“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                     “Qarabağ”a Elvinə görə təklif gəldi .....                     Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: .....                     Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ .....                     Kişi toydan qayıdan arvadını marketdə döydü: .....                     DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının .....                     Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib .....                     “Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı .....                     Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir .....                     İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” .....                     WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... .....                     Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: .....                     Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... .....                     Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                 

Böyük Qarabağ açılımına aparan yeganə yol - TƏHLİL
Tarix: 16-02-2015, 08:38 | Çap et
Böyük Qarabağ açılımına aparan yeganə yol
ATƏT-in Minsk Qrupu çərçivəsində 21 illik nəticəsiz danışıqların əslində çox mühüm bir nəticəsi var: bu da ondan ibarətdir ki, Azərbaycanın işğaldakı ərazilərindən müəyyən qismi azad edilməyincə Qarabağ məsələsi də dalandan çıxmayacaq. Deməli, Ermənistan nə qədər Rusiyadan asılı durumda olsa belə, bu addıma getmək üçün özündə güc tapmağı bacarmalı, ilk addımı məhz o atmalıdır, çünki - işğalçıdır.

Bu addım hamıdan çox Ermənistanın özünə lazımdır: 1. Üzücü, total iqtisadi-siyasi iflas vəd edən izolyasiyadan çıxıb regiona inteqrasiya eləmək, dünyaya açılmaq üçün; 2. Rusiyanın İŞİD-sayağı girovluğundan qurtulmaq, ərazi iddiası olan qonşularla münasibətləri qaydaya salıb rahat “nəfəs almaq”dan ötrü.

İldən-ilə daha da boşalan, iri regional layihələrdən (hələ hamısı reallaşmayıb, TANAP, “Cənub qaz dəhlizi” var) kənarda qalaraq daha dilənçi kökə düşən Ermənistanın hazırkı rəhbərliyi üçün artıq elə bir dönəm başlayıb ki, o, 21 illik səmərəsiz danışıqların qeyd edilən əsas nəticəsini bütün ciddiliyi ilə nəzərə almaq zorundadır. Başqa sözlə, rəsmi İrəvan Dağlıq Qarabağ məsələsinin heç vaxt onun istəyinə uyğun şəkildə - “paket həll” (“tanınma əvəzinə torpaq”) variantının mümkün olmadığını birdəfəlik əxz etməlidir.

*****
Məhz zamanında (1998) daha praqmatik prezident kimi Levon Ter-Petrosyan qaranlıq perspektivi yaxşı gördüyü üçün də mərhələli həll variantına razılıq vermiş, erməni xalqına da qərarını belə izah eləmişdi: “Bu gün bizə təklif olunanları götürməsək, sabah yalvaracağıq, çünki Ermənistan ildən-ilə zəifləyəcək, Azərbaycan isə güclənəcək”.

Lakin münaqişə tərəfləri üçün ən optimal variant qismində görünən həll modelinə “Müharibə partiyası” (“Qarabağ klanı”) imkan vermədi: Rusiyanın dəstəyi ilə Petrosyan hökuməti devrildi. Ancaq Petosyanın proqnozu doğruldu - Ermənistan daha betər günə düşdü, Köçəryan-Sərkisyan tandemi isə 17 ildə problemin həllini 1 sm belə irəliyə apara, saxta qurumun müstəqilliyini dünyaya tanıda bilmədi.

Heç Ermənistanın özü də tanınma riskinə getmədi. Hələ harasıdır, ötən müddətdə Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, NATO Parlament Assambleyası, İslam Əməkdaşlıq Konfransı kimi nüfuzlu beynəlxalq təşkilatlar BMT-nin ardınca Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğalçı kimi damğalayan qətnamələr qəbul elədilər...
17 ildir Ermənistanda iqtidar olan “Müharibə partiyası” artıq onu da ciddiyə almaq zorundadır ki, Ukraynadakı olaylar fonunda ölkələrin ərazi bütövlüyü prinsipi bir az da önə keçib və Krım, Donbas, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə məsələsində bu prinsipə sayğını Rusiyadan tələb edən Qərb Dağlıq Qarabağ məsələsində eyni şeyi Ermənistandan tələb etməyə sadəcə, borcludur və öz təməl yanaşması əleyhinə getməyəcək - əgər Azərbaycan könüllü şəkildə özü Dağlıq Qarabağdan imtina eləməsə.

*****
İzolyasiyada olan Ermənistan üçün belə qapalı, ümidsiz, tam perspektivsiz bir dönəmdə Türkiyə baş naziri Əhməd Davudoğlunun iki gün öncə İstanbulda ölkənin qeyri-müsəlman icmalarının liderləri ilə görüşdə söylədiyi, faktiki, ilginc xarakterli təklif gözünü tor örtmüş erməni liderləri və isteblişmenti üçün ayıldıcı təsirdə olmalıdır, bizcə: baş nazir bildirib ki, Ermənistan Azərbaycanın işğal altındakı rayonlarından hətta birini boşaltsa, o zaman onunla sərhədlər açıla, diplomatik münasibətlər qurula bilər(di).

7 rayondan cəmi biri! İşğalçıya bundan da böyük güzəşt, bundan böyük şans? Təkrar edirik, ermənilər səmimi şəkildə sülh arzulayırsa, onda müəyyən qisim ərazini mütləq azad eləməlidirlər. Əks halda, yəni sərhədlərin qeyd-sərtsiz açılması Türkiyə tərəfdən 22 illik bağlı qapı siyasətinin səhv olduğunun etirafı anlamına gələrdi. Təbii ki, Ankara ona heç zaman getməyəcək, İrəvanın “qeyd-şərtsiz diplomatik münasibətlər” şərtini uydurma “soyqırımın” 100 illiyində belə qəbul etməyəcək.

Doğrudur, erməni toplumuna hərbi qələbəni siyasi qələbəyə çevirəcəyini vəd eləmiş “müharibə partiyası” üçün Davudoğlunun variantına getmək psixoloji cəhətdən çətindir, az qala siyasi intihara bərabərdir. Üstəlik, Rusiya amili, Kreml xofu var. Ancaq regionun, ilk öncə də Ermənistanın inkişafında ən böyük əngəl olan bir açar münaqişənin dinc həllini dalandan çıxarmağın ayrı yolu da qalmayıb.

*****
Belə bir varianta gedərsə, şübhəsiz, Qərb erməni tərəfini onun ağır fəsadlarından qorumağa, Kremlin kontur-tədbirlərini neytrallaşdırmağa çalışacaq. Ona görə ki, sərhədlərin açılması Qərbin bölgəyə yönəlik uzunmüddətli strateji maraqları çərçivəsindədir və o, çoxdan Ermənistanı Rusiyanın ağuşundan çıxarmağı, Qarabağ konfliktinin həllinə daha münbit zəmin yaratmağı hədəf götürüb.

Erməni tərəfi Ukrayna böhranı fonunda onu da nəzərə almaq zorundadır ki, “soyuq müharibə” səbəbindən ABŞ və Avropa ilə Rusiya arasında postsovet məkanında münaqişələrin, o cümlədən Qarabağ ixtilafının həlli müstəvisində əvvəlki anlaşma nöqtələri faktiki surətdə qalmayıb. Demək, İrəvan müstəqil qərar verib konflikti Qərbin (Türkiyənin) dominant olduğu daha realist həll müstəvisinə keçməyə səy göstərməlidir.

Bu yöndə Ermənistanın üzləşəcəyi fəsadları zəiflətməyin yolu artıq deyildi - Qərbin, Avropa Birliyinin, Türkiyənin dəstəyi... İşğalçı ölkə gec-tez bu addıma getməlidir. Nə vaxtadək o, politoloq Vəfa Quluzadənin təbirincə desək, Rusiyanın peçə tulladığı odun rolunda, maşa rolunda olacaq?

*****
Rusiyadan söz düşmüşkən, zaman indi Moskvaya da işləmir. Əvvəla, Rusiya qeyd edildiyi kimi, Qərblə sonu bilinməyən yeni “soyuq savaş” dövrünə girib. Sanksiyalar altında sıxılan rəsmi Moskva üçün isə Türkiyə olduqca mühüm əhəmiyyətli, hətta vazkeçilməz iqtisadi-ticari, energetik tərəfdaşa çevrilib. İki ölkənin təkcə energetik sahədə (mavi qazın nəqli, “Türkiyə axını”, qardaş ölkədə tikiləcək AES-lərin tikintisi və s.) on milyardlarla dollarla ölçülən anlaşmaları var. Qarabağ probleminin həll olunmamış qalması isə müharibə risklərini aybaay artırır. Öz növbəsində yeni Qarabağ müharibəsi Rusiya ilə Türkiyənin labüd olaraq üz-üzə gəlməsi, Kremlin Ankaranı həmişəlik itirməsi demək olacaq. Azərbaycan da onun kimi...
*****
Belə perspektivi beynəlxalq təhlilçilər də görür və dəyərləndirir.

“Ermənistanın bu münaqişədə vaxtın ona işlədiyini düşünməsi səhvdir. Vaxt heç kimə işləmir. Hər keçən gün Ermənistan iqtisadiyyatının ziyanınadır. Üstəlik, hər hansı münaqişə uzun müddət həll edilməyincə, onu sonda nizamlamaq bir o qədər çətin olur”.

Bunu ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib. Xüsusi diqqətçəkicidir ki, Brayza ərazi bütövlüyü prinsipinin “Qarabağ kimi münaqişələrin nizamlanmasında daha təsirli konsepsiya” olduğunu söyləyib ki, bu da Ukrayna prosesləri fonunda Qərbin tutduğu mövqe ilə tam səsləşir.

*****

Beləliklə, Ermənistanın izolyasiyadan və labüd iqtisadi kollapsdan qurtulması, Qarabağ məsələsində kardinal irəliləyiş və yekun sülh sazişinə (açılımına) çıxılması, böyük müharibənin durdurulması indi xeyli dərəcədə işğalçı ölkənin iradəsinə bağlı qalıb.

Politoloqlardan birinin sərrast dediyi kimi, erməni tərəfi müharibəni udsa da, sülhü uduzub və əgər iqtisadiyyatını tam çökdürəcək dağıdıcı müharibədən qaçmaq niyyətində ciddidirsə, o zaman onun bircə yolu var - zəbt elədiyi əraziləri Rusiya xofuna məhəl qoymadan və vaxt itirmədən boşaltmağa başlamaq. Zaman gerçəkdən də artıq heç kimə işləmir - ələlxüsus işğalçıya.
\\ musavat.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru