ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                 

Kredit borcları niyə artır? - TƏHLİL
Tarix: 27-09-2014, 13:33 | Çap et
Kredit borcları niyə artır?
İqtisadiyyata kredit qoyuluşu artdıqca ölkədə vaxtı keçmiş kredit məbləğlərinin həcmi də genişlənir. Son statistikaya əsasən, müxtəlif kredit qurumları tərəfindən iqtisadiyyata kredit qoyuluşunun məbləği 17 milyard manatı ötüb ki, bu da keçən ilin sonuna olan göstəricidən təxminən 10 faiz çoxdur.

Sözügedən məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə isə 15-16 faiz çox edir. Bunun müqabilində vaxtı ötmüş kredit məbləğlərinin həcmi də az qala 1 milyard manata yaxınlaşıb ki, başqa sözlə desək, keçən ayın əvvəlinə 900,1 milyon manat təşkil edib. Bu da bayaq qeyd etdiyimiz müqayisəyə əsasən, keçən ilin sonuna olan göstəricidən 12, həmin ilin eyni dövrünə görə isə 16 faiz çoxdur.

Göründüyü kimi, iqtisadiyyata kredit qoyuluşu ilə vaxtı ötmüş kredit məbləğlərinin həcmi demək olar ki, eyni templə artır. Halbuki ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankın (AMB) tövsiyəsinə əsasən, kommersiya bankları tərəfindən istehlak kreditlərinin məhdudlaşdırılması qeyd olunan tempi dəyişməli idi.

Ümumiyyətlə, cari ilin əvvəlindən kommersiya banklarının istehlak kreditləri məhdudlaşdırmasına münasibətdə yazmışdıq ki, bunun ölkədə bank sistemi tərəfindən iqtisadiyyatın real sektorunun maliyyələşdirməsinə necə təsir edəcəyi diqqət mərkəzində saxlanılmalıdır. Çünki, bizdə banklar gəlirlərinin əsas hissəsini istehlak kreditlərindən götürdüyündən istehlak kreditləri məhdudlaşdırıldıqdan sonra kommersiya bankları məntiqlə kreditləşdirmə zamanı daha çox istehsal və ticarətdən kənar xidmət sahələrindən gəlir götürməyə start verməliydilər.

Bu da iqtisadiyyatın maliyyələşdirilməsinin daha da artacağına gətirib çıxarmalı idi.

Yeri gəlmişkən, istehlak kreditlərini məhdudlaşdırmaq barədə verilən tövsiyədən cəmi 4-5 ay sonra – ilin ortasında AMB rəhbərlərindən Xəqani Abdullayev bildirmişdi ki, istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılması bank aktivlərinin keyfiyyətinə müsbət təsir etmişdi. “Bu günə vaxtı keçmiş kreditlərin həcmi ölkənin bank sektorunun ümumi kredit portfelinin 5-6 %-ni təşkil edir. Bu baxımdan, sözügedən qərarın nəticəsi bütövlükdə qənaətbəxş hesab edilir”,- deyə AMB-in İdarə heyətinin sədrinin müavini X. Abdullayev qeyd etmişd.

Sədr müavinin sözlərinə əsasən, AMB ölkədə banklar tərəfindən həyata keçirilməyə başlanılan məhdudiyyətin nəticələrini artıq hiss etməkdə idi. Belə ki, risklərin azalması ilə yanaşı, iqtisadiyyatın real sektorunun kreditləşdirilməsinin artdığı görünürdü.

Ancaq sual yaranır ki, iqtisadiyyata kredit qoyuluşu ilə vaxtı ötmüş borc məbləğləri həcminin eyni templə artması müsbət haldırmı?

Onu da qeyd edək ki, kredit qoyuluşunun 34,7 faizini dövlət, 62,4 faizini özəl banklar, 2,9 faizini isə bank olmayan kredit təşkilatları həyata keçirib. Verilmiş kreditlərin 79,1 faizini isə uzunmüddətli kreditlər təşkil edib. Bəs, istehlak kreditlərinin verilməsi şərtləri ağırlaşdıqdan sonra, başqa sözlə desək, əvvəlki templə verilmədiyi halda borc vəsaitlərinin geri ödənişi həcmi görəsən, niyə və hansı səbəbdən artmaqdadır?

Bəri başdan qeyd edək ki, bu, bir daha istehlak kreditlərinin məhdudlaşdırılması siyasətinin yeganə çıxış yolu olmadığını göstərməkdədir. Əvvəlki şərhlərimizdə də yazmışdıq ki, ümumiyyətlə, real sektorun maliyyələşdirilməsində ciddi canlanma əldə etmək üçün bu addım kifayət deyil.

Başqa sözlə desək, bankların əsas gəlir mənbəyini “kəsməklə” vəsaitlərini sözügedən sahəni kreditləşdirməyə yönəldəcəklərini düşünmək əbəsdir.
Yeri gəlmişkən, ölkə üzrə kredit qoyuluşunun sahələr üzrə statistikasına diqqət yetirsək, borc vəsaitlərinin yenə əvvəlkitək ən çox ev təsərrüfatlarına verildiyini görəriik. Belə ki, yuxarıda qeyd etdiyimiz bu ilin avqustun əvvəlinə olan son statistikaya əsasən, kredit qoyuluşunda ticarət və xidmət sektoru 14,4, energetika, kimya və təbii ehtiyatlar 1,3, kənd təsərrüfatı və emal 4,5, inşaat və əmlak 13,6, sənaye və istehsal 11,7, nəqliyyat və rabitə 3,4, ictimai təşkilatlar 5,1, hökumət idarələri 0,0, digər sektorlar isə 1,4 faiz paya sahib olduqları halda, ev təsərrüfatları 41,0, o cümlədən daşınmaz əmlakın tikintisi və alınması (ipoteka krediti daxil olmaqla) 5,9 faizə malikdir.

Bu həmçinin, onu göstərir ki, ölkəmizdə iqtisadiyyatın real sektorunda kreditə tələbat da qeyri-qənaətbəxş səviyyədədir. Biznesə şərait və maraq yüksək səviyyədə olan yerdəsə əslində, pula böyük ehtiyac olmalıdır. Bizdə kreditlərin faiz dərəcələri yüksək olduğundan isə həmin maraq ciddi zərbə altına düşür. Deməli, bir səbəb də faizlərdə axtarılmalıdır.

Yeri gəlmişkən, keçən ayın əvvəlində “Standard & Poor’s” adlı beynəlxalq reytinq agentliyi də yaydığı hesabatda ölkəmizdə mövcud pul və bank sisteminin vəziyyətini olduqca zəif qiymətləndirilmişdi. Hesabatda Azərbaycanın daxili maliyyə bazarı da “dar” və qeyri-qənaətbəxş dəyərləndirilib.

Bu arada onu da xatırladaq ki, keçən il Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Z. Səmədzadə ölkə əhalisinin böyük bir hissəsinin banklara borclarının yaranmasına “göz yummaq” lazım gəlmədiyini vurğulamışdı.

Bu fikirdə əsas məqsəd ondan ibarət idi ki, istehlak kreditlərinin necə gəldi verilməsi və artımı iqtisadiyyat üçün yaxşı heç nə vəd etmir. Odur ki, AMB-in ölkədəki banklardan istehlak kreditlərini verən zaman müəyyən məhdudiyyətlər qoymaq tələbi zəruri idi.
Ancaq bu, təkrar edirik ki, yeganə çıxış yolu deyil.

Eyni zamanda, faiz dərəcələri də enməlidir. Mərkəzi Bankın uçot üzrə faiz dərəcəsini endirməsi isə buna təsir etmir ki, etmir. Məlum olduğu kimi, AMB İdarə Heyətinin bu barədə sonuncu qərarı 30 iyul 2014-cü ildən etibarən dərəcənin 4,25 faizdən 3,5 faizə endirilməsi barədə qəbul edilmışdi. Bu da kommersiya banklarının kreditlər üzrə təklif etdikləri faizlərin səviyyəsinə təsir etmədi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Dünən, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Dünən, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Dünən, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Dünən, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Dünən, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Dünən, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Dünən, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Dünən, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Dünən, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru