
DİA.AZ: - Redaksiyamıza Cəlilabad rayonu H.Əliyev prospekti, bina-122, mənzil-15-də yaşayan, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ağayev Əhməd İspər oğlu tərəfindən müraciət daxil olub.
DİA.AZ-a daxil olan həmin müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli redaksiya!
Mən Ağayev Əhməd İspər oğlu yazıb Sizə bildirirəm ki, oğlum Ağayev İlqar Əhməd oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 iyul 2012-ci il tarixli hökmü ilə AZ. Res. CM-nin 234.4.1; 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 12-il müddətində azadlıqdan məhrumetmə cəzası ilə məhkum edilmişdir. Cəzası xüsusi rejimli cəza-çəkmə müəssəsində çəkməyi qət edilmişdir. Bildirirəm ki, məhkəmənin hökmü işgəncə, aldatma, təzyiq ilə ifadələr alınmış, qondarma saxta ittihama əsaslanaraq çıxarılmışdır ki, bu da bir günahsız insanın faciəsi ilə nəticələnib. Belə ki, məhkəmədə tam sübut olundu ki, oğlum Ağayev İlqar cinayət işi üzrə məhkum edilən digər şəxslərlə əlbir olmamışdır. Cinayət törətməmişdir. Məlum oldu ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı CÇM-nin əməliyyat şöbəsinin böyük inspektoru Fəqan Yaqubov və Nizami RPİ-nin iş şöbəsinin müstəntiqi Bakir Məmmədovla əlbir olub təzyiqlərlə təqsirləndirilən şəxslər Bəhruz İbadovdan və Natiq Xəlilovdan İlqar Ağayevin əleyhinə yalan ifadələr alıb onu məhkum etmək planını həyata keçirmişlər.
Əslində isə cinayət hadisəsi belə olmuşdur: 1 saylı CÇM-nin əməliyyat işçisi Yaqubov Fəqan Vaqif oğlu təşkil etdiyi əməliyyatda əvvəldən qərəzli ədavəti olan məhkum İ.Ağayevin şərlənməsini peşəkarlıqla həyata keçirə bilmişdir. Bunun uçün vəzifə səlahiyyətindən istifadə etməklə digər məhbuslara təziq yolu ilə onlardan məhkum İ.Ağayevin xəbəri olmadığı narkotik maddələrin onun sifarişi nəticəsində CÇM-nə gətirilməsini təsdiq edən ifadə almışdır. Bununla CPM-də nəzərdə tutulan vəzifə cinayəti törətmişdir.
Hamıya məlumdur ki, müəssisənin əməliyyat müvəkkili istədiyi məhkumu ilişdirmək bacarığına malikdir. Lakin bununla belə bütün təhdidlərə, hədələrə baxmayaraq cəzaçəkmə müəssəsinə narkotik maddələr keçirilməsini təşkil etdiklərini səmimi etiraf edən məhkumlar Xəlilov Natiq Böyükağa oğlu və İbadov Bəhruz Fazil oğlu bu hadisədən məhkum İ.Ağayevin xəbəri olmadığını öz yazılı və şifahi ifadələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsində bildirmişlər. Hətta məhkum Xəlilov Natiq Bakı Ağır Cinayətlər Məhkəməsində belə bir ifadə işlətdi: "Bu cür nitqimə görə məni bağşlayınE Nizami rayon Polis İdarəsinin Elnur adlı əməkdaşı məni hədələyib və çılpaq şəklimi çəkib internetdə yayımlayacağını söylədi. Əgər ki, sən İlqarın əlehinə ifadə verməsən".
Eləcə də məhkəmə zamanı 1saylı CÇM-nin əməkdaşları Tələt, sovqat yoxlayan Sunay, iki əsgər və başqaları bu cinayətdə İlqar Ağayevin xəbəri olmadığını bildirmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev bu səmimi etiraflara laqeydlik etmiş, aldığı sifarişi yerinə yetirmək üçün CPM-nin bütün tələblərini pozmuşdur. CPM-nin 125.2:125.2.1 və 125.2.3-cü maddələrinə əsasən insan vətəndaşlarının konustitusiyası hüquqlarının və azadlıqlarının, yaxud bu məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda belə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci və 349.5.1-ci maddələrinin mənasına görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında təsdiq və tədbiq edilmiş, sübutlara əsaslanmalıdır. Çox təəssüf ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev bu qanunları tapdalamış, məhkəmə istintaqında verilmiş dəqiq sübutlara əhəmiyyət verməmişdir, Dövlətin qanunlarını yox, öz şəxsi maraqlarını, qondarma ittihamı üstün tutub çox ədalətsiz, qanunsuz hökm çıxarmışdır. Məhkəmədə ortaya qoyulan konkret və mötəbər sübutlar əsas verir ki, ittihamın A.İlqarın barəsində olan hissəsinə xitam verilsin. Bir nəfər despod əməktaşın qərəzliliyi nəticəsində oğlum qondarma ittihamla, ədalətsiz hökümlə 12 il müddətində qanunsuz olaraq məhkum edilmişdir.
Mən Sizdən ədalətin bərpa edilməsində kömək etməyinizi xahiş edirəm. Hökmdən apellyasiya şikayəti vermişik. Sizdən çox-çox xahiş edirik, şikayətimizə obyektiv baxılmasına və ədalətli qərar çıxarılmasına nail olmaq üçün bizə yaxından kömək göstərəsiniz.
Bir şeyi yaddan çıxarmamalıyıq ki, Dövlət və qanun iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda, bir də günahsız cəzalandırılanda!”











