Kir Starmer bazar ertəsi istefaya gedə bilər .....                     Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? .....                     Bir şair yaşadı Mingəçevirdə... .....                     AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından .....                     Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi .....                     "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" .....                     "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" .....                     "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." .....                     DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... .....                     SEPAH-ın əl-qolu açılır... .....                     "Onlar əsl apokalipsis təlxəkləridir..." .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... .....                     Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? .....                     "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." .....                     General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? .....                     "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." .....                     Saatlı uzaqdır, yoxsa MARS? .....                     Rusiyaya qarşı BİR OLSALAR DA... .....                     "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" .....                     Xırdalan sakinlərinə SU ÇİLƏSİ .....                     Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... .....                     "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." .....                     Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... .....                     Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib .....                     Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... .....                     DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək .....                     Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək .....                     ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                 

Bu gün MTN hadisələrinin iki ili tamam olur - “Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma...”
Tarix: 17-10-2017, 08:16 | Çap et
Bu gün MTN hadisələrinin iki ili tamam olur
Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən və ardınca MTN-də (artıq ləğv edilib) baş verənlərdən - həbslərə, təmizləmələrə başlanılmasından iki il ötür. Bu müddət ərzində ölkəmizin təhlükəsizlik strukturunda çox ciddi dəyişikliklər oldu. MTN işi ilə bağlı məhkəmələr hələ davam edir, generallar mühakimə olunur, eyni zamanda müzakirələr də bitmir. Buna səbəb də həmin hadisələrlə bağlı çoxsaylı müəmmaların, ziddiyyətli məqamların olmasıdır.

MTN-ə 11 il rəhbərlik edən Eldar Mahmudovun hələ də həbs edilməməsi bir müəmma olaraq qalır.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl son iki ili bu cür dəyərləndirdi: “MTN-in ləğv olunub Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılması çox yaxşı hal oldu. Azərbaycanın perspektivi, dünya ilə əlaqələri genişləndikcə kəşfiyyatın ayrı bir struktur olması vacibdir. Bu mənada kəşfiyyatın ayrılması çox yaxşı idi. Yeni rəhbərlik istər Mədət Quliyevin, istərsə də müavinləri və köməkçilərinin simasında olsun, faktiki olaraq sıfırdan başladılar. Nə mənada sıfırdan başladılar? 11 il üç aylıq orada hökm sürmüş - təxminən milis səviyyəsinə endirilmiş bir xüsusi xidmət orqanını yenidən dirçəltmək istər kadr, istərsə də, peşəkarlıq nöqteyi-nəzərindən çox çətindir. Amma bu istiqamətdə yeni rəhbərlik həqiqətən o işləri görür. Ən azı bilirik ki, əvvəlki kimi bir biznesmen qışqırmır ki, məndən kimlərsə pullar aldılar, ən azı xüsusi xidmət orqanının əli ilə. Xalqda inam yaratmaq lazımdır. Təbii ki, əsas istiqamət dövlətin təhlükəsizliyi olmalıdır. Bu istiqamətdə hansı tapşırıqlar varsa, onu yerinə yetirmək lazımdır. Terrorun qarşısını almaq da əsas vəzifəmiz olmalıdır. Bizim ətrafımızda, Yaxın Şərqdə terror tüğyan edir. Son iki ildə terrorçulara qarşı mübarizə çox yüksək səviyyədə gedib. Bəzi terror cəhdlərinin qarşısı alınıb, bəzi terrorçular öldürülüb. Bizə ən böyük təhlükə olacaq İŞİD-lə bağlı əməliyyatlar şəraitinə nəzarət edilir. Mədət Quliyev açıqlama verdi ki, 900 terrorçu var, onlardan 300-ü ölüb, 195-i vətəndaşlıqdan çıxarılıb. Bütün bunlar onu göstərir ki, əməliyyat şəraitinə kifayət qədər nəzarət olunur, informasiya mənbələrimiz var, informasiya mübadiləsi digər dövlətlərlə yaxşıdır. Amma yenə deyirəm ki, sıfırdan başlayıb bunları peşəkar xüsusi xidmət orqanı səviyyəsinə çatdırmaq çətindir. Qarşıda hələ illər var. Arzu edək ki, bizim üçün hər şey yaxşı olsun. Azərbaycanın son iki ili əvvəlki 11 ildən çox-çox yaxşıdır”.

Təhlükəsizlik eksperti E.Mahmudovun həbs olunmamasına da toxundu: “Nəinki cəzalar, prosesin özü böyük narazılıq doğurur. İstintaqın özü, məsuliyyətə cəlb olunanların kifayət qədər olmaması, sona qədər cinayətin açılmaması, mütəşəkkil dəstənin üzvlərinin sona qədər açıqlanmaması, kimlərinsə kənarda qalması, kimlərinsə hələ də meydan sulaması çox böyük narazılıq doğuran səbəblərdir. Bunlar heç bir halda qənaətbəxş sayıla bilməz. Eldar Mahmudovun və istintaq idarəsinin rəisinin kənarda qalması tamamilə düzgün deyil. İttiham olunanlar ittiham tərəfini üzərlərinə çox gəlməkdə qınayır. Amma onlar demək istəyirlər ki, ”siz bilirsiniz yazılmamış qanunları, onun üçün də üzərimizə çox gəlməyə ixtiyarınız yoxdur". Yadınızdadırsa, Akif Çovdarov müstəntiqə demişdi ki, səndən böyüyə zəng vurub deyiblər. Mövcud vəziyyət bundan ibarətdir. Ona görə burada heç bir qənaətbəxş iş yoxdur. Ən çox narazılıq edən zərərçəkənlərdir. Onlar konkret olaraq kimlərinsə cəzalandırılmasını tələb edirlər. Çünki onlar dəqiq bilirlər ki, kim istəyib, nə qədər, özü də kimin adından. İşlər təəssüflər olsun ki, məhkəmədə də yarımçıq şəkildə həyata keçirilir. Bu proseslərdə kölgə istintaq və məhkəmənin üzərinə düşür. Bunlar Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətinə kölgə sala bilməz. Artıq onların bu qurumda nə təsirləri, nə də adamları var. Eldar Mahmudovun və digərlərinin layiqli cəzalanmaması səbəbindən insanlarda belə fikir formalaşacaq ki, demək, çapıb-talamaq olar, çünki cəza almaya bilərsən. Bu mənada Eldar Mahmudovun azadlıqda olmasının çox mənfi rolu var. Həbs edilən Akif Çovdarov, Səlim Məmmədov kimi şəxslərin məhkəmədə dediklərində ziddiyyətlər yox idi. Onlar, sadəcə, indiyəqədərki məhkəmələrinin bəzilərində söz atırlar ki, bizə qarşı tətbiq etdiyiniz cəza ağır olarsa, bizimlə “düzgün rəftar” edilməsə, biz çox şeyləri aça bilərik. Dəfələrlə bu hədələr olub, Akif Çovdarov, Səlim Məmmədov və Elçin Quliyev tərəfindən. Mənə elə gəlir ki, onlar öz məqsədlərinə də çatdılar. Onlara verilən, istənilən cəzalar olduqca zəifdir, çox yumşaqdır. Onların bu mesajları çox danışa biləcəklərini də sübut etdi. Özü də dedikləri çox açıq mesajlar idi. Eldar Mahmudovun üzərindəki həbs təhlükəsi hələ də sovuşmayıb, amma bu təhlükə yüksək səviyyədə deyil. Təhlükə hələ o həddə çatmayıb ki, o, hər gün həbs olunacağı zamanı gözləsin. Hər şeyi zaman göstərəcək".
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Bu gün, 12:44
Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Bu gün, 12:17
Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Bu gün, 11:44
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Bu gün, 11:39
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Bu gün, 11:36
Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:33
"Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Bu gün, 11:31
"İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Bu gün, 09:48
"Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Bu gün, 09:26
DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19
SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13
"Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00
Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50
Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35
"Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23
Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16
Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07
"Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58
Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31
Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Dünən, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru