - İNCƏLƏMƏ
Tarix: 10-12-2024, 09:42 | Çap et
 Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Ermənistanda isterikanı gücləndirib. Əsəd rejiminin çökməsindən narahat olan erməni siyasi şərhçilər Əsədin devrilməsinin Ermənistan üçün acı nəticələrinin olacağını iddia edirlər. Bir çox erməni politoloq kimi "pan-ermənilər" də Bəşər Əsəd rejiminin süqutundan əndişələndiklərini gizlətməyiblər. Erməni mediası və ekspertlər Əsədin getməsini Türkiyənin və dolayısı ilə Azərbaycanın bölgədə güclənməsi, yeni dünya nizamında möhkəm, etibarlı oyunçuya çevrilməsi kimi şərh edirlər, Zəngəzurun itirilməsindən danışırlar. Məsələn, politoloq Hrant Melik-Şahnazaryan bildirib ki, Türkiyə və Rusiya eyni məqsədi güdürlər: "Biri Osmanlı imperiyasını, digəri Rusiya imperiyasını bərpa etməyə çalışır. Hər ikisinin bu işdə müəyyən uğurları var”. Onun fikrincə, “yaranan yeni dünya nizamı yeni güc balansını” nəzərdə tutduğu üçün Cənubi Qafqazın iki ölkəsi – Azərbaycan və Gürcüstan buna hazırlaşır. Gürcüstan anladı ki, bu dəyişikliklər dövründə dəqiq seçim etməyi bacarmaq lazımdır. Və onlar Avropanın vədlərini Abxaziyanın geri qaytarılması perspektivinə tabe edərək, bu seçimi etdilər. Artıq İran qüvvələri Azərbaycanın Zəngəzuru işğal etməyə hazırlaşdığı barədə xəbərlər yayırlar. Amma biz heç nə hiss etmək istəmirik”. Pan-Erməni Milli Dövlət Partiyasının bəyanatında əks olunub ki, Suriya faktiki olaraq getdi və işğal olundu, bölgədə növbəti hədəf Ermənistan, İran və Gürcüstandır: “Yüz minlərlə muzdlu islamçı terrorçu bu gün boş qalıb və əminəm ki, Türkiyə və bəzi Qərb dövlətləri bundan bütün qaynar nöqtələrdə mütləq öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar. Artıq terrorçuların bəyanatları da var ki, Suriyadan sonra Qafqazı təmizləməyə gedəcəyik. Bu vəziyyət ölkəmizin təhlükəsizliyi üçün çox ciddi təhdiddir və biz bundan nəticə çıxarıb fəallaşmalıyıq. Zəngəzur dəhlizinin açılması mühüm şərtdir, sülhün bərqərar olmasına tərəfdardır və Ankara Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini dəstəkləyir və ona qoşulur”. Qeyd edək ki, Bəşər Əsəd hər zaman Ermənistanı dəstəkləyib və qondarma “erməni soyqırımı”nı tanıyıb. Bəşər Əsədin devrilməsindən sonra Ermənistanda xüsusi panika başlayıb. Bu amilin İranı öz sərhədləri daxilinə çəkəcəyindən narahat olan erməni politoloq və siyasətçilər əsas dayaqlarından - Tehranın himayəsindən məhrum olacaqlarını düşünürlər.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a deyib ki, Suriyada Əsəd rejiminin devrilməsi iki önəmli dövlətin zəifləməsinin və yaxud da zəiflədilməsinin ciddi əlamətlərindən sayıla bilər. Ekspertə görə, Rusiya zəifləyib və Əsəd rejiminə onu qoruyacaq səviyyədə dəstək verməyi bacarmadı:
"Digər tərəfdən, Əsəd rejimini dəstəkləyən İranın da zəiflədiyi müşahidə olunur. İran özünün proksi qüvvələrini bir-birinin ardınca itirməkdə davam edir. Hizbullah və HƏMAS da zəiflədildi. İndi də İranın dəstəklədiyi Əsəd rejimi sıradan çıxdı və Suriya ərazisində Türkiyənin təsir mexanizmləri və dairəsi genişlənmiş oldu. Bu baxımdan həm Rusiyanın, həm də İranın zəifləməsi ilə bağlı ehtimallar kifayət qədər inandırıcı görünür. Təbii ki, Suriyada baş verənlər, eləcə də bu iki dövlətin zəifləməsi istər-istəməz Cənubi Qafqazdakı geopolitik proseslərə təsir göstərir. İndiyə qədər həm Rusiya, həm də İran Cənubi Qafqaza müəyyən qədər təsir göstərə bilirdilər. Hazırda bu təsirlərin sürətlə zəifləməsi istisna deyil. Getdikcə hər iki dövlətin Cənubi Qafqazdakı manevr imkanları məhdudlaşmağa başlayacaq və bunun əvəzində Türkiyə-Azərbaycan ittifaqı Cənubi Qafqazda əsas siyasi iradə mərkəzi olaraq möhkəmlənəcək. Ermənistanı qorxudan, narahat edən əsas məsələ də bundan ibarətdir".
Analitik vurğulayıb ki, Türkiyə həm Suriyada, həm də dünya məkanında öz mövqelərini kifayət qədər ön plana çıxartmağa nail oldu:
"Hazırda Türkiyə yeni dünya düzəninin qurulması prosesində əsas siyasi iradə mərkəzlərindən birinə çevrilib. Eyni zamanda rəsmi Ankara Türkiyənin ətrafındakı regionlarda təsir rıçaqlarını artırmağa başlayıb. Bu sıraya Cənubi Qafqaz da daxildir və Türkiyə-Azərbaycan İttifaqı hazırda ermənilər üçün çox narahatedici faktor rolunu oynayır. İndiki situasiyada da Cənubi Qafqazda Türkiyə və Azərbaycan ittifaqı hegemon mövqe qazanmağa başlayıb. Belə bir situasiyada Ermənistan üçün kollaps situasiyası daha da ağırlaşır. Ermənistan Türkiyə-Azərbaycan ittifaqından asılı vəziyyətə düşmək təhlükəsi ilə qarşı-qarşıyadır. Yaxın gələcəkdə elə bir situasiya yarana bilər ki, geopolitik proseslərin inkişaf perspektivləri Ermənistanın gələcək taleyini birbaşa Azərbaycan və Türkiyə birliyindən asılı vəziyyətə sala bilər".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Anasını sevgilisi ilə lüt tutdu - Maştağada qətl törədən oğul HƏBS OLUNMADI
Dünən, 21:05 |
|
|
|
| • "Ramiz Mehdiyevin ardınca iki böyük vəzifəli şəxs də həbs olunacaq" - Zirəddin Rzayevdən ŞOK açıqlamalar
Dünən, 21:01 |
|
|
|
| • Keçmiş deputat Sənaye və Texnologiya Kollecinin direktoruna `GÖRMƏMİŞ` DEDİ... - "Bu, yeni hal deyil..."
Dünən, 18:11 |
|
|
|
| • Azərbaycan Rusiyadan 62, Qazaxıstandan isə 73 dollara neft alıb
Dünən, 18:08 |
|
|
|
| • Bu axşam “Nar”da böyük həyəcan – Növbəti avtomobil səni gözləyir
Dünən, 18:03 |
|
|
|
| • Ermənistanda da pensiya yaşı artırılır?
Dünən, 18:01 |
|
|
|
| • Nura Suridən növbəti ETİRAZ - "Xoşbəxt adamlarsınız e, xəbəriniz yoxdur..."
Dünən, 17:56 |
|
|
|
| • "Bu, minlərlə azərbaycanlı ailəsinin sevinci deməkdir..." - REAKSİYA
Dünən, 17:51 |
|
|
|
| • "Bakcell" lotereyasında 10-cu lüks avtomobil uduldu!
Dünən, 17:48 |
|
|
|
| • Prezidentin Amnistiya təşəbbüsü humanist idarəetmənin açıq təzahürüdür - ŞƏRH
Dünən, 17:45 |
|
|
|
| • Bakıda onlayn qumardan 173 milyon manat qazanan dəstə hakim qarşısında – PULLAR KİMİN CİBİNDƏDİR?
Dünən, 17:35 |
|
|
|
| • “Şahdəniz” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb
Dünən, 17:28 |
|
|
|
| • Yeni il gecəsi Bakı restoranlarında ŞOK QİYMƏTLƏR - Yerlər tükənir, qiymətlər ƏL YANDIRIR
Dünən, 17:05 |
|
|
|
| • SEPAH Azərbaycandan əl çəkmir
Dünən, 17:03 |
|
|
|
| • Kallas Kiyevə çağırış etdi - “Donbası verməyin!”
Dünən, 17:00 |
|
|
|
| • Xocalı qatili "savaş mesajı" VERDİ
Dünən, 16:56 |
|
|
|
| • Ərdoğan sərt danışdı: - CHP Azərbaycanı elə yaraladı ki...
Dünən, 16:54 |
|
|
|
| • 5 minə yaxın şəxsin cəzadan tam və ya qismən azad edilməsi ehtimalı var - Əliməmməd Nuriyev
Dünən, 16:53 |
|
|
|
| • Aİ ölkələri Bakı və İrəvan arasında sülh prosesinə dəstək ifadə ediblər - Ermənistan KİV
Dünən, 16:49 |
|
|
|
| • Azərbaycanın Suriyaya təbii qazı neçəyə satdığı məlum oldu - SİYAHI
Dünən, 16:48 |
|
|
|
| • Moskvada tanışı Azərbaycan vətəndaşını dərədə öldürdü - TƏFƏRRÜAT
Dünən, 16:42 |
|
|
|
| • Üzeyir Cəfərov “Kontakt Home”u məhkəməyə verdi - “Oğru yığnağı elə düşünməməlidir ki...”
Dünən, 16:40 |
|
|
|
| • “Onların da amnistiyaya düşməsini istərdim” – Novella Cəfəroğlu
Dünən, 16:38 |
|
|
|
| • Ramiz Mehdiyevin adı qarışan qətl işində köhnə ssenari işə düşüb - zərərçəkənlər “boz kardinal”ın adı ilə “vurulur”
Dünən, 16:21 |
|
|
|
| • İcra başçısı baş mütəxəssisi işdən çıxardı - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
| • Biləsuvarda qayınananı öldürən gəlin öz BALDIZI QIZI imiş - TƏFƏRRÜAT
Dünən, 16:17 |
|
|
|
| • "DTX-nın keçirdiyi bu əməliyyatlar..." - ŞƏRH
Dünən, 16:14 |
|
|
|
| • Zərdabda yolun əsaslı təmir işlərinə 241 min xərclənəcək – İşi görəcək şirkətin nizamnamə kapitalı 10 manatdır
Dünən, 16:04 |
|
|
|
| • Daha bir başçının həbsi gözlənilir... - İTTİHAM VAR...
Dünən, 15:59 |
|
|
|
| • “Mehdiyev işi” genişlənir: Paşazadələri nə gözləyir? – Hüquqşünas açıqladı
Dünən, 15:50 |
|
|
|
| • Cəbhədə döyüşlər, diplomatik təmaslarda isə imitasiya gedir - Hərbi ekspert
Dünən, 15:47 |
|
|
|
| • Azərbaycan neft məhsullarının Ermənistana idxalı - “Kommersiya sirridir”
Dünən, 15:44 |
|
|
|
| • Zelenski Donbasla bağlı Rusiyaya güzəştdən imtina etdi - “Bild”
Dünən, 15:43 |
|
|
|
| • Amnistiyanın kimlərə şamil olunacağı məlum olub - DİQQƏT
Dünən, 15:37 |
|
|
|
| • BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
Dünən, 15:35 |
|
|
|
| • THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib - TƏFƏRRÜAT
Dünən, 15:30 |
|
|
|
| • Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir? - AKTUAL
Dünən, 15:28 |
|
|
|
| • Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb - DETALLAR
Dünən, 15:25 |
|
|
|
| • 140,6 min manatlıq broker şirkəti - LƏĞV OLUNUR
Dünən, 15:08 |
|
|
|
| • Millət vəkillərindən vətəndaşların müraciətinə dəstək - “Problem qanunun tələb etdiyi formada həllini tapmalıdır”
Dünən, 15:06 |
|
|
|
| • Aİ Venesuelaya qarşı sanksiyaları uzadıb
Dünən, 15:00 |
|
|
|
| • Kremli dəhşətə gətirən anons: Ermənilərlə bağlı çağırış edildi – Bakı da dəstəkləyir
Dünən, 14:22 |
|
|
|
| • Prezident Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını təltif edib - ADLAR
Dünən, 14:18 |
|
|
|
| • Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib - SƏRƏNCAM
Dünən, 14:15 |
|
|
|
| • FHN-in əməkdaşlarına ali hərbi və xüsusi rütbələr verilib - SİYAHI
Dünən, 14:14 |
|
|
|
| • Kimlərə iki dəfə çox maaş ödəniləcək? – “Əmək Məcəlləsi” dəyişir
Dünən, 13:12 |
|
|
|
| • Samir Bağırova görə tənqid edilən sığınacaq rəhbəri - “Cəmiyyətin içində diskriminasiyaya, stiqmaya meyilli olan insanlar var”
Dünən, 13:10 |
|
|
|
| • “Avant Park” sakinləri: Problemlər bitmir, ƏDV mübahisəsi dərinləşir - VİDEO
Dünən, 13:08 |
|
|
|
| • İran indi də Babəkə “ilişməyə” başlayıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:03 |
|
|
|
| • Erməni nazir Azərbaycanla sərhəddəki vəziyyətdən DANIŞDI
Dünən, 13:01 |
|
|
|
|