ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                 

Baş redaktordan keçmiş "Aqrolizinq" şefinə ağır sözlər - "Yalan deyir"...
Tarix: 24-09-2014, 09:10 | Çap et
Baş redaktordan keçmiş "Aqrolizinq" şefinə ağır sözlər
Xəbər verildiyi kimi, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bir qrup məsul işçisinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılmışdır və dünən Baş Prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a verilən rəsmi məlumatda deyilirdi ki, artıq istintaq yekunlaşıb və iş məhkəməyə göndərilib.

Lakin ASC-nin keçmiş sədri Əli Bayramov bu gün "Təzadlar"ın bu məzmunlu yazısı ilə bağlı Publika.az-a açıqlamasında maraqlı açıqlama verərək, hətta "Təzadlar"a qarşı ona yaraşmayan ifadələr işlədib: “Bu adamlar məndən əl çəkmək istəmir. Axı mən bunlara nə etmişəm? Yəqin ki, bu cür yazıları xüsusi adamlar yazdırır. İnanın ki, mən ömrüm boyu heç kəsə pislik etməmişəm. İndiyədək heç kimi sancmamışam. Mənə də çox təəccüblüdür ki, mənim haqqımda bu yazılara nə üçün yazırlar. Tez-tez yazırlar ki, amanın gündür, qoymayın, Əli Bayramov yeyib taladı, ölkədən qaçıb getdi və sairə. Axı dövlətin malını kim yeyə bilər? Yeyənin yeri hamıya məlumdur ki, haradır. Axı əllərində heç bir əsas olmadan, nə üçün mənim haqqımda şər-böhtan yazırlar? İndi gərək ki, bunları məhkəməyə verim? Axı mən heç kəsə, heç bir nazirliyə qarşı da ədavətdə olmamışam. Mənim başqa dövlət qurumları ilə heç bir problemim də olmayıb. Mənim ancaq Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqəm olub. Yəni, mənə qarşı bu şər kampaniyaları oradan gəlir? Axı mənim bu nazirlikdə çalışan adamlarla da heç bir problemim olmayıb. Nazir Heydər Əsədovun özü ilə, nazir müavini İlham Quliyevlə işdən gedəndən bəri neçə dəfə görüşüb söhbət etmişəm. Hətta, aqrolizinqlə bağlı ortaya suallar çıxanda, məsləhət lazım olanda, mənimlə danışırlar. Yəni, aramızda heç bir soyuq münasibət yoxdur. Hər şey yüksək səviyyədədir. Bundan əlavə, mən işdən çıxandan sonra nazirliyə və “Aqrolizinq” ASC-yə dəfələrlə gedib-gəlmişəm. Əvvəldən necə xoş münasibətim olubsa, bu münasibətlər indi də yerindədir. Ona görə də mən Kənd Təsərrüfatı Nazirliyindən şübhələnmirəm. Çünki bizim aramızda heç bir ədavət və ya prinsipial məsələ olmayıb. Prokurorluqla da münasibətlərim çox normaldır. Hətta, mən vaxtilə şübhəli adamların adlarını prokurorluğa təqdim etmişdim, onlar da onun barəsində araşdırma aparıb ölçü götürmüşdü. Prokurorluqdan da mənə heç bir müraciət göndərilməyib. Əgər mənim hər hansı cinayət əməlim olsaydı, o zaman indi mən Kənd Təsərrüfatı Nazirliyinə və digər qurumlara gedib-gələ bilərdimmi? Heç özləri mənə yaxın dayanmazdı. Çünki cinayət əməli olan adamdan hamı çalışır ki, kənar qalsın. Ona görə də bütün bu yazıların hamısı cəfəngiyatdır. Axı bir gün yazıb-yazıb yorulacaqlar. O, “Təzadlar” qəzeti mən işləyən dövrdən bəri ağılına gələni yazır. Mən isə fikir vermirəm. Yəqin ki, bununla məndən nə isə umurlar. Düşünürlər ki, bəlkə mənə “xox” gəlməklə nə isə əldə edərlər. Vaxtilə elələri çox olub, haqqımda yazı yazıb, sonra da mənə zəng vururlar. Bu adamların vicdanları yoxdur. Düşünmürlər ki, qarşı tərəf götürüb məni məhkəməyə verər, qalaram çətin vəziyyətdə. Axı bu qədər də olmaz? Bir daha deyirəm, bu cür yazılar tamamilə yalan və böhtandır”.

Asif Mərzili Əli Bayramovun cavabını verdi

"Təzadlar"ın baş redaktoru Asif Mərzili Əli Bayramovun rəhbərlik etdiyi qəzetə qarşı səsləndirdiyi ittihamlara cavab verdi:

-Məsələ ondadır ki, qəzetin bu günkü sayında vəd etdiyimiz kimi, qəzetin növbəti sayında "Aqrolizinq"lə bağlı geniş ciddi araşdırma yazısı dərc ediləcək...Görünür hörmətli Əli müəllim bundan bərk narahat olaraq qəzeti məhkəmə ilə hədələyib qorxutmaq istəyib. Sonra isə keçib yalnış fikirlər səsləndirməyə. Məsələn, Ə.Bayramov yazır: "..."Təzadlar” qəzeti mən işləyən dövrdən bəri ağılına gələni yazır. Mən isə fikir vermirəm. Yəqin ki, bununla məndən nə isə umurlar. Düşünürlər ki, bəlkə mənə “xox” gəlməklə nə isə əldə edərlər. Vaxtilə elələri çox olub, haqqımda yazı yazıb, sonra da mənə zəng vururlar. Bu adamların vicdanları yoxdur. Düşünmürlər ki, qarşı tərəf götürüb məni məhkəməyə verər, qalaram çətin vəziyyətdə. Axı bu qədər də olmaz? Bir daha deyirəm, bu cür yazılar tamamilə yalan və böhtandır”.

Bildirirəm ki, Əli Bayramov yanlış düşünür, uzun illər o boyda vəzifədə işləmiş şəxs elə bilirmiş ki, jurnalist tənqidi yazı yazırsa, mütləq nəsə umur. Görünur, Əli Bayramov regional idarələrə ayrılan texnikalara dair sənədlərə imza atanda belə olurmuş, nəsə umulurmuş... Amma qısa olaraq onu deyə bilərəm ki, əvvəla, "Təzadlar" əvvəllər heç vaxt Əli Bayramovun əleyhinə yazı yazmayıb. Ona, özü demiş, "XOX" da gələn olmayıb... Və "Təzadlar"ın əməkdaşlarından da kimsə və nə vaxtsa Əli Bayramovdan yazıb ona zəng etməyib. Əksinə, Hesablama Palatası "Aqrolizinq"lə bağlı yoxlamaya yekun vuranda və Əli müəllim müalicə adı altında Türkiyəyə gedərək aradan çıxanda biz onu axtarmışıq ki, neçə aydır Satınalmalar üzrə Dövlət Agentliyindən, digər Qurumlardan əldə etdiyimiz sənədlərdəki dəhşətli rəqəmlərin arxasında nələrin və kimlərin durduğunu soruşaq. Amma onu tapa bilməmişik, iş yerində də ondan narazılıqla "Yoxdu..., nə bilək hardadır" deyiblər. Amma "Təzadlar"ın Araşdırma Qrupu neçə ay əvvəl ortaya konkret sənəd qoydu. Orada on milyonlarla manat pulun internetdə adicə saytı, hüquqi ünvanı belə olmayan MMC-lərə necə verilməsi, 10 milyon manat pulu alan və ölkəyə gübrə, 10 milyonluq inək gətirməli və s. olan çoxsaylı MMC-lərin arxasında kimlərin dayanması... soruşulurdu. Onların bir çoxunun nə yeri var, nə də yurdu. İldə on milyonlarla manat pul ayrıldığı halda, taxılyığan kombaynlar harada idi ki, Naxçıvanda, Ucarda, Xaçmazda... fermerlər AzTV-də kombayn olmaması üzündən taxılın sahədə qaldığından, məhv edilməsindən şikayət edirdilər?

Biz bunların hesabını sormuşuq Əli Bayramovdan. O isə deyir ki, "...Bundan əlavə, mən işdən çıxandan sonra nazirliyə və “Aqrolizinq” ASC-yə dəfələrlə gedib-gəlmişəm. Əvvəldən necə xoş münasibətim olubsa, bu münasibətlər indi də yerindədir. Ona görə də mən Kənd Təsərrüfatı Nazirliyindən şübhələnmirəm. Çünki bizim aramızda heç bir ədavət və ya prinsipial məsələ olmayıb. Prokurorluqla da münasibətlərim çox normaldır. Hətta, mən vaxtilə şübhəli adamların adlarını prokurorluğa təqdim etmişdim, onlar da onun barəsində araşdırma aparıb ölçü götürmüşdü".

Belə çıxır ki, indi məhkəmə qarşısında sorğu-sual ediləcək "Aqrolizinq" əməkdaşlarını Əli Bayramov ələ verib, yəqinki özünü xilas etmək üçün... Rəhbər öz işçisini ələ verirsə, bunun adı nədir??? İşçi korrupsiyaya yol verir, Əli Bayramovun isə məsuliyyəti yoxdur! Bu absurddur. Amma "Təzadlar"a elə bu gün daxil olmuş məlumatda deyilir ki, əksinə, məhkəmədə təqsirləndirilənlər hər şeyi açıb deyəcəklər, bütün qanunsuz işləri Əli Bayramovun göstərişi ilə etdiklərini bildirəcəklər... Daha geniş açıqlama "Təzadlar"ın 25 sentyabr tarixli sayında olacaq. Əli müəllimin oxuması məsləhətdir...

"Təzadlar"ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Dünən, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Dünən, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Dünən, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Dünən, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Dünən, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Dünən, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Dünən, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Dünən, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Dünən, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru