Köçəryanın adamları saxlanıldı .....                     İki seçki komissiyasının sədri və bir katibi tutulub .....                     Paşinyan Azərbaycanla sülh prosesindən danışdı .....                     Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox .....                     Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər .....                     Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu .....                     Rusiya heç vaxt ABŞ-a qarşı bunu etməyib .....                     ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir .....                     Əslində bankın bu addımı HÜQUQİ MÜDAXİLƏ tələb edir... .....                     Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ... .....                     Putin üçün yalançı reytinq düzəldənin yuz milyonlarla varidatı aşkara çıxdı .....                     Demoqrafik fəlakətə doğru gedirik, .....                     MAAŞLAR ARTMIRSA... demək qanunları pozursunuz! .....                     Burada dövlətə vergi, vətəndaşa təminat yoxdur... .....                     Azərbaycanın YAVLİNSKİSİ... .....                     "Məsmə Aslanın oyunu ləzzət elədi..." .....                     Ya intervalı azaldın, YA DA Kİ... .....                     Müharibə əlilinin QANINI BATIRIRLAR .....                     Güney Qafqazda PAŞİNYAN POZASI... .....                     İqtisadiyyat Nazirliyi LƏĞV OLUNMALIDIR... .....                     Zatən adı üstündə... Tramp deyib vaxtında... .....                     Səni pöşələnəsən, ay tarix!.. .....                     Ayağımızı dünyanın harasına bassaq... XOŞBƏXTİK... .....                     Yamaq vurulmuş iqtisadiyyatımız... .....                     “Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” .....                     Sülh sazişi dekabrda imzalanacaq .....                     Anar Rzayevi nələr gözləyir? .....                     Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub .....                     Paşinyanın “dili açıldı”: .....                     Kölgədə aparılan müharibə: .....                     Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... .....                     Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq .....                     ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub .....                     Jak Şirakın həyat yoldaşı vəfat edib .....                     Süni intellekt planetin resurslarını səssizcə “udur” .....                     “Mən barışmaq istədim, o, kobud cavablandırdı” .....                     Paşinyan "sükut günü"nü belə dəyərləndirir .....                     ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: .....                     Tramp Maskla barışıb .....                     Paşinyanın seçkidən sonra həbs anonsu .....                 

“Kürd kartı” kimin “əlinə oynayır”? - İNCƏLƏMƏ
Tarix: 12-11-2024, 14:00 | Çap et
“Kürd kartı” kimin “əlinə oynayır”?
İsrail hökumətinin nazirlərindən biri, “Yeni Ümid” partiyasının lideri Gidion Saarın Yaxın Şərqdə kürd dövləti qurulması ilə bağlı son açıqlamaları siyasətçilərin diqqətini cəlb edib.

İranın ali lideri Əli Xameneyinin İsrail əleyhinə koalisiya yaradılması çağırışları kontekstində bu təşəbbüsün reallaşması suallar yaradır.

Saar İsrailin yalnız Səudiyyə Ərəbistanı kimi ərəb dövlətləri ilə razılaşmalar imzalamalı deyil, həm də İran təhlükələrinə qarşı durmaq üçün kürdlərlə və druzlarla əlaqələrini gücləndirməsinin vacibliyini vurğulayıb. Bu açıqlama Yaxın Şərqdəki münaqişələrin istiqamətini dəyişdirmək cəhdi kimi qiymətləndirilib və İsrailin kürd faktorundan İran və digər qonşulara qarşı strateji bir vasitə kimi istifadə etməyi hədəflədiyini göstərir.

Suriya kürdləri artıq uzun müddətdir ABŞ və İsrail tərəfindən dəstək alır. Bu dəstək xüsusilə 2016-cı ildən sonra öz idarəetmə sistemini elan etdikdən sonra özünü daha çox göstərir. Onların İsrail ilə əməkdaşlığı daha da bəlli hala gəldikcə, Türkiyə və İran üçün narahatlıq yaradır, çünki kürdlər potensial separatist qüvvələr kimi qiymətləndirilir.

İsrailin kürdlərlə sıxlaşan əlaqələrinə cavab olaraq, Türkiyə Suriya kürdlərini öz tərəfinə çəkmək yollarını axtarmağa başlayıb. Bu cəhdlər uzun müddətdir həbsdə olan Kürdüstan İşçi Partiyasının ( terrorçu PKK) lideri Abdullah Öcalanla dialoqu da əhatə edir. PKK-nın ləğvi və zorakılığın, terrorun dayandırılması çağırışları həm hakimiyyət, həm də müxalifət tərəfindən dəstəklənir.

Bugünlərdə MHP lideri Dövlət Baxçalı Öcalanı parlamentdə PKK-nın ləğvi və terror fəaliyyətinin dayandırılması üçün təşəbbüs göstərməyə çağırıb. Abdullah Öcalan Türkiyə hakimiyyətinin PKK-nı tərksilah etməyə çağırmaq təklifinə cavab verib. 1999-cu ildən İmralı həbsxanada ömürlük həbs cəzası çəkən Öcalan qardaşı oğlu Ömər Öcalanla görüşdə PKK-ya silahı yerə qoymağa çağırış etməyə razılaşıb.

“Mən tarixi məsuliyyəti öz üzərimə götürməyə və təşkilatı silahlarını yerə qoymağa çağırmağa hazıram. Mən buradan tabutda ayrılmaq istəmirəm”,-deyə Öcalan bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baxçalının çağırışını dəstəkləyərək, “Biz birlikdə terrorsuz Türkiyə qurmaq istəyirik”,- deyib.

İran isə İsrailin təşəbbüslərini təhlükə kimi qiymətləndirir. Rəsmi Tehran İsrail və kürdlərin qarşılıqlı əlaqəsinin yeni münaqişə ocaqları yaradacağı qənaətindədir .

Kürd dövlətinin yaradılması və ya kürd təsirinin bölgədə əhəmiyyətli dərəcədə artması Yaxın Şərqdəki güc balansında ciddi dəyişikliklərə səbəb ola bilər. Kürdlərin mövqelərinin güclənməsi İran və Türkiyədə münaqişələrin gərginləşməsinə yol açaraq bölgədəki ümumi qeyri-sabitliyi artıra və eyni zamanda, İsrailin kürd hərəkatına dəstəyi digər xarici aktorlar tərəfindən mənfi reaksiya doğura bilər.

Kürd əsilli türkiyəli araşdırmaçı Müfit Yüksəl İsrailin kürdlərdən öz geopolitik oyunlarında istifadə edə biləcəyinə dair xəbərdarlıq edir. Onun fikrincə, bu, genişmiqyaslı humanitar nəticələrə səbəb ola bilər. Onun fikrincə, indiki situasiya xarici güclərin müdaxiləsi nəticəsində dövlətlərin parçalanması və kütləvi qurbanlar verilməsi ilə nəticələnmiş Yuqoslaviyanı xatırladır:

“Onların bütün planları bərpa edilməyəcək şəkildə qarışıq bir coğrafiya yaratmaqdır. Hal-hazırda missiya kürdləri İrana, türklərə və ərəblərə qarşı sionizmin əsgəri kimi döyüşdürməkdir".

O qeyd edib ki, indi kürd diasporunu geniş miqyasda ələ keçiriblər:

“İsrail öz planını gizlədərək, "Biz sizə İraqda bu dövləti verdik və onu Suriyada son mərhələyə gətirdik" deyir. Onun məqsədi kürdlərdən istifadə edərək, "İndi Türkiyəni və İranı parçalamaq vaxtıdır" deməkdir. Bu plan müəyyən dairədə kürdlər üçün effektivdir. Təl-Əvivin regional dizaynı ilə bağlı açıqlamadığı başqa bir problem isə milyonlarla insanın qətlə yetirilməsidir. Bizim yaşadığımız coğrafiyanı qanlı bir qırğına çevirməkdədirlər. Bu məqsədlə “Böyük Kürdüstan” və s. bu cür aldatma mexanizmlərindən istifadə olunur”.

İsrailli politoloq, siyasi elmlər namizədi, “Aziznews.com” saytının redaktoru Yuri Boçarov mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, 2017-ci ildə Baş nazir Benyamin Netanyahu ölkəsinin kürd xalqının öz milli dövlətini yaratmaq istəyini dəstəklədiyini bildirmişdi. O qeyd edib ki, İsrail 1960-cı ildən etibarən kürd qrupları ilə hərbi və iqtisadi əlaqələr saxlayır, bu etnik qrupu İran, Türkiyə, Suriya və İraqda ərəblərlə olan münasibətlərdə bir “tampon bölgə” olaraq görür:

"Lakin son dövrlərdə İsrail mətbuatında kürdlərlə əlaqələrə dair xüsusi açıqlamalara rast gəlməmişəm. İsrailin öz problemləri kifayət qədərdir. Hal-hazırda İsrail Qəzza sektoru, Şimali Livan və İranla bağlı üç cəbhədə mübarizə aparır. Buna görə də İsrailin digər ölkələrlə, o cümlədən digər hərəkatlarla münasibətləri bir qədər arxa plana keçib”.

Y. Boçarov bildirib ki, son illərdə İsrailin Türkiyə ilə münasibətlərinin kəskin pisləşməsinə və Prezident Ərdoğanın müharibə ritorikasına baxmayaraq, İsrail sərt cavablar verərək, bu məsələlərə sadəcə ictimai bəyanatlar şəklində yanaşır.

O, əslində, İsrailin Türkiyə ilə münasibətləri tamamilə kəsmək istəmədiyini bildirib:

“İsrail ümid edir ki, Terror təşkilatları HƏMAS və “Hizbullah” ilə münaqişələr bitdikdən, eləcə də İranla bağlı problemlərin dəyişməsi nəticəsində Türkiyə ilə münasibətləri bərpa edə biləcək. İsrailin bu gün Türkiyə obyektlərində hər hansı terror aktları həyata keçirəcəyi ehtimalı azdır. Hal-hazırda İsrailin əsas vəzifəsi Qəzza sektorundakı terror təşkilatlarını məhv etmək, eyni zamanda Şimal sərhədində, xüsusən də “Hizbullah”ın İsrail sərhədindən 30 kilometr dərinliyə çəkilməsi ilə bağlı 1701 saylı qətnamənin yerinə yetirilməsini təmin etməkdir. Bu, İsrailin ABŞ-nin dəstəyi ilə həyata keçirdiyi başlıca məqsədlərdir.

Eyni zamanda, qarşıda İran tərəfindən gələn təhlükənin aradan qaldırılması və İsrail ilə İran arasında davamlı zərbə mübadiləsinin yeni bir müharibəyə çevrilməsinin qarşısının alınması vəzifəsi də var. Beləliklə, İsrailin diqqəti yalnız öz təhlükəsizliyini və mövcudluğunu təmin etməyə yönəlib. Türkiyə ilə bağlı məsələlər ölkənin öz işidir və hazırda İsrailin bu məsələlərə müdaxilə etdiyi ehtimalı azdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryanın adamları saxlanıldı
Dünən, 11:48
İki seçki komissiyasının sədri və bir katibi tutulub - Ermənistan MSK sədri
Dünən, 11:46
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı - KİV
Dünən, 11:15
Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər - AKTUAL
Dünən, 09:46
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu
Dünən, 09:42
Rusiya heç vaxt ABŞ-a qarşı bunu etməyib - Novak
Dünən, 09:39
ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir - NYT
Dünən, 08:42
Əslində bankın bu addımı HÜQUQİ MÜDAXİLƏ tələb edir... - AXI NİYƏ?..
Dünən, 08:38
Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ... - AKTUAL
Dünən, 08:29
Putin üçün yalançı reytinq düzəldənin yuz milyonlarla varidatı aşkara çıxdı - TƏFƏRRÜAT
Dünən, 08:22
Demoqrafik fəlakətə doğru gedirik, - SOS!
Dünən, 08:19
MAAŞLAR ARTMIRSA... demək qanunları pozursunuz! - FAKT BUDUR!
Dünən, 08:14
Burada dövlətə vergi, vətəndaşa təminat yoxdur... - BU DA FAKT...
Dünən, 08:04
Azərbaycanın YAVLİNSKİSİ... - RƏY
Dünən, 07:51
"Məsmə Aslanın oyunu ləzzət elədi..." - REAKSİYA
Dünən, 07:37
Ya intervalı azaldın, YA DA Kİ... - NARAZILIQ VAR...
Dünən, 07:26
Müharibə əlilinin QANINI BATIRIRLAR - MÜRACİƏT
Dünən, 07:18
Güney Qafqazda PAŞİNYAN POZASI... - Kim necə görür...
Dünən, 07:09
İqtisadiyyat Nazirliyi LƏĞV OLUNMALIDIR... - TƏKLİF...
Dünən, 07:04
Zatən adı üstündə... Tramp deyib vaxtında... - Ortada məntiq də olmalıdır axı...
Dünən, 06:52
Səni pöşələnəsən, ay tarix!.. - ÇƏRXİ-FƏLƏK...
Dünən, 06:43
Ayağımızı dünyanın harasına bassaq... XOŞBƏXTİK... - MALƏSƏF...
Dünən, 06:40
Yamaq vurulmuş iqtisadiyyatımız... - çataq... amma keçməyək...
Dünən, 06:31
“Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” - REAKSİYA
6-06-2026, 17:23
Sülh sazişi dekabrda imzalanacaq - ƏGƏR...
6-06-2026, 17:21
Anar Rzayevi nələr gözləyir? - AYNA-da yoxlama...
6-06-2026, 17:16
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub - ƏMR
6-06-2026, 17:11
Paşinyanın “dili açıldı”: - Nikol bizi nəylə təhdid edir?
6-06-2026, 17:05
Kölgədə aparılan müharibə: - Azərbaycana qarşı kimlər hibrid hücum təşkil edir?
6-06-2026, 17:03
Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... - NƏ BAŞ VERİR?
6-06-2026, 17:00
Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq - ŞƏRH
6-06-2026, 16:57
ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
6-06-2026, 16:51
Jak Şirakın həyat yoldaşı vəfat edib
6-06-2026, 16:49
Süni intellekt planetin resurslarını səssizcə “udur” – Bu, başlanğıcdır
6-06-2026, 16:47
“Mən barışmaq istədim, o, kobud cavablandırdı” – Qubada baş verən hadisənin təfərrüatı
6-06-2026, 16:46
Paşinyan "sükut günü"nü belə dəyərləndirir - VİDEO
6-06-2026, 16:38
ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: - Kreml ''görüş qapısı"nı qapadır, savaşın ssenarisi yenə dəyişir
6-06-2026, 16:35
Tramp Maskla barışıb
6-06-2026, 16:29
Paşinyanın seçkidən sonra həbs anonsu – İrəvanda gərginlik artır
6-06-2026, 15:11
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - FOTO
6-06-2026, 15:07
Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? - "Biabırçı bir vəziyyətdir!"
6-06-2026, 15:04
Yasamal RİH İZAHAT VERDİ
6-06-2026, 13:43
Ermənistan üçün sonun başlanğıcı, yoxsa... - AKTUAL
6-06-2026, 13:16
Zelenskidən Moskvaya ağır ZƏRBƏ ANONSU
6-06-2026, 13:14
Medvedevdən İrəvan barədə sensasion bəyanat: - "Bu rüsvayçılığı heç Vaşinqtonla Brüssel də bağışlamaz"
6-06-2026, 12:52
Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” – Apteklərdəki “analoji” dərmanların QORXUNC RİSKLƏRİ
6-06-2026, 12:44
Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... -FOTO
6-06-2026, 12:42
Gənclər və İdman Nazirliyi 55 minlik gül alır
6-06-2026, 12:39
Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? - Sahibkarlar ÇƏTİN DURUMDA!
6-06-2026, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru