Qum adasını “Hafka”dan aldılar
Tarix: 22-01-2015, 09:14 | Çap et
 Azərbaycanda mülkiyyətin yenidən bölüşdürülməsi prosesi davam edir. Söhbət hansısa hüquqi prosedurdan getmir. Sadəcə, vurulan, çıxdaş edilən məmurun, iş adamının vaxtilə malik olduğu mal varlığı digər oliqarxa transfer etdirilir. Bu yazıda növbəti belə bir proses haqda söhbət açacağıq.
***
Xəzər sahilindəki torpaq sahələri kimi dənizin içindəki adalar da məmur-oliqarxlar arasında bölünüb. Qum adası illərdir ki, nəqliyyat naziri Ziya Məmmədovun şəriki, adı az qala tanınmış müğənni qədər populyar olan iş adamı, “Baglan Group”un sahibi, “Hafka” ləqəbli Hafiz Məmmədovun nəzarətində idi. Redaksiyaya etibarlılığı şübhə doğurmayan mənbənin verdiyi məlumata görə, indi Hafiz Məmmədov “vurulmuş”lar sırasına qoşulduğu üçün onun varidatı da bölüşdürülməyə başlayıb. Aldığımız məlumatda deyilir ki, bir vaxtlar “Hafka”nın istifadəsinə verilmiş Qum adası AZAL prezidenti Cahangir Əsgərovun nəzarətinə keçib. C.Əsgərov adada hökumətin xüsusi iqtisadi zonaların yaradılması planlarını gerçəkləşdirmək öhdəliyi götürüb. Bu proyektin gerçəkləşməsi üçün niyə məhz C.Əsgərovun seçilməsi də onun biznes aparmaq maneralarına bağlı məsələdir.
***
Ötən ilin ortalarından Hafiz Məmmədov biznes və siyasət olimpində mövqelərini itirməyə başlayıb. “Bank of Azərbaijan”ın əlindən alınması ilə başlanan proses bu gün də davam edir. Belə məlumat da var ki, iş adamı neft biznesindəki payından da məhrum olmaq üzrədir. Xatırladaq ki, bir neçə ay əvvəl elə Qum adasında yerləşən və H.Məmmədova məxsus olan “Bahar Enerji Əməliyyat Şirkəti”nin əməkdaşları əməkhaqlarının yubadılması və kütləvi ixtisarlar səbəbindən etiraz aksiyası keçirmişdilər. Həmin vaxt “Yeni Müsavat”ın reportyoru aksiya keçirilən ərazidən reportaj hazırlamışdı. İşçilər onda əməkdaşımıza bildirmişdilər ki, əməkhaqları neçə aydır verilmir, üstəlik də xəbərdarlıq edilmədən ixtisarlar aparılır.
Bunun ardınca mediada “Hafka” ilə bağlı bədbin məlumatlar ard-arda yayılmağa başladı. Onun sahibi olduğu Fransanın “Lans” futbol klubu ətrafında da ciddi qalmaqallar başladı. Hətta bir müddət Fransa mətbuatında Hafiz Məmmədov manşetlərdən düşmürdü. “Lans”la bağlı qalmaqal bu futbol klubunun Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən alınması ilə özünün pik nöqtəsinə çatdı. A.Məmmədov “Hafka”dan xəbərsiz onun sahib olduğu əcnəbi futbol komandasını ələ keçirdi. Bundan sonra Məmmədovların keçmiş ortağının adından kifayət qədər sərt tonda bəyanat yayıldı.
Hafiz Məmmədov Ziya və Anar Məmmədovları həmin bəyanatda hədələyərək “onlar bu hərəkətlərinə görə cavab verəcəklər” cümləsi işlətdi. Hadisələrin sonrakı inkişafı haqda oxucuların məlumatı olduğundan bu mövzunun üzərində çox dayanmağı lazım bilmirik. Təkcə onu xatırladaq ki, 2015-ci ilin ilk günlərində “Hafka” haqda yayılan xəbər bu oldu ki, o, biznesini Türkiyəyə köçürüb, iş adamı qardaş ölkədə yeni şirkət qurub.
Beləliklə, barəsində əfsanələr dolaşan Hafiz Məmmədov hazırda karyerasının qürub dövrünü yaşayır. Futbol klubu, bankı əlindən çıxdıqdan sonra indi də neft biznesini onun əlindən tamamən alırlar. Mənbəmiz bildirib ki, “Hafka” neftlə əlaqəli kontraktlarını da Cahangir Əsgərova satmalı olub. Artıq Qum adasındaN “Hafka”ya məxsus neft hasilatında istifadə olunan ağır texnikalar da çıxarılıb. Bu, H.Məmmədovun Azərbaycandan tamamilə qovulması anlamına gəliRmi? Məlumatlı mənbə bu suala “bəli” cavabını verdi.
Onun əmlaklarını, biznes payını alan Cahangir Əsgərov təkcə Azərbaycanın hava məkanına ağalıq etmir. Bakı Hava Limanının yerləşdiyi Binə və bu qəsəbəyə bitişik Şüvəlan zonası da çoxdandır AZAL prezidentinin tam nəzarətindədir. O, vaxtilə Bakı milyonçularından olan Hacınskinin bağ evini də alıb. Sahəsi cəmi 20 sot olan bu bağın ərazisi hazırda genişləndirilib və 2 hektar yarımdır. Cahangir Əsgərovun həmin ərazidə atçılıq stadionu, administrativ bina, şəxsi vertolyot meydançası, həyat yoldaşının parfümeriya istehsalı müəssisəsi, hazır mal anbarı və s. yerləşir. Burada tennis kortunun, üzən yay və qış hovuzlarının, futbol meydançasının, yüz nəfərlik qonaq evinin olduğu da bildirilir. Cahangir Əsgərov havadan yerə enəndə bu ərazini elektromobillə gəzir, bunun üçün bir neçə elektromobilə də sahibdir. Yəni AZAL prezidentinin keçmiş milyonçuların mülklərini alıb özünə şəxsi xüsusi iqtisadi zona yaratması praktikası var. Ona “Hafka”nın əmlaklarının verilməsi də bu baxımdan başa düşüləndir. \\ musavat.com \\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Bu gün, 17:35 |
|
|
|
| • Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Bu gün, 17:31 |
|
|
|
| • ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Bu gün, 17:23 |
|
|
|
| • “İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Bu gün, 17:11 |
|
|
|
| • Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Bu gün, 17:03 |
|
|
|
| • Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Bu gün, 17:01 |
|
|
|
| • Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Bu gün, 16:51 |
|
|
|
| • Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Bu gün, 16:42 |
|
|
|
| • "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Bu gün, 16:38 |
|
|
|
| • Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Bu gün, 16:28 |
|
|
|
| • Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Bu gün, 16:23 |
|
|
|
| • Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Bu gün, 16:14 |
|
|
|
| • “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Bu gün, 16:08 |
|
|
|
| • Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Bu gün, 16:07 |
|
|
|
| • Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Bu gün, 16:04 |
|
|
|
| • SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Bu gün, 15:43 |
|
|
|
| • 24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Bu gün, 15:36 |
|
|
|
| • Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
| • "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Bu gün, 15:28 |
|
|
|
| • Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Bu gün, 15:17 |
|
|
|
| • "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Bu gün, 15:15 |
|
|
|
| • Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Bu gün, 15:12 |
|
|
|
| • Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Bu gün, 14:55 |
|
|
|
| • Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Bu gün, 14:49 |
|
|
|
| • Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Bu gün, 14:47 |
|
|
|
| • Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Bu gün, 14:43 |
|
|
|
| • Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Bu gün, 14:31 |
|
|
|
| • Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Bu gün, 14:29 |
|
|
|
| • Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 14:16 |
|
|
|
| • Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Bu gün, 14:04 |
|
|
|
| • “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Bu gün, 14:00 |
|
|
|
| • “Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Bu gün, 13:58 |
|
|
|
| • Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Bu gün, 13:48 |
|
|
|
| • Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 13:01 |
|
|
|
| • Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Bu gün, 12:57 |
|
|
|
| • Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Bu gün, 12:55 |
|
|
|
| • Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Bu gün, 12:36 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Bu gün, 12:33 |
|
|
|
| • "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Bu gün, 12:10 |
|
|
|
| • Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Bu gün, 12:08 |
|
|
|
| • DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Bu gün, 12:05 |
|
|
|
| • Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Bu gün, 12:03 |
|
|
|
| • Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Bu gün, 11:55 |
|
|
|
| • Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 11:49 |
|
|
|
| • "Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Bu gün, 11:46 |
|
|
|
| • MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:45 |
|
|
|
| • Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Bu gün, 11:40 |
|
|
|
| • Plastik qabların satışına QADAĞA GƏLİR?
Bu gün, 11:38 |
|
|
|
| • Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:36 |
|
|
|
| • “Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Bu gün, 11:34 |
|
|
|
|