
Qondarma Dağlıq Qarabağ rejimi ilə erməni millətçiləri arasında qarşıdurmanın videosu yayılıb
Dağlıq Qarabağa yürüşə çıxan Jerayr Səfilyanın başçılığı altında “rejimsiz 100 il” aksiyasının iştirakçıları qondarma rejimin polis, xüsusi təyinatlıları tərəfindən qarşılanaraq təzyiq və təhqirlərə məruz qalıblar. 50-yə yaxın müxtəlif avtomobillərlə aksiyaya qatılan millətçilər və jurnalist qurupu rejim qüvvüləri tərəfindən dəyənəklərlə döyülüb. “Noev kovçeq” qəzetinin Moskva müxbiri Anuşava Şaxnazaryan xəsarət alıb. O, Gorus xəstəxanasına aparılıb. Jurnalistin baş nahiyəsindən xəsarət aldığı bildirilir.
Aksiya iştirakşılarının pilotsuz uçan aparatlardan istifadə edərək video görüntülərini əldə edən rejim qüvvələri, çəklişlərdən istifadə edərək aksiya iştirakçılarını həbs edəcəyi və ya onları nəzəarət altında saxlayacağı güman edilir.
diaaz.space RST.AZ-a istinadən həmin video görüntünü təqdim edir:









