Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş .....                     Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir .....                     İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib .....                     ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                 

Şamaxılı general bakılı “vor zakon”la əlbir olub Krımı taladı...
Tarix: 29-09-2014, 16:28 | Çap et
Şamaxılı general bakılı “vor zakon”la əlbir olub Krımı taladı...
Rusiyanın Cəzaların İcrası üzrə Federal Xidmətinin (FSİN) rəis müavini, general-mayor Vladislav Tsaturov bakılı “vor zakon” və milyonçu, “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinlə korrupsiya əlaqəsinə girərək Krımın ilhaqından sonra ukraynalı biznesmenlərin orada qalan əmlakını dəyər-dəyməzə ələ keçirib.

Virtualaz.org saytı xəbər verir ki, Rusiya mətbuatında dərc olunan sensasion araşdırmada bu barədə bildirilir.

General Tsaturov özü də Azərbaycan əsillidir. 1960-cı ildə Şamaxı rayonunda anadan olub, daxili xidmət general-mayorudur və faktiki olaraq FSİN-i idarə edən əsas adamdır.

General barədə kompromatlar mətbuata FSİN-in Perm vilayəti üzrə idarəsinin rəis əvəzi Oleq Babenkonun moskvalı biznesmendən dələduzluq yolu ilə 300 min dollar almaq ittihamı ilə işdən azad edilməsi və barəsində cinayət işinin qaldırılmasından sonra mətbuata sızıb.

Polkovnik Babenko həbs cəzasını gözləyən biznesmenə Prikamsk həbsxanalarından birində məhbuslardan müdafiə və lüks şəraitdə “cəza çəkmə” vəd edib. Məlum olub ki, Rusiyanın həbsxanalar sistemində bu, adi haldır və general Tsaturovun qurduğu sistem sayəsində yaxşı pul verən hər kəs “srokunu” həbsxanada beşulduzlu otel şəraitinə malik olan koteclərdə keçirə bilər.

Xəbərdə bildirilir ki, polkovnik Babenko general Tsaturovun bu sistemdəki əsas adamlarından olub.

General Tsaturov FSİN-də “çevriliş” etmək istəyib

Araşdırmada deyilir ki, 2014-cü il sentyabrın əvvəllərində FSİN-in rəhbəri Gennadi Korniyenko məzuniyyətə çıxıb. Şahidlərin bildirdiyinə görə, bundan dərhal sonra general Tsaturov yaxın ətrafına bildirib ki, şef məzuniyyətdən geri qayıtmayacaq. O, sentyabrın 30-da 60 yaşını qeyd edəcək və pensiyaya çıxacaq. Oktyabrda isə FSİN-in rəisi vəzifəsinə Tsaturovun adamı təyin olunacaq.

Məlumata görə, Tsaturov bu vəzifəyə öz adamını yerləşdirərək Rusiyanın penitensiar xidmətinin “boz kardinalı” kimi qalmaq istəyib. FSİN-in rəisi vəzifəsinə onun namizədi Krasnoyarsk üzrə penitensiar xidmətin rəisi Vladimir Şaeşnikov olub.

Lakin Federal Təhlükəsizlik Xidməti (FTX) Şaeşnikovun tabeçiliyindəki həbsxanalarda “vor zakon”lar və qatı cinayətkarlar üçün lüks şəraitli kottejləri aşkara çıxarıb və cinayət işi qaldırıb (bu haqda az sonra) .

Şaeşnikovun karyerasının korlanmasından sonra Tsaturov bu vəzifəyə Perm vilayəti üzrə penitensiar xidmətin rəisi Aleksandr Sokolovun namizədliyini irəli sürüb. Deyilənlərə görə, Tsaturov əmin edirdi ki, Sokolovun namizədliyi “yuxarılarda” razılaşdırılıb və FSİN-in yeni direktoru məhz o olacaq.

Lakin generalın planları pozulub, FSİN direktoru Kornienko gözlənilmədən məzuniyyətdən tez qayıdıb və öz postunu tərk etmək niyyətində olmadığını bildirib. Bunun ardınca FTX Tsaturovun adamını-polkovnik Babenkonu həbs edib və indi Sokolovun özünün bu qalmaqalla bağlı işdən qovulacağı gözlənilir. Eyni zamanda FTX general Tsaturovun Krasnoyarsk vilayəti üzrə penitensiar xidmətə başçılıq edən digər adamı - polkovnik Sokolov barəsində araşdırma başladıb.

Şamaxılı general Krıma niyə tez-tez gedib gəlirdi...

Rusiya mətbuatı yazır ki, Krımın ilhaqından sonra ukraynalı biznesmenlər və siyasətçilər yarımadadakı mülklərini, bizneslərini tələm-tələsik satmağa çalışırlar. Qorxurlar ki, onların əmlakı və biznesi milliləşdirilər.

Ukraynalılar bu sövdələşmələrdə birbaşa iştirak etməkdən çəkinirlər, lakin onların bu cür işlərdə köməyinə çatan biri var. O, əslən bakılı olan məşhur kriminal avtoritet, “Oleq Bakinski” kimi tanınan Oleq Krapivindir. Həmin Krapivin ki, general Tsaturovun çoxdankı tanışı və yaxın dostudur.

Məhz bu tanışlığın sayəsində FSİN-in bir çox vəzifəliləri, o cümlədən general Tsaturov özü Krımda çoxsaylı daşınmaz əmlakın, biznes aktivlərinin sahibi olublar. Lakin tale general Tsaturovu və “Oleq Bakinski”ni təkcə Krımda torpaq və biznes məsələsi ilə bağlı bir araya gətirməyib. Mətbuat yazır ki, general Moskvadakı “Prince Plasa” ticarət mərkəzinin VİP-bilyard salonunun daimi qonağıdır. Orada o, müntəzəm olaraq “Oleq Bakinski” ilə görüşür. Bu görüşlərdə tərəflər bu və ya digər “vor zakon”un yaxşı həbsxanaya salınması, həbsxana rəhbərliyinin onları əla şəraitlə-telefonu, interneti, televizoru və s. olan ayrıca “domik”lərdə yerləşdirmək məsələsini razılaşdırıblar. Krapivinin hər belə səfərindən sonra qanqsterlər də 300-500 min dollarlarından keçməli olublar.Əvəzində onların lüks şəraitdə saxlanılması məsələsi yüksək səviyyədə həllini tapıb.

“Oleq Bakinski” erməni nazirin yaxın dostudur

Rusiya hüquq-mühafizə orqanlarının məlumat bazasında göstərilir ki, Oleq Krapivin kriminal avtoritetdir, “Oleq Bakinski” ləqəbi ilə yanınır. Ukraynada ticarət mərkəzlərinin və digər daşınmaz əmlakın sahibidir, “Forbes”in siyahısında 84 milyon dollarlıq sərvətlə 98-cidir.

O, eyni zamanda Kiyev azərbaycanlıları təşkilatının sədridir. Ukraynalı milyarderlər İqor Kolomoyski, Aleksandr Taruta, Vadim Novinski kimiləri onun yaxın tanışlarıdır. Ukraynanın indiki daxili işlər naziri, bakılı erməni Arsen Avakov isə “Oleq Bakinski”nin çox yaxın dostudur.

Ekspertlər deyirlər ki, general Tsaturov Krımda bir neçə aylıq ezamiyyətdə olub. Rəsmi məlumata əsasən o, Krımda penitensiar xidmət yaratmaqla məşğul idi, ancaq mənbələr deyirlər ki, Tsaturov əsas vaxtını ukraynalı biznesmenlərin və siyasətçilərin dəyər-dəyməzinə satdıqları daşınmaz əmlaka, biznesə sahib olmağa sərf edirdi.

“Maraqlı təsadüfdən” Tsaturovun Krımda ezamiyyətdə olduğu müddətdə ukraynalı biznesmenlər Sergey və Aleksandr Taruta, habelə onların biznes ortağı Oleq Mkrtçyan, digər ukraynalı tanınmış biznesmenlər Krımdakı obyektlərini satıblar.

Bu sövdələşmələr offşor şirkətlər üzərindən həyata keçirilib. İndi ekspertlər deyirlər ki, Tsaturov və FSİN-in digər vəzifəliləri Krımda özlərini evlərindəki kimi hiss edə bilərlər.Onların çoxsaylı villaları, otelləri, restoranları var. Krımın daşınmaz əmlak bazarında FSİN “rəislərinin” maraqlı satış təklifləri yer alır.

“Lexus”la iki adam öldürən Məmmədovun lüks türmə həyatı

Məlumata görə, Kirov vilayətində də FTX həbsxanalarda yoxlama aparır. Bu yoxlamalar zamanı ağır cinayətlərə görə həbs olunmuş bir çox məhbusların heç də Krım kurortlarından pis olmayan şəraitdə dincəldiyi üzə çıxıb.

Məsələn, adam oğurluğu və reketə görə həbs olunmuş Azat Tadevosyan və Civan Lilayan, “Lexus”la iki piyadanı vurub öldürən azərbaycanlı biznesmen Əhməd Məmmədov belələrindəndir. Onların Kirov vilayətindəki 4 nömrəli həbsxanada hər şəraiti, o cümlədən spirtli içkilərlə dolu soyducusu olan “domik”lərdə dincəldiyi, sıra düzülüşünə qatılmadıqları, istənilən vaxt yatdıqları və oyandıqları məlum olub.

Bildirilir ki, Rusiyanın penitensiar xidmətində bu vəziyyət uzun illərdir hökm sürür. Lakin FTX onunla yalnız indi, FSİN-də “çevriliş” hazırlananda məşğul olmağa başlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Dünən, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Dünən, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Dünən, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Dünən, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Dünən, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Dünən, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Dünən, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru