Nazir Orxan Kərimovu işdən çıxardı - ƏMR
Tarix: 7-11-2024, 11:23 |
Çap et
Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsindən azad edilib.
"DİA-AZ" Qaynarinfo-ya istinadən məlumatına görə, nazir Emin Əmrullayevin müvafiq əmri ilə Orxan Teymur oğlu Kərimov işdən çıxarılıb.
Qeyd edək ki, 2021-ci ilin mart ayında Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsindən azad edilərək, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini təyin olunmuşdu.