Anası mənimlə yatsın, uşağını müalicə etdirim... - DƏHŞƏT
Tarix: 12-02-2015, 13:39 | Çap et
 Media mənsubu olan dostlarımızdan biri xeyirxah təşəbbüsdə bulunub və rəhbəri olduğu sayt (AZXEBER.COM red.) vasitəsilə aksiya elanı verib: “Talassemiya xəstəsi olan balamızı xilas edək”… Ardınca da “facebook” səhifəsində paylaşım edib. Onlarla, yüzlərlə insan da şərh yazaraq öz mənəvi dəstəyini ifadə etməyə çalışıb.
Hərə bir formada, düşündüyü tərzdə, bacardığı şəkildə…
Elə bütün kritika da bu andan etibarən başlayıb. Və ya ortam qəfildən hamını şoka salacaq bir mənzərəyə hakim kəsilib. Daha dəqiq desəm: Anar Rəsulov adlı şərhçi öz lütfünü təklif etməklə bərabər bu lütfün kompensasiyasını da istəyib: “ Nə qədər lazımdırsa pul verərəm, amma uşağın anası bir gecəlik mənimlə yatsın…”
***
Səhifəyə uşağın rəsmi qoyulub. Ay parçasıdır. Gözləri həyat eşqi ilə yanır. İçində nələrin sızladığından isə xəbərsizik. Hər mənada. Hər anlamda! Fəqət , ümid var. Bir saman çöpündən yapışılacaq, dar nəfəslikdən dünyaya baxılacaq qədər də olsa var…
Yetər ki, hamı o gözlərə çox yox bircə dəfə evindəki körpəsinin gözləri kimi baxsın.
Yetər ki, övladımızın adi qripi, qızdırması varkən gecələr yatmadığımızı, səhərə qədər keşik çəkdiyimizi xatıarlayıb, bir də o ananın, o atanın Allah bilir bədbəxtliyin hansı qatında qərarlaşan iztirabını təsvir edə bilək…
Yetər ki, bir tiripaşlıq naminə kiminsə ad gününə, toyuna “saldığımız” yekə - yekə pulların, hər il kimsədən geri qalmamaq xətrinə düzənlədiyimiz Antaliya keyfinin, Şahdağ adrenalininin, pal - paltar xərcinin, qonşuya - qohuma acıq vermək üçün taxılan cüt - cüt briliantların 1 - cə faizini bu çiçək gözlü balamıza xərcləyə bilək…
Yetər ki, içimizdəki şeytana güc gələ bilək…
***
Çox ağır xəstə uşaq görərkən tələsik evinizə qaçıb qızınızı, oğlunuzu bərk - bərk gucaqladığınız oldumu heç? Məndə oldu. Qucaqladım… Həm də dəfələrlə! Üstəgəl, Tanriya ünvanlanıb, min kəs, milyon kəs “bu günümüzə çox şükür”- deyib qucaqladım…
Amma bununla yetinməz ki…Hamının balası var. Bizlərin evdə isti yemək yeyən, rahat - rahat dərslərini edən, əyninə bərli - bəzəkli paltarlar geyinən, ayağı üşüməyən, normal qidalanan, sağlam olan balalarımızdan fərqli bir də… reanimasiya otaqlarında süni nəfəsə qoşulan, ən ağır xəstəlikləri üzərində gəzdirən, bu gündən sabaha ümidi olmayan “yavru”lar var…
Onları görməyincə, görməzdən keçincə, daha doğrusu bəsirət gözlərimiz onları görə biləcək qədər açılmayınca bu həyatda yaşam haqqı bizlərə halal deyil! Vallah ki, billah ki, halal deyil!
***
Dərddən böyük dərd var, əzizlərim!
Fəqət, övlad qarşısında gücsüz, çarəsiz qalmaqdan böyük dərd tanımıram mən!
Göz görə - görə öz qanından, öz canından olan birinin necə solduğunu, əridiyini, süzülüb getdiyini seyr etməkdən böyük dərd tanımıram mən…!
Ana deyib sarılan kiçicik barmaqların, ata deyib imdad diləyən köməksiz baxışların qarşısındakı acizlikdən böyük dərd tanımıram mən!
***
Şənbə günü hər biriniz gəlin. “Park Bulvar”a. Saat 10.00 - dan ta axşam saatlarına qədər. İmkanınız, pulunuz yoxsa ürəyinizlə, dualarınızla gəlin. Amma gəlin. Lütfən gəlin. 8 yaşlı İlhamə balamızı qoruyaq. Ölməsin İlhamə. Allah xətrinə, hər şey edək ki, o ölməsin….
***
Son sözüm isə sənədir Anar Rəsulov! – Bir gün anana, bacına, arvadına nəyinsə və ya kiminsə xilası üçün bir gecəlik yatmaq təklifi gəlsə heç təəccüblənib eləmə. Haqq etdin bunu. Əmin ol.. Allah enində - sonunda yaşadacaq sənə bu duyğuları… Bax o zaman İlhamənin anası ilə üzbəüz qalmanı, gözbəgöz qarşılaşmanı çox istərəm….
Bir gecəlik deyil, sadəcə bir saniyəlik…
Elşən Musayev


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53 |
|
|
|
| • WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
| • Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50 |
|
|
|
| • Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36 |
|
|
|
| • Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28 |
|
|
|
| • “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19 |
|
|
|
| • SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14 |
|
|
|
| • Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59 |
|
|
|
| • Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54 |
|
|
|
| • Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36 |
|
|
|
| • Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26 |
|
|
|
| • Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22 |
|
|
|
| • "Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16 |
|
|
|
| • “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13 |
|
|
|
| • ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09 |
|
|
|
| • Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40 |
|
|
|
| • İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37 |
|
|
|
| • Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33 |
|
|
|
| • Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29 |
|
|
|
| • Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26 |
|
|
|
| • Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20 |
|
|
|
| • Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18 |
|
|
|
| • “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35 |
|
|
|
| • Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31 |
|
|
|
| • ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23 |
|
|
|
| • “İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11 |
|
|
|
| • Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03 |
|
|
|
| • Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01 |
|
|
|
| • Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51 |
|
|
|
| • Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42 |
|
|
|
| • "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38 |
|
|
|
| • Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28 |
|
|
|
| • Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23 |
|
|
|
| • Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14 |
|
|
|
| • “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08 |
|
|
|
| • Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07 |
|
|
|
| • Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04 |
|
|
|
| • SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • 24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36 |
|
|
|
| • Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34 |
|
|
|
| • "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28 |
|
|
|
| • Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17 |
|
|
|
| • "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15 |
|
|
|
| • Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12 |
|
|
|
| • Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55 |
|
|
|
| • Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49 |
|
|
|
| • Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47 |
|
|
|
| • Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43 |
|
|
|
| • Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31 |
|
|
|
| • Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29 |
|
|
|
|