1 milyon dollara yaxın rüşvət alan kollec rəhbəri mühakimə olunacaq - Baş Prokurorluq
Tarix: 25-09-2014, 11:29 | Çap et
 DİA.AZ: - Ağcabədi Pedaqoji Kollecinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı kollecin tələbəsinin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır. Bu barədə DİA.AZ-a baş prokurorluqdan məlumat verilib.
İstintaq zamanı kollecin direktoru vəzifəsini icra edən Sahib Hüseynovun kollecin qiyabi və əyani şöbələrində müxtəlif ixtisaslar üzrə təhsil alan 991 tələbədən imtahan sessiyasında müvəffəq qiymətlər almaları üçün 636 min 250 manat pulu rüşvət kimi almasında, 108 tələbədən qrup nümayəndələri və qeyrilərinin vasitəsi ilə 48 min 600 manat pulu rüşvət kimi tələb etməsində, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013-2014-cü tədris ili üçün qiyabi təhsil üzrə qəbul planı nəzərdə tutulmadığı halda 27 tələbənin kollecdə təhsillərini qiyabi şöbədə davam etdirmələrini rəsmiləşdirməklə onların təqaüd almalarını və mövcud normativ aktların tələblərini pozmaqla bir müəllimin iki qrupa rəhbərliyini və müəllimlərə əlavə əmək haqqı verilməsini sənədləşdirməklə 5 min 932 manat büdcə vəsaitinin təyinatından kənar istifadə olunmasını təmin etməsində, habelə üç nəfər Ağcabədi rayon sakinini kollecə işə qəbul edib rəsmiləşdirməklə həmin şəxslərin əmək haqqı kartlarından 1.186 manat məbləğində pulu bankomat vasitəsilə çıxarıb mənimsəməsində, kollecdə təhsil alan tələbələrin təqaüd üçün bankomat kartlarının guya itməsi barədə “Kapital bank” ASC-nin Ağcabədi rayon filialına müraciət edərək 50 nəfər tələbənin adına bankomat kartları alaraq 10 min 563 manat məbləğində pulu talamağa cəhd etməsində şübhələr üçün əsaslar olduğundan, o cümlədən kollec tələbəsindən qış imtahan sessiyasında müvəffəq qiymətlər alması üçün 450 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalandığından ona Cinayət Məcəlləsinin 29, 179.3.2 (külli miqdarda mənimsəmə və israf etməyə cəhd), 308.1 (vəzifə saxtakarlığı), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.4 (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.
Bundan başqa, istintaq zamanı kollecin baş mühasibi Mahir Ağayev və metodisti Yusif Şirinovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmələrində və onlara etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamağa cəhd etmələrində şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 29, 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və israf etməyə cəhd), 29, 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etməyə cəhd), 29, 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etməyə cəhd), 308.1 və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45 |
|
|
|
| • "Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38 |
|
|
|
| • Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25 |
|
|
|
| • Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19 |
|
|
|
| • Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19 |
|
|
|
| • Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15 |
|
|
|
| • Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18 |
|
|
|
| • Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13 |
|
|
|
| • Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09 |
|
|
|
| • Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05 |
|
|
|
| • “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00 |
|
|
|
| • Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50 |
|
|
|
| • Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42 |
|
|
|
| • Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38 |
|
|
|
| • XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37 |
|
|
|
| • Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26 |
|
|
|
| • Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25 |
|
|
|
| • Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21 |
|
|
|
| • "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18 |
|
|
|
| • Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09 |
|
|
|
| • Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07 |
|
|
|
| • Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03 |
|
|
|
| • Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01 |
|
|
|
| • Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55 |
|
|
|
| • WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53 |
|
|
|
| • Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36 |
|
|
|
| • S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34 |
|
|
|
| • SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30 |
|
|
|
| • Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21 |
|
|
|
| • Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11 |
|
|
|
| • Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03 |
|
|
|
| • Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51 |
|
|
|
| • Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43 |
|
|
|
| • “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39 |
|
|
|
| • Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29 |
|
|
|
| • Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20 |
|
|
|
| • Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17 |
|
|
|
| • “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11 |
|
|
|
| • Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54 |
|
|
|
| • Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43 |
|
|
|
| • Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Dünən, 12:41 |
|
|
|
| • Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Dünən, 12:33 |
|
|
|
| • Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Dünən, 12:23 |
|
|
|
| • Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Dünən, 12:21 |
|
|
|
| • Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Dünən, 12:16 |
|
|
|
| • Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Dünən, 12:09 |
|
|
|
| • “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Dünən, 12:06 |
|
|
|
| • “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Dünən, 12:03 |
|
|
|
| • Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Dünən, 12:01 |
|
|
|
| • "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Dünən, 11:58 |
|
|
|
|