İsa Həbibbəylinin MALALAMA SİYASƏTİ .....                     Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən? .....                     Belçikanın Baş naziri bulvarda qaçdı .....                     NƏ BAŞ VERİR: UNİBANK-ın sahibi Azərbaycandan gedir... .....                     Xaçmazlı məmurun QƏRİBƏ MƏNTİQİ: YAP-çısansa susmalısan... .....                     "Bütün dostlar Bakıdadır, gəlməyənlər özləri bilər" .....                     Şəffaf blef və yalançı cəsarət: Putinin Rusiyası zəifdir .....                     Bal tutub, barmaq yalaya bilməyəcəyik... .....                     "Artıq belə bir məclisdə oxumuşam... .....                     Tarixi fürsət yaranmışdı .....                     Fidan Blinkenlə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi .....                     Tramp Pentaqonun rəhbəri vəzifəsinə teleaparıcının namizədliyini irəli sürüb .....                     Bərdənin yollarının təmiri bu şirkətə .....                     Agentlik 1 milyon manatlıq dəftərxana mallarını .....                     "Qoca qitə" təhlükəsizlik "vakuum"una düşür, böhran dərinləşir .....                     Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... .....                     Bakıda 1100 bina sökülərsə: Nə dəyişəcək? .....                     İrəvan kontrastları və Kayman timsahının göz yaşları .....                     Qadının həbsdəki ərinə zəng etmişdi, özü də həbs edildi .....                     Bu ölkələrdə uşaqların sosial mediadan istifadəsinə qadağalar var: .....                     "Hədəf "Hizbullah"ı əzmək idi, lakin..." .....                     Günün fotosu: .....                     Trampın sülh planı: 1300 km demarkasiya xətti .....                     Vasif Məhərrəmlini QINADILAR: .....                     Bu da müştəriyə `Kontakt Home` üsullu xidmət... .....                     İki lider Ukraynadakı müharibəni dayandıra bilər .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib .....                     Azərbaycanlı general və şəriki tərliklə on milyonlarla pul yuyub .....                     Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində .....                     Tələbələrin aqibəti necə olacaq? .....                     Deputat çılpaq “qadından” elə şeylər yazdı ki… .....                     Pezeşkianın Bakıya gəlməməsinin səbəbi açıqlandı .....                     COP29-a gəlməyən dövlətlər: kənar qalanlar utansın... .....                     Dövlət Fondunun binasının təmir və bərpasına 18 milyon manat .....                     ABŞ-dən Bakıya SÜRPRİZ: NASA astronavtları Azərbaycanı təbrik etdilər .....                     FIFA prezidenti Azərbaycan liderinə üzərində "İlham Aliyev" yazılmış xüsusi top təqdim edib .....                     “Kürd kartı” kimin “əlinə oynayır”? .....                     Dövlət Xidməti 4,4 milyon manatlıq avtomobillər aldı .....                     “ABŞ-nin Dövlət katibi Mark Rubio ola bilər” .....                     Hikmət Hacıyev BBC-nin “qiymət oyunu”na belə cavab verdi .....                 

“Tramp Azərbaycana qarşı sanksiyaları ləğv etdirə bilər” - GƏLİŞMƏ
Tarix: 10-11-2024, 17:27 | Çap et
“Tramp Azərbaycana qarşı sanksiyaları ləğv etdirə bilər”
Keçmiş Prezident Donald Tramp gələn il yanvarın sonundan yenidən Ağ Evin sahibi olacaq. Seçki kampaniyası vaxtı Tramp “sərhədləri qaydasına salacağına” və “ölkədə hər şeyi düzəldəcəyinə” söz verib. O, həmçinin “güclü, təhlükəsiz və firavan Amerika”nı təmin etmək üçün çalışacağını bildirib.

“Dünyada müharibələri dayandıracağıq. Dörd ildir ki, İŞİD-ə yaşatdığımız məğlubiyyətdən başqa heç bir müharibə bilmirik. Biz İŞİD-i rekord müddətdə məğlub etdik, lakin heç bir başqa müharibə aparmadıq. Mən müharibələrə başlamaq fikrində deyiləm, onları dayandıracağam”, - deyə Tramp mülkünün yerləşdiyi Mar-a-Laqoda çıxış edərkən söyləyib.

Bizim üçün Trampın qələbəsi ilə bağlı əsas suallar Ermənistan-Azərbaycan məsələsində nələrin dəyişəcəyi və Rusiyanın Ukraynaya təcavüzünün nə ilə nəticələnəcəyidir.

AYNA mövzu ətrafında bir neçə ölkənin tanınmış ekspertləri ilə həmsöhbət olub.

Amerikalı analitik, geosiyasət və təhlükəsizlik üzrə ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Tsukerman:

“Cənubi Qafqaz məsələsi, çox güman ki, Tramp üçün, ən azı, Prezident olduğu ilk 100 gün ərzində prioritet olmayacaq. Bununla belə, o, çox güman ki, Bakı ilə, xüsusən də müdafiə və enerji sahələrində tam əməkdaşlığı bərpa etməyə çalışacaq və əsas məsələlər üzrə koordinasiyanın digər formalarına açıq olacaq.

Tramp və onun tərəfdarlarının əksəriyyəti ABŞ-dakı erməni lobbi qruplarına bağlı deyil və Respublikaçılar və ya qismən Respublikaçıların üstün olduğu Konqress tərəfindən Azərbaycan daha az təzyiqlə üzləşəcək. O, yəqin ki, sanksiyaları ləğv etməyə hazır olacaq. Onun səlahiyyət müddəti Azərbaycan üçün 907-ci düzəlişin tam ləğvinə təkan vermək üçün yaxşı fürsət olardı, xüsusən də Konqressin hər iki palatasında Respublikaçılar üstün olarsa.

Bu, həm də Amerikanın erməni təşkilatı olan ANCA-da korrupsiya və ABŞ hökumətinin yardımının düzgün idarə edilməməsi ilə bağlı hər hansı araşdırmaya başlamaq üçün yaxşı vaxt ola bilər. Çünki Tramp bu dəfə hökumətin israfçılığından xüsusilə narahatdır.

Rusiyanın və ya Rusiya lobbisinin onun administrasiyasının üzvlərinə və ya Trampın özünə yersiz təsir göstərə biləcəyindən narahat olmaq üçün əsas var. Lakin sonda nəticə və dərhal fürsət üstünlük təşkil edəcək.

Ukraynadakı müharibəyə gəlincə, çox güman ki, Tramp yardımı dayandırmaqla Ukraynaya təzyiq göstərməyə çalışacaq, lakin bu, heç bir sülhə gətirib çıxarmayacaq. Nəzərə alsaq ki, Kreml keçmiş Prezident Medvedyev vasitəsilə bu məsələdə əvvəlcədən açıq şəkildə bəyan edib - ərazi güzəştlərində deyil, Ukraynanı tamamilə ələ keçirməkdə maraqlıdırlar.

Prezident Zelenski ABŞ-a nadir torpaq minerallarını, təbii qazı və ABŞ-ın ehtiyac duyduğu xammalı əldə etmək imkanını təklif edərək Trampla yeni münasibətlərin qapısını açdı. Trampın sevdiyi bir şey varsa, bu, böyük biznesdir! Əslində, Trampın Ukrayna ilə bağlı mövqeyinin ABŞ-ın davamlı dəstəyinin şərtlərini yenidən müzakirə etmək üçün açıq dəvət olduğuna dair yaxşı şans var.

Mövcud ritorikadan asılı olmayaraq, Tramp tez anlayacaq ki, təcavüzkarları sakitləşdirmək və müttəfiqlərə xəyanət etmək ABŞ-ın imicini zəiflədir, uzunmüddətli imkanları məhv edir və gələcəkdə nəzarəti xeyli çətinləşdirəcək əlavə təhlükələr yaradır. Qeyd etmək lazımdır ki, Trampı onun düşüncəsinə nüfuz edə bilən və bu məqamları ona xoşladığı dildə çatdıra bilən təcrübəli məsləhətçilər əhatə etməlidir, daha Bayden administrasiyasına tətbiq edilən eyni azadlıq, demokratiya və s. kimi məhfumlarla yox”.

Ukrayna Siyasət Fondunun rəhbəri, analitik və tarixçi Konstantin Bondarenko:

“Bu gün Trampın seçilməsi fonunda Ukraynadakı müharibənin necə olacağını demək çətindir. Tramp prezidentliyə namizəd kimi müharibəni 24 saat ərzində bitirəcəyini vəd edib. Aydındır ki, bu, söz və seçki vədindən başqa bir şey deyil. Çox şey bir sıra amillərdən asılı olacaq, onların arasında aşağıdakıları qeyd edərdim:

- ABŞ ilə Rusiya arasında danışıqların bərpası və onların “strateji təhlükəsizlik”lə bağlı effektivliyi. Çünki Ukraynadakı müharibə bu sahədə balanssızlığın nəticəsi idi;

- cəbhədəki vəziyyət (cəbhə dağılarsa və Rusiya Silahlı Qüvvələri geniş hücuma keçərsə, Putin danışıqlarda maraqlı olmayacaq);

- Ukrayna tərəfinin danışıqlar prosesinə hazır olması (indiyə qədər ukraynalı siyasətçilər "bütün qanuni ərazilər qaytarılana qədər müharibə" ilə bağlı əvvəlki konsepsiyalara yenidən baxmağa meyl nümayiş etdirmirlər);

- hazırkı Ağ Ev administrasiyası tərəfindən Ukrayna üçün vəsaitin ayrılması (nəzəri cəhətdən Bayden sonda Ukraynaya 6 milyard dollar ayıra bilər ki, bu da hərbi əməliyyatları daha altı ay uzada bilər);

- ABŞ və onun NATO müttəfiqləri arasında Ukrayna məsələsi ilə bağlı qarşılıqlı anlaşma;

- münaqişənin sülh yolu ilə həllinə dair sazişlərin hazırlanması üçün təklif olunacaq konsepsiyaların reallığı;

- yeni hakimiyyət konfiqurasiyasında kimin müəyyən sahələrə cavabdeh olacağını başa düşmək (milli təhlükəsizlik müşaviri, dövlət katibi, Pentaqon rəhbəri və CIA rəhbəri).

Bu günə kimi nə Ukrayna ilə, nə Rusiya ilə, nə də Avropa dövlətləri ilə razılaşdırılmamış sadəcə hipotetik planlar var, Trampın seçkilərdən əvvəl verdiyi bəyanatlar da var. Ona görə də vəziyyətin ciddi şəkildə həllindən danışmaq hələ tezdir”.

Azərbaycanlı politoloq Nəsimi Məmmədli:

“Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları vasitəçisiz aparılır. Hələlik sülh sazişi imzalanmasa da, tərəflər arasında konstruktiv dialoq mühiti formalaşıb. Xarici dövlətlərin bu prosesə müdaxiləsi zəifləyib. Münasibətlərdə müsbət dinamikaya nail ounla bilər.

30 ildən artıqdır davam edən münaqişənin tarixinə nəzər salsaq, vasitəçilik prosesinin iflasa uğradığını aydın görərik. ATƏT-in Minsk Qrupu münaqişəni həll edə və yeni müharibənin qarşısını ala bilmədi.

Azərbaycan yenə də sülh danışıqlarında vasitəçilərin rolunda maraqlı deyil. Hər iki tərəf ikitərəfli müzakirələrdən razı görünür.

Trampın seçki öncəsi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəzi bəyanatları ABŞ-da yaşayan erməni seçicilərin müsbət rəyini qazanmaq məqsədi daşıyırdı. Düşünmürəm ki, real siyasətin Azərbaycana qarşı gözlənilməz nəticələri olacaq. Əksinə, regionda əməkdaşlığın və sülhün yaranması daha realdır. Trampın prezidentliyi dövründə sülh danışıqlarının müsbət nəticə verəcəyi ehtimalı yüksəkdir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsa Həbibbəylinin MALALAMA SİYASƏTİ - BU NƏDİ BELƏ?..
Bu gün, 08:27
Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən? - AKTUAL
Bu gün, 08:21
Belçikanın Baş naziri bulvarda qaçdı - FOTO
Bu gün, 07:21
NƏ BAŞ VERİR: UNİBANK-ın sahibi Azərbaycandan gedir... - Eldar Qəribov biznesini Fransaya köçürür
Bu gün, 07:12
Xaçmazlı məmurun QƏRİBƏ MƏNTİQİ: YAP-çısansa susmalısan... - QALMAQAL
Bu gün, 07:05
"Bütün dostlar Bakıdadır, gəlməyənlər özləri bilər" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:57
Şəffaf blef və yalançı cəsarət: Putinin Rusiyası zəifdir - AMMA...
Bu gün, 06:51
Bal tutub, barmaq yalaya bilməyəcəyik... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
"Artıq belə bir məclisdə oxumuşam... - Özüm də şoka düşmüşdüm"
Bu gün, 06:38
Tarixi fürsət yaranmışdı - Ermənistan testdən keçə bilmədi
Bu gün, 06:35
Fidan Blinkenlə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi
Bu gün, 06:32
Tramp Pentaqonun rəhbəri vəzifəsinə teleaparıcının namizədliyini irəli sürüb
Bu gün, 06:27
Bərdənin yollarının təmiri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Agentlik 1 milyon manatlıq dəftərxana mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:02
"Qoca qitə" təhlükəsizlik "vakuum"una düşür, böhran dərinləşir - Tramp Avropa Birliyinin "kabus"una çevrilir
Dünən, 19:12
Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
Dünən, 19:02
Bakıda 1100 bina sökülərsə: Nə dəyişəcək? - AKTUAL
Dünən, 19:00
İrəvan kontrastları və Kayman timsahının göz yaşları - Ermənistan COP29-a niyə gəlmədi?
Dünən, 18:00
Qadının həbsdəki ərinə zəng etmişdi, özü də həbs edildi - TƏFƏRRÜAT
Dünən, 17:51
Bu ölkələrdə uşaqların sosial mediadan istifadəsinə qadağalar var: - Azərbaycanda isə...
Dünən, 17:49
"Hədəf "Hizbullah"ı əzmək idi, lakin..." - Ekspert danışır...
Dünən, 17:45
Günün fotosu: - BƏLİ... BU BİZİK!!!
Dünən, 17:38
Trampın sülh planı: 1300 km demarkasiya xətti – Bu ərazi “alınır”
Dünən, 17:16
Vasif Məhərrəmlini QINADILAR: - “O sözü yumorla demişdim, yazdılar ki...”
Dünən, 17:13
Bu da müştəriyə `Kontakt Home` üsullu xidmət... - "AYIBDIR..."
Dünən, 17:07
İki lider Ukraynadakı müharibəni dayandıra bilər - KİV
Dünən, 17:02
Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Dünən, 16:58
Azərbaycanlı general və şəriki tərliklə on milyonlarla pul yuyub - TƏFƏRRÜAT
Dünən, 16:57
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib
Dünən, 16:51
Tələbələrin aqibəti necə olacaq? - Qiyabi təhsil ləğv edilsə…
Dünən, 15:08
Deputat çılpaq “qadından” elə şeylər yazdı ki… – İnanılmaz məlumatlar
Dünən, 15:06
Pezeşkianın Bakıya gəlməməsinin səbəbi açıqlandı - İRNA
Dünən, 15:00
COP29-a gəlməyən dövlətlər: kənar qalanlar utansın... - ŞƏRH
Dünən, 14:56
Dövlət Fondunun binasının təmir və bərpasına 18 milyon manat - SƏRF EDİLƏCƏK
Dünən, 14:54
ABŞ-dən Bakıya SÜRPRİZ: NASA astronavtları Azərbaycanı təbrik etdilər - VİDEO
Dünən, 14:49
FIFA prezidenti Azərbaycan liderinə üzərində "İlham Aliyev" yazılmış xüsusi top təqdim edib - FOTO
Dünən, 14:43
“Kürd kartı” kimin “əlinə oynayır”? - İNCƏLƏMƏ
Dünən, 14:00
Dövlət Xidməti 4,4 milyon manatlıq avtomobillər aldı - SİYAHI
Dünən, 13:56
“ABŞ-nin Dövlət katibi Mark Rubio ola bilər” - Reuters
Dünən, 13:00
Hikmət Hacıyev BBC-nin “qiymət oyunu”na belə cavab verdi - "...peşəkar hesab etmirəm"
Dünən, 12:53
Seçildikdən sonra hədəfə çevrildik... – İlham Əliyev
Dünən, 12:51
"`City Net` bezdirib məni...." - GİLEY
Dünən, 12:48
Xaçmaz icra hakimiyyətinin COP29 ANLAYIŞI... BUDURMU?
Dünən, 12:34
Bu, bizim ölkəyə hörmət əlamətidir – İlham Əliyev
Dünən, 12:26
Niyazi Bayramovun Aqibət Məmmədovla 25 milyonluq işbirliyinin nəticəsi Gəncədə özünü göstərdi - İLGİNC FAKTLAR...
Dünən, 12:15
Agentlik tədbirlərin təşkili ilə bağlı 912 min manatlıq tenderə - YEKUN VURDU
Dünən, 12:15
Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:14
Nöqsanlı işçi NECƏ BAŞ HƏKİM OLUR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:12
Bir ipdə iki kəndirbaz: - Tramp və Maskın arası dəyəcəkmi?
Dünən, 11:58
Azərbaycan COP29-da bunu nümayiş etdirir - ABŞ səfiri
Dünən, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru