Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi .....                     Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir .....                     “Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb .....                     Çarukyanın nələri varmış?! .....                     Asiya İnkişaf Bankına yeni vitse-prezident .....                     “Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” .....                     Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? .....                     Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? .....                     Qaqauzlar Türkiyədən dəstək istədi: .....                     Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb .....                     AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır .....                     Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi .....                     "Villa Inn" otelində sevgilisini döydü .....                     “İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” .....                     İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb .....                     “ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? .....                     “Rosatom”u Argentinadan qovdular .....                     Zəngəzur dəhlizində işlərin başlanacağı .....                     Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib .....                     Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? .....                     Əməkdar jurnalist komaya düşdü .....                     Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi .....                     Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub .....                     "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir .....                     Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı .....                     Həbsdə olan jurnalistin səhhəti pisləşdi .....                     Şirkətlər bu bankdan niyə qaçır? .....                     İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi .....                     NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? .....                     "O pul mənim üçün çox böyük puldur..." .....                     Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: .....                     "Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” .....                     Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır .....                     Fələstinli nazir Bakıda nə istəyib? .....                     Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq .....                     "Hamının evində anası-bacısı var” .....                     Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun .....                     Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi .....                     "Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib .....                     Ukraynanın yeni Baş naziri təyin edilib .....                 

Şaxta baba deyil... amma o da qış gələndə yada düşür... - "Azəriqaz" şefi yenidən diqqət mərkəzində
Tarix: 29-10-2015, 12:04 | Çap et
Şaxta baba deyil... amma o da qış gələndə yada düşür...
Qış yaxınlaşdıqca “Azəriqaz” İstehsalat Birliyindən şikayətlər də artmaqdadır. Şikayətlər isə həm Bakıdan, həm də bölgələrdən gəlir.
Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1/A ünvanındakı binanın sakinləri 6 ildir ki, yaşadıqları binaya qaz verilməməsindən şikayətlənir.
Adıçəkilən binanın komendantı Elnur Hüseynov deyib ki, 4 ilə yaxındır bir çox aidiyyəti qurumlara müraciət etsələr də bunların hamısı cavabsız qalıb: “Bizim yaşadığımız binanı tikən şirkətdən başlayaraq bir çox qurumlara müraciət etmişik. Amma hər dəfə nəticəsiz qalıb. Abşeron Rayon İcra Hakimiyyətinə, Xırdalan icra nümayəndəliyinə, “Azəriqaz”a müraciət etmişik. Neçə ildir bizə deyirlər ki, texniki şərt hazırlanır, iş gedir. Amma ortada heç bir iş, heç bir nəticə yoxdur”.
E.Hüseynovun sözlərinə görə, binaya qaz boruları çəkilsə də mənzillərə çəkilməyib: “Balkonlara qədər qaz boruları çəkilib, amma mənzillərə daxil olmayıb. Mənzillərin içində heç nə yoxdur. Ona görə də qış aylarında sakinlər məcbur olub qaz balonlarından istifadə edir. Bu da təhlükəlidir”.
Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, MTK tərəfindən tikilən binalara qazın verilməsi məsuliyyətini həmin şirkət daşıyır: “Şirkətlər bina tikəndə “Azəriqaz” İstehsalat Birliyi ilə müqavilə imzalayır və texniki şərt alır, sayğaclar qoyulur. Fövqəladə Hallar Nazirliyi də təsdiqləyəndən sonra binaya qaz verilir. Yəni burada icra hakimiyyətinə aid heç bir iş yoxdur”.
“Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxlamaq cəhdlərimiz isə nəticəsiz qalıb.
Binanı tikən “R+R” MTK-nın nümayəndəsi Vaqif Hüseynov isə yalnız sənədlərin hazırlandığını deməklə kifayətləndi: “Sənədlər hazırlanıb, işlər yekunlaşandan sonra binaya qaz veriləcək”.
Analoji vəziyyətlə Abşeron “Gənclər şəhərciyi”ndə məskunlaşan sakinlər də üzləşiblər. Onlar illərdir hər havalar soyumağa başlayanda onlara verilən vədlərdən boğaza yığılıblar.
Rayonlarda isə Əkbər Hacıyevin rəhbərlik etdiyi qurumun qazlaşdırmanı sürətli apara bilməməsi ilə bağlı şikayətlərin ardı-arası demək olar, kəsilmir.
Elə bu yaxınlarda məlum oldu ki, Gədəbəyin Ermənistanla sərhəd Şınıx bölgəsinin kəndlərinin qazlaşdırılması problemi “Azəriqaz” rəhbərliyinin bu bölgəyə qarşı ayrı-seçkiliyi və anlaşılmaz münasibəti üzündən düyünə düşüb. Bölgənin cəmi 3-4 kəndinə qaz verilsə də 20-yə yaxın kənd qazsızdır. Və meşələr qırılıb tükənmək üzrədir, əhali yanacaq problemi üzündən evlərini tərk edir.
Təzəlikcə “Azəriqaz” rəhbəri Əkbər Hacıyev keçirdiyi mətbuat konfransıda elan edib ki, Şınıx bölgəsinin qalan kəndləri qazlaşdırılmayacaq və əhali onlardan qaz gözləməsin. Ə.Hacıyev bunu “bölgənin kəndlərinin keçilməz olması və texnikanın işləməsinin çətinliyi” ilə izah edib. Hərçənd ki, bu arqumentin tamamilə əsassız olduğunu bölgənin coğrafi şəraitinə bələd olanlar yaxşı bilir.
O vaxt Əkbər Hacıyevin bu bəyanatı Gədəbəy rayon rəhbərliyində də narahatlıq yaratmışdı və onun rəhbərlik etdiyi İstehsalat Birliyinin tabe olduğu SOCAR-ın prezidenti Rövnəq Abdullayevə rəsmi məktub göndərilərək məsələyə izahat verilməsi istənilmişdi. Amma sonradan məlum olmadı ki, SOCAR rəhbərliyi həmin müraciəti necə cavablandırıb.
Yeri gəlmişkən, xatırlatmaq istərdik ki, hələ bu ilin ortalarında ölkə mətbuatı “Azəriqaz”ın ən çox giley-güzar edilən dövlət qurumlarından biri, bəlkə də birincisidir. Bu İstehsalat Birliyinin rəhbərliyi vətəndaşların şikayət və narazılıqlarını quru vədlərlə ötüşdürməkdə demək olar, peşəkarlaşıb.
Halbuki ölkə başçısı son vaxtlarkı çıxışlarında məmurları vətəndaşların problemlərinə qarşı diqqətli və həssas olmağa dəvət edir, əhalini incidən vəzifəli şəxslərə qarşı sərt cəza tədbirlərinin görüləcəyini bildirir. Amma təəssüf ki, “Azəriqaz” da daxil olmaqla, bəzi dövlət qurumları dövlət rəhbərinin xəbərdarlıqlarından, tövsiyə və göstərişlərindən lazımi nəticə çıxarmaqda yubanırlar.
Məqamı düşüb, onu da qeyd edək ki, prezident İlham Əliyev Azərbaycanın tamamilə qazlaşdırılması məsələsini ciddi şəkildə qaldırıb və bu prosesin sürətlə həyata keçirilməsini tələb edib. Təəssüf ki, müşahidələr və rəsmi göstəricilər “Azəriqaz”ın ölkə ərazisinin tamamilə qazlaşdırılması istiqamətində üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirdiyini söyləmək üçün əsas vermir.
Hesab etmək olar ki, adıçəkilən İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı haqqında danışdığımız neqativ məqamlar, xüsusilə vətəndaşların bu qurumdan şikayətlərinin azalmaq əvəzinə, daha da artması, Azərbaycanın tamamilə qazlaşdırılması istiqamətində prosesin ləng getməsi islahatlar dalğasının “Azəriqaz”a da çatmasına, onun da önəmli kadr və struktur dəyişiklikləri yaşamasına gətirib çıxaracaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi QƏRAR VERƏCƏK
Dünən, 18:02
Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir - KİV
Dünən, 17:58
“Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb - DETALLAR
Dünən, 17:56
Çarukyanın nələri varmış?! – Milyardları müsadirə edilir
Dünən, 17:42
Asiya İnkişaf Bankına yeni vitse-prezident TƏYİN EDİLİB
Dünən, 17:37
“Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” - Tural İrfan
Dünən, 17:31
Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? – Bəzi detallar açıqlanıb
Dünən, 17:23
Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? - ARAŞDIRMA
Dünən, 17:19
Qaqauzlar Türkiyədən dəstək istədi: - Ankara nə edəcək?
Dünən, 17:08
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb - TƏFƏRRÜAT
Dünən, 17:04
AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır - BAZAR OLSUN...
Dünən, 17:03
Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi - DETALLAR
Dünən, 17:01
"Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı
Dünən, 17:01
“İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Dünən, 16:49
İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb - “Reuters”
Dünən, 16:45
“ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
Dünən, 16:29
“Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
Dünən, 16:22
Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX
Dünən, 16:15
Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Dünən, 16:09
Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:04
Əməkdar jurnalist komaya düşdü - Vəziyyəti ağırdır
Dünən, 15:59
Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi - News.am
Dünən, 15:47
Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Dünən, 15:46
"3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir - ŞƏRH
Dünən, 15:28
Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı – 22 min manat "LUKOIL"a xərcləndi
Dünən, 15:23
Həbsdə olan jurnalistin səhhəti pisləşdi - AÇIQLAMA
Dünən, 15:16
Şirkətlər bu bankdan niyə qaçır? - 260 milyonu geri çəkdilər
Dünən, 15:05
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi - “Hraparak”
Dünən, 14:58
NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? - ŞƏRH
Dünən, 14:56
"O pul mənim üçün çox böyük puldur..." - NARAZILIQ VAR...
Dünən, 14:45
Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: - “Milyardlar xərclənir, nəticə yoxdur”
Dünən, 14:31
"Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” - Şölə
Dünən, 14:28
Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır - NƏ BAŞ VERİR?
Dünən, 14:25
Fələstinli nazir Bakıda nə istəyib? – “Koka-kola” planına möhtəşəm CAVAB
Dünən, 14:22
Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq - SİYAHI
Dünən, 14:08
"Hamının evində anası-bacısı var” - Novella Cəfəroğludan Taleh Yüzbəyova
Dünən, 14:03
Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun - Dələduzluq sxemi ifşa olundu
Dünən, 13:58
Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi - Texniki İstismar şöbəsi ləğv edildi
Dünən, 13:54
"Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib
Dünən, 13:48
Ukraynanın yeni Baş naziri təyin edilib - “RBK-Ukraine”
Dünən, 13:47
"Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi – MƏHKƏMƏ
Dünən, 13:04
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb - “Ynet”
Dünən, 13:02
ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? - Sakinlərdən narazılıq
Dünən, 12:58
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: “Aylıq 300-400 dollar ödənilib” – MƏHKƏMƏ
Dünən, 12:44
IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu - MƏQALƏ
Dünən, 12:37
4 min verib aldığımız “iPhone” deyilmiş - AÇIQLAMA
Dünən, 12:33
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:24
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” - İTTİHAM VAR...
Dünən, 12:18
Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
Dünən, 12:14
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib - “News.am”
Dünən, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru