Elgiz Əkbər uzun fasilədən sonra... .....                     Şirkət əməkdaşını döyən qardaşlarla bağlı .....                     "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb .....                     "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" .....                     Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? .....                     Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır .....                     “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı .....                     Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI .....                     Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər .....                     Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI .....                     ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq .....                     Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu .....                     Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... .....                     NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... .....                     Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ .....                     Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır .....                     Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi .....                     Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır .....                     Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? .....                     Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı .....                     "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" .....                     Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib .....                     Zelenski elan etdi: .....                     Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? .....                     Borcunu bağlasan da, BORCLUSAN... .....                     Gədəbəy rəsmən ÖZBAŞINA QALIB .....                     Qobustanda başçı belə NARAZILIQ YARADIR .....                     Topaz 76 min manatı vermək İSTƏMƏDİ .....                     “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” .....                     Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… .....                     Qonşular niyə daha sürətlə inkişaf edir? .....                     Ermənistan qazanmaq istəyirsə... .....                     ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat .....                     Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir .....                     Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki .....                     "Düşüncəsi dayaz olanlar xəyanət edər" .....                     ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib .....                     Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                 

Övladlarımızı vəhhabi terrorçularına qoşulmaqdan necə qoruyaq? - ARAŞDIRMA
Tarix: 10-08-2015, 14:13 | Çap et
Övladlarımızı vəhhabi terrorçularına qoşulmaqdan necə qoruyaq?
Son zamanlar yenidən vəhhabi terrorçularına cavanların yönəldiyi barədə mediada xəbərlər dolaşmaqdadır. Düzdür, bu barədə xəbərlər Azərbaycana aid deyil, amma ölkəmizdə də vəhhabilərin aktivliyi müşahidə edilir. Bu günlərdə məhkəməsi başa çatan azərbaycanlı İŞİD terrorçularının açıqladığı faktlar vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir.

FaktXəbər-in məlumatına görə, uşaqları vəhhabi İŞİD terrorçularının toruna düşən ailələr uşaqlarında baş verən dəyişikliklərə diqqət çəkirlər. Onların ən çox müşahidə etdikləri isə övladlarının internetdə daha çox vaxt sərf etmələri, kimlərdənsə dərs aldıqdan sonra onlarla söhbətdən yayınıb, özünə qapanması və sairdir.

Uşağım vəhhabi terrorçularına qoşulubmu?

Bu, hazırda ailələri ən çox narahat edən suallardandır.

FaktXəbər-in apardığı araşdırma nəticəsində, həm də mütəxəssislərlə aparılan söhbətlər zamanı vəhhabi İŞİD terrorçularına qoşulan gənclərin iki mərhələdən ibarət bir cədvəli ortaya çıxdı: Barama və kəpənək mərhələsi. Barama mərhələsində namizədin fikirləri vəhhabilərə uyğun hala gətirilir. Davamlı təlqinlərlə "cihad"a hazırlanır. Kəpənək mərhələsində isə özünü hər an partlatmağa hazır bir "mücahid"ə çevrilir. Cədvəl hər nə qədər bəzən iç-içə keçsə də, əslində xronoloji bir ardıcıllıq var. Yəni övladlarımız lapdan vəhhabi olmur. Bu işin müəyyən bir müddəti var. Ana-atanın boynuna düşən ilk vəzifə heç olmasa, müddətin yarısı başa çatmamış tədbir görməkdir. Cədvəlin ilk sıralarında olması uşaqlarınızın mütləq vəhhabi terrorçularına qatılacağı mənasını vermir. Hər bir işdə saxtakarlıq olduğu kimi, İslam dininə də saxtakarlıqlar gətirilib. Məhz vəhhabi terrorçuları da öz əqidələrini təqdim etmək üçün İslam adından istifadə edirlər. Onlar öz başçılarının fikirlərini özlərindən uydurduqları hədislər vasitəsi ilə və ya Qurani-Kərimi başa düşdükləri şəkildə təfsir edərək sırıyırlar. İslam barədə anlayışı olmayanlar da, onların bu fikirlərini həqiqət kimi anlayırlar. Misal üçün, vəhhabilər ziyarətgahlara getməyin haram olduğunu deyirlər, amma Kəbə evinin qarşısında nəyə görə namaz qıldıqlarını, nəyə görə Həccə getdiklərini izah edə bilmirlər. Ancaq bu bir həqiqətdir ki, müddətin irəliləyən hər mərhələsində risk əmsalı daha da yüksəlir.

BİRİNCİ MƏRHƏLƏ: BARAMA MƏRHƏLƏSİ

1) TƏHQİREDİCİ SÖZLƏRDƏ DƏYİŞİKLİK:
Daha əvvəl istifadə etdiyi təhqiramiz ifadələri dəyişməyə başlayır. "Münafiq" və "Kafir" kimi təhqiredici sözlərdən istifadə edər olar.

2) CİHAD:
"Cihad" anlayışı dilindən düşməz. Artıq həyatının tək mənası "cihad"dır.

3) GEYİMDƏ DƏYİŞİKLİK:
Cins şalvar geyinmirlər və kətan şalvarlar seçilər.

4) NAMAZ QILMA QAYDASI:
Namaz qılmırsa namaza başlayar. Namaz qılarkən ayaqlar çiyin bərabərində aralı qoyar.

5) MUSİQİ SEÇİMİ:
Çalğılı musiqiləri dinləməyi dayandırar. Əsasən "Naşid" tərzli musiqilər dinləyər. Belə musiqilər İŞİD terrorçularının başkəsmə səhnələrində daha çox istifadə edilir.

6) SİRR DİVARI:
Ailə fərdləri ilə olan əlaqəsində müdhiş gizlilik başlayar. Sirrini heç kəslə bölüşməz. Bütün sirlərinin önünə divarlar çəkər. Telefonuna, kompüterinə parol qoyar. Telefonunun, kompüterinin qurdalanılmasına sərt şəkildə etiraz edər, narahat olar.

7) İDEOLOJİ KİTABLAR:
Oxuduğu kitabların xüsusiyyətində dəyişikliklər olar. Bu kitabları mütləq oxuyarlar: "Bütün Rəsulların ortaq dəvəti" (Əbu Hənzələ), "Yoldakı işarələr" (Seyid Qütb), "Minhacus-Sunnə" (İbni Teymiyyə), Kəşfuş-Şübəhat (Məhəmməd ibn Əbdülvəhab), "Bidayə və nəhayə" (İbni Kəsir) və sair.

8) ƏKS CİNSLƏ ƏLAQƏLƏR:
Əgər kişidirsə isə qız yoldaşları ilə, qızdırsa kişi yoldaşları ilə əlaqəsini bıçaq kimi kəsər. Facebook, İnstagram kimi virtual aləmdə qarşı cinsdən olan dostlarını hamısını silərlər.

9) GÖRÜNÜŞ:
Kişilər saç və saqqallarını uzatmağa başlayar.

10) VİRTUAL İZLƏMƏ:
Televiziya və filmlərə baxmağı dayandırar. İnternetdə "cihad" mövzulu videolara baxmağa başlayar.

11) MƏKTƏB VƏZİYYƏTİ:
Şagirddirsə müəllimlərinə hörmət göstərməz. "Şirk yuvası" adlandırdığı məktəbə getməməyə başlayar.

12) CÜMƏ NAMAZI:
Dövlətin təyin etdiyi imamların arxalarında namaz qılmağı rədd edər. Camaatla qılınacaq namaz üçün yeganə ünvanı artıq toplaşdıqları yerlər olar.

13) TƏRİQƏT VƏ CAMAATLAR:
Toplaşdıqları yerdən kənarda bütün təriqətləri və adamları "küfr bataqlığında" olmaqda günahlandırar.

İKİNCİ MƏRHƏLƏ: KƏPƏNƏK MƏRHƏLƏSİ

"Barama" mərhələsini başa çatdıran "mücahid"liyə namizəd artıq evdən uçmağa hazır "Kəpənək" mərhələsi halına gəlir. Ancaq evdən ayrılmaq "mən getdim" şəklində olmur. Evdən ayrılmağın da qaydaları var. Vəhhabi İŞİD terrorçularının "mücahid" namizədləri üçün hazırladığı kitabçada o qaydalar belə sıralanır:

1) Möhkəm bir çamadan hazırlanır. Çamadan ən çox 7-8 kiloqram, bol cibli, təkərli olmalıdır.

2) Günəşlə işləyən enerji doldurma alətləri, saç qırxma maşını, daşına bilər wi-fi modem, istiqamətverici baş fənəri, yatmaq üçün çuval, dırnaq qayçısı, çoxfunksiyalı bıçağı, həm çəngəl, həm də qaşıq kimi istifadə edilə bilən mətbəx aləti, yığılan fincan, düşərgə boşqabı, iynə, sap, ilk tibbi yardım üçün müxtəlif dərman vasitələri.

3) Yağış və soyuqdan qorunmaq üçün yaxşı bir gödəkcə, biləkləri qoruyan bir cüt bot və bir cüt idman ayaqqabısı, əsgərlərin istifadə etdiyi corab, ayaqlara qulluq üçün pudra və krem, soyuqdan qoruyan əlcək, beret, 3 metrlik metrə, alpinistlərin istifadə etdiyi qarmaq, ovçuların istifadə etdiyi bol cibli, amma kamuflyajsız şalvarlar, idman köynəkləri və tez quruyan materialdan paltarlar, alt paltarı, jilet və kapşonlu paltar.

4) Səfər zamanı ilk olaraq avtobuslardan istifadə olunur və 2 dəfə marşrut dəyişdirilir.

5) Əgər bir şübhə olsa, İŞİD davamlı şəkildə inkar edilir. Onsuz da İŞİD adı qadağandır. İŞİD-dən "Dövlət" (Davlah) kimi bəhs edilir.

6) iPhone telefonlar Android telefonlarla dəyişdirilir. Əlaqə telefonları alınır. Və bu nömrələr ümumiyyətlə kiçik kağızlara yazılır. Əlaqə quracaqları şəxslərin telefonları Türkiyə şirkətlərinə aid telefon nömrəsi deyilsə, o halda bu telefon kodlarından yararlanırlar: Suriya +963, İraq +964.

İŞİD-ə NECƏ QATILIRLAR?

İŞİD-lə əlaqə yaratdıqdan sonra qatılmaqdan son anda imtina edən Yunus S. adlı Türkiyə vətəndaşı olan gənc başına gələnləri belə izah edir:

"Məni ora İŞİD-ə qatılan və hazırda həyatda olmayan bir dostum apardı. Özümüzü sələfi adlandırırdıq və getdiyimiz yerə "dərgah" deyirdik. Orada heç bir şəkildə İŞİD-dən bəhs etmirdilər. Orada xüsusilə Qurandakı cihad və döyüşdən bəhs edən ayələri oxuyar, təfsir edərdilər…

İlk gündən, "ailənizin xəbəri olmasın", - deyə xəbərdarlıq etdilər. Bir az orada öz İslami fikirlərini izah etdikdən sonra, "artıq, ailələrinizə söyləyin, ailələrinizi də bura istiqamətləndirməyə çalışın", - dedilər. Onsuz da onlara görə tövhidi qəbul etməyənlər müsəlman deyil. Ailələrimiz bu cür şeyləri bilmədiyi üçün onlara görə müsəlman deyildilər. Məsələn, mən o qədər çox təsirə düşmüşdüm ki, ata və anama "ana", "ata" deyil, adları ilə xitab edirdim. Onların toruna düşdünsə, hər kəsi özündən kənarlaşdırırsan. "Kafir", "münafiq" deyirsən. Dərgaha, "Gedib anama, atama söylədim, amma gəlmədilər", - deyirsən. Dərgahdakılar, "onda onlardan ayrıl", - deyir. 3-4 il getdim."

BİR HƏFTƏ AİLƏN AXTARMASA…

Yunus S. İŞİD-ə qoşulmaq mərhələsini belə izah edir: "İŞİD-ə qoşulmaq üçün yol belədir. Əvvəl dərgahdakılara, "Mən cihada getmək istəyirəm", - deyirsən. Onlar sənə bir tarix deyirlər. O tarixdən əvvəl bir həftə ərzində onların yanında qalırsan. Əgər o bir həftə ərzində səninlə heç kim maraqlanmırsa, şikayət yoxdursa, təhlükəsizlik orqanları axtarmırsa, onda gedirsən. İŞİD-ə ilk qoşulduqda ailənlə, qohumlarınla əlaqə saxlaya bilirsən. "Mən yaxşıyam, narahat olmayın" kimi sözlər söyləyirsən, amma getdikcə bu telefon zəngləri azalır. Onsuz da təcrübə qazandıqca artıq "cihad"a qatılırsan."

SƏNİ ƏLDƏ ETMƏK ÜÇÜN YAXŞI DAVRANIRLAR

İŞİD-ə adam toplayan işçilərin adam qazanmaq üçün hər kəsə çox yaxşı münasibət göstərdiklərini söyləyən Yunus S., "Onlar insanları cəlb etməyi çox yaxşı bacarır. Məsələn, təzə gedənlərlə tez-tez maraqlanırlar, hal-əhval tuturlar. Davamlı şəkildə cihaddan bəhs edirlər. İnsan öz-özünə fikirləşir ki, mən də gedim, şəhid olum. Mən dərgaha getdiyim müddətdə "Əbu Hənzələ" dərslərinə 400-500 nəfər insan gəlirdi. Hər yaşdan olan insan vardı. Kitablar verirdilər. Onları oxuyurdum. Dərslər şənbə günü 21.00-da, bazar günləri isə 09.00-da başlayırdı. İŞİD hər kəsi sırasına götürmür. Maraqlarına uyğun gələni götürürlər. Əvvəla kompüterdən, təmirdən, maşından başı çıxanları götürürlər. Orada onların izah etdiyi fərqli bir "tövhid" anlayışı var. Bizə məlum olan tövhiddən fərqli bir şeydir. Bu anlayışı qəbul etməyən hər kəsi kafir elan edirlər. İŞİD və Nusra bəzi yerləri ələ keçirdikdə, müəllim, "Müsəlman qardaşlarımız Allah yolunda buraları ələ keçirdilər", - deyirlər. Mühit elə bir hala gəlir ki, canlı bomba olmaq, şəhid olmaq istəyirsən.

İŞİD "Əl-Qaidə"yə nəzərən daha çox şou göstərir. İnternetdən çox yaxşı istifadə edirlər. Davamlı şəkildə videolar vasitəsilə şou göstərirlər. Baş kəsməyi belə şouya çevirdilər. Bu şouları seyr etdikcə məndə şübhələr başladı. Məsələn, "İŞİD niyə İsrailə hücum etmir?" deyə düşünməyə başladım. Belə şübhələr içində vurnuxarkən, getmək vaxtım çatdı. Gedəcəyim həftə dostlarım məni futbol oynamağa çağırdı və futbola getdim. Və sonra bir daha ora qayıtmadım."

MÜTƏXƏSSİSDƏN İŞİD ANALİZİ

Artıq bir neçə ildir İŞİD terrorçuları İraq və Suriyada qətliamlar həyata keçirilər. Və medianın yazdığına görə, sözügedən ölkələrdə fəaliyyət göstərən İŞİD terrorçuları Türkiyə üzərindən keçid edirlər. Haqı olaraq isə belə bir sual yaranır: Türkiyə hökuməti İŞİD-ə niyə laqeyd yanaşır?

Türkiyədəki İŞİD təhlükəsini də araşdıran Təhlükəsizlik Strategiyaları Araşdırma Mərkəzi başçısı Ərcan Taştekin bildirir ki, terrorla mübarizə üçün mütəxəssis lazım olarkən, son dövrdə mütəxəssis heyətlər başqa qurumlara dağıdılıb: "Çox təəssüf ki, təhlükəsizlik orqanları bu günə qədər üzərinə düşəni etmədi. Təşkilatın böyüməsinə göz yumdu."

İŞİD SUNAMİSİ GƏLİR

Türkiyədə İŞİD-lə mübarizədə "siyasi iradə" göstərilməsinin vacibliyinə diqqət çəkən Taştekin, mövcud siyasi yanaşma ilə İŞİD-in ölkə daxilində də terror yarada biləcəyini deyərək, belə danışıb: "Türkiyə bu günə qədər yürüdülən İŞİD siyasətindən yaranan fakturanı çox ağır ödəyəcək. Təhlükəsizlik orqanlarında partiya polisi yaratmaq səyi ilə terror mütəxəssisləri dağıdıldı. İŞİD artıq Türkiyədə lazımi təşkilatlanma həyata keçirib. Psixoloji üstünlükdə, insan mənbələri qazanma üstünlüyündə meydan yaratdılar. Siyasi rəhbərlik belə bir rəftar göstərməməli idi. Çay kənarında yaşasanız, bəzən çay daşar, üç-beş evə, tarlaya zərər verər, bəzən məhəlləyə zərər verər. Ancaq artıq gələn sunamidir! Siz çayın daşacağını zənn edirsiniz, İŞİD təhlükəsi belə gəlir. Özündən başqa hər kəsi kafir elan edən, özü ilə eyni dinə mənsub insanları da qətlə yetirən İŞİD, daha əvvəl birlikdə hərəkət etdiyi adam və strukturları da məhv edir. Unutmaq olmaz ki, terror və terrorist üçün qayda yoxdur. Təəssüf ki, Türkiyədə də biz terror gözləyə bilərik."

Terrorla mübarizədə illərlə mübarizə aparan Ercan Taştekin uşaqları İŞİD pəncəsində olan ailələrə bəzi tövsiyələr verib: "Terror, ictimai problemlərdən bəsləndiyi üçün demokratik və universal hüquq içərisində mübarizə apara bilməyən şəxsləri terrorçu kimi yetişdirməyi hədəfləyir. Kənarda qalmış ailə fərdi olması, maddi çətinliklərlə üzləşməsi, özünü ailəsindən, ya da içində olduğu cəmiyyətdən kənarda görməsi, ailə daxilində təzyiqə məruz qalması terror təşkilatına qoşulmasına şərait yaradır. Ancaq maddi şərtləri, təhsili cəhətdən çətinliyi olmasa belə, yenə təhlükə var. Sevgilisi və ailəsi ilə ünsiyyət qura bilməyən gənclər də evi tərk etməyə meyllidir. Şərtlər nə olursa olsun, ata-ana ilə uşaq arasındakı əlaqə əhəmiyyətlidir."

DÜNYA İŞİD-ə TÜRKİYƏ ÜZƏRİNDƏN QATILIR

Birləşmiş Millətlər Təşkilatının 1 aprel 2015-ci il tarixli son hesabatına görə, İŞİD terror təşkilatının üzvlərinin sayı yüzdən çox ölkədən reallaşan iştiraklarla 25 minə çatıb. Təşkilata ən çox iştirak isə 2014-cü ilin ortası ilə 2015-ci ilin mart ayı arasında olub. Bu müddət ərzində İŞİD-ə qoşulma 71 faiz olub. Hesabatlara görə, yerli-xarici iştirakçıların keçid stansiyası Türkiyədir. Səbəbi isə boş buraxılmış Suriya sərhədidir. İŞİD-ə qatılmaq istəyən "mücahid" namizədləri heç bir çətinliklərlə qarşılaşmadan sərhədi keçirlər. Aparılan hesablamalara görə, İŞİD-ə vətəndaşı qoşulan ölkələrin sayı 70-dən çoxdur. İngiltərə, Almaniya, hətta Cənubi Koreyadan belə qoşulanlar var. Rəsmi statistika olmasa da, İŞİD-ə ən çox qoşulan ölkə vətəndaşlarının Tunis, Liviya, Çeçenistan olduğu bildirilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36
Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25
"Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22
"Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09
Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03
“Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56
Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45
Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34
Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26
ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14
Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09
NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57
Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45
Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44
Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39
Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37
Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34
Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32
"Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30
Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26
Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04
Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03
Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01
Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40
Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34
Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24
“Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22
Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02
Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00
Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56
ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55
Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52
Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51
"Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46
ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru