Corc Haimari Cozef (Georges Haimari Joseph) “PAŞA Bank” ASC və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına üzv seçilib.
"DİA-AZ"ın əldə etdiyi məlumata əsasən, o bu vəzifənin icrasına 28 noyabr 2024-cü il tarixindən başlayıb.
Corc Haimari Dubayda fəaliyyətdə olan “Boubyan Bank Group”da fintex üzrə baş icraçı direktordur.
Xatırladaq ki, “PAŞA Bank” ASC 2007-ci ildə yaradılıb, 354.51 mln manat nizamnamə kapitalı var. Bank ölkədə aktivlərinə görə üçüncü ən iri bankdır. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2012-ci ildə yaradılıb və 300 min manat nizamnamə kapitalına sahibdir.