ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                 

Ermənilərə meydan oxuyan azərbaycan balaları - FOTO
Tarix: 24-09-2014, 10:16 | Çap et
Ermənilərə meydan oxuyan azərbaycan balaları
Tərtər rayonunun Həsənqaya kəndində 22 şagirdlik birmərtəbəli 4-6 nəfərlik 3 sinif otağı var. Məktəbdə nə müəllimlər otağı, nə kitabxana, nə idman zalı...heç ayaqyolu da yoxdur. Sinif otaqlarındakı partalar sıra ilə düzülüb. Qışda soyuqdan donmamaqdan ötrü soba quraşdırılıb, divarlarda isə ana dili və riyaziyyat fənlərinə aid lövhələr asılıb. Tədris ocağı 15 sentyabr bilik gününə hazır vəziyyətə gətirilib. Hazırda bu kənddə 24 ailə yaşayır. Onlar Kəlbəcər rayonundan gəlmiş məcburi köçkünlərdir.

Ermənilərə meydan oxuyan azərbaycan balaları

Həsənqaya kəndi Azərbaycan və Ermənistan cəbhə xəttində yerləşir. Bu kənd döyüş bölgəsinə ən yaxın - 2 kilometr məsafədə yerləşdiyinə görə infrastruktur yox səviyyəsindədir. Durbinlə baxdıqda qarşı tərəfin postları aydın görünürr. Kənddə nə uşaq bağçası, nə xəstəxana, nə də ictimai-iaşə obyektləri var. Ötən əsrin 90-cı illərinin əvvəllərində müharibə nəticəsində dağıdılmış evlərin xarabalıqları olduğu kimi qalmaqdadır. Vaxtilə qəmbər daşlardan tiklilmiş evlərin qalıqları ətrafa səpələnib. Xarabalıq arasında kortəbii formada bərpa olunmuş bir neçə ev və müasir üslubda tikilmiş ümümi hamam var. Hamamı Beynəlxalq Qırmızı Xaç Komitəsi əhalinin ümumi istifadəsi üçün tikib.

“Neyləsinlər, gözlərini açıb müharibə görüblər...”Yeni tikilən yaşayış evlərinin kölgəsində qalan, daxmanı xatırladan məktəb də var. Məktəb kəndin inzibati ərazisində olsa da, üzərində “Kəlbəcər rayon 127 saylı orta məktəb” yazılıb. Kəlbəcərdən olan məcburi köçkün 32 yaşlı Zabil Həsənovun övladı burada ikinci sinifdə təhsil alır. “Uşaqlar ibtidai sinifi başa vuranadək burada oxuyurlar, yuxarı sinifə keçəndə başqa məktəblərə getməli olurlar”.

Kənd cəbhə bölgəsində yerləşdiyindən ara-sıra Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalır. Zabilin qardaşı Qələndər deyir ki, bu məktəb də bəzi hallarda atəşə tutulur. “Deyə bilmərəm ki, qarşı tərəf məqsədli şəkildə kənd məktəbinə güllə atır, amma bizim uşaqlarımızın həyatı təhlükədədir. Elə vaxt olub ki, dərs zamanı kənd atəşə tutulub, uşaqlar da məktəbdə olublar”.

“Neyləsinlər, gözlərini açıb müharibə görüblər...”Digər kənd sakinləri də övladlarının bu şəraitdə təhsil almalarından narahatdırlar. “Atəş səslərini eşidən kimi birtəhər uşaqlarımızın yanına qaça bilirik, gördüyünüz kimi burada o qədər də çox insan yaşamır”.

Müharibəyə qədər bu kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşayıb. Ermənistan Silahlı Qüvvələrinin hədəfində olduğu kəndlərdən biri də Tərtərin Qapanlı kəndidir. Kəndin məktəbi də qarşı tərəfin postundan aydın müşahidə olunur. Çünki, bu post Seysulan kəndində yerləşir. Bu kənd əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayəti Ağdərə rayonunun inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Seysulan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Seysulan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşdiyinə görə burada əhali yaşamır. Ermənistan Silahlı Birləşmələrinin postu ilə Qapanlı arasındakı məsafə 150 metrdir. İki ölkənin postları arasındakı məsafələr isə çox yaxındır.

Seysulan kəndi ilə Qapanlı arasında buldozerlərin köməyi ilə torpaqdan istinad divarı çəkilib. Yerli sakinlər bu qazmaları “val” adlandırırlar. Sakinlər deyir ki, “val” müəyyən mənada təhlükənin qarşısını alır. Cəbhə xəttinə yaxın yerləşən yaşayış evlərinin qarşısına həm də istinad divarları çəkilib. Amma elə ərazilər var ki, onların istinad divarları və “val”larla mühafizəsi mümkün deyil.

Tərtər rayonu Qapanlı kənd məktəbinin direktoru Fitat Əliyeva deyir ki, məktəb cəbhə xəttindən bir qədər aralıda yerləşsə də, qarşı tərəfdən atılan atəş onlardan da yan keçmir. Buna əyani sübut olaraq, məktəb binasının üzərindəki güllə izlərini göstərir. Eyni zamanda məktəbin ikinci mərtəbəsi də qarşı tərəfin döyüş postuna baxır.
“Bəzən atışma olanda uşaqları məktəbdən çıxarıb, cığırlara tərəf aparırıq ki, “val”ların arxasında gizlənsinlər”, direktor deyir.

“Neyləsinlər, gözlərini açıb müharibə görüblər...”Valideynlər də narahatlıqlarını ifadə edirlər. Onlardan biri Sovet istehsalı olan sarı rəngli “Paz” avtobusunu göstərərək deyir. “Böyüklər dərsə özləri gedir, amma balacaları bu avtobus aparır. Vaxtilə bu avtobus da atəşə tutulub. Bu şəraitdə uşaqlarımızı oxuduruq”.

10-cu sinif şagirdi Elçin Əsgərov deyir ki, atışma olanda kolların, kiçik təpələrin arxasında gizlənə-gizlənə dərsdən evə gəlirik. “Məktəbə də əyilə-əyilə gedrik”, Elçin əlavə edir.

11-ci sinif şagirdi Elnur Məmmədov deyir ki, dərs zamanı sonuncu dəfə bu ilin mayında məktəb binası da atəşə məruz qalıb. “Dərsimiz ikinci mərtəbədə olanda atışma səsləri eşidən kmi aşağı əyilirik. Qorxsaq da, öyrəşmişik”, - sinif yoldaşı Pünhan Quliyev əlavə edir.

Elçin hərbçi olmaq, Elnur və Pünhan isə fövqəladə hallar sahəsində təhsil almaq istədiklərini deyirlər. Bu zaman söhbətə qoşulan yaşlı kənd sakini əlavə edir: “Nə etsinlər, gözlərini açıb ancaq müharibə görüblər”…

Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyyəsi və İnternational Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.

(civil-forum.az)

Ermənilərə meydan oxuyan azərbaycan balaları
Ermənilərə meydan oxuyan azərbaycan balaları
Ermənilərə meydan oxuyan azərbaycan balaları










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Dünən, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Dünən, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Dünən, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Dünən, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Dünən, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Dünən, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Dünən, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Dünən, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Dünən, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru