Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                     “Qarabağ”a Elvinə görə təklif gəldi .....                     Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: .....                     Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ .....                     Kişi toydan qayıdan arvadını marketdə döydü: .....                     DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının .....                     Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib .....                     “Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı .....                     Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir .....                     İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” .....                     WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... .....                     Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: .....                 

“Milli Məclisdə içki aludəçisi olan deputatlar var” - Qüdrət Həsənquliyevdən şok sözlər
Tarix: 20-02-2015, 12:16 | Çap et
“Milli Məclisdə içki aludəçisi olan deputatlar var”
Bu il Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək.

Virtualaz.org saytı seçkiyə qədərki müddətdə Milli Məclisin üzvləri ilə həmsöhbət olmağa, deputatların geridə qalan 4 ildən çox bir vaxtda gördüyü işlərin nədən ibarət olduğunu, növbəti parlament seçkilərində iştirak edib-etməyəcəyini öyrənməyə çalışacaq.

Saytımızın budəfəki qonağı 7 saylı Ordubad-Culfa seçki dairəsindən Milli Məclisə üzv seçilən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Qüdrət Həsənquliyevdir.

- Qüdrət bəy, deputatlıq fəaliyyətinizi qısaca olaraq necə şərh edərdiniz?

- Ordubad-Culfa seçki dairəsindən seçilmişəm. Özüm Culfa rayonunda doğulub boya-başa çatmışam. Bu müddətdə çalışmışam ki, Ordubad və Culfanın, ümumiyyətlə, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının problemlərini mütəmadi olaraq parlamentdə qaldırım. İstər hökumətin hesabatı, istərsə də büdcə zərfinin müzakirəsi zamanı çalışmışam ki, ədalətli bölgü olsun və Naxçıvana vəsait ayrılsın. Naxçıvan inkişaf etsin, əhali oranı tərk etməsin. Naxçıvanda sovet dövrünə aid olan emal müəssisələrinin bərpasına, sənayenin inkişafına, yeni iş yerlərinin açılmasına çalışmışam. Vətəndaşların fərdi qaydada müraciətlərinə də diqqətlə yanaşmağa səy göstərmişəm. Bu müraciətlərin rayon, muxtar respublika səviyyəsində həllinə çalışmışam.

- Partiyanızın qərargahı Bakıdadır. Özünüz də əsasən burada olursunuz. Bəs seçicilərinizlə necə ünsiyyət qurur, necə əlaqə saxlayırsınız?

- İldə azı iki dəfə seçicilərimlə görüşə gedirəm - yanvar sessiyasında, bir də yayda. Qohumlarımın çoxu Naxçıvanda yaşayır. Orada dostlar, yaxınlar var. Onları görmək, müxtəlif tədbirlərdə iştirak etmək üçün də Naxçıvana gedirəm. Bu səfərlər zamanı da kəndlərdə, rayon mərkəzində olub seçicilərimlə görüşürəm. Köməkçim Naxçıvanda yaşayır. Mütəmadi olaraq seçicilərlə görüşür, problemi olanları şəxsən özü qəbul edir. Onların ərizələrini, şikayətlərini mənə çatdırır.

- Seçicilərinizin əsas problem və müraciətləri nədən ibarət olur?

- Əsas müraciətlər sosial məsələlərlə bağlı olur. Müraciətlərin 80-85 faizi işlə təmin olunmaqla bağlıdır. Bəzən təhsilhaqqının ödənilməsi üçün də müraciətlər olur.

-Bəs sosial problemlər? Məsələn, qaz, işıq, su məsələləri…

- Bu məsələlər Naxçıvanda demək olar ki, tamamilə həll edilib. Naxçıvanın İranla anlaşması var. Buna görə də sutkanın 24 saatında ən ucqar kəndlərdə belə fasiləsiz qaz və işıq enerjisi olur. Məktəblərin təmin edilməsi ilə də bağlı müraciətlər olur. Bu məsələləri parlamentdə də qaldırıram. Ordubadda 7 məktəbin və bəzi kənd yollarının yenidən təmirə ehtiyacı var. Bu problemləri deməklə yanaşı onu da bildirim ki, Naxçıvan dövlət büdcəsindən ayrılan vəsaitdən ən səmərəli şəkildə istifadə edən bölgələrdən biridir. Rəhbərlik çalışır ki, az vəsaitlə çox iş görsün. Ancaq az da olsa öz həllini tapmayan məsələlər var. O problemlərin həlli üçün Naxçıvana investisiya qoyuluşu artırılmalıdır. Son iki ildə Naxçıvana investisiya qoyuluşu 5 dəfə azalıb. Əvvəlki illərdə qoyulan investisiya 250 milyon manat idisə, builki büdcədə bu məbləğ 50 milyon nəzərdə tutulub. 400 mindən artıq əhalisi olan muxtar respublikaya 50 milyon manat investisiya qoyulması həddən artıq azdır. Ona görə də çıxışlarımda hökuməti Naxçıvana daha böyük diqqət göstərməyə çağırıram.

- Yəqin ki, seçicilərinizdən Bakıya gəlib sizinlə görüşmək istəyənlər də olur...

- Bəli, olur. Amma mənə Bakı və ətraf qəsəbələrdən, rayonlardan da müraciətlər, şikayətlər gəlir. Mən də müvafiq dövlət qurumlarına müraciət edərək bu problemlərin həllinə çalışıram. Əsasən iş problemi ilə bağlı müraciətlər olur. Amma təəssüf ki, bu problemin həllinə həmişə nail olmaq olmur. Bu da məni çox narahat edir. Ətrafımdakılar da bilir ki, bu məsələdə əlimdən gələni edirəm. Çünki mən özüm kənd yerində doğulmuşam, çox zəngin olmayan bir ailədə böyümüşəm, imkansızlığın, işsizliyin nə olduğunu yaxşı bilirəm.

- Naxçıvandakı problemlər əsasən muxtar respublika rəhbərliyi tərəfindən həll edilir. Seçicilərinizin müraciət və şikayətləri ilə bağlı Vasif Talıbovla görüşüb Naxçıvandakı problemləri müzakirə edirsinizmi? Bu cür görüşləriniz tez-tez olurmu?

-Yox, tez-tez görüşmürük. Millət vəkili seçildiyim dövrdə bəzən ildə bir-iki dəfə, bəzən isə daha çox görüşdüyüm vaxtlar olub. Naxçıvanda rəhbərliklə görüşmək üçün müraciət edəndə problem olmur. “Deputatın statusu haqqında” qanuna görə də rəsmi şəxslər millət vəkilləri müraciət etdiyi zaman təxirə salınmadan onları qəbul etməlidir. Bakıda belə problem olsa da Naxçıvanda bu problem yoxdur. Bakıda bir nazirlə nəinki görüşmək, hətta telefon əlaqəsi saxlamaq da mümkün deyil. Zəng edirsən, köməkçisi deyir ki, nazir yerində yoxdur, gələndə məruzə edəcəyik. Ya da deyirlər ki, nazirin yanında adam var, biz sizinlə əlaqə saxlayacağıq.

Səmimi deyirəm, Naxçıvanda rəhbərliklə görüşlər zamanı isə seçicilərimlə bağlı qaldırdığım məsələlər ciddi şəkildə araşdırılır və həll yolları axtarılır.

- Bəzən mətbuatda Naxçıvandakı qadağalar, rəhbərliyin tətbiq etdiyi sərt rejimlə bağlı tənqidi yazılar oxuyuruq. Bu cür yazılarda Naxçıvan Azərbaycandan ayrı bir bölgə kimi göstərilir. Oranın fərqli və özünəməxsus qanunlarla idarə olunduğu deyilir. Naxçıvan Bakıdan uzaq olduğu, belə deyək ki, mətbuata da o qədər açıq bir bölgə olmadığı üçün bu xəbərlərin reallığı nə dərəcədə əks etdirdiyini dəqiq bilmirik. Həm bir millət vəkili, həm də naxçıvanlı olaraq bu xəbərləri necə dəyərləndirirsiniz?

- Naxçıvan da Azərbaycanın bir bölgəsidir. Naxçıvanı Azərbaycandan əlahiddə təsəvvür etmək mümkün deyil və olmaz. Amma bəzən Naxçıvanda kiminsə həbs olunması, hüquqlarının pozulması ilə bağlı xəbərlər də gəlir. Mən də bu xəbərləri mətbuatdan oxuyandan sonra dərhal Naxçıvanın müvafiq dövlət strukturları ilə əlaqə saxlayıram. Məsələ ilə maraqlanıram, əsasını öyrənməyə çalışıram. Naxçıvanda olan hər hansı bir məsələnin mətbuatda fərqli formada təqdim edilməsi və sərt tənqid olunması mətbuatla işləyən bəzi şəxslərin Naxçıvan rəhbərliyinə qarşı neqativ münasibətindən irəli gəlir. Bu cür xəbərlərdə problemi fərqli şəkildə qabartmaqla informasiyadan daha çox Naxçıvana qarşı kampaniya aparmaq məqsədi güdülür. Bu faktor mühüm rol oynayır. Naxçıvanda baş verən əksər hadisələr Azərbaycanın bütün bölgələrində baş verir. Amma mətbuat hadisələrə eyni şəkildə yanaşmır.

Məsələn, Naxçıvanda neçə insan həbs olunub və onlar beynəlxalq insan haqları təşkilatları tərəfindən siyasi məhbus hesab olunub? Və ya onlara ömürlük azadlıqdan məhrumetmə cəzaları verilib? Bunların statistikasına baxaq, Azərbaycanın digər bölgələri ilə müqayisə edək. Amma mətbuatda bunun əks-sədasına baxanda fərqli mənzərə görürsən.

Şəxsən mən bəzi mətbuat orqanlarında yayılan məlumatları - guya Naxçıvanda hansısa eksperimentlərin keçirilməsi, daha sonra bunun digər bölgələrdə də tətbiq olunması kimi xəbərləri bəzi şəxslərin təxəyyülünün məhsulu sayıram. Bunların heç bir ciddi əsası yoxdur.

- Milli Məclisdəki çıxışlarınıza nəzər yetirdikdə sizi aktiv deputatlardan biri saymaq olar. Cəmiyyətdəki ümumi problemlərlə bağlı tənqidi çıxışlarınız çox olur. Bəzənsə bu fikirləriniz digər həmkarlarınız tərəfindən qəbul olunmur...

-Çalışıram ki, reallıqları nəzərə alaraq ölkəmizin problemlərini, onların həlli yollarını ictimaiyyətə çatdırım. Amma Milli Məclisdə bəzi insanlar var, onlar sanki gözləyir ki, Qüdrət Həsənquliyev nəsə desin, onlar da bunun əksini söyləsin. Belə xəstəliyə tutulmuş adamlar var. Amma mən həmişə sözün düzünü deməyə çalışmışam.

Milli Məclisdə iqtisadi məsələlərlə bağlı çıxışlarım olub. İslahatların aparılması ilə bağlı təkliflər vermişəm.

Azərbaycanda ilk dəfə olaraq siyasi sistemin inkişafı üçün parlamentli respublikaya keçid məsələsini gündəmə gətirmişik. Bu layihənin təqdimatını 2007-ci ildə siyasi partiyaların iştirakı ilə etmişdik. Çalışırıq ki, iqtidar bunu dəstəkləsin və parlamentli respublikaya keçək.

Səhiyyənin vəziyyəti ilə bağlı çıxışlarım olub. Səhiyyədə islahatlar sonadək aparılmır, icbari tibbi sığorta tətbiq olunmur. Nazirin iştirakı ilə keçirilən iclaslarda da bildirmişəm ki, səhiyyə ocaqları niyə özəlləşdirilmir ki, həkimlər də normal maaş alsın.

Əsas məsələlərdən biri də Bakının həddən artıq yüklənməsidir. Bütün bölgələrdən insanlar Bakıya axışır. Hamı çalışır ki, öz biznesini, işini Bakıda qursun. Bakı və Sumqayıtda vergi güzəştləri nəzərdə tutulan sənaye parkları yaradılıb. Dəfələrlə demişəm ki, bu, yanlış siyasətdir. Bu cür vergi güzəştləri əsasən rayonlar üçün nəzərdə tutulmalıdır ki, iş adamları Bakıdan rayonlara axışsın. Rayonlar inkişaf etsin, yeni iş yerləri açılsın.

Amma təəssüf ki, bu təkliflərimiz hələ qəbul olunmur və konkret addımlar atılmır. Amma inanıram ki, zaman keçdikcə iqtidar da fərqində olacaq ki, bu islahatları aparmadan ölkəmizi irəli aparmaq mümkün olmayacq.

-Təhsildəki vəziyyəti də tənqid edirsiniz. Son çıxışlarınızın birində dövlət universitetlərinin özəlləşdirilməsi təklifi ilə çıxış etmişdiniz…

-Təhsilin vəziyyəti bərbaddır. Sovet təhsil sistemini şikəst etdik. Türkiyədən sadəcə olaraq test üsulunu götürdük. Bu yarımçıq islahat da təhsilmizi məhv etdi. Gənclərimizin beyni əzbərçilik istiqamətində formalaşıb. Onlar müəllimlə üzbəüz oturub cavab vermək praktikasına yiyələnmir.

Orta məktəbi bitirənlər üçün vahid test sistemi tətbiq olunmalıdır. Hazırda bizdə bir anormallıq var. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bir məktəbi bitirəndə, bir də universitetə sənəd verəndə imtahan keçirir. Olmazmı ki, bu imtahan bir dəfə olsun və şagirdlər bütün fənlərdən imtahan versin? Bu zaman şagirdlər məcbur olub bütün fənləri oxuyacaq və repetitor yanına getməyəcək. Universitetə bütün buraxılış imtahanlarının nəticələrinə görə qəbul keçirilməlidir. Bütün dünyada belədir.

Bizdə hökumət çalışır ki, hər kəsi idarə etsin. Dövlət universiteti olanda orada çalışan müəllimlərin dövlətdən asılılığı yaranır. Müəllimlərə az maaş verməklə onları müəyyən qanunsuzluqlara sövq edirlər. Müəllimlər, professorlar ailələrini dolandırmaq üçün şagirdlərdən pul alır. Bu da onları gözükölgəli edir. Bu, ciddi problemdir. Dünya universitetlərinin ilk 200-lük siyahısına baxaq. Orada bircə dənə də dövlət universiteti yoxdur. İnkişaf etmiş Avropa xalqlarının keçdiyi yol var. Biz də o yolla getməliyik. Onlar bunu təcrübədən keçirib. Universitetləri özəlləşdirməliyik ki, dövlət yükdən azad olsun. Dövlət də ali məktəblərə ayırdığı vəsaiti orta məktəblərə yönəltsin. Müəllimlər 140 manat yox, 1400 manat maaş alsın. Onların repetitor olmağa ehtiyacları qalmasın. Professorlara daha yüksək məvacib verilsin.

- Bəs imkansız ailələrin övladları? Onlar özəl universitetlərdə necə təhsil alacaq?

-Onlar üçün də təhsil kreditləri verilməlidir. İmkanı olmayan ailənin övladı təhsil haqqında arayışı banka təqdim etdiyi anda ona dərhal kredit verilməlidir. Həm də uzun müddətə. Bəzi ölkələrdə bu kreditlər hətta faizsiz verilir. Kredit götürən tələbə başa düşür ki, bu borcu qaytarmaq üçün yaxşı iş tapmağa, yaxşı iş tapmaq üçün də yaxşı mütəxəssis olmağa çalışmalıdır. Bu da əlavə stimul verir ki, o, ixstisasını, peşəsini yaxşı öyrənsin.

Universitetlər özəlləşdirilsə, dövlətə vergi verəcəklər. Dövlət həm gəlir vergisi alacaq, həm də yükdən azad olacaq. Bunu həyata keçirmək asandır. Sadəcə olaraq niyyət lazımdır.

-Son çıxışlarınızda cəmiyyətin ən ciddi problemlərindən, bəlalarından olan mərc oyunlarına toxundunuz. Onların qadağan edilməsini təklif etdiniz. Uzun müddətdir bu məsələ haqda fikirlər bildirilir. Amma hansısa nəticə yoxdur...

-Bu haqda bir neçə dəfə çıxış etmişəm. Ümumiyyətlə, qumar oyunlarının olması yaxşı hal deyil. Bəzi inkişaf etmiş ölkələrdə bu cür oyunlara icazə verilib. ABŞ-ın bir neçə ştatında qumara icazə var. Əlavə gəlir mənbəyi olmayan ölkələr də qumar oyunlarına rəsmən icazə verir. Belə ölkələrdən biri də Gürcüstandır. Məsələn, Rusiyada da 4 vilayətdə belə qumarxanalara icazə var. Azərbaycanda “Topaz”ın və digər mərc oyunlarının olmasını bununla əsaslandırırlar ki, idman bundan xeyir görəcək. Bu işdən sadəcə olaraq gənclər və idman nazirinin də dediyi kimi, idmana 4 faiz gəlir gəlir. Qalan məbləğ isə bunu təşkil edən şəxslərin cibinə gedir. Bu oyunların nəticəsində gənclər, ailələr məhv olur. Bu da idmana vurulan ziyan.

Mərhum prezident Heydər Əliyev Azərbaycanda qumar oyunlarını ləğv eləmişdi. Biz həm də müsəlman ölkəsiyik. İslam da qumarı lənətləyir və qadağan edir. Bu 4 faizlik qazanca görə bu qədər gənci, ailəni məhv etmək olmaz.

Bəzən deyirlər ki, bu oyunlar leqallaşdırılmadan da qara bazarda oynanılırdı. Bununla da məşğul olmaq üçün müvafiq dövlət orqanları var. Bu işlərlə məşğul olanların saxlanılıb cinayət məsuliyyətinə cəlb olunmasını təmin etməlidirlər.

-Dediniz bəzi deputatlar sizin fikrinizin əksini demək üçün məqam gözləyir. Biz də müşahidə edirik ki, bəzi deputatlar sanki təkliflərin əksini demək üçün parlamentdə oturur. Ümumiyyətlə danışmayan, iclaslara gəlməyən, fəaliyyətindən xəbərsiz olduğumuz deputatlar var. Niyə belədir?

-Parlamentdə olan deputatların həm siyasi, həm də qanunvericilik sahəsindəki təcrübəsi eyni səviyyədə deyil. Bəziləri biznesdən gəlib, təzədir. Bəziləri uzun müddətdir biznesdən gəlsə də artıq kifayət qədər təcrübə toplaya bilib. Elələri var ki, yenidir. Bəzi deputatlar parlamentdə uzun müddətdir çalışır, təcrübələri var, amma xarakterlərində naqisliklər var. Eləsi var ki, içki aludəçisidir və s. Buna baxmayaraq onları seçiciləri seçib. Hər seçkidə Milli Məclisin tərkibində dəyişiklik olur. Bu da onu göstərir ki, bəzi şəxslər ikinci müddətə seçilə bilmir. Bu da onların fəaliyyətsiliyi, xarakterləri və nöqsanları ilə bağlı olur. Bütün hallarda ən doğru seçimi seçicilər və siyasi partiyalar etməlidir. Çoxpartiyalı sistemi inkişaf etdirməyin, parlamentə həmin təcrübəsiz, zəif deputatların düşməsinin qarşısını almağın yolu proposional seçki sisteminə keçiddir. O halda partiyalar çalışacaq ki, daha təcrübəli, siyasi baxımdan hazırlıqlı insanları parlamentə göndərsinlər.

-Parlament seçkilərinə hazırlığa nə zaman başlayacaqsınız?

-Kimsə ola bilər ki, parlament seçkiləri qabağı təbliğat kampaniyası aparmağa ehtiyac duysun. Amma düşünürəm ki, bu fəaliyyətim mənim təbliğatım üçün yetərlidir. Seçicilərimin əksəriyyəti onun fərqindədir ki, mövcud reallıqlar çərçivəsində onların seçdiyi bir millət vəkili nə edə bilər. Məndən əvvəl də həmin dairədən namizədlər seçilib. Onların fəaliyyətinə kölgə salmaq istəmirəm. Həmişə çalışmışam ki, seçildiyim regionun problemlərini qaldırım, onların həllinə çalışım, həm də Azərbaycanın ümumi maraqları naminə çıxış edim. Düşünürəm ki, növbəti seçkilərdə də seçicilərim fəaliyyətimi nəzərə alarlar.

- Yəni fəaliyyətinizdən razısınız...

-İnsan işi ilə heç vaxt qane olmamalıdır. Çalışmaq lazımdır ki, daha çox nələrsə edəsən. Mən də mövcud şərtlər çərçivəsində iş görməyə çalışmışam. Fəaliyyətimi daha da təkmilləşdirməyə çalışıram. Bu işdə təcrübə çox önəmlidir. Həm beynəlxalq təşkilatlardakı 10 illik təcrübəm, həm ölkə daxilində topladığım təcrübə, həm 13 illik deputatlıq təcrübəm, həm də partiya sədri olaraq siyasi təcrübəm imkan verəcək ki, qarşıdakı illərdə öz bilik və bacarığımdan xalqım üçün istifadə edim. Yaşım da buna imkan verir. Amma yenə də son söz seçicilərin olacaq. Ümid edirəm ki, onlar məni dəstəkləyəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru