Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                     “Qarabağ”a Elvinə görə təklif gəldi .....                     Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: .....                     Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ .....                     Kişi toydan qayıdan arvadını marketdə döydü: .....                     DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının .....                     Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib .....                 

Dollar “Sədərək”lə “Binə”ni boşaltdı - "... Böhranda 100-dən çox iş adamı özünü asmışdı"
Tarix: 23-02-2015, 15:46 | Çap et
Dollar “Sədərək”lə “Binə”ni boşaltdı
“Malın qiymətini qaldırmışq. Amma nə indi sata bilirik, nə də bundan əvvəl sata bilirdik. Bizim yerimizə siz də olsanız, qiymətləri qaldırarsınız. Malı nisyə almışıq. Hamımız da Türkiyədən, Dubaydan, Çindən mal gətiririk. Malı da ancaq dollarla alırıq. İndi isə ziyan eləmişik”. Bunu “Sədərək” ticarət mərkəzində ticarətlə məşğul olanlar deyir. Xaricdən ölkəyə mal gətirən bütün ticarətçilər kimi onlar da dolların qalxması ilə ciddi ziyana düşüblər. Dolların 78 qəpikdən 1 manat 5 qəpiyə qalxması “Sədərək”də ticarəti demək olar ki, sıfıra endirib.
Ticarət mərkəzində mağazaların əksəriyyəti açıqdır, yəni dükanlar bağlanmayıb. Satıcılar normal günlərdə olduğu kimi bu gün də səhər saatlarından mağazalarını açıb. Ancaq 1 saat ərzində bazarda olarkən nadir hallarda alıcı gözə dəyirdi. Bizim gördüklərimizi elə satıcılar da təsdiqlədi. Satıcılar deyir ki, bazarda gördüyünüz 10 nəfərdən 7-8-i buranın işçilərdir. 1-2 nəfər də mal almaq məqsədi ilə gəlib.
Bazarda işini dayandıran mağazalar da var. Səbəb məlumdur - dolların qalxması. Bəzi mağaza sahibləri isə obyektləri açsa da mal satmır. Onlar dolların bu qədər yüksək fərqlə artacağını gözləmədiklərini deyir. Bəziləri isə ümid edir ki, dollar bəlkə də düşdü və hər şey əvvəlki kimi oldu... Mal satmağa qərar verənlər isə qiymətləri 30-35 faiz arasında qaldırıb. Onlar bu bahalaşmaya görə özlərinə haqq qazandırmağa çalışırlar.
13 ildir pərdə satışı ilə məşğul olan Muxtar adlı ticarətçi qiymətlərin qalxmasını belə izah edir: “Dükanda gördüyünüz malların hamısını nisyə almışam. Malı da dollarla alıram. İndi özünüz hesablayın. Mən borcumu 33 faiz artıq ödəyəcəyəm. Bizim yerimizə kim olsa, bunu edər. Ya malı satmamalıyıq, ya da bu qiymətə satmalıyıq”.
Onun sözlərinə görə, qiymət artandan bazarda demək olar ki, alıcı yoxdur: “Bazarda satış uzun müddətdir zəifləyib. Alıcı yoxdur. Camaatda pul yoxdur. Son üç gündə isə ümumiyyətlə heç kim gəlmir. Aylıq xərclərimizi ödəyə bilmirik. 1130 manat aylıq kirayə haqqı, yəni yerpulu verirəm. Əlavə xərcləri də nəzərə alanda 1500 manatdan çox aylıq xərcim var. Ailəni də dolandırmalısan. Elə qazancımız ancaq yemək-içməyə gedir. Ancaq gündəlik dolanışığımız olurdu. Bundan sonra necə olacaq bilmirik. Bura topdansatışdır. İki gün əvvəl satdığım malı manatla hesablamışam. Həmin malı da nisyə satmışam. Satdığım malların hamısında 33 faiz itirmişəm”.

“Sədərək” ticarət mərkəzi açılandan burada çalışan Kamil Allahverdiyev də söhbətə qoşulur. O da üzləşdikləri paroblemdən necə çıxış yolu tapacaqlarını bilmədiklərini deyir. Çamadan, divan, çarpayı örtüklərinin satışı ilə məşğul olan ticarətçi deyir ki, 3 gündür bazara sadəcə olaraq mağazanı açmaq üçün gəlirlər.
Mağazadakı, anbardakı bütün mallarının nisyə olduğunu deyən K.Allahverdiyev əlavə edir ki, bu qiymətlə mal satmaq sadəcə mümkün deyil: “Qiymətləri məcbur qaldırmışıq. Onsuz da alan yoxdur. Bazar bu qiymətlə uzağı iki-üç ay işləyər, sonar burada qalan olmayacaq. Bəlkə camaat qiymətlərə öyrəşə, sonra bazara gələ. Əvvəl 55 manata satdığım çamadanı indi 70 manata satmalıyam ki, ziyana düşməyim. Çindən 20 min dollarlıq mal vurmuşam. Hesablayıram ki, 26 min dollar verməliyəm. Mən də məcbur olub burada qiyməti qaldırmalıyam. Heç satış da yoxdur. Mal aldığımız şəxslərə zəng edib deyəcəm ki, iki-üç aylıq möhlət versinlər”.



Ticarətçilərlə söhbətimizdə onu da öyrəndik ki, indi ən çox zərər edənlər böyük topdansatış mərkəzləridir. “Sədərək”də elə böyük “optovoy”lar var ki, onlar xaricdən dollarla aldığı malları burada özlərindən kiçik ticarətçilərə manatla satıblar. İndi onlar ziyanlarını heç cür qarşılaya bilməyəcəklər. Satıcılar deyir ki, bu cür ticarətçilərin sayı həddən artıq çoxdur.

Bazara yollanmamışdan əvvəl rəhbərliyin icarə haqlarında satıcılara güzəştlər etdiyini eşitmişdik. Lakin bu deyilənlərin əsassız olduğunu öyəndik. Satıcılar deyir ki, heç bir güzəşt yoxdur. İcarə haqqı əvvəl necə idisə, indi də elədir. Satıcıların sözlərinə görə, sadəcə olaraq vaxtı bir neçə gün uzadıblar və icarə haqqını hissə-hissə alırlar.
Ticarət mərkəzində daha bir ənənəvi halın şahidi olduq. Yəni iki gündür yağan qar artıq əriyirdi və bazarda gölməçələr əmələ gəlmişdi. Satıcılar deyir ki, onlar icarə haqqında güzəşt görmədikləri kimi rəhbərlikdən bu problemin aradan qaldırılması üçün də kömək görmürlər. Yağış və qardan sonra satıcılar özləri vedrələri götürüb dükanları basan suyu kənara daşıyırlar.
“Sədərək”də oboy satışı ilə məşğul olan Türkiyə vətəndaşı Bekir deyir ki, 3 gündür satış dayanıb. Səbəb qiymətlərdə baş verən dəyişiklikdir. Bu vəziyyətdən narazılığını dilə gətirən türkiyəli tacir dövlətin bu məsələdə tezliklə hansısa bir tədbirlər görəcəyini gözlədiklərini deyir.

Alışı dollarla, satışı isə manatla aparan türk sahibkar bu halın bütün Azərbaycan vətəndaşlarına və ən əsası kasıb təbəqəyə təsir etdiyini söyləyir: “Milyon dollarları olan insanlar bir gecədə yüz minlərlə dollar qazandılar. 400-500 manat maaş alan insanlar isə gecə ilə 100 manat itirdi. Alıcı da, satıcı da bu vəziyyətdən ciddi şəkildə təsir görüb. Bunun bir çıxış yolu olmalıdır. Dövlət buna bir çarə tapmalıdır. 1999-da Türkiyədə də bu cür bahalaşma oldu. O zaman bu fərq 50 faizdən çox idi. Biz bu cür halları yaşayıb görmüşük. Vəziyyət həddən artıq çətindir. Dövlət hər kəsi nəzərə almalıdır. İmkanlı şəxslər də kasıb vətəndaşı düşünməlidir. “Bu məsələyə “məni sancmayan ilan yüz il yaşasın” düşüncəsi ilə yanaşılsa, hamı üçün çox çətin olacaq”.
Türkiyəli sahibkar indiki halda məcburən səbr edib gözləməli olduqlarını, dövlətin çıxış yolu olaraq atacağı addımların nəticəsinə baxacaqlarını deyir.

Türkiyəli iş adamı baş verən bahalaşma haqda danışarkən belə fikirlər də səsləndirdi ki, Türkiyədə 1999-cu ildə baş verən krizdə 100-dən çox iş adamı özünü asmışdı: “Amma çox şükür, hələ ki, Azərbaycanda belə şeylər barədə eşitməmişik. İnşallah, eşitmərik də. Azərbaycanda ticarətçilərin demək olar ki, hamısı malı xaricdən dollarla alır. Təsəvvür edin ki, bu insanlar nə qədər pul itirdi. İflas olanlar da olacaq. Bunun çıxış yolu olmalıdır. Hökumət yəqin bir çıxış yolu tapar...”
“Sədərək” ticarət mərkəzi Azərbaycanın ən başıbəlalı bazarlarındandır. Burada dəfələrlə baş verən müəmmalı yanğınlar, icarə haqlarının bir neçə dəfə süni şəkildə qaldırılması, bazara giriş-çıxışın ödənişli olması, qar-yağış yağdıqdan sonra yaranan problemlər ticarətçiləri boğaza yığıb. Ticarətçilər bu dəfə də zərbə aldı. Ancaq bu dəfə fərqli yerdən - dolların bahalaşmasından... (virtualaz.org)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru