Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Azərbaycandan ən çox neft idxal edən ölkələr .....                     Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir .....                     Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş .....                     Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb .....                     Azərbaycan Güləş Federasiyasında .....                     Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri .....                     Niyə “Sədərək” hər yay yanır? .....                     Bu restoran bina sakinlərini yatmağa qoymur .....                     Ermənistanda müxalifət parlamenti boykot etdi .....                     Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər .....                     Köçəryan Ermənistandan qaçmağı planlaşdırır .....                     Şəmkirdə körpə qızdırmadan ölüb .....                     Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır .....                     Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi .....                     Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib .....                     Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... .....                     Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı .....                     Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... .....                     “Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb .....                     Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq .....                     Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir? .....                     Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! .....                     Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? .....                     Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı .....                     “Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” .....                     Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı .....                     “Zeynəb Xanlarova toylara getməyib, .....                     Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı .....                     Paşinyan onu Azərbaycana verəcəkmi? .....                     Bakının mərkəzində SU ÇİLƏSİ... .....                     "Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" .....                     Əməkdar artist fotosessiyasını paylaşdı və... .....                     Putinin tənqidçisi GÜLLƏLƏNDİ .....                     Rus ordusu nə qədər ərazini ələ keçirib? .....                     Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! .....                 

Qaynadılan qazan Pirverdiyevi hara qədər daşıyacaq... - Həbs təhlükəsi realdır...
Tarix: 16-12-2015, 12:56 | Çap et
Qaynadılan qazan Pirverdiyevi hara qədər daşıyacaq...
Aparılmış yoxlamalar üzə çıxarıb ki, "Azərenerji" ASC tərəfindən dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib.
Birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki iqtisadi əsaslandırılması və qiymətləndirilməsi aparılmayıb. Tikinti layihələri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması, həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi üçün ekspertizadan keçirilməyib. Habelə müvafiq qaydaların tələblərinə uyğun olaraq tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri müəyyən edilməyb.
Auditor bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığını müəyyən edib. Həmçinin layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyini, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyini üzə çıxarıb.
Yoxlamalar nəticəsində müəyyən olunub ki, "Azərenerji" ASC işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən podratçılarla birbaşa müqavilələr bağlayıb.
Hesablama Palatası həmçinin müəyyən edib ki, bir neçə obyektin tikintisi başa çatdırılsa da Dövlət qəbul Komissiyası tərəfindən istismara qəbul edilməyib. Ancaq həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyi üzə çıxıb.
Bütün bu ciddi pozuntulara baxmayaraq Hesablama Palatası "Azərenerji"də aparılmış yoxlamaların nəticəsini tədbir görülmək üçün hüquq-mühafizə orqanlarına göndərməyib. Palata "Azərenerji"də aparılmış yoxlamaların nəticələrinin müzakirə olunmasına həsr edilmiş kollegiya iclasında ASC-yə tövsiyə edilib ki, bu pozuntuları aradan qaldırsın və belə hallara gələcəkdə yol verməsin.
Hərçənd ki, ortaya çıxarılmış pozuntulardan ciddi korrupsiya iyi gəldiyi tamamilə aydındır. Əgər "Azərenerji" heç bir texnki-iqtisadi əsaslandırma aparmadan, ekspertiza keçirmədən, müvafiq şəhərsalma normalarına məhəl qoymadan tikinti layihələrinə büdcə vəsaitlərini xərcləyibsə, bəyəm burada korrupsiya əlamətləri yoxdur?
Yaxud layihə-smeta xərclərinin podratçı tərəfindən hazırlanması, podratçıya əlavə pul ödənilməsi və ya podratçının tender yolu ilə deyil, birbaşa seçilməsi korrupsiyadan xəbər vermir?
Hansı ki, "Azərenerji" ASC-nin podratçısı əksər hallarda elə bu strukturun rəhbəri Etibar Pirverdiyevin nəzarətindəki şirkətlər olur.
Bu ilin əvvəllərində "Deloitte" şirkəti tərəfindən aparılan audit də "Azərenerji"nin maliyyə göstəricilərinin kəskin pisləşdiyini üzə çıxarmışdı. "Deloitte" şirkəti tərəfindən aparılan audit yoxlaması nəticəsində məlum olub ki, səhmdar cəmiyyətin ümumi gəlirləri 2014-cü ildə 4,3 dəfə azalıb - 84 milyon 589 min manatdan 19 milyon 594 min manata enib.
Operatorun vergilərin ödənilməsindən əvvəlki gəlirləri də kəskin aşağı düşüb. 2013-cü ildə bu gəlirlər 130 milyon 607 min manat təşkil etmişdisə, 2014-cü ildə həmin rəqəm 55 milyon 378 min manata enib.
Habelə "Azərenerji"nin əməliyyat fəaliyyətindən daxilolmaların həcmi 237 milyon 748 min manatdan 168 milyon 269 min manata qədər azalıb.
"Azərenerji" həm də ölkənin əsas vergiödəyicilərindən biridir. Buna baxmayaraq uzun müddətdir ki, büdcə öhdəliklərini yerinə yetirə bilmir və ən iri vergi borcu olan müəssisələrdən biridir. 2014-cü ilin məlumatına görə, "Azərenerji"nin vergi borcu 700 milyon manat təşkil edirdi.
Hərçənd ki, "Azərenerji" ASC büdcədən ən iri investisiya qoyuluşlarının yönəldildiyi müəssisədir. 2005-ci ildən 2014-cü ilə qədər dövlət büdcəsindən "Azərenerji" ASC-yə 1 milyard 132 milyon manat investisiya yönəldilib. ASC 2010-cu ilə qədər 1,45 milyard dollara yaxın xarici kreditlər cəlb edib.
Dövlət büdcəsindən və xarici kreditlər hesabına milyardlarla dolları investisiya layihələrinə xərcləyən ASC-də maliyyə göstəricilərinin pisləşməsinin və vəsaitlərin düzgün xərclənməməsinin səbəbini korrupsiya və pis menecmentdə axtarmayıb başqa harada axtarmaq olar ki?
Məhz bu yarıtmaz fəaliyyətin nəticəsidir ki, "Azərenerji"nin və digər dövlət səhmdar cəmiyyətlərinin borclarının bir hissəsinin 2016-cı il büdcəsi hesabına ödənilməsi məcburiyyəti yaranıb.
İstisna olunmur ki, ortaya çıxan mənimsəmə və korrupsiya halları bu qurumun prezidenti Etibar Pirverdiyevin də adının oxşar səbəblərlə cəzalandırılan yüksək vəzifəli şəxslərin siyahısına salsın. Bu arada söhbət Pirverdiyevin vəzifəsindən azad edilməsindən tutmuş onun barəsində həbs qərarı çıxarılmasınadək bir sıra variantlardan gedir.
Xatırladaq ki, prezident İlham Əliyev bölgələrdə və Sumqayıt şəhərində elektrik enerjisinin satışı və paylanması funksiyasını "Azərenerji"dən alaraq "Bakıelektrikşəbəkə" ASC-nin bazasında yaradılmış "Azərişıq" ASC-yə verib. Şübhə doğurmur ki, belə bir addım bölgələrdə elektrik enerjisi ilə təchizatın yarıtmaz olması, Etibar Pirverdiyev və onun rəhbərlik etdiyi qurumun qeyri-qənaətbəxş, xüsusilə maliyyə məsələlərində kifayət qədər şübhəli və qaranlıq fəaliyyəti üzündən baş verib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər - Saffari yazır....
Bu gün, 11:00
Köçəryan Ermənistandan qaçmağı planlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:59
Şəmkirdə körpə qızdırmadan ölüb
Bu gün, 10:58
Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət
Bu gün, 10:56
Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:44
Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - Roma Papası Azərbaycana səfərə dəvət edilib
Bu gün, 10:42
Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... - "İfadə azadlığımızı pozurlar..."
Bu gün, 10:38
Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı - KİV
Bu gün, 10:30
Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... - Yeməklərinin hesabı da işçiyə yüklənir...
Bu gün, 10:24
“Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb - DETALLAR
Bu gün, 10:04
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq - BUNDAN SONRA...
Bu gün, 10:02
Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir?
Bu gün, 09:50
Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! - ETİRAZ VAR!
Bu gün, 09:45
Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB
Bu gün, 09:37
Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı QƏRAR
Bu gün, 09:31
“Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” - Xanəndədən ETİRAZ
Bu gün, 09:30
Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:26
“Zeynəb Xanlarova toylara getməyib, bizi bazarda da görüblər, marketdə də...”
Bu gün, 09:24
Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:14
Paşinyan onu Azərbaycana verəcəkmi? - AKTUAL
Bu gün, 09:10
Bakının mərkəzində SU ÇİLƏSİ... - Vətəndaş deyir ki...
Bu gün, 08:59
"Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" - partiya sədri
Bu gün, 07:47
Əməkdar artist fotosessiyasını paylaşdı və... - "HEÇ NƏ BİTMİŞ SAYILMAZ!"
Bu gün, 07:32
Putinin tənqidçisi GÜLLƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 07:23
Rus ordusu nə qədər ərazini ələ keçirib? - General
Bu gün, 07:05
Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
Bu gün, 07:03
Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər
Bu gün, 06:57
"Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" - "ADPU tələbələri NARAZIDIR
Bu gün, 06:54
Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata
Bu gün, 06:46
Tibb şirkətinin dövlətə vergi borcu yarandı - "İZOMER MEDİCAL" MMC büdcəyə ödəniş etmir
Bu gün, 06:43
Naxçıvanda idarəetmə problemi... ONSUZ DA VAR!
Bu gün, 06:32
Bu təhsil binası heç oynamalı halda deyil - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:26
Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! – Siyahıya salındı
Bu gün, 06:17
“Həmkarlar”ın etiraz doğuran turpaketi... - “O boyda pul yığırlar, verdikləri yeməyə bax” + VİDEO
Bu gün, 06:12
Bakının 9 rayonunda bu binalar sökülür – Sakinlərinə MÜHÜM XƏBƏR
Bu gün, 06:07
Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru