Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı müəllifi olduğu "Rüstəmxanlı söhbətləri" verilişinin növbəti buraxılışında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında danışıb. "İqlim bəşəriyyətin mövcud olmasının əsas şərtidir" deyən S.Rüstəmxanlı konfransın əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, belə bir tədbir üçün Bakının seçilməsi həm tariximiz, həm də BMT-nin iqlim probleminin həlli üçün gördüyü işlərin sıralanması baxımından mühüm bir hadisədir. Azərbaycanın Avropanın bir parçası olduğunu diqqətə çəkən S.Rüstəmxanlı buna baxmayaraq, ölkəmizə qarşı ikili standartlarla yanaşıldığını deyib, bəzi Avropa ölkələrinin Bakıda keçirilən tədbirə qatılmamasına toxunaraq, onları ciddi tənqdi edib. Ətraflı videoda...