Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                     “Qarabağ”a Elvinə görə təklif gəldi .....                     Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: .....                     Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ .....                     Kişi toydan qayıdan arvadını marketdə döydü: .....                     DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının .....                     Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib .....                 

“Təəssüf ki, Mərkəzi Bank prezidentə də qulaq asmadı” - Deputatdan ilginc iddia
Tarix: 24-02-2015, 12:34 | Çap et
“Təəssüf ki, Mərkəzi Bank prezidentə də qulaq asmadı”
Manatın məzənnəsinin kəskin devalvasiyası ciddi narazılığa və sosial problemlərə yol açmaqdadır. Mərkəzi Bankın bu qərarından sonra istənilən məhsulun qiymətində ən azı 30-35 faiz bahalaşma müşahidə edilir. Bir çox apteklər və iri supermarketlər qapılarını alıcıların üzünə bağlayıb. Onlar firmalardan, depolardan və anbarlardan mal ala bilmədiklərini əsas gətirirlər. Bu və digər məsələlərlə bağlı suallarımızı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov cavablandırır:

- Vahid müəllim, bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Müzakirələr zamanı bir neçə gündür gündəmi zəbt edən və insanların narazılığına səbəb olan manatın kəskin devalvasiyası məsələsinin qaldırılacağını gözləmək olarmı?

- Bəli, bu gün parlamentdə bu məsələ müzakirə olunacaq. Manatın devalvasiyası ilə əlaqədar müəyyən ciddi problemlər var. Bununla bağlı hökumət tədbirlər planı işləyib hazırlamalıdır. Bir sıra məsələlər var, mütləq öz həllini tapmalıdır.

- Necə düşünürsünüz, vəziyyət o qədər gərgin idi ki, Mərkəzi Bank manatın kəskin devalvasiyasına getdi?

- Son iki ayda Mərkəzi Bank manatın saxlanması üçün faktiki olaraq 3 milyard manat xərcləmişdi. 15 milyard ehtiyat vəsaitdən 12 milyard qalmışdı. İtirilən məbləği bərpa etmək üçün buna gedildi.

Ümumiyyətlə, manatın devalvasiyası labüd idi, amma bu şəkildə gözləmirdik. Bunu yumşaq şəkildə, əhalinin zərər görməyəcəyi tərzdə etmək lazım idi. Mən daim Mərkəzi Bankla əlaqə saxlayırdım, müəyyən danışıqlarım olmuşdu. Hər zaman bildirirdilər ki, manat yumşaq devalvasiya ediləcək. Bu minvalla ilin sonuna qədər haradasa 85-90 qəpik səviyyəsinə çatdırılmalı idi. Amma manatın birdən birə 33 faiz ucuzlaşması bir sıra tədbirlər planını həyata keçirməyə vadar etdi. MDB məkanında bütün valyutalar faktiki olaraq devalvasiyaya uğrayaraq ucuzlaşıb, o cümlədən də neftin qiyməti kəskin aşağı düşüb. Bütün bunlar Azərbaycanda da manatın devalvasiyasına ehtiyac yaradırdı.

- Süni qiymət artımının qarşısını almaq mümkün olacaqmı?

- Bununla əlaqədar Azərbaycan hökuməti bir sıra məsələlərə diqqət etməlidir. Süni qiymət artımı ola bilər və artıq müşahidə olunur. Bir çox bölgələrdən qiymət artımı ilə bağlı məlumatlar gəlir. Bunun qarşısını almaq üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti çox ciddi işləməlidir ki, süni qiymət artımına yol verilməsin.

- İqtisadiyyat və Sənaye Nazirliyi açıqlama verdi ki, süni qiymət artımının qarşısını almaq üçün güclü nəzarət mexanizmi tətbiq edilməyə başlayıb. Amma nədənsə bu nəzarəti hiss etmirik…

- Bəli, qiymət artımı var. Bildiyimə görə, ən çox bahalaşan siqaretdir. Tikinti materiallarının qiymətində həddindən artıq şişirdilmiş rəqəmlər var. Əsas məsələ isə bunun qarşısının alınmasıdır. Həm Vergilər Nazirliyi, həm də İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Departamenti tərəfindən nəzarət çox ciddi həyata keçirilməlidir. Amma hesab edirəm ki, nə qədər qarşısı alınsa da, qiymət artımı mütləq olacaq.

- Vahid müəllim, insanları narahat edən həm də banklardakı əmanətləridir…

- Bu, ciddi məsələdir. İnsanların manatla olan əmanətləri 33 faiz ucuzlaşıb. Buna görə də hökumət, ya da Mərkəzi Bank onları kompensasiya etmək üçün müəyyən addımlar atmalıdır. Eyni zamanda, banklarda faizlərin yüksək olduğu narazılığı vardı və aşağı salınması gözlənilirdi. Məsələ bundadır ki, manatın kəskin devalvasiyası zamanı banklar da müəyyən qədər ziyana düşüblər. Hesab edirəm ki, bu məqam da nəzərə alınmalıdır. Bir sözlə, kompleks tədbirlər həyata keçirilməlidir ki, insanlar çox əziyyət çəkməsin.

- Yaranmış çətin vəziyyətlə bağlı əhali maaş və pensiyaların qaldırılması üçün addım atılacağını gözləyir. Bunun reallaşması mümkündürmü?

- Əhalinin maaş və pensiyaları, sosial müavinətlərə mütləq baxılmalıdır. Bu, gündəmdə olan məsələdir. Bununla əlaqədar olaraq xüsusi tədbirlər planı işlənib hazırlanmalıdır. 33 faiz ucuzlaşma varsa, insanlar əmək haqlarını manatla alırsa, mütləq şəkildə maaş, pensiya və digər müavinətlər artırılmalıdır.

- Belə bir gərgin zamanda apteklər qapılarını bağlayıb. Bildirilir ki, depoda mal yoxdur. Olanlar isə qiymətləri ən azı 30-35 faiz qaldırıb. Bunu necə başa düşək?

- Bu cür situasiya ilə mən də qarşılaşmışam. Dünən sürücüm mənə lazım olan dərmanı almaq üçün aptekə getdi. Faktiki olaraq eyni dərmanın qiymətində 30 faiz artım olduğunu gördük. Bəzi dərmanları isə heç satmırlar, qiymətinin artırılması üçün gözləyirlər. Rayonlarda həddindən artıq qiymət artımı var. Bu ciddi məsələdir və Azərbaycan hökuməti də ciddiyyətə qarşılıq olaraq addımlar atmalıdır ki, insanlar sosial sahədə əziyyət çəkməsin.

- Sizcə, qiymətlərdəki artım Azərbaycanda inhisarçılığın daha da artmasına səbəb ola bilərmi?

- İnhisarçılıq onsuz da var. Bunu xüsusilə də ərzaq məhsullarına şamil etmək olar. Düşünürəm ki, yaranmış vəziyyət inhisarçılığı daha da artıracaq. Kim desə ki, qiymət artımı olmayacaq, bu mümkün deyil. Azərbaycan daxilində istehsal olunan mallara nəzarət etmək müəyyən mənada mümkündür. Amma idxal məhsullarında qiymət artımı mütləq olacaq. Əgər hökumət daxildə güclü nəzarət mexanizmini həyata keçirə bilməsə, biz ciddi bahalaşmanın şahidi olacağıq.

- Azərbaycan xalqı prezidentə ümid bağlayıb. Çünki bir müddət əvvəl prezident Tarif Şurasının yanacaq və dizelin qiymətini qaldırması ilə bağlı qərarının ləğv edilməsi barədə göstəriş vermişdi…

- Prezidentin Mərkəzi Bankın qərarını ləğv edəcəyinə inanmıram. Çünki İlham Əliyev ilin yekunları ilə bağlı tədbirdə bildirmişdi ki, manatın məzənnəsi avro ilə bərabərləşdirilməlidir. Yəni 1 manat =1 avro olmalıdır. Amma təəssüf ki, Mərkəzi Bank prezidentə də qulaq asmadı. Manatı 1 yox, 1,2 avro etdi. Dövlət başçısı istənilən göstərişi verə bilər. Amma inanmıram ki, geriyə doğru addım atılsın.

- Dolların məzənnəsinin yenidən ucuzlaşması gözlənilirmi?

- Düşünmürəm. Bəlkə də 1 ay sonra 15-20 faiz ucuzlaşma ola bilər. Amma 90 qəpikdən aşağı düşəcəyinə inanmıram. Bu da bazardakı vəziyyətlə bağlı olacaq. Amma biz həmişə manatın yumşaq devalvasiyasını təklif edirdik. Əgər bunu edəcəkdilərsə, ən azı 1 il bundan əvvəl prosesə başlamalı idilər ki, indiki şok vəziyyət yaranmayaydı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru