“Madeyra” mebeldə istehlakçıların hüquqları kobud şəkildə tapdanır – ŞİKAYƏT
Tarix: 9-09-2014, 14:43 | Çap et
 ”Madeyra” mebel mağazasında istehlakçı hüquqlarımız kobud şəkildə pozuldu, süründürməçiliyə məruz qaldıq. Bununla bağlı, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin qaynar xəttinə müraciət etdikdən sonra aldığımız məhsullar ünvana çatdırıldı. Bundan əlavə, ilkin olaraq, ödədiyimiz 200 AZN-nin kassa çeki və aldığımız məhsulların qaimə-fakturasını təqdim etmədilər”. Bu fikirləri Aktual.az-a Həsən Babayev “Madeyra” mebel mağazasında qarşılaşdığı qanunsuzluqlardan danışarkən deyib. O bildirib ki, məsələ ilə bağlı, rəsmi olaraq, Vergilər Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, eyni zamanda, məhkəməyə müraciət edəcək: “28. 08. 2014-cü il tarixdə paytaxtın Yasamal rayonu Şərifzadə 196 ünvanında yerləşən “Madeyra” mebel mağazasından, ilkin olaraq, 200 AZN ödəməklə, 1940 AZN dəyərində kreditlə mebel almışıq. Mebeli 02.09.2014 tarixində ünvana çatdırmağa söz verib, ilkin ödənişi qəbul edərək krediti sənədləşdirdilər. Ödədiyimiz 200 AZN üçün kassa çeki verilmədi. Bundan əlavə, aldığımız məhsulların çeşidləri, qiymətləri əks olunan heç bir qaimə-faktura bizə təqdim olunmadı. Mebel isə deyilən vaxtda çatdırılmadı. Bir həftə stress keçirərək süründürməçiliyə məruz qaldıq. Hər dəfə mağazaya zəng etdiyimizdə telefonlara müxtəlif insanlar cavab verdi və biz mebeli satan mağaza əməkdaşı ilə danşa bilmədik. Bu yazdıqlarım, qarşılaşdığımız özbaşınalığın kiçik bir hissəsini təşkil edir. Müştəri xidmətləri sahəsində bu şəkildə məsuliyyətsiz və qeyri-dəqiq olan, müdirindən tutmuş işçisinə qədər müştərini aldadan bir şirkətin, hesab edirəm ki, vergi ödəmələri və başqa sahələrdə də çox ciddi qüsurları var. Bütün qeyd etdiklərimlə bağlı aidiyyatı qurumlara rəsmi şikayət göndərəcəm”. Həmkarımız qeyd edir ki, ilkin olaraq, ödədiyi 200 AZN-nin kassa çekini mağaza onlara təqdim etməyib, bu səbəbdən Həsən Babayev mağazanın, digər müştərilərlə də alış-veriş zamanı,kassadankənar əməliyyatlar etdiyini və vergidənyayınma hallarına yol verdiyini hesab edir: “Mağazaya ödədiyimiz 200 AZN-nin kassa çekinin, o cümlədən aldığımız məhsulların qaimə-fakturasının bizə təqdim edilməməsi səbəbindən mağazanın vergidənyayınma hallarına yol verməsində şübhələrim olduğu üçün Vergilər Nazirliyinə rəsmi şikayət hazırlamışam. Televiziyalarda və digər media qurumlarında “Madeyra”-nın xidməti ilə bağlı kütləvi şəkildə reklam yayımlanır. Hesab edirəm ki, Azərbaycan Respublikasının Reklam Haqqında Qanununun müvafiq tələbləri pozulub. Müştəriləri aldadan bir şirkət özünü, yalandan, reklam edir. Bu səbəbdən məsələnin araşdırılması üçün İqtisadiyyat və Sənaye Nazirliyinə şikayət edəcəyəm”. Şikayətlə bağlı, qarşı tərəf olaraq, “Madeyra” mağazalar şəbəkəsinin Şərifzadə 196 ünvanındakı filialı ilə əlaqə saxladıq. Mağazanın Coşqun adlı əməkdaşı bildirdi ki, şikayətçinin mebelləri artıq təhvil verilib və kreditlə alındığı üçün məhsulların qaimə-fakturası müştəriyə təqdim edilmir, bir nüsxəsi mağazada, digər nüsxəsi isə kredit mütəxəsisində qalır. Məsələ ilə əlaqədar hüquqşünas Qürur Abbasov Aktual.az-a açıqlamasında bildirib ki, mağazanın kassa çeki və qaimə-fakturanı müştəriyə təqdim etməməsi istehlakçı hüququnun pozulmasıdır: “Vətəndaş bununla bağlı məhkəməyə müraciət edə bilər. Hər hansı bir məhsul alınan zaman onun hesab fakturası, uyğun sertfikatı isthlakçı tərəfindən tələb olunan sənədlər siyahısına daxildir. Əgər bunlar mal satan şirkət tərəfindən təqdim edilmirsə, bu, qanun pozuntusudur. İstehlakçının dediyi kimi, ilkin olaraq, ödədiyi 200 AZN-in kassa çeki ona təqdim edilməyibsə, bu, vergidənyayınma kimi qiymətləndirilə bilər”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Bu gün, 18:19 |
|
|
|
| • Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Bu gün, 18:19 |
|
|
|
| • Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Bu gün, 18:15 |
|
|
|
| • Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Bu gün, 17:18 |
|
|
|
| • Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Bu gün, 17:13 |
|
|
|
| • Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Bu gün, 17:09 |
|
|
|
| • Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Bu gün, 17:05 |
|
|
|
| • “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Bu gün, 17:00 |
|
|
|
| • Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 16:50 |
|
|
|
| • Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Bu gün, 16:42 |
|
|
|
| • Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Bu gün, 16:38 |
|
|
|
| • XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Bu gün, 16:37 |
|
|
|
| • Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Bu gün, 16:26 |
|
|
|
| • Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Bu gün, 16:25 |
|
|
|
| • Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Bu gün, 16:21 |
|
|
|
| • "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Bu gün, 16:18 |
|
|
|
| • Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Bu gün, 16:09 |
|
|
|
| • Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Bu gün, 16:07 |
|
|
|
| • Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Bu gün, 16:03 |
|
|
|
| • Ramil Əmənova vəzifə verildi - FOTO
Bu gün, 16:01 |
|
|
|
| • Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:55 |
|
|
|
| • WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Bu gün, 15:53 |
|
|
|
| • Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Bu gün, 15:36 |
|
|
|
| • S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:34 |
|
|
|
| • SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Bu gün, 15:30 |
|
|
|
| • Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Bu gün, 15:21 |
|
|
|
| • Paşinyan Xocalı canisini küçələrə salıb
Bu gün, 15:11 |
|
|
|
| • Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Bu gün, 15:03 |
|
|
|
| • Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Bu gün, 14:51 |
|
|
|
| • Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 14:43 |
|
|
|
| • “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Bu gün, 14:39 |
|
|
|
| • Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Bu gün, 14:29 |
|
|
|
| • Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Bu gün, 14:20 |
|
|
|
| • Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Bu gün, 14:17 |
|
|
|
| • “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Bu gün, 14:11 |
|
|
|
| • Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54 |
|
|
|
| • Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43 |
|
|
|
| • Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41 |
|
|
|
| • Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33 |
|
|
|
| • Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23 |
|
|
|
| • Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21 |
|
|
|
| • Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16 |
|
|
|
| • Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09 |
|
|
|
| • “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06 |
|
|
|
| • “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03 |
|
|
|
| • Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01 |
|
|
|
| • "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58 |
|
|
|
| • Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49 |
|
|
|
| • “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45 |
|
|
|
| • Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44 |
|
|
|
|