ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                 

“Aqrolizinq”in keçmiş direktorunu həbs gözləyirmi? - ARAŞDIRMA
Tarix: 25-09-2014, 10:49 | Çap et
“Aqrolizinq”in keçmiş direktorunu həbs gözləyirmi?
“Təzadlar”ın ötən sayında xəbər verdiyimiz kimi, “Aqrolizinq” ASC-nin Təsərrüfat Hesablı İmişli rayon “Aqroservis” filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu artıq “Aqrolizinq” ASC-nin keçmiş sədri Əli Bayramov işdən çıxarılandan sonra qurumun ikinci regional idarəsinə qarşı cinayət işidir. Bu da Baş Prokurorluğun mətbuat xidmətindən “Təzadlar”a verilən rəsmi məlumat: “İstintaq zamanı “Aqrolizinq” ASC-nin Təsərrüfat Hesablı İmişli rayon “Aqroservis” filialının müdiri Razi Talıbzadənin filialın mütəxəssis iqtisadçı-mühasibi İmamverdi Gözəlov və anbardarı İlqar Məmmədovla qabaqcadan əlbir olaraq filialın anbarında saxlanılan müxtəlif növ mineral gübrələrin bir hissəsinin faktiki olaraq müvafiq sənədlər olmadan kənd təsərrüfatı istehsalçılarına və ayrı-ayrı şəxslərə satmaq, bir hissəsinin isə şəxsi təsərrüfatında istifadə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ümumilikdə 725 min manat məbləğində pulu ASC-nin hesabına mədaxil etməyərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib. İstintaq nəticəsində vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.

Bəs “Aqrolizinq” ASC-nin keçmiş sədri Əli Bayramov niyə hələ də məsuliyyətdən kənarda qalıb?

Xatırladaq ki, bu məzmunlu cinayət işi Əli Bayramovun artıq ikinci regional idarəsinə qarşı qaldırılıb. Belə hələ bu ilin iyun ayında məlum oldu ki, Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu isə Baş Prokurorluğun Mətbuat Xidmətindən həmin dövrdə “Təzadlar”a göndərilən rəsmi məlumat: “Aparılmış araşdırmalarla qeyd edilən cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2013-cü illərdə (Əli Bayramov “Aqrolizinq”in sədri işlədiyi vaxt. Red.) satınalmalar üzrə müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Satınalmalar üzrə Dövlət Agentliyindən müvafiq razılıq almadan dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə etmələrində, həmçinin büdcə öhdəliklərinin icra edilməməsinə, iş həcmlərinin artırılmasına, borcların uçotdan yayındırılmasına və digər maliyyə pozuntularına yol vermələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir”.

Diqqət etdinizmi, yol verilən ciddi qanun pozuntusu birbaşa dövlətimizin iqtisadi siyasətinə qarşı yönəlmişdir. Belə ki, Əli Bayramovun rəhbəri olduğu “Aqrolizinq” ASC-nin vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2013-cü illərdə satınalmalar üzrə müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Satınalmalar üzrə Dövlət Agentliyindən müvafiq razılıq almadan dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə ediblər, həmçinin büdcə öhdəliklərini icra etməyiblər, iş həcmlərini süni artırmaqla, borcların uçotdan yayındırılmasına və digər maliyyə pozuntularına yol verməklə cinayətə yol veriblər. Bunları isə “Təzadlar”ın sıravi əməkdaşı demir, Baş Prokurorluğun Mətbuat Xidməti yaydığı rəsmi məlumatda açıqlayır.

İndi sual olunur, necə ola bilər ki, “Aqrolizinq”in vəzifəli şəxsləri qanunlarımızı bu qədər pozurlar, korrupsiyaya yol verirlər, büdcə vəsaitini talayırlar, amma qurumun rəhbəri Əli Bayramov dövlətin iqtisadi siyasətinə badalaq vuraraq cinayət məsuliyyəti daşıyanların yanında olmur, məsuliyyət daşımır??? Əksinə, o, hələ bir deyir ki, “Mənim prokurorluq əməkdaşları ilə mehriban münasibətim var!”, Bu nə deməkdir??? O, bununla nəyə işarə vurur?

“Təzadlar” aidiyyəti qurumlardan bu suallara cavab tapmağa çalışır...

Bəs Hesablama Palatası Əli Bayramovun 8 il rəhbəri olduğu “Aqrolizinq”də daha nələri aşkarlayıb?

Qeyd edək ki, Hesablama Palatası bu ilin mayında “Aqrolizinq”lə bağlı ciddi təftiş aparıb. “Təzadlar” həmin təftiş materialını o vaxt əldə etmişdi. Sənədin ciddiliyini və ölkə ictimaiyyətinin Azərbaycan dövlətinin iqtisadi siyasətinə qarşı sabotaş təşkil edənlərin, bu siyasətə badalaq vurmağa çalışanların, aqrar sahədəki problemlərin baiskarlarının kimliyini bilməsi üçün həmin sənədi təqdim edir:

Hesablama Palatasının rəsmi arayışından: “...”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin Şəki regional logistik bazası tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmaların auditi aparılıb. Audit nəticəsində bir çox hallarda normativ hüquqi aktların və eləcə də normativ-metodiki sənədlərin tələblərinə riayət edilmədiyi, ciddi hüquqi pozuntularına, nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Belə ki, 05 dekabr 2013-cü il tarixə maddi-məsul şəxsin öhdəsində 16,75 ton miqdarında ammofos gübrəsi və 0,15 ton miqdarında azot gübrəsi olmaqla çatışmazlıq, habelə 2012-ci ilin yanvar ayında alınmış və yararlılıq müddəti başa çatmış və daşlaşaraq dənəvərliyi itmiş, 2012-ci ilin yanvar ayında alınmış Qazaxıstan Respublikasının istehsalı olan 427 ton azot və Sabirabad Regional Loqistik Bazasından alınmış 20 ton Ukrayna Respublikasının 2008-ci il istehsalı olan superfosfat gübrəsi aşkar edilib. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrənin güzəştlə satılması Qaydaları”nın tələblərinə əməl edilməyərək 6 halda əkin sahəsinin fiziki şəxslərə məxsusluğunu təsdiq edən müvafiq sənəd olmadığı halda, həmin şəxslərin adlarına alqı-satqı müqavilələri sənədləşdirilərək qaimə-fakturalarla 186,9 ton, 13 halda fiziki və hüquqi şəxslərin güzəştlə gübrə alması üçün yerli komissiyaya müraciət ərizəsinə əlavə edilmiş sənədlərdə kənd təsərrüfatında təyinatı otlaq, örüş, biçənək olan torpaq sahələri əkin sahəsi kimi göstərilərək həmin şəxslərin adlarına alqı-satqı müqavilələri əsasında qaimə-fakturalarla 347,8 ton, 31 halda “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”nin, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilmədən aidiyyəti dövlət orqanlarından müvafiq razılıq alınmadan icarəyə verilmiş, yerli rayon icra hakimiyyəti tərəfindən hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqlardan qanunsuz olaraq subicarə müqavilələri ilə icarəyə verilən örüş sahələri üzrə şəxslərə, o cümlədən artıq göstərilmiş əkin sahəsinin icarəyə verilməsinin sənədləşdirilməsi hesabına 812,5 ton mineral gübrənin istehsalçılara satıldığı sənədləşdirilən, lakin faktiki olaraq əkin sahəsinə aid olmayan torpaq sahələrinə və bələdiyyələrin torpaq fondunda əkin sahəsindən artıq icarə müqavilələrinin yazılması hesabına, bəzi hallarda isə təsdiqedici sənəd olmadığı halda və şəxslərin adına qaimə-faktura yazılmaqla ümumilikdə 1347,2 ton mineral gübrə artıq və əsassız olaraq məxaric edilmiş, artıq və əsassız məxaric edilmiş mineral gübrənin 50%-i dəyəri istehsalçıların adından kassaya mədaxil olunmuş, qalan 50%-i dövlət büdcəsinə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən güzəşt hesabına bağlanıb.

Eyni zamanda, auditlə əhatə olunan dövrdə güzəştlə mineral gübrə alınması üçün müraciət ərizəsinə əkin sahəsinə dair pay torpaqlarının başqa şəxslərə icarəyə verilməsi barədə notarial qaydada təsdiq edilməyən müqavilə əlavə edilib. Bazanın əmtəəşünasının auditlə əhatə olunan bütün dövrdə faktiki işə çıxmadığı və onun tərəfindən heç bir iş yerinə yetirilmədiyi halda, ona əmək haqqı hesablanılaraq ödənilmişdir. Auditin gedişatında Şəki regional logistik bazasının vəzifəli şəxsləri tərəfindən mineral gübrə çatışmazlığı üzrə 12788,8 manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Auditin nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilərək Kollegiya Qərarı qəbul edilmiş və müvafiq məlumat Milli Məclisə göndərilmiş, Kənd Təsərrüfatı Nazirliyinə təqdimat verilmiş, həmçinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki regional logistik bazasının vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, o cümlədən ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

***

Hesabat ilində “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin Şəki rayon aqroservis filialı tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmaların auditi aparılıb. Şəki Aqroservis Filialı Əsasnaməsinə görə “Aqrolizinq” ASC-nin struktur vahidi olmaqla funksiyalarının bir hissəsini yerlərdə həyata keçirən, hüquqi şəxs olmayan ayrıca struktur bölməsidir. Təqdim olunmuş məlumatlara əsasən auditin əhatə etdiyi dövrdə Filial kənd təsərrüfatı məhsullarının istehsalçılarına, onların sifarişləri əsasında bilavasitə və ya nəzdində olan mexanikləşdirilmiş dəstələrin köməyilə Cəmiyyət tərəfindən verilmiş kənd təsərrüfatı texnikaları vasitəsilə aqrotexniki xidmətlər göstərib, mineral gübrələrin saxlanmasını, daşınmasını və qaydalara uyğun istifadəçilərə güzəştli satışını təşkil edib. Audit nəticəsində bir çox hallarda normativ hüquqi aktların və eləcə də normativ-metodiki sənədlərin tələblərinə riayət edilmədiyi, ciddi hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib...

- 13 milyon 185 min manatı alıb Azərbaycana 2012-ci ildə ammonium nitrat mineral gübrəsi gətirməli olan “Bioline Consulting” LTD-nin Əli Bayramovla necə əlaqələri olub?

- 2009-cu ildə yaradılan, 1 nəfər işçisi olan, Vaşinqtonda yerləşən, illik gəliri 78 min manat göstərilən bu şirkəti hardan və kim tapıb?

- Abşeronda 1 milyon 810 min, Xaçmazda 1 milyon 715 min manatlıq istixana quraşdırmış “Neo Com Sales” LTD-nin yerini kim deyə bilər?

- “Aqrolizinq”in sədri Əli Bayramov 2012-ci ildə damazlıq heyvanların satın alınması üçün 10 milyon 681 min 822,62 manat pul ayırdığı “Ninox Alliance” LTD adlı şirkətin hüquqi ünvanını və yerini göstərə bilərmi?

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Dünən, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Dünən, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Dünən, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Dünən, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Dünən, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Dünən, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Dünən, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Dünən, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Dünən, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru