70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                 

“Od” qiymətinə əməliyyatlar və gizlədilən vergi... - İTTİHAM
Tarix: 15-12-2018, 10:17 | Çap et
“Od” qiymətinə əməliyyatlar və gizlədilən vergi...
Özəl klinikalarda külli-miqdarda vergidən yayınma halları ilə bağlı Vergilər Nazirliyi rəsmi açıqlama yayıb. Məlum olur ki, bu ilin 9 ayı ərzində ölkədəki 22 özəl klinika 231 milyon manat vergidən yayınıb. Əməkhaqqı üzrə ödəmələrin yayındırılması halları müəyyən edilmiş 22 vergi ödəyicisi üzrə 2018-ci ilin 9 ayında bəyannamələrdəki məbləğlərinin real göstəricilərə nisbətən 7.6 dəfə az əks olunduğu müəyyən edilib.

Bəzi özəl tibb müəssisələrinin rəsmi sənədlərində həkimlərə verilən aylıq əməkhaqqı məbləği 130-490 manat göstərilməsinə baxmayaraq, bu məbləğin bir sıra hallarda on minlərlə manat arası olduğu təsdiqini tapıb.

Leyla Şıxlinskaya həkimə 230 manat maaş yazır, 30 min manat verir

Bu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlinskayanın klinikası”nın işi üzrə prosesdə ifadə verən təqsirləndirilən Polad Əliyev olduqca ilginc bir məqamı açıqlamışdı. Məlum olmuşdu ki, həkimlər 130-230 manat maaşa imza atıblar, faktiki isə aylıq 25-30 min manat məbləğində maaş alıblar.

“Leyla Şıxlinskaya niyə belə edib” sualının cavabı üçün çox da dərin düşünmək lazım deyil. Cavab ortadadır. 230 manatın vergisi ilə 30 min manatın vergisi arasında fərq göz önündədir.

Burada doğumun və qeysəriyyə əməliyyatının qiymətlərini pasientə baxan həkim təyin edir. Təbii yolla doğuşun qiyməti 1000 manat, qeysəriyyə isə 1250 manatdır. Qeyd etmək lazımdır ki, nisbətən ucuz qiymətə xidmət göstərən tibb müəssisəsi Bakıdakı “Real Tibb Mərkəzi”nin Sumqayıtdakı eyniadlı filialıdır. Orada həkimlər təbii doğuşu klinikanın kassasına ödənilən 630 manata qəbul edir. Cərrahi yolla uşağın dünyaya gətirilməsi üçün isə 900 manat tələb edilir.

“Milana” hospitalın reklamı ilə ödədiyi vergi arasında fərq nə qədərdir?

Bu gün telekanallarda reklam olunan, sosial media üzərindən fəaliyyətləri geniş təbliğ olunan klinikalar və həkimlər var. Məsələn, Sumqayıtdan yayımlanan “Dünya” telekanalı gün ərzində “Milana” Hospitalda göstərilən xidmətlər, oradakı həkimlər, onların fəaliyyəti haqda geniş məlumatlar verir. Vergilər Nazirliyinin üzdən yoxlama aparması bu hospitalın büdcəyə ödədiyi verginin göstərdiyi fəaliyyətə uyğun olub-olmamasını ortaya qoya bilər. Və ya ümumdünya torunda ilk axtarışdaca qarşımıza çıxan Badamdar qəsəbəsindəki “Caspian” hospitalının həkimi Cahid Şahbazovla bağlı kiçik sorğularımız maraqlı bir gedişatı üzə çıxardı. Cahid Şahbazov Azərbaycan teleizləyicilərinə tanış simadır. Ən müxtəlif verilişlərdə çıxışları ilə yaddaşlara yazılan Cahid Şahbazovun qapısından xəstələr səhərdən axşama qədər əskik olmur.

“Caspian” hospitala 1 həkim 1 gündə 30 min manat qazandırır - bəs dövlətə vergi nə qədər ödəyirlər?

Bəs Cahid Şahbazovun, onun çalışdığı klinikanın dövlətə sevginin ifadəsi olan ödənilən vergi göstərilən fəaliyyətə adekvatdırmı? Bu və digər suallara aydınlıq gətirmək üçün C.Şahbazovun sosial şəbəkələrdəki videolarına əlavə olunan əlaqə nömrəsinə telefon açırıq.

Köməkçi xanım Cahid Şahbazovun əməliyyatda olduğunu, onun qəbuluna yalnız və yalnız 2019-cu ilin iyun ayında düşə biləcəyimizi deyir. Dəqiqləşdirir ki, həmin vaxta qədər Cahid Şahbazovun xəstələri var. Təklif edir ki, onun əməliyyatlar üzrə köməkçisi Vüqar müəllimlə danışaq.

Razılaşırıq. Məlum olur ki, onunla da yalnız növbəti həftənin 1-ci günü danışa bilərik.

“Çünki doktorun bu gün əməliyyat günüdür. Vüqar müəllim də onun yanındadır. Hazırda əməliyyatdadırlar. 1-ci gün əlaqə saxlayın” deyə, özünü Zinyət kimi təqdim edən xanım bildirir.

Əlavə edir ki, hazırda qəbul yalnız iyun ayınadır: “Əgər təcili nəsə bir xəstəlik varsa, həmin xəstəni qəbul edə bilərik. İyuna qədər xəstələrimiz var”.

Bəs qiymətlər necədir?

Zinyət xanımın suala cavabı belədir: “Bizdə keratokonus(gözün buynuzlu qişasının problemi)əməliyyatı 1 göz üçün 1000 manatdır. 2 göz üçün 2 min manat ödənilməlidir. İlkin müayinə üçün 40 manat ödəməlisiniz. Əməliyyat 20-30 dəqiqə çəkir”.

Vergilər Nazirliyinin həkimlərin gəlirlərini hansı qaydada hesablaması metodikası haqda məlumat yoxdur. Təkcə bir yaxşı reklam olunmuş həkimin - Cahid Şahbazovun timsalında aydın oldu ki, gün ərzində minimum 30 xəstənin sadəcə 1 gözü əməliyyat olunsa, ortaya heç də az olmayan bir məbləğ çıxır. Personal xərcləri, əməliyyat zamanı lazım olan tibbi ləvazımatların alınması və digər xərcləri çıxdıqda günlük xalis gəlirin qazanılan məbləğin yarıdan çox hissəsi olacağı da şübhəsizdir. Şənbə və bazar günləri dəyərli həkimin istirahət etməsini də nəzərə alsaq, ay ərzində 22 günlük iş günündə qazanılan məbləğin yarım milyon manatı aşdığını müəyyən edə bilərik. Özəl klinikalarda belə əməliyyatlar edən həkimlərin ümumi sayını müəyyən etmək də elə də çətin deyil. 1 həkimin çalışdığı klinikaya qazandırdığı məbləğdən dövlət büdcəsinə ödənilən verginin məbləğini müəyyən etməklə, ümumilikdə özəl klinikalarda dövr edən və vergidən yayındırılan məbləğlərin elə də az olmadığını söyləyə bilərik. 22 özəl klinikada büdcədən 231 milyon manat verginin kimlərin cibinə axması da başqa sualdır.

Özəl klinikalarda uşaq dünyaya minimal olaraq "1000 manata göz açır"

Bakının az-çox məşhur olan klinikalarında hətta təbii yolla uşaq dünyaya gətirmək üçün babat məbləğ ödəmək lazımdır. Paytaxtdakı tibb müəssisələrində mama-ginekoloq xidmətlərinin qiyməti 1000 manatdan başlayır. Bir sıra özəl tibb müəssislərində doğum paketinə hamiləliyin vəziyyətinə və gedişinə nəzarət də daxildir. Lakin doğum paketi qəbul etməyən qadınlar analizlərə və ultrasəs müayinəsinə görə əlavə pul ödəməlidirlər.

“Caspian” hospitaldan sputnik.az-a verilən məlumata görə, bu gün onların xəstəxanasında adi doğuşun qiyməti 1200 manata yaxındır. Qeysəriyyə əməliyyatının qiyməti isə 1500 manatdır. Bu, klinika tərəfindən təyin edilmiş orta qiymətdir. Amma hamiləliyi müşahidə edən və doğuşun ağırlıq dərəcəsini qiymətləndirən həkimin rəyindən asılı olaraq qiymətlər dəyişə bilər. Həmin vəsaiti isə mütləq klinikaya ödəmək lazımdır. “Baku Medical Plaza” klinikalar şəbəkəsində doğuşun qiyməti 1010 manatdan, qeysəriyyə əməliyyatının qiyməti isə 1210 manatdan başlayır. Bu qiymətə sonuncu analizlər, USM və yeni doğulmuş körpənin 3 peyvəndi də daxildir.

Bakıda məşhur olan “Leyla Şıxlinskayanın klinikası”nda Ölkədə doğulan uşaqların statistikası və həmin uşaqlaırnı neçə faizinin məhz özəl klinikalarda dünyaya gəlmələrini müəyyən etməklə büdcəyə ödənilən verginin uyğun olub-olmamasını da aydınlaşdırmaq elə də çətin deyil. Yetər ki, dövlət büdcəsinə çatmayan, yayındırılan hər manatın, qəpiyin ödənməsinə səy göstərilsin, müvafiq addımlar atılsın.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Bu gün, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Bu gün, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Bu gün, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Bu gün, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Bu gün, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru