“Azərbaycan və Rusiyanın İsraildəki səfirlərinin görüşünə .....                     Tanınmış diplomata yeni vəzifə verildi .....                     Moskvadan Zelenskiyə məxfi xəbər .....                     Bakıda 34 yaşlı kişini öldürüb, meyitini doğrayaraq Ağsuda dağa atan şəxslərin məhkəməsi başlayıb .....                     Həbsdən yeni çıxan Rəqsanə qızı ilə belə GÖRÜNTÜLƏNDİ .....                     İcra başçısı psixoloqu işdən çıxardı .....                     Bakıda sığınacaqda kondisioner DAVASI .....                     “Hürriyyət”in kollekti Prezidentə müraciət etdi .....                     Pakistan Ermənistanda səfirlik açır .....                     “Məhşər günü”nün 48 “qəhrəmanı”: Ramiz Mehdiyevin gizli “silahdaşları” kimlərdir? .....                     İnsanlar sevinirlər ki, nəhayət, müşavirlərin içində bir nəfərin nədənsə başı çıxacaq... .....                     Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı” .....                     Yerli ət bazarında SON VƏZİYYƏT .....                     "Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir" .....                     Altay Göyüşovun barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb .....                     Ermənistanda hakimiyyət uğrunda .....                     “Azsığorta”nın pul vəsaitləri son bir ildə 51% azalıb .....                     Bu il 32 min turist avtobuslardan, .....                     Ağdamda 3,3 milyon manatlıq işlər görüləcək .....                     Vəkil Əli Kərimlidən xəbər gətirdi .....                     Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı .....                     İbrahimbəyovu qeyzləndirib oyuna gətirdilər .....                     “Ramiz Mehdiyevin cinayət işi məsələsində xalqla dövlətin mövqeyi üst-üstə düşür” .....                     “Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir .....                     Məktəbləri bu şirkət təmir edəcək .....                     “KBT” Zəngilanda drenaj tikməyi və nasos quraşdırmağı unutmayacaq ki? .....                     Yeni il ərəfəsində hotellərdə qiymətlər bahalaşdı .....                     AZCON-da yeni təyinat .....                     “FEDE Company” MMC-nin nizamnamə kapitalı .....                     Gültəkin Hacıbəyli hardadır? .....                     MİDA-nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? .....                     Ağır il gəlir: Bakı ilə bir millimetrlik etimad... .....                     "Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldılıb .....                     Zəngilanın su sistemi yenilənəcək .....                     "Bir-iki dəfə onu “Yeni Azərbaycan” qəzetindən çıxarıb atıblar.... .....                     "Bitki yağı adı ilə palma yağı satırlar" .....                     Elmira Axundovanın yaxın adamının ölkədən çıxışına STOP qoyulub .....                     Paşinyan keçmiş prezidentlərlə debata ehtiyac görmür .....                     "Jurnalistlər binası"nda "BakıKart" aparatı yoxa çıxdı .....                     Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini aça bilər .....                 

"Qoca qitə" təhlükəsizlik "vakuum"una düşür, böhran dərinləşir - Tramp Avropa Birliyinin "kabus"una çevrilir
Tarix: 12-11-2024, 19:12 | Çap et
"Qoca qitə" təhlükəsizlik "vakuum"una düşür, böhran dərinləşir
Qərb dövlətləri arasında narahatlığın mövcudluğu müşahidə edilir. Xüsusilə də, Avropa məkanında olduqca ciddi təlaş hökm sürür. Belə ki, Qərb siyasi dairələri qeyri-müəyyən mərhələnin başlanmaq üzrə olduğuna əmindirlər. Bu mərhələnin inkişaf istiqamətləri barədə isə hələlik elə bir ciddi aydın təsəvvürlərə malik deyillər. Və bu baxımdan, Qərb siyasi dairələrində yeni situasiyanın arzuolunmaz nəticələrinə indidən hazırlaşmaq istiqamətində müəyyən addımların atılmasına cəhdlərin göstərildiyi də nəzərə çarpır.

Onu da qeyd etmək lazımdır ki, Qərbdə, xüsusilə də, Avropa məkanında yaşanan siyasi-iqtisadi dalğalanmanın əsas səbəbi ABŞ-da keçirilmiş növbəti prezident seçkilərində Donald Trampın yenidən qalıb gəlməsi hesab olunur. Çünki Ağ Evin yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başlayacaq yeni sahibi seçkiqabağı Avropa Birliyi üçün olduqca təhlükəli vədlər vermişdi. Üstəlik, Qərb siyasi dairələri hesab edirlər ki, Ağ Evin yeni sahibi öz vədlərinin mütləq əksəriyyətinə sadiq qalmaqda israrlı mövqe tuta bilər. Və xüsusilə də, Avropa Birliyi ABŞ-ın Tramp administrasiyası tərəfindən vəd edilən yeni xarici siyasət kursuna qətiyyən hazır deyil.

Məsələ ondadır ki, yeni prezident Donald Tramp Avropa Birliyi ölkələrinin təhlükəsizlik maraqlarının təmin olunmasına ABŞ-ın dövlət büdcəsindən fantastik məbləğlərin sərf olunmasını yolverilməz hesab edir. Onun fikrincə, hər bir dövlət öz milli təhlükəsizlik maraqlarına yetərincə maliyyə vəsaiti xərcləməlidir. ABŞ bunu onların əvəzinə etməyə qətiyyən borclu deyil. Və bu, o deməkdir ki, Tramp administrasiyası Avropa Birliyinin təhlükəsizliyinə xərclənən maliyyə vəsaitlərini maksimum səviyyədə məhdudlaşdırmağa, hətta ümumiyyətlə, kəsməyə hazırlaşır.

Ona görə də, indi Avropa Birliyi ölkələri milli təhlükəsizlik problemlərini həll etmək üçün əlavə maliyyə qaynaqları yaratmaq məcburiyyətində qalıblar. Son illərə qədər ABŞ-ın Avropadakı hərbi bazaları və NATO-nun "təhlükəsizlik çətiri" sayəsində hərbi xərclərini minimuma endirmiş bu ölkələr indi qeyri-adi situasiya ilə üzləşiblər. Hər halda, Avropa Birliyi ölkələri hazırda "təhlükəsizlik vakuumu"nda qala biləcəklərini anlamağa başlayıblar. Və bu, Qərb ölkələri üçün ən arzuolunmaz yeni hərbi-siyasi çağırışların sırasına daxildir.

Mövcud situasiyanın təhlükə səviyyəsini Ukrayna savaşında qeyri-müəyyən vəziyyətin yaranması daha da artırır. Çünki Avropa Birliyi Rusiyaya qarşı artıq bumeranq effekti verməyə başlamış ağır iqtisadi sanksiyalar tətbiq etsələr də, Ukrayna ordusunun silah-sursatla təchiz olunmasına külli miqdarda maliyyə vəsaiti xərcləsələr də, yekun nəticələr hələlik ümidverici deyil. Tramp administrasiyasının Avropa ölkələri üçün bufet zona rolunu oynayan Ukraynanı qurban verərək, Rusiya ilə sülh anlaşmasına cəhd göstərməsi situasiyanı daha da qəlizləşdirir. Və "qoca qitə"yə qarşı Rusiya təhlükəsini yenidən aktuallaşdırır.

Belə vəziyyətdə Avropa Birliyi ölkələri üçün dərhal hərbi xərcləri maksimum səviyyədə artırmaqdan başqa çıxış yolu qalmır. Halbuki, Avropa Birliyi ölkələrdə mövcud olan həyat şərtləri şəraitində bunu etmək o qədər də asan məsələ deyil. Belə ki, Avropa məkanında əhali yüksək həyat standartlarına vərdişlidir. Avropa Birliyi ölkələrinin hərbi xərcləri artırması üçün isə hazırda sosial təminat paketlərini arxa plana keçirməkdən başqa maliyyə qaynağı tapmaq çox çətindir. Və bu, Avropa ölkələri üçün həm də daxili sosial-siyasi təlatümlər vəd edir.

Məsələ ondadır ki, sosial xarakterli xərclərin azaldılmasının Avropa ölkələrində əhalinin ciddi narazılığına səbəb olacağı qətiyyən şübhə doğurmur. Üstəlik, bunun ilkin əlamətləri artıq müşahidə olunmağa başlayıb. Belə ki, Almaniya, Fransa, Hollandiya və s. kimi ölkələrdə sosial xarakterli maliyyə ayırmalarının hərbi təhlükəsizlik maraqlarına yönəldilməsi ciddi ölkədaxili etirazlara yol almaqdadır. Və Avropa dövlətləri bütün daxili müqavimətə baxmayaraq, bu prosesi davam etdirməyə məcburdur.

Göründüyü kimi, Avropa məkanında situasiya qəlizləşməyə başlayıb. Prezident Donald Trampın hələ səlahiyyətlərinin icrasına başlamadan ABŞ üçün müəyyən etdiyi yeni siyasi prioritetlər bu məkanı artıq qarışdırmaq üzrədir. Bəzi məlumatlara görə, hazırda Avropa məkanında sosial-iqtisadi böhran yaranmağa, siyasi təlatümlər ön plana keçməyə başlayıb. Avropa Birliyi ölkələrinin ortaq valyuta vahidi olan avro ABŞ dollarına münasibətdə dəyər itirir. "Qoca qitə"nin önəmli nəhəng şirkətləri isə müflis olmaq təhlükəsinə sürətlə yaxınlaşır. Və bu, Avropa Birliyinin çöküşünə belə, yol aça biləcək təhlükəli prosesin yalnız başlanğıcı hesab olunur.

Məsələ ondadır ki, sosial-iqtisadi böhranın ilkin əlamətləri Avropa məkanında radikalizmi və ultramillətçi siyasi cərəyanların güclənməsinə də münbit şərait yaradır. Belə situasiya yaxın gələcəkdə bu məkanda kütləvi iğtişaşlarla yanaşı, siyasi-ideoloji xarakterli hakimiyyət dəyişikliklər də vəd edir. Yəni, Qərb siyasi dairələrinin bütün dünyaya "dərs keçməyə" vərdiş etdikləri dəyərlər arxa plana keçmək üzrədir. Və bu, Avropa Birliyi məkanını tezliklə adətən, başqa ölkələri ittiham etdikləri avtoritarizmə doğru sürükləyə də bilər.

Digər tərəfdən, Avropa Birliyi iqtisadiyyatının zəifləməsi daha böyük problemlər də vəd edir. Belə ki, indiki situasiyanı dəyişmək mümkün olmazsa, Avropa Birliyinin mövcudluğu da böyük təhlükələr qarşısında qala bilər. Çünki iqtisadi daralma növbəti mərhələdə Avropa Birliyinin rəqabət potensialına sarsıdıcı zərbələr vəd edən əsas neqativ faktorların sırasına daxildir. Xüsusilə də, Avropa Birliyi ABŞ və Çin ilə iqtisadi rəqabətdə mövqelərini qorumaq məcburiyyətindədir. Və buna nail olunmazsa, Avropa Birliyində mərkəzdən qaçma prosesi, daha sonrakı mərhələdə isə ümumiyyətlə, parçalanma, çöküş reallığa çevrilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərbaycan və Rusiyanın İsraildəki səfirlərinin görüşünə hansısa xüsusi bir önəm vermək düzgün olmazdı...”
Bu gün, 18:20
Tanınmış diplomata yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 17:45
Moskvadan Zelenskiyə məxfi xəbər - İki görüşdə “hə” deyildi, təklif rezonans doğurdu
Bu gün, 17:42
Bakıda 34 yaşlı kişini öldürüb, meyitini doğrayaraq Ağsuda dağa atan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39
Həbsdən yeni çıxan Rəqsanə qızı ilə belə GÖRÜNTÜLƏNDİ - VİDEO
Bu gün, 17:27
İcra başçısı psixoloqu işdən çıxardı - ƏMR
Bu gün, 17:24
Bakıda sığınacaqda kondisioner DAVASI - bu sözə görə burnunu sındırdı
Bu gün, 17:13
“Hürriyyət”in kollekti Prezidentə müraciət etdi - MƏTN
Bu gün, 17:08
Pakistan Ermənistanda səfirlik açır - KİV
Bu gün, 17:05
“Məhşər günü”nün 48 “qəhrəmanı”: Ramiz Mehdiyevin gizli “silahdaşları” kimlərdir? - AKTUAL
Bu gün, 17:01
İnsanlar sevinirlər ki, nəhayət, müşavirlərin içində bir nəfərin nədənsə başı çıxacaq... - YENİ TƏYİNATA REAKSİYA
Bu gün, 16:57
Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı” - “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…
Bu gün, 16:52
Yerli ət bazarında SON VƏZİYYƏT - ''Bu qıtlıq aradan qalxmayana qədər...''
Bu gün, 16:46
"Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir" - Cəlaloğlu
Bu gün, 16:44
Altay Göyüşovun barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb
Bu gün, 16:37
Ermənistanda hakimiyyət uğrunda SAVAŞ...
Bu gün, 16:29
“Azsığorta”nın pul vəsaitləri son bir ildə 51% azalıb
Bu gün, 16:27
Bu il 32 min turist avtobuslardan, 12 min turist isə metrodan narazı qalıb
Bu gün, 16:25
Ağdamda 3,3 milyon manatlıq işlər görüləcək - TENDER NƏTİCƏSİ
Bu gün, 16:23
Vəkil Əli Kərimlidən xəbər gətirdi - Bununla bağlı şikayəti yoxdur
Bu gün, 16:19
Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 16:12
İbrahimbəyovu qeyzləndirib oyuna gətirdilər
Bu gün, 16:09
“Ramiz Mehdiyevin cinayət işi məsələsində xalqla dövlətin mövqeyi üst-üstə düşür” - deputat
Bu gün, 16:07
“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir - VİDEO
Bu gün, 16:04
Məktəbləri bu şirkət təmir edəcək - 4,3 milyonluq tender
Bu gün, 15:48
“KBT” Zəngilanda drenaj tikməyi və nasos quraşdırmağı unutmayacaq ki?
Bu gün, 15:43
Yeni il ərəfəsində hotellərdə qiymətlər bahalaşdı - ARAŞDIRMA
Bu gün, 15:39
AZCON-da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 15:36
“FEDE Company” MMC-nin nizamnamə kapitalı - KƏSKİN AZALDILDI
Bu gün, 15:34
Gültəkin Hacıbəyli hardadır?
Bu gün, 15:33
MİDA-nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? – Foto
Bu gün, 15:32
Ağır il gəlir: Bakı ilə bir millimetrlik etimad... - GƏLİŞMƏ
Bu gün, 15:19
"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldılıb - TƏFƏRRÜAT
Bu gün, 15:18
Zəngilanın su sistemi yenilənəcək – 6,3 MİLYONLQU TENDERİN QALİBİ MƏLUM OLDU
Bu gün, 14:23
"Bir-iki dəfə onu “Yeni Azərbaycan” qəzetindən çıxarıb atıblar.... - İndi də təzədən nəsə qaynatmaq istəyir"
Bu gün, 14:19
"Bitki yağı adı ilə palma yağı satırlar" - Yağ alarkən nələrə diqqət edək?
Bu gün, 14:16
Elmira Axundovanın yaxın adamının ölkədən çıxışına STOP qoyulub – MƏHKƏMƏ İŞİ
Bu gün, 14:10
Paşinyan keçmiş prezidentlərlə debata ehtiyac görmür - Qarabağ danışıqları üzrə bütün əsas sənədlər açıqlanıb
Bu gün, 14:07
"Jurnalistlər binası"nda "BakıKart" aparatı yoxa çıxdı - Səbəbi 3 gündür AÇIQLANMIR
Bu gün, 13:04
Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini aça bilər - Bloomberg
Bu gün, 13:00
"Hökümət gərək özünü aldatmasın..." - İqtisadçıdan ÇAĞIRIŞ
Bu gün, 12:51
"Ramiz Mehdiyevin vəzifə üçün AXC rəhbərliyinə müraciət etməsi barədə heç bir məlumatım yoxdur...” - PƏNAH HÜSEYN
Bu gün, 12:46
Bəxtiyar Sadıqov Alqış Musayevə cavab verdi: -Məhkəməyə versinlər!
Bu gün, 12:44
ETN-dən bir gündə iki tender: 14 milyon manatın aqibəti necə olacaq? - ARAŞDIRMA
Bu gün, 12:33
Ramiz Mehdiyevin belə bir adamla “iş birliyinə” getməsinin adı yoxdur - Ziyafət Əsgərov
Bu gün, 12:22
Yanğına səbəb olan obyekt sahibinin külli miqdarda borcu varmış - 39 ay bir qəpik də ödəməyib...
Bu gün, 12:17
Televiziyada yalnız “axmaq kadrları” axtarmalı deyilik, sosial mediada isə... - AKTUAL
Bu gün, 12:16
Azərbaycan icmasının rəhbəri 16 milyonluq mənimsəmədə ittiham olunur - Rusların BAŞI QAÇIB?
Bu gün, 12:12
Hava bəzi yerlərdə çiskinli olacaq - belə deyirlər...
Bu gün, 12:10
Maşının nömrəsini dəsmalla gizlədən saxta qazi həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru