Zaxarovanın primitiv yalanı .....                     AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək .....                     AZCON Holdinqdə yeni təyinat .....                     “Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var .....                     “Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır .....                     Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı .....                     Azərbaycanda 600 manat dəfn pulu veriləcək .....                     Azərbaycanda sosial müavinətlər artırılır .....                     Bakıda qrup halında adam öldürənlər .....                     “Məni hədələyərək işdən çıxardılar” .....                     "İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər" .....                     "Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" .....                     Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? .....                     Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub .....                     Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi .....                     “Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB .....                     Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək .....                     “İrşad” gömrük qaydalarını pozur .....                     Ukraynada Trampa və ABŞ-yə etimad azalır .....                     Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı .....                     İran müharibə planı hazırlayıb: .....                     "Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq .....                     Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı .....                     Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi .....                     Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi .....                     Röya Baləlinin mahnısını oxudu .....                     Qazinin pulunu kim kəsib? .....                     Bu ərazilər Azərbaycana qaytarılır: .....                     Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi .....                     SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır .....                     “Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...” .....                     “Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... .....                     Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” .....                     Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb .....                     Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi .....                     Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini .....                     FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı .....                     Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu .....                 

Bəxtiyar Əliyev zəmanənin damarını tutaraq bəxtiyar olub... - İlginc iddialar
Tarix: 9-10-2015, 11:46 | Çap et
Bəxtiyar Əliyev zəmanənin damarını tutaraq bəxtiyar olub...
118 saylı Ağdam şəhər seçki dairəsinin deputatı Bəxtiyar Əliyev eyni zamanda AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsində də çalışır

Bununla da onun da iki vəzifə tutmaqla qanunlara riayət etmədiyini görürük. Milli Məclisinin Elm və təhsil komitəsinin sədr müavinidir. Qeyd edək ki, o 3 dəfə Milli Məclisə seçilib.

Azərbaycan İnformasiya Agentliyinin 3 sentyabr 2015 tarixli məqaləsində yazdığı iddiaya görə Bəxtiyar Əliyev millət vəkilliyindən əlavə saxta diplom satmaqla da yadda qalıb. O Sankt-Peterburq Xarici Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı filialını yaradıb, bu müddət ərzində 7 minə yaxın tələbəyə saxta diplom satıb. Ağdam sakinləri ilə söhbət zamanı məlum olub ki, onlar Bəxtiyar Əliyevin yalnız adını eşidib və bir də şəkilini görüblər. Bəxtiyar Əliyev hətta seçkilər zamanı belə Ağdam camaatı ilə heç bir görüş keçirməyib. Bəxtiyar Əliyevin Ağdamda tanıdığı yer Ağdam rayon icra hakimiyyəti, tanıdığı ağdamlılar isə rayonun icra başçısı və digər vəzifəli şəxsləridir.

Azərinfo.org xəbər verir ki, 2010-cu il parlament seçkiləri zamanı baş verən bir hadisə isə artıq ağdamlılar arasında lətifəyə çevrilib. Ağdamdan deputatlığa namizəd olan Bəxtiyar Əliyev Çəmənli kəndinə gəlib seçicilərlə görüş keçirmək istəyib. Kəndin ağsaqqalları ondan soruşurlar ki, bəs siz kimsiniz? Bəxtiyar Əliyev cavab verir ki, ötən seçkilərdə Ağdamdan deputat seçilmişəm və bu dəfə də yenidən Ağdamdan namizədliyimi vermişəm. Ağsaqqallar kəndin cavanlarına işarə edirlər və kəndin cavanları deputatı daşa basırlar. Bəxtiyar Əliyev maşınına minir, bir xeyli uzaqlaşır, sonra yenidən maşını geri sürdürüb pəncərədən başını çıxardaraq deyir ki, “Baxarsınız, sizin acığınıza hər il Ağdamdan deputat seçiləcəm!”.

Ölkə.Az-ın Ağdam rayon sakinləri ilə keçirdiyi sorğu zamanı sakinlərin Bəxtiyar Əliyev haqqında fikirləri ilə də tanış olaq: “Deputatımızı tanımıram, gəlmir, getmir, camaatla maraqlanmır”, “Deputatımızı ancaq televizorda görmüşük. Millət vəkilləri seçkilər zamanı gəlir, sonra bir də üzünü növbəti seçkilərə qədər görmürük. Gəlib maraqlanmır seçiciləri ilə”, “Deputatımızı tanımıram, tanımaq belə istəmirəm”. Yenilik.az internet qəzeti 11 avqust 2015 tarixli yazısında qeyd edirdi ki, vaxtı ilə ölkə miqyasında ən çox saxta diplom satanlardan biri olan Bəxtiyar Əliyev həmçinin tələbə köçürülmələriinin də В«xaç atalarından” hesab olunur. Sayt onu da vurğulayır ki, millət vəkilinin vətəndaşlara verdiyi diplomlar təhsil nazirliyinin diplom bankında qeydiyyata oturmayıb və həmin diplomlar saxta sayılır. Sayt mənbənin iddiasına əsasən bildirib ki, Təhsil Nazirliyi bir çox rayonlarda, xüsusən Qarabağ rayonlarında müəllim işləyən xeyli şəxslərin diplomlarını yoxlayan zaman xeyli sayda diplom saxta çıxıb. Saxta çıxan diplomların çox hissəsi isə Bəxtiyar Əliyevin “məzunları” olub. Cumhuriyyet.az 18 may 2015-ci il tarixli məqaləsində millət vəkilinin yol hərəkəti qaydalarına əməl etmədiyi də vurğulanıb. Belə ki, sayt bildirib ki, millət vəkilinin avtomobili AzNeft meydanında yol polisi tərəfindən saxlanılaraq, Bəxtiyar Əliyevin hədə-qorxularına baxmayaraq, cərimə meydançasına aparılıb.

Saytın yazdığına görə BDU-nun Psixologiya kafedrasının müdirindən burada çalışan bəzi müəllimlər də narazıdır. Bildirilir ki, tanınmış psixoloqlardan Rövşən Cavadov, Mirələm Vəliyev, İmdad Bayramov, Azər Mustafayev bu qənaətdədirlər ki, Bəxtiyar Əliyev öz deputat, Elmi Şura sədri, müxtəlif dövlət komissiyalarına üzvü olmaq və digər onlarla dövləti səlahiyyətləri ilə Azərbaycan elmində islahatlara ciddi əngəl törədir, ambisiyalı xarakteri ilə ona rəqib ola biləcək hər kəsə əlindəki səlahiyyətlərlə təsir göstərərək elmdən uzaqlaşdırır, buna görə də rəqabəti boğaraq bu sahədə monopoliya yaradıb, bütün layihələri və vəzifələri öz əlinə alır. Bəxtiyar Əliyev məqsədli şəkildə o adamların “elmi” işini müdafiəyə buraxır, hansıların ki, nə özü bu sahəyə aid adam deyil, nə də işi heç yerdə lazım olası deyil. Əksinə, istedadlı gəncləri beşiyindəcə boğmaq üçün Bəxtiyar Əliyev BDU-da imtahan komissiyasının üzvü, AAK-da Şura sədri, Milli Məclisdə Elm-Təhsil komissiyasının sədr müavini olmaq kimi səlahiyyətlərindən tam qüvvəsi ilə istifadə edir. Məsələ o qədər kəskin xarakter alıb ki, hətta BDU rəhbərliyi bu problem həll etmək üçün xüsusi komissiya da yaradıb və komissiya da, kafedra əməkdaşlarının iddiasının doğruluğu qənaətinə gəlib. Mətbuatın yazdığına görə, 7 illik fəaliyyəti müddətində bu yalançı “universitet”in 2 min (bəziləri hətta 7 min) “tələbə” qəbul edib başqa universitetlərə ötürməklə yanaşı, həmin məzunların yalançı diplomunun statusunu daha da qaldırmaq üçün onların bir çoxunu, öz kurasiyasında olan Elmi Şuralar vasitəsilə elmi iş müdafiəsinə buraxdırıb. Mətbuat, Bəxtiyar Əliyevin 1989-cu ildə fəlsəfə sahəsində müdafiə etdiyi “Межнациональное общение как объект социально-психологического анализа” namizədlik dissertasiyasının plagiat olmasını və ermənilərlə qardaşlığın əhəmiyyətinə həsr olunduğunu, ona görə də indi heç kimin əlinə düşməməsi üçün bütün tədbirləri görüb, kitabxanalardan yığışdırtdırdığı, gizlədildiyini də yazıb. Bu dissertasiyanın çox hissəsinin müəllifliyi göstərilmədən onunkundan 5 il əvvəl müdafiə olunmuş РџСЂРѕСЃРєСѓСЂРЅРёРЅ Дмитрий Тимофеевич: “Межнациональное общение как объект социально-философского анализа” dissertasiyasından köçürmə olduğunu deyirlər. Öz ətrafında toxunulmazlıq aurası yaratmaq üçün Bəxtiyar Əliyev hər yerdə bəyan edir ki, guya cavanlıqda Moskvada ölkə prezidenti cənab İlham Əliyevlə bir universitetdə təhsil alıb, onunla tələbə yoldaşı olub, və indi də onun dəstəyi ilə bu zirvələrə qalxıb. Bəxtiyar Əliyevin bir vaxtlar Ayaz Mütəllibovun müdafiəsi üçün yaradılmış “Nicat” cəmiyyətinin sədr müavini, cəmiyyətin sədri Famil Mehdi istefaya gedəndən sonra isə, sədr olduğu məlumdur. Cəmiyyətin Heydər Əliyev əleyhinə aktiv fəaliyyət apaması səbəbindən dağıldığı da məlumdur.

Sayt alimlərdən bir qrupuna istinadən ehtimal edir ki, Rusiya bütün postsosialist məkanında aktivləşməsi fonunda “Nicat”çılarda xüsusi aktivləşərək, təşkilatlanmağa başlayıblar. Ehtimal olunur ki, son günlər Rusiyaya səfərlərin intensivləşməsi fonunda Bəxtiyar Əliyev orada şübhəli görüşlər keçirib. Deputat bir sıra komissiyanın üzvü olduğu 15 il ərzində ona aidiyyətli heç bir qanun hazırlanıb, ortaya qoymayıb. Bəxtiyar Əliyevin adıgedən saxta İnstitutuna, qəbul olunan “tələbə”lərin sayını ən azı 2 min hesab etsək və hər bir “tələbənin” qəbulundan B.Əliyevə 1000 manat mənfəət qalsa bu, orta hesabla 2 milyon manat deməkdir. Saxta müdafiələrin qiymətinin isə 10-25 min manat olduğunu nəzərə alsaq, həmçinin buraya B.Əliyevin “biznesmen fəaliyyətini” də əlavə etsək, onun ölkədə ən zəngin adamlardan biri olduğuna heç bir şübhə qalmır. Tanınmış tarixçi-alim C.Həsənli В«AzadlıqВ» qəzetinin 14.04.2012 tarixli sayında özünün “Donqili akademiklərlə” elmi inkişaf etdirmək cəhdi özünü aldatmaqdır” adlı məqaləsində Bəxtiyar Əliyev haqqında bunları yazmışdı:
«…Əlbəttə mən müxtəlif mülahizələrə görə ad çəkmək istəmirdim, amma İsa Həbibbəylidə aydınlıq yaransın deyə o təsadüfü adamları açıqlamaq istəyirəm. Bunlardan biri Ramiz Mehdiyevə göstərdiyi müxtəlif xidmətlər müqabilində müxbir üzv seçilmiş Bəxtiyar Əliyevdir.

Akademiyanın təcrübəli bir həqiqi üzvü kimi, eyni zamanda həmin seçkilərdə say komissiyasının üzvü olmuş bir alim kimi bəlkə İsa Həbibbəyli desin ki, Bəxtiyar Əliyevin elmə töhfə verən hansısa kitabını, əsərini, məqaləsini və sair oxuyub. Orta səviyyəli, elmdə elə bir diqqətəlayiq nəticələri olmayan Bəxtiyar Əliyevi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçmək akademik əxlaqsızlıq idi”. Tanınmış filosof-alim, Ali məktəblərdə “Məntiq” dərsliyinin müəllifi olan Mahir İsrafilov “Təzadlar” qəzetinin 16.01.2014 sayında dərc etdirdiyi məqaləsində onun barədə yazmışdı:

“Dramatizm ondadır ki, AMEA-nın seçkilərində müxbir üzvlüyünə fəlsəfədən anlayışı, bir səhifəlik məqaləsi olmayan Bəxtiyar Əliyev kimi adamlar seçilir, ömrünü-gününü fəlsəfi problemlərin işlənməsinə, gələcəyinə həsr etmiş və 25 kitabın müəllifi olan rəhmətlik Y.Rüstəmov, 38 samballı monoqrafiyanın müəllifi Ə.Məmmədov, C.Mustafayev, Y.Rüstəmov, fəlsəfi elmlərin usdadı adlandırdığımız rəhmətlik C.Əhmədli kimi bu qəbildən olan alimlərimiz kölgədə qalır. Elmdə “fərdi foton” alayışının olmadığını qanmayan “mənəviyyat” anlayışına tərif verə bilməyən, onun atributlarını qarışıq salan Bəxtiyar Əliyev kimi adamları sabah akademik də seçə bilərlər. Belə olan halda, “milli elm”, “milli kitab”, “milli dərslik” və bu kimi anlayışlara necə tərif verək? Demokratiya.info saytına açıqlama verən Ağdam rayonu sakini, məcburi köçkün, təqaüdçü müəllim Nuşirəvan Aslanov da B. Əliyev kimi deputatları olmasından qürur hissi keçirə bilmədiyini söyləyib: “Bizim Ağdam rayonunu Milli Məclisdə təmsil edən iki deputatımız var. Bəxtiyar Sadıqov və Bəxtiyar Əliyev… Onlar aşırma şalvar geyinəndən ta bu günə kimi, rayonumuzu orada təmsil edirlər. Bəs bizim o deputatlar orda nə edirlər? Bizneslə məşğuldurlar, alverlə məşğuldurlar, nəylə məşğuldurlar? Mən şəxsən Ağdam rayon sakinləri adından təklif edirəm ki, qarşıdan gələn 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə iştirakdan imtina edək. Çünki biz 20 ildir ki, deputatlarımızın fəaliyyətini görmürük, heç onları tanımırıq. Əhalinin də böyük əksəriyyəti öz deputatını tanımır. Mən Ağdam tərəfindən belə adamların deputat seçilməsinə bir vətəndaş kimi öz etirazımı bildirirəm”.

GRU.TV Təzadlar qəzetinə istinadən yazıb ki, son 5-6 ildə BDU xətti ilə dissertasiya müdafiə etmiş şəxslərin demək olar ki, 70%-nin ixtisası qeyri-psixologiya sahəsi olan imkanlı şəxslərdir.Məsələn, bir neçə il öncə həbs olunana qədər B.Əliyevin kafedrasının müəlliməsi olmuş və psixologiya üzrə elmi iş müdafiə etmiş sabiq deputat Gülər Əhmədova ixtisasca riyaziyyatçıdır. Hətta onlar arasında çoxsaylı İran vətəndaşlarının olduğu da söylənilir. O da qeyd olunur ki, İctimai televiziyanın sabiq direktoru İsmayıl Ömərovun qızı Füruzə Səmədovanın müdafiə işi Bəxtiyar Əliyevin himayəsi ilə bütün mərhələləri uğurla keçib. amma plagiat olduğu üçün Ali Attestasiya Komissiyasından geri qaytarılıb. Azpolitika 5 may 2014 Mənbə başqa bir maraqlı məlumatı da diqqətə çatdırır: Belə ki, məlumata görə teleaparıcı, hazırda məhkum olunan İlham Mirzəyevin “Çaşıoğlu” nəşriyyatında 2011-ci ildə çap olunmuş “Ailənin sosial psixologiyası” kitabının elmi redaktoru Bəxtiyar Həmzə oğlu Əliyevdir. Göründüyü kimi, Bəxtiyar Əliyevin İlham Mirzəyevin psixologiya elminə “gəlməsində” müstəsna rolu olub.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaxarovanın primitiv yalanı
Bu gün, 18:16
AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək - BU NƏDİ BELƏ?
Bu gün, 18:10
AZCON Holdinqdə yeni təyinat - ƏMR
Bu gün, 18:08
“Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var
Bu gün, 18:06
“Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır
Bu gün, 17:58
Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı - FOTO
Bu gün, 17:53
Azərbaycanda 600 manat dəfn pulu veriləcək
Bu gün, 17:43
Azərbaycanda sosial müavinətlər artırılır
Bu gün, 17:11
Bakıda qrup halında adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 16:14
“Məni hədələyərək işdən çıxardılar” - Qadın cərrah
Bu gün, 16:09
"İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər"
Bu gün, 16:05
"Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" - Əlikram Bayramov
Bu gün, 16:00
Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? – Özü AÇIQLADI
Bu gün, 15:37
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub
Bu gün, 15:34
Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi - QƏRAR
Bu gün, 15:32
“Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB – “Günü falçılarda keçir”
Bu gün, 13:06
Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək - QSC-nin nazirə məxsus olduğu bildirilir
Bu gün, 13:04
“İrşad” gömrük qaydalarını pozur
Bu gün, 13:02
Ukraynada Trampa və ABŞ-yə etimad azalır
Bu gün, 12:59
Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı
Bu gün, 12:53
İran müharibə planı hazırlayıb: - KİMİ VURACAQ?
Bu gün, 12:52
"Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq - TENDERLƏR
Bu gün, 12:49
Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 12:39
Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi - MƏQALƏ
Bu gün, 12:34
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi - İsrafil Kərimovun yazısı
Bu gün, 12:31
Röya Baləlinin mahnısını oxudu - VİDEO
Bu gün, 12:28
Qazinin pulunu kim kəsib? - ETİRAZ
Bu gün, 12:25
Bu ərazilər Azərbaycana qaytarılır: - Ermənilər XƏRİTƏ yaydılar
Bu gün, 12:22
Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15
Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik iddia
Bu gün, 12:12
SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
Bu gün, 12:07
“Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...”
Bu gün, 12:03
“Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... - BU NƏDİ BELƏ...
Bu gün, 11:55
Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” - İLGİNC
Bu gün, 11:43
Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb - Paşinyan
Bu gün, 11:41
Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi - TƏFƏRRÜAT
Bu gün, 11:37
Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini İŞDƏN QOVDU
Bu gün, 11:35
FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı - 827 MİNLİK TENDER LƏĞVƏ GETDİ
Bu gün, 11:31
Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu - belə deyirlər...
Bu gün, 11:28
Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub
Bu gün, 11:25
Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... - ŞOK FAKTLAR
Bu gün, 11:21
İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
Bu gün, 11:14
Amerikada siyasi böhranın başlanğıcı: - texnoloji oliqarxiya hərəkətə keçib
Bu gün, 11:08
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
Bu gün, 11:04
Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir - HƏM DƏ BY YOLLA...
Bu gün, 11:03
Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib
Bu gün, 10:58
İrəvanda "dövlət naziri" peyda oldu: - Ermənistan saxtakarlığı davam etdirir
Bu gün, 10:56
Əmək müqaviləsi ləğv olunan neftçilər... - Ekspert danışır...
Bu gün, 10:47
Rusiyanın ABŞ-dəki səfiri Trampla görüşüb
Bu gün, 10:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru