Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                     “Qarabağ”a Elvinə görə təklif gəldi .....                     Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: .....                     Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ .....                     Kişi toydan qayıdan arvadını marketdə döydü: .....                     DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının .....                     Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib .....                     “Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı .....                     Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir .....                     İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” .....                     WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... .....                     Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: .....                 

Ana dilimiz Bakı küçələrində belə aşağılanır... - Bilmək olmur bura Bakıdır, yoxsa...
Tarix: 21-02-2015, 10:31 | Çap et
Ana dilimiz Bakı küçələrində belə aşağılanır...
Azərbaycan xalqına, İslam ənənələrinə heç bir dəxli olmayan, biznes maraqları güdən bir qrup beynəlxalq işbaz tərəfindən bütün dünyaya "Sevgililər Günü" kimi sırıdılan, hansısa keşiş Valentinin "xatirəsinə" həsr olunmuş 14 fevral tarixini unutmayıb təmtəraqla qeyd edən müəyyən çoxluq xalqımıza, dinimizə, dövlətçiyimizə bağlı bir sıra tarixləri nəinki unudur, hətta yadlarına salanda həmin tarix və dəyərlərə istehza etməyə cəsarət belə edirlər.

Bu mövzudan danışanda dövlət başçısı İlham Əliyevin "2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsinin birinci ilinin yekunları" konfransındakı nitqindən bir məqam yada düşür: "Bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd. Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun"...

Təəssüf ki, prezidentin qeyd etdiyi həmin güclər elə sovet dövrünün ruslaşdırma siyasətindən üzübəri müəyyən "uğurlara" nail olub. Ölkəmizdə, xüsusən Bakıda həmin kosmopolit, amorf kütlə yetişməkdədir. Belə əqidədə olan insanlar üçün maddi, iqtisadi, yaxud siyasi maraqlar Vətən, millət, din təəssübkeşliyini üstələyir və bu məhfumları onlar üçün əhəmiyyətsiz bir məhfuma çevirir. Bunu 21 fevral -Ana Dili günü ilə bağlı Bakının mərkəzi küçələrindən birində - Hüseyn Cavid prospektində apardığımız monitorinq xarakterli araşdırma da sübut etdi. Gəzdiyimiz bəzi obyektlərdə (məsələn, "Sabina" ətriyyat mağazasında, "Kip" geyim dükanında) çalışan şəxslər nəinki 21 fevralın nə ilə əlamətdar olduğunu bilmir, hətta dövlət dilimizdə - Azərbaycan dilində danışmaqda çətinlik çəkirlər.

Paytaxtımızdakı küçə və prospektlərdən keçəndə bəzən Azərbaycanda deyil, hansısa Amerika, yaxud Rusiya şəhərində olduğunu düşünürsən. H.Cavid, 21 ünvanında yerləşən "Sabina" ətriyyat və kosmetika mağazasının qarşısında yazılıb:" La Parfumerie, Sabina perfumery cosmetics" ... Belə çıxır ki, ingiliscə bilməyən Azərbaycan vətəndaşı doğma küçələrimizdə tərcüməçi ilə, yaxud lüğətlə gəzməlidir.

30 sentyabr 2002-ci il tarixində Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən imzalanmış "Dovlət dili haqqında" Qanunda açıq göstərilir:
"7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir"...
Qanundan o da anlaşılır ki, öncə öz vətəndaşımız hər hansı obyektdə nə satıldığını, hansı xidmət göstərildiyini dürüst anlamalıdır.

"Azərbaycan Respublikası Dövlət Dili haqqında" Qanunun 17-ci maddəsinə əsasən isə "hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılmalıdır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur".

Sözügedən dövlət dili normaları Bakının əksər xidmət obyektlərində, eləcə də afişa və reklamlarda da pozulur. Bəzi mağazalarda, hətta endirim sözü də ingiliscə yazılır. Məsələn, müdiriyyətindən heç kəsi tapa bilmədiyimiz "Puledro" mağazasının üzərinə də doğma dilimizdə "endirim" yazmağı kimlərsə özünə sığışdırmamışdı...

Ana dilimiz Bakı küçələrində belə aşağılanır...

Araşdırma apardığımız bir sıra obyektlərdə satıcılar və müdiriyyət bizi nəzakətlə qarşılasa da, bəziləri suallarımıza adi etik qaydalara əməl emədən təkəbbürlü tonda cavab verirdilər. "Sabina" mağazasının adını söyləmək istəməyən müdiri "vaxtımızı almayın" deyərək obyekti tərk etməyi tələb etdi. Dövlət dili haqqında qanunun müddəalarını ona çatdıranda, müdir cənabları çox laqeyd və etinasız halda "gedin bunu əlaqədar qurumlarla aydınlaşdırın, nə istəyirsiz yazın. Biz 20 ildir, bu loqonu belə yazırıq, bundan sonra da yazacağıq..." - söylədi.

Belələri özlərinə onunla da haqq qazandırırlar ki, bizim firmanın adı brend olduğundan onu tərcümə etməyə ehtiyac yoxdur. Belə çıxır ki, hər hansı bir əcnəbi ölkənin brendi Azərbaycanın dövlət dilindən və qanunlarından üstündür?

Paytaxt və bölgələrimizdə müxtəlif mağaza, xidmət və iaşə obyektlərinin adlarında heç bir zərurət olmadan əcnəbi məfhumlar işlədilir. Məsələn, plaza" (saray), center (mərkəz), women (qadın), art (sənət), store (dükan), baby (uşaq) və s. Belə nümunələrin sayı yüzlərlədir. Milli dövlətçiliyinə, qanunlara hörmət edən heç bir ölkədə ana dilinin bu cür ayaqlanmasına yol verilmir.

Əcnəbi dillərdə yazılarla yanaşı küçə və prospektlərimizdə elementar dil normalarının, orfoqrafik qaydaların pozulması hallarına da rast gəlinir. Məsələn, "ehtiyat" əvəzinə "ehtiyyat", "sifariş" əvəzinə "sipariş" və s. Yaxud bəzi xidmət və ya məhsulların adları dövlət dilində yox, rus, ya ingilis dilində yazılır: çilingər, əvəzinə "silesar", "dondurma" yerinə "marojna" və s.

Aydın olur ki, Dövlət dili haqqında Qanunun pozulmasında əlaqədar qurumların da kifayət qədər günahı var. Dövlət başçısının 2013-cü il tarixdə təsdiqlədiyi "Azərbaycan dilinin uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda proqramın məqsədləri siyahısındakı maddələrdən biri də belədir: "...4.1.13. reklam, afişa və elanlarda ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün yollar müəyyən edilməsi".

Eyni zamanda Dövlət Proqramının müxtəlif aspektlərdən icrası üçün cavabdeh dövlət qurumlarının siyahısı və tədbirlərin icra müddəti aydın şəkildə göstərilib.

Nəql etdiyimiz problemlə bağlı sözügedən qanunun aşağıdakı müddəalarını nəzərinizə çatdırırıq:
"...6.1.5. Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qaynar xəttin yaradılması

İcraçılar:
Azərbaycan Milli Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
İcra müddəti:
2013-2014
6.3.8.

Küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlərin həyata " keçirilməsinin təmin edilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,
Mədəniyyət və Turizm Nazirliyi,
Əmlak Məsələləri Dövlət Komitəsi,
yerli icra hakimiyyəti orqanları və bələdiyyələr.
İcra müddəti:2013-2015..."

Ana dilimiz Bakı küçələrində belə aşağılanır...

Göründüyü kimi icra müddəti artıq bu il bitməkdə olan tədbirlərin həyata keçirilməsi üçün zəruri işlər görülübsə də, layiqincə görülməyib. Adı çəkilən qurumlardan əlavə, söhbət etdiyimiz obyekt sahibləri, məsələn, H.Cavid prospektindəki "İdeal" ətriyyat mağazasının müdiri Əziz Mehdiyev, şirniyyat mağazalarından birinin müdiri Zaur Məmmədov adların əcnəbi dillərdə yazılmasında obyektlərin loqolarını təsdiqləyən Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin də məsuliyyət daşıdığıını dil haqqında qanun barədə sahibkarları məlumatlandırmadıqlarını qeyd etdilər. Qeyd edək ki, obyektlərin qeydə alınmasında böyük rol oynayan Vergilər Nazirliyinin də burada müəyyən məsuliyyəti var.

Ana və dövlət dilimizin normalarının qorunması ilə məşğul olan dövlət qurumlarından əlavə, ictimai təşkilatlar da yaradılmaqdadır. Məsələn, xalq şairi, deputat Sabir Rüstəmxanlının rəhbərliyi ilə yaradılmış Azərbaycan Dil Qurumu İctimai Birliyinin bu sahədə gördüyü işlər təqdirəlayiqdir.

Əyanilik üçün həmin qurumun 2013-cü il iyunun 12-dən 20-ə qədər paytaxtdakı reklam lövhələri və xidmət obyektlərinin adlarının ana dili normaları baxımından 837 obyekt və reklam löhvəsi üzrə keçirdyi monitorinqdən alınmış bəzi nəticələri nəzərinizə çatdırırıq:

"Monitorinq Qrupu araşdırmaların nəticəsi olaraq aşağıdakı qeydləri nəzərə çatdırır:
1. Alınma sözlər heç bir səbəb olmadan bəzən orijinalda olduğu kimi yazılır. Məsələn, "Online xidmət", "Avangard", "Globus", "Agfarium", "Granit", "Romantic" və s.
2. Firma adları və reklam lövhələrində iki dilin qarışığından ibarət anlaşılmaz "birləşmələr"dən istifadə olunur. Məsələn, "İrşad electronics", "Əlincə Line", "X ənd R studiosu" və s.
3. Bəzən ana dilində olan adlar "ə" hərfinin "e" hərfinə çevrilməsi ilə yazılır: "Mermer", "Gözellik salonu", "Perde evi".
4. Dövlət idarələrinin adının yazılışında ikinci dil kimi ingiliscədən istifadə olunur və bəzən ingiliscə yazılmış lövhələr birinci asılır.
5. Yol keçidlərində vurulan sitatlarda bəzən orfoqrafik yanlışlıqlara rast gəlinir.
6. Bəzən ali məktəblərə hazırlıq və ya dil kursları elanları da yazı qaydalarının ciddi pozuntusu ilə müşayiət olunur və s.
Göstərilən və digər oxşar qanun pozuntiları paytaxt və əyalətlərimizdə davam etməkdədir. Görünür, dövlət bu sahəyə nəzarəti daha da gücləndirməli və Ana dilimizin qorunmasına yalnız əlaqədar qurumlar və birliklər deyil, bütün cəmiyyət, tanınmış ziyalı .və alimlər də qoşulmalıdır.

Bu mövzuda araşdırmalarımızı davam etdirəcəyik. Yazıda adları çəkilən və ya özəl qurumların məsələyə münasibətinə də yer verməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru