İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS Ermənistan Statistika Komitəsinin materialları əsasında araşdırma aparıb.
Ermənistanın sosial-iqtisadi vəziyyəti ilə bağlı 30 aprel 2018-ci il tarixinə olan məlumatlara görə, ölkənin dövlət borcu 6,87 milyard dollar, 30 aprel 2026-cı il tarixinə isə 14,46 milyard dollar təşkil edib. Ən yüksək həddi 2026-cı ilin fevral ayında qeydə alınıb, dövlət borcu 14,78 milyard dollara çatıb ki, bu da Paşinyanın baş nazirliyinin əvvəlindən 115,2% artım deməkdir.
Bundan əlavə, 2025-ci ilin dekabrında Ermənistan hökuməti dövlət borcunun hesablanması metodunu dəyişdirib və artıq daxili və xarici hökumət öhdəliklərini, eləcə də Mərkəzi Bankın borcunu daxil etmir.
Eyni dövrdə xarici borc 21,6% artımla 5,49 milyard dollardan 6,68 milyard dollara yüksəlib.









