COP29-da iştirak üçün ölkəmizdə səfərdə olan Belçika Krallığının Baş naziri Aleksandr De Kro Belçikanın Azərbaycandakı səfiri Julyen De Fraypont ilə Bakı bulvarında idman edib.
“Qafqazinfo” xəbər verir ki, fotoları öz “X” hesabında paylaşan səfir Fraypont bunları yazıb:
“Bakı bulvarında səhər tezdən Baş nazir Aleksandr De Kro ilə qaçış”.
Fotoları təqdim edirik:
"DİA-AZ"dan ZƏRURİ QEYD: Hər halda bir avropalı liderin dünyanın gərildiyi bir dönəmdə özünü ölkəmizin paytaxtında bu qədər güvəndə hiss etməsi bizim adımıza böyük uğurdur. Razılaşaq ki, yalnız inkişaf etmiş ölkələrdə belə güvən təminatı var...