Gürcüstan, Azərbaycan və Türkiyə birgə ordu yaradır - Naxçıvan razılaşması
Tarix: 24-09-2014, 11:53 | Çap et
 Tiflis yaxınlığındakı Krtsanisi təlim mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə kompüter komanda-qərargah təlimləri keçirilir.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Kommersant” qəzeti yazıb.
“Təlimlərin məqsədi boru kəmərlərinin mühafizəsində strateji tərəfdaşlıq üçün çoxmillətli briqadanın formalaşdırılmasıdır” - deyə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Mənbə deyib ki, söhbət ilk növbədə Gürcüstan ərazisindən keçən Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərindən gedir.
Çoxmillətli briqadanın formalaşdırılmasına dair razılaşma Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin bu günlərdə Naxçıvanda keçirilmiş görüşündə əldə olunub. Nazirlər boru kəmərlərinin mühafizəsi üçün birgə səyləri, o cümlədən üç ölkənin hərbçilərindən təşkil olunmuş briqadanın formalaşdırılmasını müzakirə ediblər.
“Kompüter komanda-qərargah təlimlərinin məqsədi birləşmiş silahlı qüvvənin yaradılması istiqamətində birinci addımdır” - deyə Gürcüstanın “Arsenali” hərbi- analitik mərkəzinin baş redaktoru İrakli Aladaşvili bildirib.
İrakli Aladaşvili deyib ki, zərurət yaranarsa çoxmillətli briqada neft kəmərini bilavasitə Gürcüstan ərazisində mühafizə edəcək. Ekspert xatırladıb ki, hələ 2011-ci ildə kəmərlərin birgə mühafizəsi ümün Krtsanisi təlim mərkəzində Gürcüstan, Azərbaycan və Ukrayna hərbçilərinin iştirakı ilə hərbi təlimlər keçirilib.
Ekspertin qənaətinə görə, BTC-nin Gürcüstan ərazisindən keçən hissəsinin mühafizəsinə çoxmillətli briqadanın cəlb edilməsində təəcüblü heç nə yoxdur. Çünki 2008-ci ilin avqust müharibəsi zamanı boru kəməri Rusiya aviasiyasının hücumuna məruz qalmışdı.
“Ona görə də kəmərin mühafizəsi üçün üç ölkənin birgə briqada formalaşdırması məntiqlidir” - deyə ekspert bildirib.
Xatırladaq ki, müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünün ardınca və Bakıda yeni strateji boru kəmərinin - Cənub qaz dəhlizinin əsasını təşkil edəcək TANAP-ın təməlinin qoyulması ilə bir vaxtda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin irimiqyaslı birgə manevrləri təşkil olunmuşdu. Bu manevrlərin yekun hissəsində Türkiyənin hərbi hava qüvvələri, o cümlədən “F-16” təyyarələri qatıldı. Manevrlərdə Türkiyə və Azərbaycan hərbi qüvvələrinin birgə döyüş əməliyyatları keçirməsi sınaqdan çıxarıldı.
Belə görünür ki, bu manevrlər Ermənistanın Qarabağda mümkün müharibə zamanı Azərbaycan ərazisində strateji neft-qaz kəmərlərinin hədəf alınacağına dair ayrı-ayrı vaxtlarda səsləndirdiyi hədələrə tutarlı cavabdır.
Başqa sözlə, BTC və digər strateji əhəmiyyətli nəql kəmərlərinin sahibləri-Azərbaycan,Gürcüstan və Türkiyə həm birgə manevrlər, həm çoxmillətli hərbi birləşmənin formalaşdırılması ilə mesaj verir ki, bu kəmərləri hədəf almaq heç də sadə məsələ olmayacaq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45 |
|
|
|
| • "Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38 |
|
|
|
| • Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25 |
|
|
|
| • Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19 |
|
|
|
| • Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19 |
|
|
|
| • Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15 |
|
|
|
| • Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18 |
|
|
|
| • Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13 |
|
|
|
| • Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09 |
|
|
|
| • Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05 |
|
|
|
| • “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00 |
|
|
|
| • Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50 |
|
|
|
| • Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42 |
|
|
|
| • Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38 |
|
|
|
| • XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37 |
|
|
|
| • Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26 |
|
|
|
| • Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25 |
|
|
|
| • Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21 |
|
|
|
| • "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18 |
|
|
|
| • Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09 |
|
|
|
| • Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07 |
|
|
|
| • Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03 |
|
|
|
| • Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01 |
|
|
|
| • Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55 |
|
|
|
| • WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53 |
|
|
|
| • Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36 |
|
|
|
| • S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34 |
|
|
|
| • SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30 |
|
|
|
| • Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21 |
|
|
|
| • Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11 |
|
|
|
| • Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03 |
|
|
|
| • Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51 |
|
|
|
| • Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43 |
|
|
|
| • “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39 |
|
|
|
| • Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29 |
|
|
|
| • Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20 |
|
|
|
| • Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17 |
|
|
|
| • “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11 |
|
|
|
| • Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54 |
|
|
|
| • Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43 |
|
|
|
| • Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Dünən, 12:41 |
|
|
|
| • Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Dünən, 12:33 |
|
|
|
| • Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Dünən, 12:23 |
|
|
|
| • Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Dünən, 12:21 |
|
|
|
| • Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Dünən, 12:16 |
|
|
|
| • Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Dünən, 12:09 |
|
|
|
| • “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Dünən, 12:06 |
|
|
|
| • “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Dünən, 12:03 |
|
|
|
| • Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Dünən, 12:01 |
|
|
|
| • "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Dünən, 11:58 |
|
|
|
|