Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                 

Bir Azərbaycan qadınının ürək parçalayan hekayəti - Fotolar, VİDEO
Tarix: 17-09-2014, 11:00 | Çap et
Bir Azərbaycan qadınının ürək parçalayan hekayəti
İnsanın baxışları onun cin ürkən üst-başına, məzlum baxışlarına, miskinlik yağan vücuduna zilləndikcə istər-istəməz içindən bir inilti qopur. Bilmirəm, ifadələrim nə dərəcə dolğundur. Təkcə onu bilirəm ki, bu məzlumu etinasız seyr eləmək mümkünsüzdür.

Amma hər kəs ona laqeyd idi. Onu canlı kimi görmürdülər. Heç yollarının üstündəki maneə kimi də qəbul etmirdilər. O, atılmış, unudulmuş, heç kəsə gərək olmayan, lakin canı üstündə, nəfəs alan bir varlıqdır.

Son günlərin acısı

Bilmirəm, bu binəvanı təsvir edə bilirəmmi? Hər halda çox acizəm. Bəlkə də ilk dəfədir ki, belə sarsıntı keçirirəm. Yaxınlaşımmı? Yoxsa, mən də onun yanından biganə olaraq keçən yüzlərlə insanın biri olum? Hələ ki avtomobilimdə oturub seyr edirəm. Arxadan gələn maşınların keçməsinə mane olduğumun fərqindəyəm. Aramsız siqnallar verilir. Yox, burda, onun yanında dayana bilmərəm, sürüb gedim. Son günlərin yaşamıma və səhhətimə gətirdiyi acılara yenisini əlavə etmək istəmirəm.

- “Gedim” sözünü ürəyimdən keçirmədim, kiminləsə danışırmışam kimi dilləndim: - Ona diqqətsiz olanlardan biri də mən olsam, o, nə itirəcək ki? Yaxud mən nəyi qazanacam ki?

Elə bu fikirlə də qeyri-ixtiyari bu səfil varlığa tərəf çevrilirəm.

Bu miskin qadın, özü qayğıya, diqqətə, bəlkə də eləcə mərhəmət dolu baxışa möhtac biri olduğu halda, əlindəki quru çörəyin qırıntılarını sərçələrə atırdı, onlara qayğı göstərirdi. Bəxtəvər sərçələr çörək qırıntılarını iştahayla dənləyirdi. Onun şəhərin daş döşənmiş küçələrində yem tapmağın çətinliyini duyan quşlara rəhmi gəlmişdi... Bəs mən niyə bu qədər laqeyd olum, onun taleyi ilə maraqlanmayım? Görəsən, onu da yer üzünün əşrəfi sayılan insanlara aid etmək olarmı? Axı o dünyaya gəlişindən belə olmayıb. Kimlərsə onun dünyaya gəlişinə seviniblər, bayram ediblər. Çox güman ki, doğmalarının sevimlisi olub, sonralar sevib, sevilib də.

Mən kimsəsiz deyiləm

Əvvəlcə könül toxluğu ilə çörək qırıntılarını dənləyən sərçələrin şəklini çəkirəm. Sonra da bu dəfəki yazımın qəhrəmanına, “səfil”mə yaxınlaşıb, qarşısında otururam, salam verirəm. Salamımı almır, sanki heç eşitmir də. Gözucu sifətimə, əlimdəki kameraya baxır. Söhbətə tuturam:

- Kimsəsiz olmanın dərdini səndən yaxşı heç kəs bilməz. Ona görə quşlara yem verirsən?

Başında qalın yun şal var. Şalın altından bir də örpək salıb. Qaşları qaradır, elə gözləri də. Bəxtı taleyi kimi. Yaxınlıqda zibil yeşikləri var. Zibillikdən gələn qoxu eynən bu qadının üst başından gələn qoxu ilə birdir. Mənim ona beləcə ərk etməyimin səbəbini götür-qoy etməsi baxışlarından süzülən donuq təəccübdən oxunur. Çox sakit, iniltisiz, aydın səslə dillənir:

- Nə deyirsən? - Dinmirəm. Əminəm ki, dediklərimi tam eşidib. - Mən kimsəsiz deyiləm. Oturmuşam burda, yorğunluğumu alıram.

Təəccüb və çaşqınlıq

- Yaxşı edirsən, - deyib, yerimi rahatlayıram. Söhbətimin uzun çəkəcəyini bilirəm.

Qadın heyrətlə üzümə baxır. Sonra ətrafa göz gəzdirir. Elə mən də onun kimi edirəm. Ətrafa boylanıram və görürəm ki, indi insanlar boyunları tam qıvrılana qədər bizə sarı baxır. Sanki bu insanın bayaqdan burada “lövbər salmasından” xəbərsiz imişlər. Yaxınlıqdan keçənlər gözucu bu məzluma, davamlı olaraq isə mənə baxırlar. Hamının da sifətində təəccüb və çaşqınlıq var. Qadını sözə tuturam. Özümü onu çoxdan tanıyırmışam kimi aparıram:

- Məni tanımadın? Ötən dəfə səninlə söhbət etdik. Adını da dedin, unutdum ancaq...

- Adım Nənəxanımdı. Səni heç görməmişəm...

Yerimi bir qədər də rahatlayıram. Bu binəvada nə nənəlikdən, nə də xanımlıqdan əsər əlamət qalıb.

- Nənəxanım, sən kimsən belə? Bu istidə niyə bu qədər qalın geyinmisən? Harada olursan?

Çağırılmamış qonağın yersiz sualları deyəsən onu əsəbiləşdirir:

- Nəyinə gərəkdi?

Haqlı sualdır, axı doğurdan da nəyimə gərəkdir? Amma yox, milyonlar səltənətinin belə kimsəsizləri gərək olmasın. Heç nəyi dəyişə bilməsəm də, haqqında yazaram, kimliyi, harada məskunlaşdığı bilinər, bəlkə sahib çıxanı tapıldı.

- Nənəxanım, yaşadığın yeri de, aparım. Yükün də ki maşallah, yaman coxdur. Əlində apara bilməzsən.

Məni çəkmə, qadın xeylağıyam

Onun torbalarına işarə edirəm. İçi quru çörəklərlə, ağzı açıq konserv qutuları, yarımçıq fanta-kola plastik qablarıyla doludur. Elə torbalar da var ki, içindəkilərinin nə olduğu bilinmir. Saymazyana təşəkkürünü bildirir:

- Zəhmət çəkmə. Mənim evim də var, ailəm də, uşaqlarım da... Get yolunla. Məni də çəkmə. Qadın xeylağıyam...

- Nənəxanım, yalan danışırsan axı. Sənin evin ola bilməz. Olsa da, səni oradan qovublar. Bu sifətdə, geyimdə sən ev qadını deyilsən. Dərdini danış. Məsələ qaldıraq, bəlkə səni qocalar evində yerləşdirə bildik.

Qəzəblə üzümə çımxırır:

- Sən öz işinlə məşğul ol. Mənə burada oturmaq xoşdur. Qocalar evi də lazım deyil. Evimə nə gəlib. Mənim ərim, uşaqlarım var...

Dedikləri xəyalında qurduğu dünyanın cizgiləridir. Həyatını çox güman belə təsəvvür edərdi, dilinə gətirdiyi kimi. Ərinin, uşaqlarının, isti ocağının olmasını bütün qadınlar kimi arzulayır. Ona arzularında, qurduğu xəyal dünyasında “yol yoldaşı” oluram:

Xəyalında qurduğu həyat

- Uşaqların var?

Fikrə gedir. Başına doladığı köhnədən köhnə, cırıq şalın içindən ovuc içi boyda sifəti görünür. Baxır və başını aşağı dikir:

- Dörd övladım var - iki qız, iki də oğlan.

- Evlənəni, köçəni necə, var, yoxsa hələ subaydırlar?

- Oğlanlarım əsgər gedib, gəlib. Qızlarım oxuyub. Oğlanlarıma toy etmişəm. Qızlarımı köçürmüşəm.

İnilti ilə deyir. Dedikcə də ətrafdan keçən gənc oğlanlara, qızlara baxır. Özü uydurduğu yalanın, həyatın içindədir. Hələ ki onu xəyalında qurduğu həyatından ayırmıram:

- Nəvədən nəyin var?

- Hə, nəvələrim də var.

- Onlara nağıl danışırsan?

- Kimə? Nəvələrimə? Hə, nəvələrimə nağıl danışıram.

- Nənəxanım, yaxşı edib nağıl danışırsan, demək, nağıl danışmağı xoşlayırsan...

Tutuquşu kimi dediklərimi təkrar edir:

- Hə, nağıl danışmağı xoşlayıram.

Bilmirəm balalarımın yaşları nə qədərdir

- Nənəxanım, deyəsən axı, elə indi də nağıl danışırsan. Baxıram, sən bir ay olar ki, yuyunmayıbsan.



Evin-eşiyin yoxdur sənin...

- Sənə kim dedi çimmirəm. Çimirəm. Paltarımı da dəyişirəm, – hirslə deyir.

- Oğlanlarının neçə yaşı var?

- Var da... yaşı çox olan da var. Bilmirəm yaşları nə qədərdir, - yenə də baxışları dalıb gedir.

- Deyəsən səni evdən qovublar?

- Yox. Məni evdən qovmayıblar. Sən get burdan. Məni də çəkmə, qadın xeylağıyam.

- Nənəxanım, o uşaqları sən doğubsan, bilmirsən neçə yaşları olar? Ərin haralıdır?

- Öz yerlimdir. Tanıdıq, sevdik ailə qurduq...

Artıq bir saata yaxındır söhbət edirəm. Eləcə ailəsi, evi olduğunu, balalrının onu çox istədiyini deyir. Deyir ki, heç kəsin yanında gözükölgəli deyiləm. Torbasındakı quru çörəklər, digər azuqələrdə halal zəhmətinin bəhrəsidir. Ən xoş günü isə bu yaxınlarda olub. Amma o xoş günün nə olduğunu demir. Danışır və mən də inad edirəm. Onun həyat tarixçəsini öyrənmək istəyirəm. Dediklərinin hamısının yalan olduğu məlumdur.

- Nənəxanım, sənin ən xoş günün nə vaxt olub?

- Mənim xoş günüm olmayıb,- deyəsən əvvəlki inadkarlığının əvəzinə ağ bayraq qaldırır. Dərdinin, içinin qat kəsmiş sirrini paylaşma məqamının çatdığını hiss edir, - belə yaşayıram.

- Uşaqlarının da sənin kimi səfil bir həyat tərzi keçirməsindən qorxmursanmı? Bəlkə özün də güc tapıb normal həyata qayıdasan?

- Bilmirəm. Səfil kimi yaşaya da bilərlər, yaşamaya da. Onlara bu həyat xoş da ola bilər, olmaya da. Mənə xoş deyil...

Ərim böyük bacımı aldı

Axır ki, baxışlarını düz gözlərimə dikir. Bu dəfə səsində yalvarış var:

- Sən söndür onu. Mən qadın xeylağıyam. Çəkmə məni. Amma yazarsan, - dedi. Xahişinə əməl etdim. - Mən adımı düz dedim. Amma ərim məni evdən qovdu. Balalarım yoxdur. Uşağım olmurdu. Ərim böyük bacımla evləndi. Ondan uşağı oldu... 65-ci il təvəllüdlüyəm. Rayondanıq. Ərim yaxşı kişi olmadı. Bu çörəkləri, yeməkləri zibillikdən yığıram. Hə, dörd aydır ki, çimmirəm. Harada çimim? Mən insan həyatı yaşamıram. Ölmək də istəmirəm. İnsanlar xoşbəxtdirlər. Mən xoşbəxt ola bilmədim...

Nənəxanımın dediklərindən yaddaşımda qalanlar bu oldu. Ona təkidlə səni qocalar evinə düzəldək, dedim, təklifimi birmənalı olaraq rədd etdi. Bu yazıdan sonra ona kömək etmək istəyənlərə isə bu bədbəxt qadının yerini deyirəm. O, metronun “Əhmədli” stansiyasının yaxınlığındakı “Bizim market”in qarşısındakı xiyabanda tez-tez görünür. Özünün çirkli geyim-keçimi, əlindəki “azuqə” dolu torbaları ilə...


Bir Azərbaycan qadınının ürək parçalayan hekayəti
Bir Azərbaycan qadınının ürək parçalayan hekayəti
Bir Azərbaycan qadınının ürək parçalayan hekayəti









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Bu gün, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Bu gün, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Bu gün, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Bu gün, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Bu gün, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Bu gün, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Bu gün, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Bu gün, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Bu gün, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Bu gün, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Bu gün, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Bu gün, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Bu gün, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Bu gün, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Bu gün, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Bu gün, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Bu gün, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Bu gün, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Bu gün, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Bu gün, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Bu gün, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Bu gün, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Bu gün, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Bu gün, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Bu gün, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Bu gün, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Bu gün, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Bu gün, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Bu gün, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Bu gün, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Bu gün, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru