İş yoldaşını öldürən Şahlara .....                     Ramiz Mehdiyev həbsdən mütəşəkkil dəstəsini idarə edir .....                     Prezident 2026-cı ilin dövlət büdcəsini .....                     Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakı cinayət sayılır .....                     AZAL təyyarəsi ilə bağlı müəmma .....                     Xomeynini dəstəklədiyinə görə üzr istədi .....                     Məşhur tütün şirkəti külli miqdarda borca düşüb .....                     “Altec” MMC-nin nizamnamə kapitalı 1 milyon manat azaldılır .....                     Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? .....                     Ukraynalılar müharibəni bitirmək üçün güzəştə hazırdırmı? .....                     Şeyxin nəvəsinin Bakıda daha 3 obyekti fəaliyyətə başladı .....                     "Baş həkim məndən bonus tələb edir, rəsmi sənədləri saxtalaşdırır" .....                     Misir Mərdanovun yeni vəzifəsi məlum oldu .....                     Sabah paytaxtda hava yağmursuz olacaq .....                     Rusiya gerbi dəyişib .....                     "Bir dəfə də olsun... qəbuluna girə bilməmişəm..." .....                     Ermənistan ordusu dünyada neçəncidir? .....                     Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayıb .....                     Gürcüstanda iki Azərbaycan vətəndaşı dələduzluq ittihamı ilə həbs edilib .....                     Paşinyan Simonyanı yola salır .....                     Məşhur iranlı güləşçi Azərbaycan yığmasına qoşulur .....                     Nazirliyi iqlim stansiyaları, sensorlar, noutbuklar və PUA-lar aldı .....                     Hərbçimiz yol qəzasında həlak oldu .....                     Aygün Kazımovanın qızının bu fotosu təəccübləndirdi .....                     İrəvan sərhədi açmaq istəyir, amma bank qapıları bağlıdır .....                     “Megastore” mağazasına basqın edən şəxsə .....                     Çin regionda ən çox yatırımı Azərbaycana edib .....                     Xalq artisti KİMƏ SƏSLƏNDİ? .....                     Qarabağdan könüllü köçmüş ermənilər .....                     Faydasız avropalıların cəfəngiyyatı .....                     Yerli zəfəranın qramını xaricə 10 manata satıb, Türkiyədən 4 qəpiyə zəfəran gətiririk .....                     Putin və Zelenski arasında 5 ildən sonra ilk telefon danışığı baş tuta bilər .....                     "Hər ay 3–4 dəfə suyumuz kəsilir..." .....                     “Mənə zəng etdilər, dedilər ki, imza at…” .....                     “Kimin nazirliyə sözü varsa, qapımız açıqdır” .....                     “Mövqeyimiz dəyişməyib, hər zaman dövlətimizin yanında olmuşuq” .....                     DOST Agentliyi ehtiyat data mərkəzinin yaradılmasına .....                     "Qala Sığorta"da geri sayım: Yığımlarda 2 milyona yaxın azalma .....                     "Bayram təhlükəsizliyi yollardan başlayır" .....                     İkinci əl maşınları 2026-da nə gözləyir? .....                 

ABŞ-nin ATƏT "təklif"i: alınmayan diplomatik oyun - İNCƏLƏMƏ
Tarix: 9-12-2024, 10:15 | Çap et
ABŞ-nin ATƏT "təklif"i: alınmayan diplomatik oyun
Elçin Alıoğlu - TREND


Son dövrlər Cənubi Qafqazda beynəlxalq diplomatiya sanki mürəkkəb düyünə çevrilib. ABŞ dövlət katibi Entoni Blinkenin Maltanın paytaxtı Valettada, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 31-ci toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək təşəbbüsünün uğursuzluğa düçar olması, sülh prosesinin qarşısını kəsən ciddi problemləri bir daha üzə çıxardı. Yaşanan olay vasitəçilik edən beynəlxalq qurumların regiondakı həssas məsələlərdə çətinliklərlə üzləşdiyini göstərməklə yanaşı, Bakı ilə İrəvan arasında birbaşa dialoqun artan əhəmiyyətini vurğuladı.

… Azərbaycanın Qarabağdakı tarixi qələbəsi ilə 2020-ci ildə başa çatan Ermənistan-Azərbaycan münaqişəsi regionda yeni siyasi dövr açsa da, həll edilməmiş problemlər mövcuddur. Ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi beynəlxalq miqyasda mühüm nailiyyət olsa da, qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi vacibdir. Ermənistanın yeni reallıqları qəbul etməkdə tərəddüd etməsi isə dayanıqlı sülhə aparan yolda ən böyük maneə olaraq qalır.

ATƏT-in Qarabağ münaqişəsinə yanaşması ziddiyyətli olaraq qalır. Bir tərəfdən, qurum regionda sabitliyi möhkəmləndirmək üçün dəstək verdiyini bəyan edir. ATƏT-in baş katibinin səlahiyyətlərini icra edən Keyt Fironun bəyanatında bu mövqe açıq şəkildə ifadə olunub. Digər tərəfdən, ATƏT hələ də özünü artıq aktuallığını itirmiş Minsk Qrupu ilə eyniləşdirir ki, bu da Azərbaycan tərəfindən ciddi tənqidlərə səbəb olur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Minsk Qrupunun yanaşmaları Cənubi Qafqazdakı yeni geosiyasi reallıqlara cavab vermir.

Azərbaycanın Ermənistanla ikitərəfli danışıqlarda nail olduğu nailiyyətlər fonunda ATƏT-in və digər bağlı strukturların zahirən “fəal” təşəbbüsləri yalnız onların itirilmiş nüfuzlarını bərpa etmək cəhdi kimi görünür. Fəqət Azərbaycan münaqişənin həllində müstəqil mövqeyini qoruyaraq, İrəvanla birbaşa və konstruktiv dialoqa üstünlük verir. Bu strategiya prosesin lüzumsuz beynəlmiləlləşdirilməsinin və xarici qüvvələrin həddindən artıq təsirinin qarşısını almağa imkan yaradır, çünki bu amillər çox vaxt danışıqların uzanmasına və real nəticələrin əldə edilməsinə mane olur.

Dayanıqlı sülhün təməli Ermənistanın Konstitusiyası və qanunvericiliyindən Azərbaycan ərazilərinə iddialarını nəzərdə tutan bəlli müddəaların çıxarılmasıdır. Bu, normallaşma prosesinin tam başa çatmasından əvvəl atılmalı olan ən əsas addımdır.

Ermənistanın bu istiqamətdəki tərəddüdləri daxili siyasi ziddiyyətlər və bəzi xarici qüvvələrin təzyiqləri ilə bağlıdır. Bu qüvvələr Ermənistan-Azərbaycan münaqişəsindən öz geosiyasi maraqları üçün istifadə etməyə çalışırlar.

Bütün bu proseslərin fonunda ABŞ əvvəlki vasitəçilik mövqeyini itirərək danışıqlar prosesinin kənarında qalıb. Buna səbəb Vaşinqtonun birtərəfli yanaşması və Ermənistanın maraqlarını Azərbaycanın hesabına irəli sürməsi kimi qəbul edilməsidir.

Co Bayden administrasiyasının siyasəti, analitiklərin fikrincə, Ermənistanı açıq şəkildə dəstəkləyən birtərəfli mövqeyi ilə seçilib. Bu, Bakıda ciddi narazılıqla qarşılandı və Azərbaycanın ABŞ-nin vasitəçilik təşəbbüslərini qəbul etməməsi ilə nəticələndi.

Bayden administrasiyasının Azərbaycanın insan hüquqları və demokratiya standartlarına dair təzyiqləri Ermənistanın ekoloji mühiti məhv edən aqressiv siyasətini və beynəlxalq öhdəlikləri yerinə yetirməməsini gözardı etməsi ilə müşayiət olundu.

Azərbaycan üçün Vaşinqtonun bu mövqeyi ABŞ-ni neytral vasitəçi kimi qəbul etməyin qeyri-mümkünlüyünü göstərən bir siqnal oldu. Daha da önəmlisi - Azərbaycanın ABŞ-nin vasitəçiliyindən imtina etməsi onun strateji müstəqilliyini və Ermənistanla birbaşa danışıqlar vasitəsilə münaqişəni həll etmək əzmini nümayiş etdirir.

Bu, Azərbaycanın beynəlxalq arenada getdikcə daha çox öz gücünə güvəndiyini və milli maraqlarını qorumaq üçün kənar təsirlərdən asılı olmadığını göstərir.

Ümumiyyətlə, son zamanlar Ermənistan və Azərbaycan arasında aparılan birbaşa danışıqlar regionda sülhə doğru irəliləmənin ən effektiv variantına çevrilib.

Xarici işlər naziri Ceyhun Bayramovun bəyan etdiyi kimi, Bakı və İrəvan arasında keçirilən son görüşlərdə mühüm məsələlər üzrə əhəmiyyətli irəliləyiş əldə olunub.

Sərhədlərin delimitasiyası üzrə birgə komissiyaların fəaliyyətinə dair razılaşmalar tərəflərin konstruktiv əməkdaşlığa hazır olduğunu göstərir. Bu, yalnız rəmzi deyil, həm də praktiki əhəmiyyət daşıyan addımdır. Azərbaycanla Ermənistan arasında delimitasiya üzrə razılaşma regionda sülh və sabitliyə nail olmaq yolunda möhkəm təməl yaradır.

İkitərəfli sülh sazişinin mətni üzərində aparılan danışıqlarda əldə olunan əhəmiyyətli irəliləyiş isə birbaşa dialoqun effektivliyini sübut edir. Prosesdə üçüncü tərəflərin qeyri-obyektiv müdaxiləsinin olmaması danışıqları sürətləndirir və nəticə əldə etməyi asanlaşdırır. Azərbaycan belə hesab edir ki, qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında qurulan birbaşa müzakirələr uzunmüddətli sülh üçün ən effektiv yoldur.

Maltada nəzərdə tutulan danışıqlarda iştirakdan imtina edən Azərbaycan beynəlxalq ictimaiyyətə aydın mesaj göndərdi: Bakı qeyri-obyektiv vasitəçilik cəhdlərini qəbul etmir və xarici təzyiqlərdən azad olan, yalnız regional reallıqlara əsaslanan həll yollarını dəstəkləyir. Bu strategiya artıq öz nəticəsini verməkdədir - delimitasiya üzrə razılaşmalar və sülh sazişi layihəsi üzərindəki işlər Azərbaycanın bu yanaşmasının uğurlu olduğunu göstərir.

ABŞ dövlət katibi Entoni Blinkenin ATƏT çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək cəhdi ABŞ-nin beynəlxalq arenadakı nüfuzunu bərpa etmək və regiondakı iştirakını gücləndirmək məqsədi daşıyırdı. Amma bu təşəbbüs daha çox simvolik xarakter daşıyırdı, çünki Bakı artıq Vaşinqtonun vasitəçilik təkliflərinə ciddi yanaşmayacağını bəyan etmişdi.

Azərbaycanın Maltadakı görüşdən imtina etməsi strateji yanaşmanın göstəricisidir: Bakı yalnız Ermənistanla birbaşa danışıqları effektiv vasitə hesab edir və ABŞ-nin vasitəçilikdəki obyektivliyinə şübhə edir. Bu qərar həm də Vaşinqtonun yeni administrasiyasına mesajdır: regiondakı iştirakı yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında mümkündür.

Unutmayaq ki, Co Bayden administrasiyasının Azərbaycanla münasibətləri gərginlik və qarşılıqlı anlaşılmazlıqla xarakterizə olunur. Vaşinqtonun Azərbaycana təzyiqləri və Ermənistan maraqlarını dəstəkləyən yanaşmaları Bakıda narazılıq doğurur.

Xüsusilə, ABŞ Konqresinin bəzi üzvlərinin, o cümlədən, konqresmen Adam Şiffin təşəbbüsü ilə 2024-cü ilin sentyabrında qəbul olunmuş qanun layihəsi Azərbaycanı "təcavüzdə" ittiham edir və sanksiyalar tətbiqini nəzərdə tutur. Bu addım, həmçinin, Frenk Pallon, Anna Eşu və Cim Kosta kimi qatı ermənipərəst konqresmenlərin dəstəyi ilə qəbul olunaraq Bakının kəskin etirazına səbəb olub.

Xatırladaq ki, Bayden administrasiyası 907-ci düzəlişi yenidən aktivləşdirərək Azərbaycana birbaşa yardımın qarşısını alıb. Bu qərar Bakıda ədalətsiz və ikiüzlü siyasət nümunəsi kimi qəbul edilib.

Azərbaycan beynəlxalq təsirlərin danışıqlar prosesini pozmasına imkan verməmək məqsədilə bir sıra beynəlxalq görüşlərdə iştirakdan imtina edib. Məsələn, rəsmi Bakı 2023-cü ilin oktyabrında İspaniyanın Qranada şəhərində keçirilən beştərəfli görüşdə iştirak etmədi. Bu qərar Türkiyənin prosesdə iştirakını tələb edən Azərbaycanın mövqeyinə Fransa və Almaniyanın qarşı çıxmasından irəli gəlirdi.

Azərbaycanın öz maraqlarını qorumaq yolunda göstərdiyi bu möhkəm iradə beynəlxalq ictimaiyyət üçün mühüm bir mesajdır: Bakı suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməyən heç bir prosesdə iştirak etməyəcək. Bu mövqe regionda uzunmüddətli sülhə və sabitliyə nail olmaq üçün Azərbaycanın öz gücünə və qətiyyətinə inamını əks etdirir.

Cənubi Qafqaz diplomatiyasında müşahidə olunan dəyişikliklər, ABŞ-ın regionda dəyişən rolunu və Azərbaycanın müstəqil siyasət yürütmək əzmini əks etdirir. Hazırda Vaşinqton mümkün hakimiyyət dəyişikliyinin astanasındadır və Donald Tramp administrasiyasının hakimiyyətə gələcəyi təqdirdə region siyasətini yenidən nəzərdən keçirəcəyi gözlənilir. Bu kontekstdə Azərbaycanın Maltadakı görüşdə iştirakdan imtina qərarı, yeni administrasiya ilə əlaqələri yenidən qurmağa hazır olduğunun siqnalı kimi qəbul edilə bilər.

ABŞ Prezidenti Co Bayden administrasiyasının Ermənistana tərəfkeş yanaşması və Azərbaycanın maraqlarını nəzərə almaması Bakı-Vaşinqton münasibətlərinin soyumasına gətirib çıxarıb. Bu fonda Azərbaycan öz mövqeyini aydın şəkildə ifadə edərək, ABŞ vasitəçiliyi ilə keçirilən Maltadakı görüşdən imtina etdi. Bu, bir tərəfdən Azərbaycanın öz suverenliyinə əsaslanan müstəqil siyasətə üstünlük verdiyini göstərir, digər tərəfdən isə Vaşinqtona qarşı bir diplomatik xəbərdarlıqdır: ABŞ-ın regiondakı nüfuzu yalnız obyektiv və ədalətli yanaşma şəraitində bərpa edilə bilər.

Maltadakı görüşün baş tutmaması Cənubi Qafqazda diplomatik prioritetlərin dəyişdiyini açıq şəkildə nümayiş etdirdi. Bakı sübut etdi ki, xarici vasitəçilərin qeyri-obyektiv müdaxilələrindən azad birbaşa dialoq münaqişənin həllində daha effektivdir. Bu yanaşma, Azərbaycanın öz gücünə inandığını və prosesdə xarici təsirləri minimuma endirmək əzmini vurğulayır.

Azərbaycanın bu strategiyası həm də Ermənistanla sülh danışıqlarında real irəliləyişlər əldə etmək niyyətinin göstəricisidir. Sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti və ikitərəfli saziş layihəsi üzərindəki işlər, Azərbaycanın konstruktiv və nəticəyə yönəlik mövqeyinin uğurlu olduğunu təsdiqləyir.

Regionda uzunmüddətli sabitlik və sülh üçün Ermənistanın öz qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarından tamamilə imtina etməsi vacibdir. Bu, normallaşma prosesinin əsasıdır və Bakı ilə İrəvan arasında etimadın bərpa olunmasında həlledici rol oynayır.

Eyni zamanda, Azərbaycan Ermənistanla normallaşma prosesinə sadiq olduğunu bəyan edib. Lakin bu proses yalnız qarşılıqlı hörmət, ərazi bütövlüyünün tanınması və real siyasi iradə şəraitində mümkün olacaq.

ABŞ-ın Cənubi Qafqazda siyasətinin uğursuzluğu, Co Bayden administrasiyasının birtərəfli və ədalətsiz yanaşması ilə bağlıdır. Maltadakı görüş təşəbbüsü kimi fiksiya Vaşinqtonun regiondakı proseslərə təsir imkanlarının məhdudlaşdığını göstərdi. Birləşmiş Ştatların növbəti prezidenti Donald Tramp administrasiyası bu vəziyyətdən dərs çıxarmalıdır. Əgər ABŞ gələcəkdə regionda yenidən fəal rol oynamaq istəyirsə, o zaman vasitəçilik fəaliyyətində obyektivliyi təmin etməli, Azərbaycanın maraqlarına hörmətlə yanaşmalıdır.

Azərbaycanın mövqeyi həm də beynəlxalq ictimaiyyət üçün ciddi bir mesajdır: Cənubi Qafqazdakı münaqişələrin həlli və uzunmüddətli sabitlik yalnız tərəflərin siyasi iradəsi və birbaşa dialoq yolu ilə mümkün ola bilər. Xarici oyunçuların prosesə müdaxiləsi yalnız reallıqları təhrif edir və tərəflər arasındakı etimadı pozur.

Ermənistan-Azərbaycan sülh prosesinin gələcəyi tərəflərin razılaşmaları praktikada həyata keçirmək qabiliyyətindən asılıdır. Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməsi və ərazi iddialarından imtina etməsi, Azərbaycanın isə öz sülh təşəbbüslərinə sadiqliyi bu prosesin uğurunun əsas şərtləridir.

Maltadakı görüşün uğursuzluğu ilə Cənubi Qafqaz diplomatiyasının yeni reallıqları üzə çıxdı. Azərbaycan bir daha sübut etdi ki, xarici diktələrə əsaslanan formatlar yerinə, regional münaqişələrin həlli üçün ən yaxşı yol öz gücünə arxalanmaq və qarşı tərəflə birbaşa dialoq aparmaqdır. ABŞ və digər beynəlxalq oyunçular bu reallıqları qəbul etməli və regionda öz mövqelərini yenidən nəzərdən keçirməlidirlər. Bu, həm onların təsirini artırmaq, həm də Cənubi Qafqazda sülhə töhfə vermək üçün yeganə yoldur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İş yoldaşını öldürən Şahlara AĞIR CƏZA istənildi
Bu gün, 13:48
Ramiz Mehdiyev həbsdən mütəşəkkil dəstəsini idarə edir -Şabranlı sahibkardan İLGİNC MÜSAHİBƏ
Bu gün, 13:46
Prezident 2026-cı ilin dövlət büdcəsini TƏSDİQLƏDİ
Bu gün, 13:43
Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakı cinayət sayılır - Baş prokurorluqdan xəbərdarlıq
Bu gün, 13:41
AZAL təyyarəsi ilə bağlı müəmma – Kremldən yeni gediş gözlənilir
Bu gün, 13:03
Xomeynini dəstəklədiyinə görə üzr istədi - Səhvə yol verdik
Bu gün, 13:01
Məşhur tütün şirkəti külli miqdarda borca düşüb
Bu gün, 12:59
“Altec” MMC-nin nizamnamə kapitalı 1 milyon manat azaldılır
Bu gün, 12:56
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -...otağının işığı sönən kimi Zəfər Hacıyevi axtarır
Bu gün, 12:55
Ukraynalılar müharibəni bitirmək üçün güzəştə hazırdırmı? - Sosioloqdan cavab
Bu gün, 12:42
Şeyxin nəvəsinin Bakıda daha 3 obyekti fəaliyyətə başladı - AY MAŞALLAH...
Bu gün, 12:34
"Baş həkim məndən bonus tələb edir, rəsmi sənədləri saxtalaşdırır" - ŞOK İDDİA ilə bağlı RƏSMİ CAVAB
Bu gün, 12:26
Misir Mərdanovun yeni vəzifəsi məlum oldu - RƏSMİ
Bu gün, 12:23
Sabah paytaxtda hava yağmursuz olacaq - belə deyirlər...
Bu gün, 12:21
Rusiya gerbi dəyişib
Bu gün, 12:18
"Bir dəfə də olsun... qəbuluna girə bilməmişəm..." - ETİRAZ VAR!
Bu gün, 12:12
Ermənistan ordusu dünyada neçəncidir? – Nəticə şok etdi
Bu gün, 12:06
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:04
Gürcüstanda iki Azərbaycan vətəndaşı dələduzluq ittihamı ilə həbs edilib
Bu gün, 12:02
Paşinyan Simonyanı yola salır - Yerinə keçəcək şəxs açıqlandı
Bu gün, 12:00
Məşhur iranlı güləşçi Azərbaycan yığmasına qoşulur
Bu gün, 11:59
Nazirliyi iqlim stansiyaları, sensorlar, noutbuklar və PUA-lar aldı - ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 11:55
Hərbçimiz yol qəzasında həlak oldu
Bu gün, 11:53
Aygün Kazımovanın qızının bu fotosu təəccübləndirdi - FOTO
Bu gün, 11:49
İrəvan sərhədi açmaq istəyir, amma bank qapıları bağlıdır - İLGİNC DETALLAR
Bu gün, 11:42
“Megastore” mağazasına basqın edən şəxsə AĞIR CƏZA
Bu gün, 11:33
Çin regionda ən çox yatırımı Azərbaycana edib - EDB
Bu gün, 11:28
Xalq artisti KİMƏ SƏSLƏNDİ? - "Bəyəm, toyda oxumaq asan işdir?"
Bu gün, 11:27
Qarabağdan könüllü köçmüş ermənilər Ermənistanı da TƏRK EDİR
Bu gün, 11:26
Faydasız avropalıların cəfəngiyyatı - "Gərginlik" və "təmkin” çağırışları
Bu gün, 11:21
Yerli zəfəranın qramını xaricə 10 manata satıb, Türkiyədən 4 qəpiyə zəfəran gətiririk - DETALLAR
Bu gün, 11:19
Putin və Zelenski arasında 5 ildən sonra ilk telefon danışığı baş tuta bilər
Bu gün, 11:16
"Hər ay 3–4 dəfə suyumuz kəsilir..." - İNDİ YENƏ...
Bu gün, 11:14
“Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından danışdı
Bu gün, 11:11
“Kimin nazirliyə sözü varsa, qapımız açıqdır” - Fərid Qayıbov
Bu gün, 11:10
“Mövqeyimiz dəyişməyib, hər zaman dövlətimizin yanında olmuşuq” - Oğlu hakim seçilən müxalif deputat
Bu gün, 11:05
DOST Agentliyi ehtiyat data mərkəzinin yaradılmasına 5,3 mln. manat xərcləyəcək
Bu gün, 11:03
"Qala Sığorta"da geri sayım: Yığımlarda 2 milyona yaxın azalma - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:02
"Bayram təhlükəsizliyi yollardan başlayır" - DYP rəsmisindən ÇAĞIRIŞ
Bu gün, 10:56
İkinci əl maşınları 2026-da nə gözləyir? – Qiymətlər BELƏ OLACAQ
Bu gün, 10:53
Burda rəsmən ZAY MƏHSULU SIRIYIRLAR... - NARAZILIQ VAR...
Bu gün, 10:42
Qalib xalqın qalib idmançıları - MƏQALƏ
Bu gün, 10:38
“Hara istəyirsiniz müraciət edin, biz qaytarmırıq” - GİLEY
Bu gün, 10:37
BU NƏDİ BELƏ: Həkim durumu ağır olan körpəni qəbul etməkdən imtina etdi... - ŞOK SƏBƏB
Bu gün, 10:33
Əli Şəfiyevi Qaradağda KİM HİMAYƏ EDİR Kİ... - KARXANA İŞLƏDİR...
Bu gün, 10:27
Azərbaycanda tanınmış bloger saxlanıldı: Canlı yayımda Özbəkistan prezidentini təhqir edib - TƏHVİL VERİLDİ
Bu gün, 10:18
Bakıda arvadını döyən şəxs amnistiyaya düşdü – MƏHKƏMƏ
Bu gün, 10:12
"Hara getsəm də, səni izləyəcəyəm" - VİDEO
Bu gün, 10:11
“TikTok”da bacısı ilə ünsiyyət quran dostuna 4 bıçaq zərbəsi endirdi – QƏRAR
Bu gün, 10:09
Misir Qasımlı etiraz olaraq özünü doğrayıb, barmağını, qolunu, çiynini qırıblar… - ölümə tərk edilib...
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru